Laçında tənha məzar .....                        İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ .....                        Amerikada bayraqlar yarıya endirildi .....                        Futbolçularım qəhrəmandır - Qurban Qurbanov .....                        "Qarabağ"dan möhtəşəm qələbə: Klub Çempionlar Liqasına yüksəldi - YENİLƏNİB .....                        Minsk Qrupu ləğv ediləcək - Proses başladı .....                        Ermənistan konstitusiyasını dəyişməsə... .....                        Naxçıvanda yeni aparat rəhbəri təyin edildi .....                        ABŞ-da məktəbdə atışma: 3 ölü, 20 yaralı .....                       
5-08-2025, 22:42
İki nazirlik əhaliyə birgə müraciət etdi


İki nazirlik əhaliyə birgə müraciət etdi

Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri yanğın təhlükəsizliyi ilə bağlı birgə müraciət ediblər.
Daxili İşlər Nazirliyindəm (DİN) verilən məlumatda qeyd olunub ki, ölkə ərazisində, o cümlədən işğaldan azad olunan ərazilərdə ekoloji təhlükəsizliyin qorunması fonunda hər iki nazirlik tərəfindən yanğınla bağlı məsuliyyət tədbirlərinin görülməsi və profilaktikası sahəsində fasiləsiz xidmət aparılır.
"Yay mövsümündə havaların isti və quraq keçməsi, meşəlik və açıq sahələrdə yanğın təhlükəsinin artdığını nəzərə alaraq hər kəsi təbiətə səfərlər zamanı müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq.
Təəssüf ki, aparılan təhlillərin nəticəsində məlum olur ki, meşə massivlərində qeydə alınan yanğınların mütləq əksəriyyəti insan səhlənkarlığı ucbatından baş verir. Tam söndürülməmiş tütün məmulatının təbiətə atılması, yandırılan kol-kos, eləcə də odla ehtiyatsız davranış yanğınlara və yaşıllıqların məhvinə gətirib çıxara bilər.
Gəlin, təbiət qoynunda keçirəcəyimiz istirahətimizi hamılıqla elə təşkil edək ki, özümüzdən sonra ətraf-mühitə bərpası illər tələb edən sağalmaz yaralar vurmayaq, yanğın təhlükəsizliyi qaydalarına əməl edək. Unutmayaq ki, ekoloji təhlükəsizliyi və meşə massivlərini qorumaq bizim vətəndaş kimi başlıca öhdəliklərimizdən biridir", - müraciətdə vurğulanıb.
5-08-2025, 21:20
Klintonlar məhkəməyə çağırıldı


Klintonlar məhkəməyə çağırıldı

ABŞ-nin keçmiş prezidenti Bill Klinton və onun həyat yoldaşı, sabiq dövlət katibi Hillari Klinton mərhum maliyyəçi Cefri Epşteynin məhkəmə işi üzrə dindirilməyə çağırılıb.
Bu barədə "New York Post" məlumat yayıb.
Qeyd edək ki, bir çox rəsmilər, o cümlədən ABŞ prezidenti Donald Tramp da Epşteynlə əlaqələrdə ittiham olunur.
Maliyyəçi yetkinlik yaşına çatmayanların cinsi istismarı üzrə ittiham olunaraq 2019-cü ildə həbs edilib və öz məhkəməsini gözləyərkən həbsxanada ölü tapılıb.
5-08-2025, 20:37
Hindistanla Pakistan arasında atəşkəs pozuldu


Hindistanla Pakistan arasında atəşkəs pozuldu

Pakistan Cammu və Kəşmirdə Hindistanla Nəzarət Xətti boyunca atəşkəsi pozub, itki yoxdur.
Bu barədə Hindistan mediası yazıb.
"Pakistan Poonç sektorunda əsassız atəş açaraq Cammu və Kəşmirdə Nəzarət Xətti boyunca atəşkəsi pozub. Hindistan Ordusu Pakistanın atəşkəsi pozmasına cavab verib. Atışma 15 dəqiqə davam edib. İtki yoxdur", - deyə məlumatda bildirilir.
5-08-2025, 20:16
Bu nekroloqu  oxumaq çox ağır idi..


Bu nekroloqu oxumaq çox ağır idi...

