Zelenskidən İstanbul danışıqları barədə ilk açıqlama .....                        Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ .....                        Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi .....                        Azərbaycanda bu kanalların yayımı dayandırıldı - RƏSMİ .....                        Əgər II Qareginin uşağı varsa, o, bütün ermənilərin katolikosu ola bilməz! - Paşinyan .....                        Azərbaycana qələbələr yaraşır - Prezident .....                        Leysan, dolu, sel... - XƏBƏRDARLIQ .....                        Ukrayna Quru qoşunlarının komandanı istefa verdi .....                        Ukraynadan Rusiyaya böyük zərbə - Təyyarələrini yandırdılar .....                       
3-05-2025, 17:59
Bakı metrosundakı problem həll olundu - YENİLƏNİB


Bakı metrosundakı problem həll olundu - YENİLƏNİB

"Bakı metropoliteninin "Həzi Aslanov" və "Xalqlar dostluğu" stansiyalarına şəhər şəbəkəsindən gələn yüksək gərginlikli xətlərdə elektrik enerjisinin verilməsində məhdudiyyətlər tam aradan qaldırılıb. Bu səbəbdən həmin istiqamətdə metropolitenin dizel-generatorları yenidən ehtiyat rejimə keçirilib".
Bunu "Bakı Metropoliteni"nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
"Qatarlar arasında interval hərəkət qrafikinə uyğun təmin edilməklə gecikmələr aradan qaldırılıb.
Bakı metropoliteninin stansiyaları normal iş rejimi şəraitində fəaliyyətini davam etdirir", - o əlavə edib.

***

Bakı metrosunun "Həzi Aslanov" və "Xalqlar dostluğu" stansiyalarının işində problem yaranıbş
Bu barədə "Bakı Metropoliteni" QSC-nin yaydığı məlumatda bildirilib.
Məlumata görə, adları çəkilən stansiyalar istiqamətindəki şəhər şəbəkəsindən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "Bakı Metropoliteni" QSC-yə gələn yüksək gərginlikli elektrik xətləri ilə enejinin verilişində məhdudiyyətlər yaranıb. Bu səbəbdən dərhal həmin istiqamətdən elektrik təchizatını təmin edən Bakı metropoliteninin dizel-generatorları qoşulmaqla qatarların hərəkəti təmin edilib.
"Qatarların hərəkətində qismən gecikmələr müşahidə olunur. Bakı metropoliteninin stansiyaları fəaliyyətini normal iş rejimi şəraitində davam etdirir. Sərnişinlərdən yaranmış vəziyyəti anlayışla qarşılamağı, istifadə qaydalarına və təhlükəsizlik tələblərinə əməl etməyi xahiş edirik", - "Bakı Metropoliteni"nin məlumatında bildirilib.
3-05-2025, 17:50
Medvedev Zelenskini təhqir etdi


Medvedev Zelenskini təhqir etdi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev prezident Vladimir Putinin üç günlük atəşkəs təklifini rədd edən Ukrayna lideri Vladimir Zelenskinin bəyanatlarına xoşagəlməz ifadələrlə cavab verib.
Medvedev Teleqram-da yerləşdirdiyi cavabda Zelenskini təhqir edib
“Bu yaşıl qırxılmamış ... Putinin mayın 9-da üç günlük atəşkəs təklifini rədd edib və deyib Moskvada dünya liderlərinin təhlükəsizliyini təmin edə bilməz. Axı kimdir ondan zəmanət istəyən? Bu, sadəcə şifahi təxribatdır, başqa heç nə.
Əclaf başa düşür ki, Qələbə günündə əsl təxribat olarsa, heç kim 10 mayın Kiyevə gələcəyinə zəmanət verə bilməz", - Medvedev Teleqram kanalında yazıb.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski faşizm üzərindəki qələbənin 80-ci ildönümünün qeyd edilməsilə bağlı Rusiyanın 3 günlük atəşkəs təklifini rədd edib.
Zelenski deyib ki, Kiyev mayın 9-da Moskvaya parad üçün gələcək xarici nümayəndə heyətlərinin təhlükəsizliyinə zəmanət verə bilməz. Ukrayna prezidenti 30 günlük atəşkəsdə israr edib.
Daha əvvəl Kreml Rusiya prezidenti Vladimir Putinin qərarı ilə mayın 8-i saat 00:00-dan mayın 11-i saat 00:00-a qədər atəşkəsin tətbiq ediləcəyini açıqlamışdı.
3-05-2025, 17:47
Sırrı Sürəyya Öndər öldü


