Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
5-05-2025, 13:15
Məhkəmə "Toplum TV"nin əməkdaşları ilə bağlı qərar verdi


Məhkəmə "Toplum TV"nin əməkdaşları ilə bağlı qərar verdi

"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Fərid İsmayılov və Elmir Abbasovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər vəsatət verərək təqsirləndirilən şəxslər barəsində həbs müddətinin uzadılmaması və axtarış zamanı götürülmüş şəxsi əşyaların qaytarılmasını xahiş ediblər. Bundan başqa, təqsirləndirilən Ələsgər Məmmədli barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatət verilib.
Məhkəmə həbslə bağlı vəsatətləri təmin etməyib.
Hakim bildirib ki, axtarış tədbirləri zamanı götürülmüş sübutların içində şəxsi əşyalar varsa, onlar qaytarılacaq.
Məhkəmənin baxış iclası mayın 12-nə təyin edilib.
Xatırladaq ki, ötən il martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.
"Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Daha sonra iş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraq ittihamlar (Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə) irəli sürülüb.
5-05-2025, 12:45
Magistraturada 6 yeni ixtisas - Nazir detalları AÇIQLADI


Magistraturada 6 yeni ixtisas - Nazir detalları AÇIQLADI

Ötən il Səhiyyə Nazirliyində yaradılmış işçi qrup tərəfindən "Əczaçılıq təhsilinin inkişaf Konsepsiyası" hazırlanıb.
Bunu səhiyyə naziri Teymur Musayev mayın 5-də Bakıda keçirilən "Azərbaycanın əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, konsepsiyada əksini tapmış "Ali məktəblər üçün virtual əczaçılıq zavodu" layihəsinin həyata keçirilməsi, tətbiqinə başlanılacaq davamlı peşəkar inkişaf proseslərinə əczaçıların cəlb edilməsi, Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq fakültəsinin nəzdində "Elmi-istehsalat təcrübə bazası"nın yaradılması və digər tədbirlərin icrası istiqamətində işlər aparılır:
"Konsepsiyanın tədbirlər planına uyğun olaraq, 2025/2026-cı tədris ilindən etibarən altı yeni ixtisaslaşma üzrə magistratura səviyyəsində mütəxəssis hazırlığına başlanılacaq".
Qeyd edək ki, konfrans Səhiyyə Nazirliyi, Macarıstanın Azərbaycandakı səfirliyi və "Scandens" əczaçılıq şirkətinin birgə təşkilatçılığı keçirilir. Tədbirdə yerli və xarici qonaqlar daxil olmaqla 300-ə yaxın iştirakçı bir araya gəlib.
Məqsəd ölkədə əczaçılıq sektorunun mövcud vəziyyətini təhlil etmək, gələcək əməkdaşlıq imkanlarını nəzərdən keçirmək, tibb və əczaçılıq təhsili sahəsində yeni çağırışları müəyyənləşdirməkdir.
Bu da Azərbaycanda əczaçılıq sənayesinin inkişafına və xarici tərəfdaşlarla təcrübə mübadiləsinə həsr olunmuş ilk beynəlxalq tədbirdir.
5-05-2025, 12:38
İki qardaş narkotikə görə tutuldu


İki qardaş narkotikə görə tutuldu

Ağdamda narkotikə qarşı əməliyyat keçirilib.
Ağdam Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti tədbir zamanı əvvəllər məhkum olunmuş Tahir və Mahir Məmmədov qardaşları saxlanılıblar. Onlardan satış məqsədi əldə etdikləri 1 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
5-05-2025, 12:34
Prezident məscidin təmirinə pul ayırdı


Prezident məscidin təmirinə pul ayırdı

Paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işləri həyata keçiriləcək.
Prezident İlham Əliyev “Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 600 min manat vəsait ayrılıb.
5-05-2025, 12:26
Yeni hava limanı ilə bağlı qərar dəyişdi


Yeni hava limanı ilə bağlı qərar dəyişdi

Bu gün Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanı tikilir.
Bunu Bakıda keçirilən “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı beynəlxalq konfransda Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.
O bildirib ki, Ələt Azad İqtisadi Zonası beynəlxalq nəqliyyat koridorlarının kəsişməsində yerləşir:
“Nəzərdə tutduğumuz o idi ki, bu hava limanı ancaq yükdaşımalarda istifadə olunsun, ancaq bu gün qərar dəyişib. Hava limanı tikiləndən sonra bizim investorlar çox əlverişli şəraitlə təmin olunacaq”.
5-05-2025, 12:23
Belarusun Baş naziri Azərbaycana gəldi


Belarusun Baş naziri Azərbaycana gəldi

Belarus Respublikasının Baş naziri Aleksandr Turçin mayın 5-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Belarusun Baş naziri Aleksandr Turçini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
5-05-2025, 12:18
İran yeni balistik raketini təqdim etdi


