Zelenski Trampa qarşı çıxdı .....                        Ərdoğandan Alyaska görüşünə reaksiya .....                        Tramp Avropa liderləri və Zelenskini Vaşinqtona çağırdı .....                        Putin Trampdan nə istəyib? .....                        Pakistanda güclü daşqın - 300 nəfər öldü .....                        Müğənni Rəqsanə HƏBS EDİLDİ .....                        SEPAH generalı Pezeşkianın oğlunu hədəf aldı: “Pantürkist kimi hərəkət edir” .....                        Polisin "dur!" əmrinə tabe olmayan sürücü həbs olundu .....                        Vidadi Babanlı vəfat etdi .....                       
Bu gün, 14:04
Putindən jurnalistlərə qeyri-adi REAKSİYA


Putindən jurnalistlərə qeyri-adi REAKSİYA

Rusiyalı həmkarı Putinlə Alyaskada görüşən ABŞ Prezidenti Donald Tramp deyib ki, danışıqlarda "böyük irəliləyiş"ə baxmayaraq, heç bir razılaşma əldə olunmayıb.
Tramp-ın Putinlə görüşməkdə məqsədi Ukraynadakı müharibəyə son vermək idi.
Alyaskadakı üç saatlıq görüşdən sonra mətbuata açıqlamasında Tramp "Biz ora çata bilmədik" deyib.
Trampın üzündəki narazı ifadələr də bu uğursuzluğun vizual təsdiqi idi.
Putin isə kameralar qarşısında daha rahat, hətta qələbə qazanmış kimi sevincli görünürdü.
Putin Alyaskada jurnalistlərin “sual yağışı”na tuş gəlib:

- Cənab Putin, atəşkəsə razılaşırsınız?

- Cənab Putin, bundan sonra dinc əhalini öldürməməyə söz verirsiniz?

- Prezident Putin, niyə prezident Tramp sizin sözlərinizə inanmalıdır?

Vladimir Putin jurnalistlərin suallarına maraqlı təpki göstərib. O, üzündəki ifadələrlə bu suallara əvvəlcə təəccübləndiyini nümayiş etdirib, sonra isə onları vecinə almadığını göstərib...
Qərb jurnalistlərinin təkrar suallarına cavab olaraq qeyri-adi üz ifadələri və hərəkətlər nümayiş etdirən Putinin bu görüntülərini kameramanlar qaçırmayıblar.
Putinin qəribə hərəkətləri Qərb mediasında geniş müzakirələrə səbəb olub.
Bu gün, 13:25
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Avqustun 17-də gözlənilən hava şəraitinin proznozu açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 16-dan 17-nə keçən gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olacaq.
Havanın temperaturu gecə 21-24, gündüz 27-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, axşama doğru tədricən kəsiləcəyi, gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-23, gündüz 28-33, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.
Bu gün, 12:47
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI


Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncamlar imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə, bir nəfər “Azərbaycan Bayrağı”, iki nəfər 3-cü dərəcəli “Rəşadət”, iki nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, bir nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə, 11 nəfər “Vətən uğrunda”, iki nəfər “İgidliyə görə”, 50 nəfər “Hərbi xidmətlərə görə” medalıları ilə təltif olunublar.

“Azərbaycan Bayrağı” ordeni ilə

Sadıqov Rəşad Heydər oğlu – general-leytenant


3-cü dərəcəli “Rəşadət” ordeni ilə

Xəlilov Abbas Sultan oğlu – general-leytenant

Qocayev Bağır İbrahim oğlu – polkovnik


2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Bağırov Ramin Sabir oğlu – general-mayor

Qiyasov Abbas Hüseyn oğlu – kontr-admiral


3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Məmmədov Araz Məmməd oğlu – general-leytenant


