Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
3-05-2025, 21:44
Netanyahu Azərbaycana səfərini təxirə saldı


Netanyahu Azərbaycana səfərini təxirə saldı

İsrailin Baş naziri Binyamin Netanyahu 7-11 may tarixlərində planlaşdırılan Azərbaycan səfərini bölgədə baş verən hadisələrlə əlaqədar olaraq təxirə salıb.
Bu barədə “The Times of Israel” hökumətin mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Qəzza zolağında və Suriyada baş verən hadisələr, həmçinin sıx siyasi və təhlükəsizlik gündəliyi nəzərə alınaraq, Baş nazir Netanyahu Azərbaycana nəzərdə tutulan səfərini daha sonrakı tarixə keçirmək qərarına gəlib”, – deyə açıqlamada bildirilir.
O, Prezident İlham Əliyevə dəvətinə görə təşəkkür edib və iki ölkə arasında mövcud olan səmimi münasibətləri yüksək qiymətləndirdiyini əlavə edib.
3-05-2025, 21:08
Bakıda 8 bıçaq yarası alan kişi öldü - Şübhəli oğludur


Bakıda 8 bıçaq yarası alan kişi öldü - Şübhəli oğludur

Bakıda qətl hadisəsi baş verib.
Hadisə paytaxtın Yasamal rayonu, Rahib Tağıyev küçəsi, ev 20 ünvanında qeydə alınıb.
İddiaya görə, 1992-ci il təvəllüdlü Murad Əmirov atası Nizami Əmirovla mübahisə etdikdən sonra ona səkkiz bıçaq zərbəsi endirib.
N.Əmirov aldığı zərbələrdən həyatını itirib.
M.Əmirov isə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
3-05-2025, 20:56
Türkiyədən Netanyahu ilə bağlı təkzib


Türkiyədən Netanyahu ilə bağlı təkzib

"İsrailin baş naziri Benyamin Netanyahunun təyyarəsinə Türkiyə hava məkanından keçid icazəsi verildiyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir".
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat yayıb.
O bidlirib ki, bu barədə Türkiyə XİN-ə ünvanlanan hansısa rəsmi müraciət yoxdur.
3-05-2025, 20:27
Azərbaycan komandası birinci oldu, Ərdoğan mükafat verdi


Azərbaycan komandası birinci oldu, Ərdoğan mükafat verdi

Şimali Kipr Respublikasında keçirilən “Texnofest-2025”də Azərbaycanl təmsil edən "Qızıl Qaya" komandası birinci yerə layiq görülüb.
Azərbaycan komandasına mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.
"Qızıl qaya" komandası turizm kateqoriyasında birinci yeri tutub.
Qeyd edək ki, 11-ci “Texnofest-2025” festivalı mayın 4-dək davam edəcək. Festival ŞKTC Prezident administrasiyası, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Türkiyənin Texnologiya Komandası Vəqfi (T3 Foundation) tərəfindən dəstəklənir.
3-05-2025, 20:06
Prezident və xanımı Patriarx Kirill ilə görüşdülər - FOTO


Prezident və xanımı Patriarx Kirill ilə görüşdülər - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 3-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə görüşüblər.
Dövlətimizin başçısı və birinci xanım qonağı qarşıladılar.
Söhbət zamanı Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin Azərbaycana səfərləri, dövlətimizin başçısı və birinci xanım ilə görüşləri məmnunluqla xatırlandı.
Ölkəmizdə hökm sürən multikultural mühitə toxunuldu, müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda sülh və harmoniya şəraitində yaşadıqları vurğulandı. Bu xüsusda ölkəmizdə pravoslav xristian icmasına göstərilən diqqət və qayğıdan bəhs edildi, həmin icmanın nümayəndələrinin də Azərbaycanın ictimai-siyasi və mədəni həyatında layiqincə təmsil olunduğu diqqətə çatdırıldı. Dini tolerantlığın təmin edilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, xalqımızın həyat tərzi kimi uzun illərdir mövcud olduğu bildirildi.
Sonra Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim etdi.
Qeyd edək ki, Azərbaycanın birinci xanımı bu ordenə cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasına, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrə görə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin fərmanına əsasən layiq görülüb.
Birinci xanım Mehriban Əliyeva göstərilən diqqətə görə minnətdarlığını bildirdi.





3-05-2025, 19:50
Cüdoçumuzun qabırğası sındı, yarışa çıxa bilmədi


Cüdoçumuzun qabırğası sındı, yarışa çıxa bilmədi

Azərbaycan cüdoçusu Vüsal Qələndərzadənin (73 kiloqram) Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində təsəlliverici görüşə çıxmamasının səbəbi bəlli olub.
Bu barədə danışan Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib:
"Təəssüf ki, Vüsalın qabırğası sındı və 1/4 final görüşünü yarıda dayandırmalı oldu. Bu səbəbdən təsəlliverici görüşə çıxa bilmədi. Təxminən iki-üç ay müalicə almalı olacaq".


3-05-2025, 18:53
Növbəti "3+3" görüşləri harada keçiriləcək?


Növbəti "3+3" görüşləri harada keçiriləcək?