Sırrı Sürəyya Öndər öldü

Türkiyə Böyük Millət Məclisinin sədr müavini, DEM Partiyasının "İmralı heyəti"nin üzvü Sırrı Sürəyya Öndər 61 yaşında vəfat edib.
S.Öndər 18 gün əvvəl qəfil ürəktutması keçirmiş, müayinələr zamanı aorta damarının yırtıldığı müəyyən edilmişdi. O, dərhal xəstəxanaya yerləşdirilmiş və vəziyyəti kritik olaraq qiymətləndirilmişdi. Tibbi müdaxilələrə baxmayaraq, bu gün onun həyatını xilas etmək mümkün olmayıb.
Sırrı Sürəyyə Öndər siyasi fəaliyyətindən əvvəl sənət və mədəniyyət sahəsində tanınıb. O, uzun illər jurnalist, yazıçı və rejissor kimi fəaliyyət göstərib. 2007-ci ildən etibarən siyasətə atılan Öndər Türkiyə Böyük Millət Məclisində müxtəlif partiyaların tərkibində millət vəkili kimi təmsil olunub. Xüsusilə 2013-cü il İmralı danışıqları çərçivəsində həbsxanada olan PKK lideri Abdullah Öcalanla əlaqələrin qurulmasında rol alan heyətin üzvü kimi tanınıb.
DEM Partiyasının rəhbərliyindən verilən açıqlamada Sırrı Sürəyyə Öndərin vəfatı “Türkiyə siyasəti və mədəniyyət dünyası üçün böyük itki” kimi qiymətləndirilib.
3-05-2025, 17:40
İlham Əliyevə təşəkkür edirəm! - Şimali Kipr Prezidentinin müşaviri


İlham Əliyevə təşəkkür edirəm! - Şimali Kipr Prezidentinin müşaviri

“Əvvəla cənab Prezident İlham Əliyevə təşəkkür etmək istəyirəm”.
Bunu Şimali Kipr Türk Respublikasının Prezidentinin xüsusi müşaviri Gökhan Güler “Dildə, fikirdə, işdə birlik: Türk dünyasının gələcəyi” panel iclasında çıxış edərkən deyib.
“Cənab Prezident İlham Əliyev ADA Universitetində çıxışı zamanı Şimali Kiprin yanında olacaqlarını, onun müstəqilliyin tanınması prosesinə dəstək verəcəklərini deyib. Bir daha Azərbaycan Prezidentinə təşəkkür edirəm. Azərbaycandakı nümayəndəliyimizin statusunun böyüdülməsini gözləyirik. Eyni zamanda Qırğızıstan ölkəmizdə təmsilçiliyinin açılması ilə bağlı prosesin baş tutacağını deyib. Şimali Kiprin izolasiyadan xilas olmasının TDT üçün önəmli olduğunu unutmamaq lazımdır. Türk dünyasının “Dildə, fikirdə, əməldə birlik” şüarına uyğun davranması vacibdir”,- o deyib.
3-05-2025, 17:27
Türkiyə parlamentinə yeni sədr seçiləcək


Türkiyə parlamentinə yeni sədr seçiləcək

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar olaraq 28-ci dönəmin ikinci dövr başqanlıq seçkiləri prosesi mayın 28-də başlayacaq.
Türkiyə Böyük Millət Məclisinin sədri seçkilərinin Qurban bayramı ilə əlaqədar iyunun 3 və ya 4-də keçirilməsi planlaşdırılır.
Qanunvericilik dövründə parlament sədrliyi üçün iki seçki var. Birinci seçilmiş sədrin səlahiyyət müddəti 2 ildir, ikinci seçilmiş sədrin səlahiyyət müddəti isə qanunvericilik dövrünün sonuna qədər davam edir.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun səlahiyyət müddətinin 7 iyunda sona çatmasına 10 gün qalmış 28-ci dövrün ikinci dövr sədr seçkiləri prosesi mayın 28-də başlayacaq.
Namizədlər haqda mayın 28-dən etibarən 5 gün ərzində Türkiyə Böyük Millət Məclisinin sədrliyinə məlumat veriləcək. Bu prosesin ardından parlamentdə 5 gün ərzində gizli səsvermə yolu ilə seçki keçirəcək.
Parlament sədri seçkilərinin birinci və ikinci turunda üzvlərin ümumi sayının üçdə iki çoxluğu, yəni 400 səs, üçüncü turda isə mütləq çoxluq, 301 səs tələb olunacaq. Üçüncü səsvermədə mütləq səs çoxluğu əldə edilməzsə, ən çox səs toplayan iki namizəd üçün dördüncü səsvermə keçiriləcək və bu bülletendə ən çox səs toplayan üzv Türkiyə Böyük Millət Məclisinin sədri seçiləcək.
Bu günə qədər 30 millət vəkili Türkiyə Böyük Millət Məclisinin sədrliyinə keçib. Numan Kurtulmuşdan başqa birisi 28-ci dönəmdə ikinci müddətə seçilərsə, bu şəxs Türkiyə Böyük Millət Məclisinin 31-ci sədri olacaq.
3-05-2025, 16:36
100 illiyi ortaq əlifba ilə qeyd etməliyik! - Səfir