“Vətən uğrunda” medalı ilə

Zeynalov Zaur Ağaqardaş oğlu – general-mayor

Cəlilov Namiq Mahmud oğlu – polkovnik

İbrahimov Orxan Kamran oğlu – polkovnik

Qəmxarov Müşviq Əlican oğlu – polkovnik

Salmanov Tərlan Süleyman oğlu – polkovnik

Hacıyev Baxtiyar Vahid oğlu – polkovnik-leytenant

Heydərov Fuad Fərman oğlu – polkovnik-leytenant

Məmmədov Allahverdi Məhəmməd oğlu – polkovnik-leytenant

Məmmədov Əsgər Qadir oğlu – polkovnik-leytenant

Təhməzov Zaur Nizaməddin oğlu – polkovnik-leytenant

Sadıqova Nuranə Qədir qızı – kapitan


“İgidliyə görə” medalı ilə

Pirizadə Müzəffər Ələsgər oğlu – general-leytenant

Məlikov Vüqar Səfər oğlu – polkovnik


“Hərbi xidmətlərə görə” medalı ilə

Ağalarov Kərəm Məzahir oğlu – ədliyyə polkovniki

Əsgərov Akif Allabağış oğlu – 1-ci dərəcəli kapitan

Məmmədov Azər Yaşar oğlu – polkovnik

Abbasov Ceyhun Sabir oğlu – polkovnik-leytenant

Əliyev Xəzər İsa oğlu – polkovnik-leytenant

Həsənov Rüfət Hüseynqulu oğlu – polkovnik-leytenant

Xəlilov Seymur Natiq oğlu – polkovnik-leytenant

Qocayev Zaman Hamlet oğlu – polkovnik-leytenant

Rüstəmov Rəşad Vaqif oğlu – polkovnik-leytenant

Salmanov Nihad Hüseynəli oğlu – polkovnik-leytenant

Yusifov Nazim Məhərrəm oğlu – polkovnik-leytenant

Abbasov Xalid Xeybər oğlu – mayor

Abbaszadə Təbriz Habil oğlu – 3-cü dərəcəli kapitan

Abdullayev Bəhruz Yusif oğlu – mayor

Əliyev Əsəd İmanverdi oğlu – mayor

Hacıyev Elçin Həsən oğlu – mayor

Həsənov Seymur Sabit oğlu – mayor

Qardaşova Tahirə Pərviz qızı – mayor

Qasımov Kamran Telman oğlu – mayor

Quliyev Ramin Yaşar oğlu – mayor

Qurbanlı Süleyman Xalid oğlu – mayor

Mirzəyev Kamil Kazım oğlu – mayor

Zamanov Arif Allahverdi oğlu – mayor

Zəkiyev Əli Müstəcəb oğlu – mayor

Cahangirov Elşən Qiyas oğlu – kapitan

Cəfərli Xətai Aydın oğlu – kapitan-leytenant

Əliyev Amil Famil oğlu – kapitan

Əliyev Elmin Yaşar oğlu – kapitan

Əliyev Sərxan Qabil oğlu – kapitan

Əskərli Ravid Allahyar oğlu – kapitan

Qaffarov Rəhman Elman oğlu – kapitan

Mehdizadə Xəyyam Niyazi oğlu – kapitan

Məmmədov Qiyas Nəcəf oğlu – kapitan

Məmmədov Mahir Nurəddin oğlu – kapitan

Nəhmətov Nahid Faiq oğlu – kapitan

Rəcov Cəfər Əliheydər oğlu – kapitan

Sadıqov Turqay Natiq oğlu – kapitan

Şahbazov Səadət Fətəli oğlu – kapitan

Əzizbəyli Uğur Qılman oğlu – baş leytenant

Həmidov Fuad Odlar oğlu – baş leytenant

Kərimov Taryel Abbasqulu oğlu – baş leytenant

Aslanov İlkin İlham oğlu – ehtiyatda olan leytenant

Əhmədli İmran Rəfail oğlu – baş gizir

Həsənova Təranə Hüseyn qızı – baş gizir

İsmayılova Zeynəb Paşa qızı – baş gizir

Mahmudlu Haldun Şahin oğlu – baş gizir

Rüstəmova Fəridə Nüsrət qızı – baş gizir

Şirinov Əbdüləli Zakir oğlu – baş miçman

Bağırov Əlislam Surxay oğlu – gizir

Həsənov Vüqar Fazil oğlu – gizir.
Bu gün, 12:34
Prezident onlara ali hərbi rütbələr verdi - SƏRƏNCAM


Prezident onlara ali hərbi rütbələr verdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-leytenant” ali hərbi rütbəsi

general-mayor Babək Vahid oğlu Qurbanov


“general-mayor” ali hərbi rütbəsi

polkovnik Ceyhun Həsən oğlu Nəbiyev

polkovnik Azər Əliyusif oğlu Şirinov
Bu gün, 12:26
Hərbi təyyarələrimiz havaya qaldırıldı - VİDEO