İran yeni balistik raketini təqdim etdi

İran İslam Respublikası 1200 kilometr mənzilli yeni ballistik raketni təqdim edib.
İranın dövlət televiziyası “Qasim Basir” adlı raketin görüntülərini yayımlayıb.
İranın müdafiə naziri briqada generalı Əziz Nəsirzadə dövlət televiziyasına verdiyi xüsusi açıqlamada ABŞ-ın təhdidlərinə cavab verib.
Briqada generalı Nəsirzadə “İrana hücum edilərsə və ya müharibə tətbiq edilərsə, biz gücə güclə cavab verəcəyik, onların maraqlarına və bazalarına hücum edəcəyik. Biz bu mövzuda heç bir sərhəd tanımırıq” deyib.
Müdafiə naziri "Qonşu ölkələrlə heç bir düşmənçiliyimiz yoxdur. Onlar bizim qardaşlarımızdır, hədəfimiz Amerika bazaları olacaq" ifadəsini işlədib.
5-05-2025, 11:48
“Beşiktaş” “Fənərbaxça”nı məğlub etdi - VİDEO


“Beşiktaş” “Fənərbaxça”nı məğlub etdi - VİDEO

Türkiyə Superliqasının 34-cü turunda keçirilən “Fənərbaxça” – “Beşiktaş” matçı baş tutub.
İstanbul derbisində qonaqlar 1:0 hesablı qələbəyə sevinib.
Matçın videoicmalını təqdim edirik:

4-05-2025, 22:00
“Qarabağ”dan növbəti qələbə


“Qarabağ”dan növbəti qələbə

Bu gün Azərbaycan Premyer Liqasının 33-cü turunda növbəti oyun baş tutub.
Çempionluğu təmin edən “Qarabağ” “Sumqayıt”ı qəbul edib.
İzləyicisi “Zirə” ilə xal fərqinin azalmasını istəməyən ağdamlılar matça əsas heyətlə çıxıb. “Sumqayıt” ilk hissədə rəqibinə layiqli müqavimət göstərsə də, fasilədən sonra təzyiqi artıran meydan sahibləri istəyinə çatıb.
Yarım illik fasilədən sonra “Azersun Arena”ya qayıdan “Qarabağ” usta oyunçularının dəqiq zərbələri sayəsində inamlı qələbə qazanıb.

Azərbaycan Premyer Liqası

33-cü tur

“Qarabağ” – “Sumqayıt” 2:0

Qollar: Yassin Benzia, 59. Kadi Borqes, 82.

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.

VAR: Nicat İsmayıllı, Namiq Hüseynov
4-05-2025, 21:46
Şeyx Patriarx Kirillə erməni revanşizmindən danışdı


Şeyx Patriarx Kirillə erməni revanşizmindən danışdı

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycana səfəri çərçivəsində mayın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Hacı Allahşükür Paşazadə ilə görüşüb.
Görüşdə qarşılıqlı əlaqələrin inkişafı və perspektivləri müzakirə edilib.
Şeyxulislam Hacı Allahşükür Paşazadə bildirib ki, Azərbaycan ilə Rusiyanın dini konfessiyaları arasındakı dostluq əlaqələrinin əsası Ulu öndər Heydər Əliyevin zamanında yaradılıb və səmimi xarakter daşıyır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev provaslav və müsəlmanlar arasındakı dostluq əlaqələrinin daha da inkişafı etməsi üçün dəstəyini əsirgəmir. Prezident İlham Əliyev ilə Prezident Vladimir Putinin dostluq əlaqələri xalqların dini və mədəni yaxınlaşmasını, əlaqələrin və münasibətlərin inkişafını təmin edir.
Şeyxulislam təəssüf hissi ilə qeyd edib ki, bu gün Ermənistanın din xadimləri xalqı sülhə çağırmaq əvəzinə revanş hissi ilə yaşayırlar. Azərbaycan torpaqlarını azad edib, erməni din xadimləri bunu həzm edə bilmirlər. İşğal dövründə Azərbaycanın məscid və mədəni abidələri ilə yanaşı provoslavlara aid olan mədəni abidələr dağıdılıb. Bu gün Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həm müsəlman, həm də xristianlara məxsus olan kilsə və tarixi-mədəni abidələr bərpa edilir.
Qeyd olunub ki, Patriarx Kirill iki dini konfessiya arasında mehriban münasibətlərin qurulmasında böyük rol oynayıb. Onun fəaliyyətinin əsasında xalqlar və dinlər arasında sülh və əmin-amanlıq yaratmaq dayanır. Buna görə də Şeyxulislam Hacı Allahşükür Paşazadə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə təşəkkürünü bildirib.
Patriarx Kirill nəzərə çatdırıb ki, Rusiyada müsəlmanlarla provaslavlar arasında tarixən dostluq əlaqələri mövcud olub. İndi də bu dostluq davam edir. Bir çox müsəlman Rusiyada görkəmli dövlət və hərbi xadimlər kimi fəaliyyət göstərərək tanınıb və nüfuz qazanıblar.
Bu gün Rusiya Prezidenti Vladimir Putin Azərbaycana xüsusi münasibətlə yanaşır. Azərbaycana rəhbərlik edən Prezident İlham Əliyev bütün dini konfessiyalara o cümlədən provaslavlara diqqət və qayğı ilə yanaşır.
Qeyd olunub ki, Azərbaycanda provaslavlara həmişə hörmətlə yanaşıblar və bunda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin xüsusi rolu var. Buna görə də Patriarx Kirill Şeyxulislama öz təşəkkürünü bildirib.
Vurğulanıb ki, siyasi xadimlərdən fərqli olaraq din xadimlərinin fəaliyyəti müxtəlif dinə etiqad edənlərin qarşılıqlı hörmətinə və ehtiramına nail olmaqdan ibarətdir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!