TikTok-da yeni funksiya .....                        "Fənərbaxça"da yeni transfer .....                        Pakistan Ermənistanın ŞƏT-ə üzvlüyünü bloklayıb .....                        Putin Pezeşkianla görüşdü .....                        Sumqayıtda karton zavodu yanır .....                        Kremldən Putin-Əliyev görüşü barədə açıqlama .....                        1-ci xanımların tədbirində İranı Pezeşkianın qızı təmsil etdi - FOTO .....                        Azərbaycanlı hakim UEFA-dan yeni təyinat aldı .....                        Liderlərin xanımları bir arada - FOTO .....                       
10-08-2025, 22:34
İngiltərə Superkubokunun qalibi bəlli o odu


İngiltərə Superkubokunun qalibi bəlli o odu

İngiltərə Superkubokunun qalibi bəlli olub.
Həlledici oyunda son ölkə çempionu “Liverpul”la Federasiya Kubokunun qalibi “Kristal Pelas” üz-üzə gəlib.
Londonun “Uembli” stadionunda keçirilən görüşün əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşdığı üçün penaltilər seriyası oynanılıb.
Burada daha dəqiq olan (3:2) “Kristal Pelas” Superkubokun qalibi olub.
10-08-2025, 22:15
Zəlzələdən sonra 4 nəfər dağıntılar altından çıxarıldı


Zəlzələdən sonra 4 nəfər dağıntılar altından çıxarıldı

Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib, bir bina çöküb.
Dağıntılar altından dörd nəfər çıxarılıb.
10-08-2025, 21:58
Zəlzələdən sonra 10 bina çökdü


Zəlzələdən sonra 10 bina çökdü

Balıkəsirin Sındırgı rayonunda baş verən 6,1 bal gücündə zəlzələdən sonra 4,6, 4,1 və 4 bal gücündə daha üç zəlzələ baş verib.
Bu haqda AFAD məlumat yayıb.
Zəlzələlər 20:01-də 4,6, 20:04-də 4,1 və 20:06-da 4 bal gücündə qeydə alınıb.
Sındırqı vilayət valiliyinin məlumatına görə, ilk təkanlardan sonra 10-a yaxın yaşayış binası çöküb.
İstanbulun Sultanqazi və Bahçelievler ərazisində də vətəndaşlar evlərini tərk edib. Küçükçekmecede sakinlər parklara axın edib.
10-08-2025, 21:53
Pezeşkiandan Zəngəzur açıqlaması: məsələ şişirdilir


Pezeşkiandan Zəngəzur açıqlaması: məsələ şişirdilir

İran prezidenti Məsud Pezeşkian jurnalistlərin Zəngəzur dəhlizi ilə bağlı sualını cavablandırıb.
Pezeşkian bildirib ki, İranın bu marşrutla bağlı tələbləri nəzərə alınıb.
Onun sözlərinə görə, məsələ xəbərlərdə şişirdildiyi kimi deyil:
ABŞ-ın regionda iştirakı ilə bağlı İranda narahatlığın olub-olmadığı sualını Pezeşkian belə cavablandırıb.
“Bu, məsələlərdən biridir. Amma əsas odur ki, ərazi bütövlüyü, eləcə də Avropaya və ya şimala gedən yolumuzun bağlanmaması məsələləri nəzərə alınıb. Yeganə narahatlıq isə bu yolun amerikalı və erməni şirkətlər tərəfindən inşa ediləcək olmasıdır”
10-08-2025, 21:50
Ərdoğandan zəlzələ ilə bağlı paylaşım


Ərdoğandan zəlzələ ilə bağlı paylaşım

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkəsirdə baş verən zəlzələ ilə bağlı açıqlama verib.
O bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Bütün əlaqədar qurumlarımız hərəkətə keçib və lazımı addımlar atırlar. Biz də işləri yaxından izləyirik.
Balıkəsirdə baş verən və ətraf ərazilərdə də hiss olunan zəlzələdən zərər çəkən bütün vətəndaşlarımıza keçmiş olsun diləklərimi çatdırıram”.
10-08-2025, 21:38
Dəniz daha bir can aldı


Dəniz daha bir can aldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 5 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə FHN-dən bildirilib.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
10-08-2025, 21:30
Türkiyədə güclü zəlzələ - Son durum AÇIQLANDI


Türkiyədə güclü zəlzələ - Son durum AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Türkiyənin Balıkəsir vilayətinin Sındırgı rayonunda 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.
AFAD-ın məlumatına görə, yeraltı təkanlar 10 avqust saat 19:53-də, 11 kilometr dərinlikdə baş verib.
Zəlzələ İstanbul, İzmir, Bursa, Çanaqqala və Yalova da daxil olmaqla bir sıra ətraf bölgələrdə də hiss olunub. AFAD və digər təcili yardım xidmətlərinin əməkdaşları dərhal əraziyə göndərilib.
Sındırğıdakı əsas təkanın ardından maqnitudası 4-dən yuxarı olan 3 afterşok zəlzələ də qeydə alınıb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında açıqlama verərək ilkin məlumatlara görə, zəlzələ nəticəsində hər hansı mənfi halın qeydə alınmadığını bildirib:
"AFAD və aidiyyəti qurumların bütün komandaları dərhal sahə yoxlamalarına başlayıb. Hazırda hər hansı mənfi vəziyyət yoxdur. Zəlzələdən təsirlənən vətəndaşlarımıza keçmiş olsun. Allah ölkəmizi və millətimizi fəlakətlərdən qorusun."
10-08-2025, 21:07
Türkiyədə güclü zəlzələ


Türkiyədə güclü zəlzələ

Türkiyənin Balıkesir şəhərində 6,1 maqnitudalıq zəlzələ olub.
Zəlzələ İstanbulda da hiss edilib.
Hadisənin fəsadları barədə hələ məlumat yoxdur.
10-08-2025, 21:03
Pezeşkian məcburi hicabdan danışdı


Pezeşkian məcburi hicabdan danışdı

İran Prezidenti Məsud Pezeşkian ölkədə qadınların hicabdan məcburi istifadəsi ilə bağlı maraqlı açıqlama verib.
Pezeşkian bu barədə hökumət rəsmiləri və media nümayəndələri ilə görüşündə danışıb.
İran Prezidenti deyib ki, hicab məsələsində zor tətbiq etməklə nəticə əldə etmək mümkün deyil.
Onun sözlərinə görə, qadınları nə hicaba məcbur etmək, nə də hicabdan əl çəkməyə təlqin etmək doğrudur.
Pezeşkian bildirib ki, burada uğurlu nəticə yanlız mədəni yollarla əldə edilə bilər.
O bildirib ki, bu xüsusda işin böyük qismi məscidlərin öhdəsinə düşür.
10-08-2025, 20:28
Şəhid atası qəzaya düşdü


Şəhid atası qəzaya düşdü

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə Bəydili kəndində qeydə alınıb.
Belə ki, Əfsun Əhmədlinin idarə etdiyi "VAZ-21099" markalı minik avtomobili idarəetmədən çıxaraq körpüdən çaya düşüb.
Qəza nəticəsində sürücü və sərnişin Qəhrəman Bağırov suda boğulmaq təhlükəsi ilə üzləşib. Onlar yaxınlıqda olan kənd sakinlərinin köməkliyi ilə sudan çıxarılıblar. Ə.Əhmədli və Q.Bağırov müxtəlif xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, Q. Bağırov Vətən müharibəsi şəhidi Hikmət Bağırlının atasıdır.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!