Hərbi təyyarələrimiz havaya qaldırıldı - VİDEO

Cari ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarə və helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəlcə pilotların uçuşun şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanıb, daha sonra uçuş heyətləri təlimatlandırılıb.
Məlumata görə, təlim-məşq uçuşları zamanı bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə havaya qalxma və yerə enmə, komanda-qərargah məntəqələri ilə qarşılıqlı əlaqədə hava və yerüstü hədəflərin aşkar edilməsi və digər fəaliyyətlər üzrə tapşırıqlar yerinə yetirilib.
Qeyd edilib ki, təlim-məşq uçuşlarının əsas məqsədi aviasiya bölmələrinin döyüş hazırlığının və hərbi pilotların praktiki vərdişlərinin daha da artırılmasıdır.

Bu gün, 12:09
Orbandan Tramp-Putin görüşünə REAKSİYA


Orbandan Tramp-Putin görüşünə REAKSİYA

Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Trampın Alyaskadakı görüşü iki ölkə arasında əməkdaşlığın bərpasına və beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə gətirib çıxaracaq.
Bu fikirləri Macarıstan baş naziri Viktor Orban sosial şəbəkə hesabında paylaşıb.
"İllərdir ki, biz iki ən böyük nüvə dövlətinin əməkdaşlıq çərçivəsini məhv etdiyini və təhdidləri mübadilə etdiyini gördük. İndi bu bitdi. Bu gün dünya dünənkindən daha təhlükəsiz yerdir", - Orban Facebook-da yazıb.
Xatırladaq ki, dünən Ukrayna müharibəsindən sonra ilk dəfə ABŞ və Rusiya liderləri görüşüblər. Görüş vaxtilə rusların ABŞ-yə satdığı Alyaskanın Ankoriç şəhərində keçirilib. 3 saat çəkən görüş barədə Rusiya Prezidenti Vladimir Putin "Danışıqlarımız qarşılıqlı hörmət və konstruktiv atmosferdə keçdi. Onlar çox əsaslı və faydalı oldu", deyə bəhs edib.

Bu gün, 11:38
“Putin çox ağıllı oğlandır” - Tramp


“Putin çox ağıllı oğlandır” - Tramp

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini “çox ağıllı oğlan” adlandırıb.
Tramp bu haqda “Fox News” telekanalına müsahibəsində deyib.
Putini danışıqlar masasına nə gətirdiyini soruşduqda Tramp belə cavab verib:
“Mən demək istəmirəm ki, onu danışılara nə isə gətirdi, heç nə, o, çox ağıllı oğlandır”.
“Düşünürəm ki, o, indi ölkəmizə hörmət edir, sizə deyə bilərəm ki, Baydenin dövründə o, ölkəmizə hörmət etmirdi”, - Tramp əlavə edib.
ABŞ prezidenti həmçinin qeyd edib ki, onun fikrincə, Putin təkcə dünyaya açıq deyil, həm də “bunun həyata keçirilməsini görmək istəyir”.
Bu gün, 11:11
Tramp-Putin dialoqunun davam etməsi Azərbaycanın maraqlarına cavab verir


Tramp-Putin dialoqunun davam etməsi Azərbaycanın maraqlarına cavab verir

Ötən gün Ukrayna müharibəsindən sonra ilk dəfə ABŞ və Rusiya liderləri görüşüblər. Görüş vaxtilə rusların ABŞ-yə satdığı Alyaskanın Ankoriç şəhərində keçirilib. 3 saat çəkən görüş barədə Rusiya Prezidenti Vladimir Putin "Danışıqlarımız qarşılıqlı hörmət və konstruktiv atmosferdə keçdi. Onlar çox əsaslı və faydalı oldu", deyə bəhs edib. Tramp da görüşü yüksək qiymətləndirib.
Politoloq Elxan Şahinoğlu bildirib ki, ABŞ və Rusiya prezidentlərinin görüş nəticə vermədi:
"Bu heç gözlənilmirdi də. Çünki işğala məruz qalan dövlətin lideri bu görüşdə iştirak etmirdi. Ukraynanın başı üzərindən sülhə nail olmaq mümkün deyil. Vaşinqton Moskvaya Ukrayna müharibəsini “ərazi mübadiləsi” vasitəsilə həllini təklif edib. Kiyev bu təklifin əleyhinədir. Çünki Ukrayna müharibəni dayandırmaq üçün ərazilərinin bir hissəsinin işğalı ilə barışmalıdır. Vaşinqtonun təklifinə heç Moskva da razı deyil. Rusiya Ukraynanın 4 bölgəsinin ona verilməsini tələb edir. Kreml hələ işğal edə bilmədiyi əraziləri də Ukraynadan tələb edir. Vaşinqton isə ancaq işğal edilənin Rusiyaya aid olunmasına tərəfdardır".