Mədəniyyət Nazirliyinin səhifəsindən oxudum. Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış dramaturq, tənqidçi və ədəbiyyatşünas, ictimai-siyasi xadim, filologiya elmləri doktoru professor Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də ömrünün 83-cü ilində vəfat etmişdir. Bu nekroloqu oxumaq çox ağır idi.
Hələ məktəbli ikən Elçin-i oxuyurdum. Amma İlyas Əfəndiyevin oğlu olduğunu bilmirdim. Nədən bu müəllif soyadsızdır? Bir gün müəllimə sual vermişdim ki, niyə Elçin? Müəllimim mənə həm verdiyim sualın cavabını, həm də müəllif haqqında bilmədiyim çox geniş məlumatlar vermişdi.
Artıq təsəvvürümdə yaranan obrazı haqqında düşünürdüm ki, görəsən İlyas müəllimə oxşayırmı? İlyas müəllimin çöhrəsindəki nur Elçində də var? İlyas müəllimdən anamın kitabxanasından ilk dəfə “Sarıköynəklə Valehin nağılı”nı oxumuşdum Şəkidə. Sonra kənd kitabxanamızdan müəllifin bütün kitablarını götürüb oxudum. Bizim qonşu Qızılcıq kəndində Əfəndilər soy kökündən İdris babanı tanıyırdım. Azarlayanda uşaqları aparardılar əlin çəkərdi, başlarına. Əlini əsgərə gedənlərin çiyinlərnə qoyar, xeyir-dua verərdi. Ruhu şad olsun!

İlk dəfə Elçin müəllimi görəndə simasında elə o nuru, duruşunda əfəndiliyi gördüm. Alicənablığı, səmimiyyəti, incə təbəssümü ilə yaddaşımda əbədiləşən hörmətli Elçin müəllim, ruhunuz şad olsun! Çox vaxt elə əsərlərinin premyeralarında görüşürdük. Tamaşa öncəsi gərginliyini hiss edərdim. Tamaşa bitəndən sonra təmkinlə səhnəyə qalxardı. Bir-bir aktyorlara öz xoş sözlərini, təşəkkürünü bildirərdi. Əsərlərinin qəhrəmanlarını oynayan aktrisalar Hüsniyyə xanıma, Zülfiyyə xanıma söylədiyi xoş sözlər qulaqlarımda cingildədi. Sizi həmişə Akademik Milli Dram Teatrının lojasında görəndə İlyas müəllim gəlib keçərdi gözümün önündən. Nekroloqunuzu oxuyub, susdum. Elə bil ildırım çaxmışdı. Bu halı sevimli şairimiz Bəxtiyar Vahabzadə dünyasını dəyişəndə yaşamışdım. Hələ də inanmıram. İnanmaq istəmədiyim xəbər oldu, bu acı xəbər də. Axı Siz göy adamı idiniz?! Göy adamları həmişə vardılar. Siz varsınız, yerdə, göydə, qəlblərdə! Xalqımızın qəlblərdə həmişə var olacaq ELÇİNi!
Ruhunuza ehtiramla: Azadə NOVRUZOVA
5-08-2025, 19:44
Əli Əsədov Türkmənistan Prezidenti ilə görüşdü


Əli Əsədov Türkmənistan Prezidenti ilə görüşdü

Türkmənbaşı şəhərində işgüzar səfərdə olan Baş nazir Əli Əsədov avqustun 5-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkmənistanın dövlət başçısına çatdırıb.
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin dinamik inkişafından məmnunluq ifadə olunub, ikitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran sahələrdə inkişaf perspektivləri müzakirə edilib.
5-08-2025, 19:04
Zelenski Trampla danışdı


Zelenski Trampla danışdı

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla telefon danışığı aparıb.
V.Zelenski bu barədə öz “Telegram” kanalında yazıb.
"ABŞ Prezidenti ilə məhsuldar söhbət apardıq. Əsas məsələ müharibənin dayandırılmasıdır. Biz ədalətli və davamlı sülh naminə göstərdiyi bütün səylərə görə ABŞ Prezidentinə minnətdarıq. Həqiqətən, qətllərə mümkün qədər tez son qoymaq lazımdır, biz bunu tam dəstəkləyirik. Əgər rusiyalılar uzatmasaydı, müharibə artıq çoxdan bitmiş ola bilərdi", - Ukrayna lideri qeyd edib.
Onun sözlərinə görə, ABŞ və Ukrayna mövqelərini koordinasiya edib və Rusiya qoşunlarının Ukrayna ərazisinə endirdiyi zərbələrin intensivliyinin artması barədə fikir mübadiləsi aparıb. "Prezident Tramp Rusiyanın Kiyevə, digər şəhərlərə və icmalara zərbələr endirməsi barədə tam məlumatlandırılıb", - o qeyd edib.
Bundan başqa, paylaşımda bildirilib ki, liderlər Rusiyaya qarşı sanksiyaları və təzyiqin artırılmasını, eləcə də Aİ-nin Kiyevə silah tədarükünə dəstəyini və dron istehsalı üzrə ABŞ-Ukrayna əməkdaşlığını müzakirə ediblər.
"Ukrayna tərəfi dronlarla bağlı saziş layihəsini artıq hazırlayıb, biz onu ətraflı şəkildə müzakirə edərək bağlamağa hazırıq. Bu, ən güclü sazişlərdən biri ola bilər. Təşəkkürlər, Prezident Tramp", - V.Zelenski vurğulayıb.
5-08-2025, 18:32
Fransalı futbolçu Azərbaycan klubunda


Fransalı futbolçu Azərbaycan klubunda

“Qəbələ” yeni transferini açıqlayıb.
Bölgə təmsilçisi İbrahim Sanqare ilə müqavilə bağlayıb.
31 yaşlı fransalı futbolçu mərkəz hücumçusu mövqeyində çıxış edir. O, son olaraq İsrailin “Hapoel” (Hadera) klubunda forma geyinib.
5-08-2025, 18:11
ChatGPT-də yenilik!