100 illiyi ortaq əlifba ilə qeyd etməliyik! - Səfir

“3 may Türkçülük Günü münasibətilə keçirilən iclasda sizinlə birlikdə olmaqdan xoşbəxtəm”.
Bunu Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün “Dildə, Fikirdə, İşdə birlik: Türk dünyasının Gələcəyi” panel iclasında çıxışı zamanı bildirib.
Səfir qeyd edib ki, gələn il Türkoloji qurultayın 100 illiyini ortaq əlifba ilə qeyd etməyi gözləyir:
“Bu gün fərqli toplantılarla fikir alış-verişi oldu. Burada sənədə çevriləcək fikirlərdən danışdıq. Geniş coğrafiyada yayılan türklərin iqtisadi, sosial baxımdan ortaq yönləri var. Bu baxımdan Türk Dövlətləri Təşkilatı (TDT) qurulub. TDT strateji vizyonun, dəstəkləşmənin təzahürüdür. Siyasi əlaəqlərdən təhsilə, yaşıl enerjidən tutmuş digər bütün sahələrdə birgə çalışırıq. TDT-nin regional inteqrasiyasında maraqlıyıq. Türk universiterləri arasında iki və çoxtərəfli əməkdaşlıq edirik. Mediada ortaq addımların atılması gənclərdə milli kimlik şüuru yaratmağa kömək edə bilər. Xarici təsirlərə qarşı daha dayanıqlı vəziyyətə çatmalıyıq. Bunun reallaşması qarşılıqlı inam və geniş skeptrli əməkdaşlıqla mümkündür. TDT üçüncü tərəflərə qarşı təhdid üçün qurulmayıb, əksinə, sülh üçün addımlar atan bir platformadır. Bakı ilk Türkoloji qurultayın keçirildiyi yerdir. Türkoloji qurultayın gələn il 100 illiyinin ortaq əlifba ilə qeyd olunmasını səbirsizliklə gözləyirik”.
3-05-2025, 16:29
Putindən İlham Əliyevə məktub gəldi


Putindən İlham Əliyevə məktub gəldi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycanın Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Bu yubiley tarixini qeyd edən ölkələrimizin vətəndaşları döyüş meydanlarında və arxa cəbhədə öz güclərini və həyatlarını əsirgəmədən nasist işğalçıları üzərində qələbəni yaxınlaşdıranları lazımınca qiymətləndirirlər.
Əminəm ki, həmin ağır illərdə bərkiyən şanlı dostluq və qarşılıqlı kömək ənənələri gələcəkdə də Rusiya ilə Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin inkişafı üçün etibarlı zəmin olacaq.
Azərbaycan torpağında yaşayan bütün veteranlara səmimi minnətdarlıq, ürəkdən gələn təbrik sözlərimi, möhkəm cansağlığı, əmin-amanlıq və uzunömürlülük arzularımı çatdırmağı xahiş edirəm".
3-05-2025, 16:10
Şeyxin İdarəsindən Rəsul Quliyevin ittihamına cavab


