"Sədərək”də yanan mağazanın 1,5 milyona yaxın borcu varmış? .....                        Dağlıq ərazidə yanğın başladı .....                        Xocavənddə yanğına səbəb olan şəxs tutuldu .....                        ABŞ İraqda iki bazanı tərk edir .....                        Zelenskidən Azərbaycanla bağlı paylaşım .....                        Dəhşətli yanğında 12 nəfər tüstüdən zəhərlənib - RƏSMİ .....                        Çayda batan 3 nəfərin meyiti tapıldı .....                        Rusiyaya güzəştə getməyəcəyik - Zelenski .....                        Qəzzada 16 fələstinli öldürüldü .....                       
Dünən, 17:43
Donbas istiqamətində müsbət dinamika var - Zelenski


Donbas istiqamətində müsbət dinamika var - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski ordunun Donbas istiqamətində uğurlarını açıqlayıb.
Bu barədə o, Kiyevdə Kanadanın Baş naziri Mark Karni ilə birgə mətbuat konfransı zamanı bildirib.
Zelenski qeyd edib ki, təfərrüatları daha sonra Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirski təqdim edəcək.
"Müstəqillik Günündə əsgərlərimizə ayrıca təşəkkür etmək istərdim. Onların uzaq məsafədən zərbələrdə çox yaxşı nəticələri var, hamı bunu görür. Və bu gün Donbasda çox müsbət nəticələr əldə etdik", - Ukrayna lideri əlavə edib.
Dünən, 17:28
İsrail Yəməni vurdu


İsrail Yəməni vurdu

Bu gün İsrail Ordusu Yəmənin paytaxtı Sənaya hava zərbələri endirib.
Bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Sənada partlayışlar baş verib.
Yəməndə husilərə bağlı media qurumları İsrailin Sənaya hava hücumunda neft anbarını hədəfə aldığını açıqlayıb.
“Maariv” agentliyi isə Hodeyda və Sənada partlayışların olduğu barədə məlumat yayıb.
Bu arada “The Times of Israel” Israil Ordusuna istinadən avqustun 25-də Yəməndəki husi qruplaşmasının ilk dəfə İsrailə kaset bomba başlıqlı ballistik raketlə zərbə endirdiyi barədə məlumat yayıb. Raket Cinaton şəhərində evə düşüb və dağıntıya yol açıb.
Dünən, 16:21
“Sədərək”də yanğın - Zəhərlənənlərdən 2 nəfərin durumu orta ağırdır


“Sədərək”də yanğın - Zəhərlənənlərdən 2 nəfərin durumu orta ağırdır

“Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar təcili tibbi yardım briqadasına ümumilikdə, 4 nəfərin (kişi cinsli) müraciəti qeydə alınıb.
TƏBİB-dən verilən məlumata görə, onlardan 2 nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Hər iki şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilir, müalicələri davam etdirilir.
Digər 2 nəfərə (kişi cinsli) isə təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib.
Dünən, 16:07
"Sədərək"dəki yanğının bəzi TƏFƏRRÜATLARI


[b]"Sədərək"dəki yanğının bəzi TƏFƏRRÜATLARI[/b]

"Sədərək" ticarət mərkəzindəki yanğının bəzi təfərrüatları açıqlanıb.
Bu barədə jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi Taleh Babayev bildirib.
O, qeyd edib ki, yanğın anbarda baş verib. Saat 11:50 radələrində "Sədərək" ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbar ərazisində yanğın baş verməsi haqqında məlumat nazirliyin 112 qaynar xəttinə daxil olub.
Dərhal nazirliyin dövlət yanğındansöndürmə xidmətinin qüvvələri və xüsusi riskli xilasetmə xidməti əraziyə cəlb olunub.
“Yanğının mürəkkəbliyi nəzərə alınaraq yüksəksəviyyəli çağırış elan olunmuşdu. Yanğın anbar ərazisində baş verdiyi, sintetik saxlanma zonası olduğu üçün yanğınsöndürməsində mürəkkəblik yaranıb. Hazırda yanğının məhdudlaşdırılması istiqamətində bütün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Yanğın yerində olan şəxsi heyət və texnikanln sayı yetərincədir.
Yanğının daha irimiqyaslı ərazini əhatə etməsinin qarşısı alınıb. Eyni zamanda yaxınlıqdakı yanacaqdoldurça məntəqəsinin və digər anbarların mühafizəsi tərəfimizdən təmin olunub”, - o bildirib.
Dünən, 15:48
Yəməndə daşqınlar - Ölənlərin sayı artır