Politoloq vurğulayıb ki, buna baxmayaraq Alyaskadakı görüş həm Rusiya Prezidenti Vladimir Putin, həm də ABŞ Prezidenti Donald Tramp üçün vacib idi:
"Putin üçün bu görüş ona görə vacib idi ki, Kreml sahibi uzun müddətdir Trampın müxtəlif təkliflərinə “yox” deyib. O bu dəfə də Ağ Ev sahibinin təklifinə “yox” desəydi, Donald Tramp Putinlə təmaslardan imtina edəcəkdi. Halbuki, Vladimir Putin Trampın Prezidentliyi dövründə ABŞ-la münasibətlərin normallaşdırılmasına çalışır. Təsadüfi deyil ki, Putin Alyaskadakı görüşdə amerikalı həmkarını keçmişdə mövcud olan iqtisadi əlaqələrin bərpası mövzusuna yönəltməyə çalışıb. Ticarətçi olan Tramp bu mövzuya maraq göstərir, ancaq o müşavirlərinin təlimatıyla “gəl əvvəlcə müharibəni dayandıraq, bundan sonra ikitərəfli əməkdaşlığın inkişafına qayıdarıq” prinsipindən çıxış edir. Putin Trampın tərifə meylli olduğunu bilərək, Alyaskada amerikalı həmkarının qulağına xoş olan ifadələr səsləndirib. Misal üçün Tramp hər dəfə bildirir ki, Bayden yox o Prezident olsaydı, Rusiya-Ukrayna müharibəsi başlamayacaqdı. Putin Alyaskada bu fikri təsdiq edən cümlə işlədib: “Mən ABŞ-ın keçmiş Prezidentini xəbərdar etmişdim, məni dinləmədi, Tramp o zaman Prezident olsaydı müharibənin başlamasının qarşısını alardı”. Digər tərəfdən Putin ABŞ-dakı bundan əvvəlki seçkinin Co Baydenin xeyrinə saxtalaşdırıldığını bildirib. Bununla Kreml sahibi Trampın digər arqumentini də dəstəkləyib. Putinin sözlərinə görə, ABŞ-da poçt üsulu ilə səsvermə saxtakarlığa şərait yaradıb. Tramp da eyni fikirdədir.
Alyaskadakı görüş Donald Tramp üçün də vacib idi. Ukrayna müharibəsiylə bağlı nəticə əldə olunmasa da, Ağ Ev sahibi problemin həlli yolunda çalışmalarını davam etdirdiyi görünsütü yaradıb. Onun seçkiqabağı əsas vədi Rusiya-Ukrayna müharibəsinin sayandırılamasıyla bağlıdır. Ona görə də Tramp bu istiqamətdə kiçik də olca nəticə əldə etməyə çalışmalıdır. Putin amerikalı həmkarının Alyaskada görüş təklifinə razılaşmaqla Trampın reytinqinin aşağı düşməsinin qarşısını almış oldu".
Siyasi şərhçi qeyd edib ki, Donald Trampla Vladimir Putin arasındakı dialoqun davam etməsi və Kreml sahibinin amerikalı həmkarının fəaliyyətini müsbət qiymətləndirməsi Azərbaycanın da maraqlarına cavab verir:
"Belə olan halda Kreml açıq-aşkar Zəngəzur dəhlizinin işlədilməsi üçün ABŞ-ın səylərinin qarşısını almaq istəməyəcək. Əks halda, Putin “Tramp marşrutu”nun əleyhinə çıxmış olacaq ki, bu Ağ Evdə mənfi qarşılanacaq. Bu Azərbaycanla Ermənistana imkan yaradır ki, Zəngəzur dəhlizinin tikintisi və işə düşməsi prosesini sürətləndirsin".
Bu gün, 10:44
Azərbaycanda 17 yaşlı qız itkin düşüb