Şeyxin İdarəsindən Rəsul Quliyevin ittihamına cavab

Milli Məclisin mühacirətdə olan keçmiş sədri Rəsul Quliyevin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə haqqında dediyi sözlər ictimaiyyətdə müzakirələr yaradıb. Məscidlərdə aparılan bərpa işlərinə münasibət bildirən R.Quliyev QMİ sədrini nəzir qutularına yığılan pullara görə ittiham edib:
"Şeyxülislam Allahşükür Paşazadənin qulağından tutub demək lazımdır ki, yığılan pulları məscidlərin abadlaşdırılmasına sərf elə. Hökumət bura pul ayırmamalıdır. Camaat gedib ora pul verir. Sən bu pulu götürüb yeməli deyilsən ki... Onsuz da 30-40 faizini yeyirsən, yerdə qalanını heç olmasa məscidlərin bərpasına sərf elə. Ona görə də şərurlu İsfəndiyarın "məscidləri söküb yerinə məktəb tikmək" tezisi qəbul olunan tezis deyil. Bu “kolxoz” düçüncəsidir. Pulu olan adam belə şey eləməz”.
Qafqaz Müsılmanlar İdarəsinin sədr müavini Bəxtiyar Nəcəfov Rəsul Quliyevə cavab verib.
O qeyd edib ki, nəzir qutularına nəzarət və yığılan pulların hara xərclənilməsi məscidlərin daxili işidir və Qafqaz Müsəlmanlar İdarəsi bu prosesə müdaxilə etmir:
“Məscidlərin icma üzvləri pulların necə xərclənməsinə özləri nəzarət edirlər. Ümumilikdə baxdıqda, nəzir qutularına o qədər də çox pul yığılmır ki, kimsə də onu mənimsəsin. Bu pullar məscidin komunal xərclərini ancaq ödəyir. Artıq pul qalarsa, o da bank hesabında saxlanılır və gələcəkdə məscidin ehtiyacları üçün xərclənilir. Məscidlərin icmaları Dini İşlər üzrə Dövlət Komitəsinə və Qafqaz Müsəlmanlar İdarəsinə hər il bu barədə hesabat da verirlər”.
3-05-2025, 16:04
ABŞ-la Ukrayna arasında üç sənəd imzalanıb


ABŞ-lə Ukrayna arasında üç sənəd imzalanıb

ABŞ və Ukrayna arasında yerin təki məsələsinə dair saziş çərçivəsində üç sənəd imzalanıb.
“Politico”nun məlumatına görə, Kiyev fevralın sonunda imzalanması nəzərdə tutulan və məşhur Tramp-Zelenski söz savaşı səbəbindən pozulmuş müqavilə ilə bağlı son ana qədər şübhə içində idi. Buna baxmayaraq, üç sənəd imzalanıb: bir iqtisadi saziş və iki texniki saziş.
“Politico” qeyd edir ki, Ukrayna son anda sənədlərə bəzi dəyişikliklər tələb etsə də, ABŞ Maliyyə Nazirliyi kifayət qədər sərt mövqe nümayiş etdirib.
Ukraynanın baş nazirinin müavini və iqtisadiyyat naziri Yuliya Sivridenkonun sözlərinə görə, saziş ikitərəfli investisiya fondunun yaradılmasını nəzərdə tutur. Fond fəaliyyətinin ilk 10 ilində heç bir gəlir verməyəcək və əldə olunan vəsait Ukraynaya yenidən investisiya ediləcək. İnvestisiyalar faydalı qazıntıların hasilatı və emalı sektorlarına, eləcə də infrastrukturun inkişafına yönəldiləcək.
3-05-2025, 15:54
Sarkisyan Şuşanın işğal xəritəsini üzə çıxardı


Sarkisyan Şuşanın işğal xəritəsini üzə çıxardı

Ermənistan Respublikasının 3-cü prezidenti Serj Sarkisyan Birinci Qarabağ müharibəsinin hərbi-siyasi rəhbərliyi ilə görüşlər və mühazirələr proqramı çərçivəsində dünən axşam universitet tələbələri və müəllimlərlə görüşüb.
Bu barədə S.Sarkiyanın ofisi məlumat yayıb.
Görüşdə söhbətin tematik miqyasına ordu quruculuğu, dövlət quruculuğu, birinci Qarabağ müharibəsi illərində həyata keçirilən səfərbərlik və sonrakı illərdə dövlət siyasəti ilə bağlı məsələlər daxil edilib.
Serj Sarkisyan Şuşanın işğal edilməsi üzrə hərbi əməliyyatın xəritəsinin bir nüsxəsini Ermənistan Universitetinə bağışlayıb.
Xatırladaq ki, Serj Sarkisyan 1989-1993-cü illərdə "Dağlıq Qarabağ Özünümüdafiə Qüvvələri Komitəsi"nin sədri olub. Ermənilər Şuşanı 8 may 1992-ci ildə işğal etmişdilər.
2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu – xüsusi təyinatlılar əlbəyaxa döyüşlə Şuşanın işğaldan azad edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!