ChatGPT-də yenilik!

ChatGPT çatbot istifadəçilərə süni intellektlə çox uzun müddət ünsiyyət qurduqları təqdirdə, onlara fasilə verməyi xatırlatmağa başlayacaq. Xəfif göstərişlər çatlarda ekranda görünən pəncərələr kimi görünəcək. İstifadəçilər süni intellektlə söhbətə davam etmək üçün onların üzərinə klik etməli olacaqlar.
Yeni funksiya ChatGPT ilə istifadəçilər arasında “daha sağlam” münasibət yaratmaq məqsədi daşıyır. Çatbotun faktiki olaraq yanlış və ya təhlükəli cavablar yaratdığı hallar məlumdur. Bu, insanların sağlamlığını və psixi rifahını risk altında qoyub.
Tərtibatçı şirkət bu çatışmazlıqları etiraf edib və istifadəçilərin sorğularına daha diqqətli cavab verməsi üçün ChatGPT-ni yeniləməyi vəd edib. Birbaşa cavab əvəzinə, proqram həmsöhbətə problem haqqında düşünməyə, suallar verməyə, bu və ya digər vəziyyətin müsbət və mənfi cəhətlərini müəyyənləşdirməyə kömək edəcək.
Əvvəlcə tərtibatçılar çatbotu “faydalı, həvəsləndirici və istifadəsi xoş” etməyə çalışırdılar. Lakin təcrübədə bu, istifadəçilərin hər sözünü təsdiq edən və bununla da onları qıcıqlandıran “yaltaq” süni intellektin yaranmasına gətirib çıxardı. “Engadget” portalı xəbər verir ki, ekspertlərin fikrincə, ChatGPT ilə ünsiyyət zamanı fasilələr istifadəçilərə söhbətə daha obyektiv baxmaq və proqramın düzgün cavab verib-vermədiyini yoxlamaq imkanı verəcək.
Bundan əvvəl məlum olub ki, ChatGPT kosmik gəmini idarə etməyi öyrənib. Proqramdan gəminin oriyentasiyası və manevr etdiyinə dair tövsiyələr vermək xahiş edilib. O, uğurla tapşırığın öhdəsindən gəlib.
5-08-2025, 17:50
Şahin Şıxlinski təkadamlıq kameraya salınıb


Şahin Şıxlinski təkadamlıq kameraya salınıb

“Azərbaycan-Ural” ictimai təşkilatının və Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Moskva məhkəməsi tərəfindən qiyabi şəkildə həbs edildikdən sonra Yekaterinburqa gətirilib və istintaq təcridxanasında təkadamlıq kameraya yerləşdirilib.
Bu barədə Ura.ru istintaqa yaxın iki mənbəyə istinadən məlumat yayıb.
Sverdlovsk vilayətinin Cəzaçəkmə Müəssisələri üzrə Baş İdarəsinin (QUFSİN) Mətbuat Xidməti məsələ ilə bağlı rəsmi mövqe bildirməkdən imtina edib: "Xüsusi kontingentin yerləşdiyi yer, qanunvericiliyə əsasən, açıqlanmır və şərh olunmur", - deyə idarədən bildirilib.
Xatırladaq ki, daha əvvəl Moskvanın Basmannı məhkəməsi Şahin Şıxlinski barəsində qiyabi həbs qərarı çıxarmışdı. Bu qərar onun axtarışa verilməsindən sonra qəbul olunmuşdu.
Yerli mətbuat yazır ki, Şahin Şıxlinskiyə qarşı Rusiya Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət işi açılıb.
O, Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi) və 105-ci maddəsinin 2-ci hissəsi (qəsdən adam öldürmə) ilə axtarışa verilib.
5-08-2025, 17:08
Füzuli ilə Arxadağ şəhərləri qardaşlaşır


Füzuli ilə Arxadağ şəhərləri qardaşlaşır

Füzuli və Arxadağ şəhərləri qardaşlaşacaq.
Bu barədə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdıməhəmmədov Avazada Özbəkistan Prezidenti və Azərbaycanın Baş naziri ilə keçirilən üçtərəfli görüşdə deyib.
O, Azərbaycanda səfərdə olarkən Prezident İlham Əliyevlə Füzuli rayonunda məscidin tikintisi, habelə Füzuli və Arxadağ şəhərlərinin qardaşlaşması ilə bağlı razılığın əldə olunduğunu bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!