Azərbaycanda 17 yaşlı qız itkin düşüb

Şabranda 17 yaşlı qız itkin düşüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.
Qeyd edilib ki, Şabran rayonu ərazisində yaşayan 17 yaşlı Aytən Ömərova 2025-ci il iyunun 19-da yaşadığı ünvandan Bakı şəhərində yaşayan xalasıgilə getmək adı ilə çıxıb gedərək bir daha geri qayıtmayıb.
"Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Şabran Rayon Polis Şöbəsinin (2335) 3-27-23 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur", - məlumatda deyilir.
Bu gün, 10:37
Əliyev-Tramp-Paşinyan görüşünə dair sorğu: Nəticə açıqlandı


Əliyev-Tramp-Paşinyan görüşünə dair sorğu: Nəticə açıqlandı

Sosial Tədqiqatlar Mərkəzi (STM) ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistan baş naziri arasında keçirilən görüş və imzalanan bəyannamələr, həmçinin, Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq məsələləri ilə bağlı ölkə ictimaiyyətinin fikirlərini öyrənmək məqsədilə sorğu keçirib.
Sorğunun nəticələri sözügedən hadisələrin ictimai rəydə müsbət və strateji əhəmiyyətli addım kimi qiymətləndirildiyini müəyyən edib.
Sorğu nəticələri ölkə ictimaiyyətinin böyük hissəsinin görüşlə bağlı xəbərdar olduğunu göstərib. Belə ki, nəticələrə əsasən respondentlərin 87,3%-i ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistan baş naziri arasında keçirilən görüş barədə məlumatlı olduğunu bildirib. Onların 65,2%-i bu barədə ətraflı məlumata sahib olduğunu bildirərkən, 22,1%-i qismən məlumatlı olduğunu qeyd edib. Məlumatsız olan respondentlər cəmi 12,7% təşkil edib.
Nəticələrə əsasən, respondentlərin böyük əksəriyyəti, yəni 77,2%-i ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilən görüşü və Azərbaycanla Ermənistan arasında imzalanan birgə bəyannaməni çox uğurlu diplomatik addım kimi qiymətləndirib. Başqa sözlə, əksəriyyət bu hadisəni ölçü üçün əhəmiyyətli diplomatik nailiyyət kimi qəbul edib. Respondentlərin 18,5%-i bu hadisəni orta səviyyəli nailiyyət kimi dəyərləndirib. Sorğu iştirakçılarının yalnız 3,5%-i görüşün gözləntilərini qarşılamadığını qeyd edib. 0,8% isə bu suala cavab verməkdə çətinlik çəkib. Ümumilikdə sorğu nəticələri keçirilən görüş və imzalanan sənədin ictimai rəy müstəvisində yüksək dəstək qazandığını deməyə əsas verib.
Nəticələr göstərir ki, sözügedən görüş ictimaiyyət tərəfindən pozitiv diplomatik addım kimi qəbul olunub və Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı cəmiyyətdə nikbinliyi artırıb. Belə ki, respondentlərin böyük əksəriyyəti, ümumilikdə 89,3%-i ABŞ-nin vasitəçiliyinin Azərbaycan və Ermənistan arasında münasibətlərdə irəliləyişə yol açacağı mövqeyindən çıxış edib. Onların 61,1%-i böyük irəliləyiş olacağı ilə bağlı, 28,2%-i qismən irəliləyiş olacağı ilə bağlı gözləntilərini bölüşüb. Digər tərəfdən, 4,6% respondent heç bir dəyişiklik gözləmədiyini, 3,8% isə bu vasitəçiliyin mənfi təsir göstərəcəyini ifadə edib. Sorğu iştirakçılarının 2,4%-i bu barədə rəy bildirməyib. Beləliklə, böyük əksəriyyət ABŞ-nin vasitəçiliyinə etimad göstərərək, bu vasitəçiliyin Azərbaycan və Ermənistan arasında münasibətlərdə irəliləyişə yol açacağı gözləntisini bölüşüb.