“3+3” platforması çərçivəsində növbəti görüşlər tərəflərin tərəflərin müəyyən etdiyi qaydada İrəvan və Bakıda baş tutmalıdır.
Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
Qeyd edək ki, Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, İran və Rusiyanın təmsil olunduğu "3+3" çərçivəsində bundan əvvəlki görüşlər Moskva, Tehran və İstanbulda keçirilib.
3-05-2025, 18:29
Bakı metrosunda interval bir dəqiqə olacaq


Bakı metrosunda interval bir dəqiqə olacaq

"2030-cu ilə qədər icrası nəzərdə tutulmuş genişmiqyaslı layihəyə əsasən, müasir avadanlıqlarla təchiz olunmuş dönmə kamerası metronun "İçərişəhər" stansiyasının arxasında tikiləcək. Bu, həm bənövşəyi, həm də yaşıl xətdə qatarların hərəkət intervalını azaltmağa imkan verəcək".
Vu fikirləri "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov metroda gözlənilən yeniliklərlə bağlı danışarkən deyib.
O bildirib ki, hazırda minimum interval dörd dəqiqədirsə, gələcəkdə bu müddət "bənövşəyi" xətdə bir dəqiqəyə, "yaşıl" xətdə isə iki dəqiqə 30 saniyəyə enəcək:
"Sistem və infrastruktur tam yeniləndikdən sonra intervalın daha da qısaldılması mümkündür".
B.Məmmədovun sözlərinə görə, xətlərin ayrılması üçün Dərnəgül ərazisində yeni elektrik deposu tikiləcək:
"Bu, metropolitenin fəaliyyətini daha səmərəli təşkil etmək baxımından vacib layihələrdən biridir. Depo istifadəyə verildikdən sonra tunellərin tikintisinə başlanacaq. Sözügedən mərhələyə qədər "Nizami" və "Cəfər Cabbarlı" stansiyalarının yaxınlığında iki yeni elektrik yarımstansiyası inşa olunacaq. Eyni zamanda, mövcud enerji infrastrukturunun optimallaşdırılması da nəzərdə tutulur.
"300 yeni vaqonun alınması istiqamətində hazırda texniki və iqtisadi parametrlər üzrə beynəlxalq qiymətləndirmə və danışıqlar aparılır. Seçim prosesi yekunlaşdıqdan sonra istehsal mərhələsinə start veriləcək. Ümumilikdə bu layihələrin həyata keçirilməsi nəticəsində il ərzində əlavə 88 milyon sərnişinin daşınması mümkün olacaq", - deyə "Bakı Metropoliteni" QSC-nin sözçüsü fikirlərini yekunlaşdırıb.
3-05-2025, 18:18
Bütün bunlar müharibənin sonunda baş verəcək - Zelenski


Bütün bunlar müharibənin sonunda baş verəcək - Zelenski

Xarici hərbi kontingentin Ukraynaya gəlməsi yalnız müharibə başa çatdıqdan sonra mümkündür.
Bunu jurnalistlərlə söhbəti zamanı Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O bildirib: “Bununla belə, bütün bunlar müharibənin sonunda baş verəcək. Siz başa düşürsünüz ki, heç kim hərbi əməliyyata cəlb olunmaq üçün Ukraynaya sadəcə olaraq öz qoşunlarını göndərməklə risk etməyəcək. Hətta heç kim olmasa da, əksər ölkələr”.
Zelenski qeyd edib ki, “Arzulayanlar koalisiyası”nın iştirakçıları arasında öz hərbi kontingentini Ukraynaya göndərməyə hazır olanlar da var. “Biz bunu çox dəstəkləyirik”, - deyə Prezident bildirib.
Ukrayna Prezidenti vurğulayıb ki, bəzi ölkələr atəşkəsdən sonra Ukrayna və Rusiyanın təkbətək qalmasını istəyəcək. Artıq belə siqnallar qeydə alınır.
“Görürsünüz, hətta ilk addımı - atəşkəsi əldə etmək nə qədər çətindir. Təsəvvür edin, hamı başa düşür, ərazi məsələsi, sanksiyalar – bütün bunlar nə qədər çətin olacaq. Ona görə də elə siqnallar var ki, böyük ehtimalla atəşkəs haqqında razılığa gələndən sonra bəzi ölkələr bizimlə rusların təkbətək qalmasını istəyəcək. "Bunlar məhz belə siqnallardır", - deyə Zelenski ABŞ-ın danışıqları tərk etməsi ilə bağlı suala cavabında bildirib.
Eyni zamanda, Prezident vurğulayıb ki, Avropa Ukraynanın yanında olacaq, “çünki çoxlu əlaqədar məsələ var”.
ABŞ-ın danışıqlar prosesindən geri çəkilməsi ehtimalı ilə bağlı Zelenski deyib: “Mənə elə gəlir ki, onların belə düşüncələri var, çünki hər şey həqiqətən çox çətindir”.
3-05-2025, 18:11
Vuçiç xəstəxanaya yerləşdirildi


Vuçiç xəstəxanaya yerləşdirildi

Serbiya prezidenti Aleksandr Vuçiç xəstəxanaya yerləşdirilib.
Onun Belqraddakı Hərbi Tibb Akademiyasına yerləşdirildiyi bildirilir.
Məlumata görə, Vuçiç ABŞ-yə səfəri zamanı özünü pis hiss edib və səfərini yarımçıq qoymaq qərarına gəlib.
Rəsmi qurumlar siyasətçinin səhhətinin vəziyyəti ilə bağlı ətraflı məlumat verməyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!