Sorğunun nəticələri görüşün əsas uğurlu sahələri, həm siyasi, həm də iqtisadi istiqamətlərdə prioritetləri barədə ictimai rəyi müəyyən etməyə imkan verib. Keçirilən görüş və imzalanan memorandumların əhəmiyyətli uğurları arasında respondentlər daha çox yeni iqtisadi və nəqliyyat imkanlarının yaranması (90,4%), Prezident İlham Əliyev və Donald Tramp arasında şəxsi münasibətlərin güclənməsi (90,1%), regionda dayanıqlı sülhə nail olunması (89,3%) və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunması (89,3%) məsələlərini vurğulayıblar. Eyni zamanda, Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığın inkişafı (83,9%), Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması (82,0%), Cənubi Qafqazda yeni siyasi dövrün başlanğıcı (78,0%) gözləntilər sırasında qərarlaşıb.
"Prezident İlham Əliyev müharibədə qalib gəldi, indi isə sülhü qazandı" fikri ilə sorğuda iştirak edənlərin 96,3%-i razı olduğunu, 3,2%-i razı olmadığını qeyd edib. 0,5%-i bu barədə rəy bildirməyib.
Respondentlərin 85,0%-i Vaşinqton zirvəsini Vətən müharibəsindəki qələbənin nəticəsi kimi dəyərləndirib.
Sorğunun nəticələrinə əsasən, ölkə ictimaiyyətinin 95,2%-i bu görüşün yekunlarını Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən bütövlük hadisəsi kimi şərh edib.
Respondentlərin 80,7%-i ABŞ-nin Cənubi Qafqazda nüfuzunun artdığı mövqeyini bölüşüb.
Ölkə ictimaiyyəti Vaşinqton zirvəsini ən çox Prezident İlham Əliyevin uğuru kimi dəyərləndirib. Bu mövqe sorğu iştirakçılarının 76,4%-i tərəfindən səsləndirilib. Respondentlərin 41,2%-i bu zirvəni eyni zamanda Prezident Donald Trampın uğuru kimi dəyərləndirib. Baş nazir Nikol Paşinyan isə yalnız 5,1% tərəfindən qeyd olunub. Eyni zamanda, sorğu iştirakçılarının 18,0%-i keçirilən görüşü regionda gedən proseslərin ümumi məntiqi nəticəsi kimi dəyərləndirib. 1,3% digər cavabları qeyd edib, 3,2% isə cavab verməkdə çətinlik çəkib.
Sorğunun nəticələri Prezident İlham Əliyevin sülh diplomatiyasına ictimai dəstəyin yüksək olduğunu və bu siyasətin milli maraqlar baxımından uğurlu, məqsədyönlü kimi qəbul edildiyini göstərib. Belə ki, respondentlərin böyük əksəriyyəti Prezident İlham Əliyevin sülh diplomatiyasını ümumilikdə yüksək (92,8%) qiymətləndirib. Respondentlərin 66,8%-i bu siyasəti çox yüksək, 26,0%-i isə yüksək səviyyədə dəyərləndirib. Orta qiymətləndirənlər 5,4%, aşağı səviyyədə dəyərləndirənlər isə ümumilikdə 1,6% olub.
Respondentlərin əksəriyyəti (57,1%-i) ABŞ-la strateji tərəfdaşlığı Azərbaycanın milli maraqları baxımından istənilən halda vacib hesab edib. Sorğuda iştirak edənlərin 32,2%-i ABŞ-la tərəfdaşlığın vacib olduğunu, lakin eyni zamanda region ölkələri ilə münasibətlərin qorunmasının zəruriliyini vurğulayıb. Onların cəmi 6,2%-i ABŞ-la strateji tərəfdaşlığı ümumiyyətlə vacib hesab etmədiyini bildirib. 4,6%-i bu barədə rəy bildirməyib.
Azərbaycan ictimaiyyəti Cənubi Qafqazda həlledici mövqeyə malik ölkələr kimi ilk sırada Azərbaycanı (74,8%) və Türkiyəni (64,6%) görür. Növbəti sıralarda ABŞ (44,0%), Rusiya (19,6%), Çin (13,4%), İran (5,1%) və Ermənistanın (1,1%) adı qeyd olunub. Respondentlərin 1,9%-i digər ölkələrin adını səsləndirib. Respondentlərin 2,4%-i bu ölkələrin heç birinin həlledici olmadığı mövqeyini bölüşüb, 2,7% bu barədə rəy bildirməyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!