Yəməndə daşqınlar - Ölənlərin sayı artır

Yəmənin 4 vilayətində baş verən güclü sel fəlakəti nəticəsində ölənlərin sayı artıb.
Həyatını itirənlərin sayı 7-yə çatıb, onlardan 5-i uşaqlardır.
Məlumata görə, Şəbvə, Hadramevt, Lahic və Həccə vilayətlərində yağan leysan yağışları güclü selə səbəb olub.
Lahicin Tuben rayonunda baş verən seldə 1 nəfər həyatını itirib. Təbii fəlakət nəticəsində bir sıra evlər dağılıb.
Ölkənin Meteorologiya və Xəbərdarlıq Mərkəzi qarşıdakı saatlarda da intensiv yağışların davam edəcəyi barədə əhaliyə xəbərdarlıq edib.
Dünən, 15:13
Yanan obyekt bu şirkətə məxsus imiş


Yanan obyekt bu şirkətə məxsus imiş

Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Sədərək” ərazisində yanğın baş verib.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Yanan obyekt "Sədərək" ərazisində yerləşsə də "Sədərək" ticarət mərkəzinə aid deyil. "Super Toys" uşaq oyuncaqları şirkətinin anbarıdır.
2017-ci ildə yaradılan şirkət hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir.

Dünən, 14:52
Putinlə görüşdüyünə görə üzr istədi


Putinlə görüşdüyünə görə üzr istədi

Sitka və Alyaska arxiyepiskopu Aleksi Rusiya prezidenti Vladimir Putinlə Alyaskada görüşdüyü üçün üzr istəyib.
Arxiyepiskopun açıqlaması Amerikadakı pravoslav kilsəsinin rəsmi saytında yayımlanıb.
O bildirib ki, Putini Ankoric Sammitində dinc qonaqpərvərlik ruhunda qarşılamaqla yaranan qalmaqaldan "dərin təəssüflənir".
Aleksi qeyd edib ki, Sitka və Alyaska yeparxiyası Amerikadakı Pravoslav Kilsəsinin bir hissəsidir və missiyası Arktikadan Mərkəzi Amerikaya qədər bir çox xalqları, mədəniyyətləri və dilləri əhatə edir. O, həmçinin sülh üçün təşkil etdiyi üç günlük duaları xatırladaraq bildirib ki, onun hərəkətini kədər və ya çaşqınlıq səbəbi kimi qəbul edən hər kəsdən üzr istəyir.
Dünən, 14:36
Ukrayna Rusiyanın enerji obyektlərini vurdu


Ukrayna Rusiyanın enerji obyektlərini vurdu

Ukrayna pilotsuz təyyarələrinin gecə hücumu Rusiyanın qərbindəki Kursk AES-də yanğına və gücün azalmasına səbəb olub.
Bu barədə “Rosenerqoatom” konserninin teleqram kanalında məlumat yayılıb.
Məlumata görə, Kursk AES-ə hücum edən pilotsuz təyyarənin partlaması nəticəsində lokal yanğın baş verib.
"Aparat düşən zaman qurğu partlayıb, nəticədə transformator sıradan çıxıb. Lokal yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Nəticədə 3 saylı blok 50 % boşaldılıb. Zərərçəkən yoxdur", - paylaşımda bildirilir.
Dünən, 14:20
Norveç Almaniyadan Ukrayna üçün “Patriot” alır


Norveç Almaniyadan Ukrayna üçün “Patriot” alır

Norveç hökuməti Ukraynaya hava hücumundan müdafiə (HHM) vasitələrinin alınması üçün 7 milyard kron (695 milyon dollar) ayıracağını açıqlayıb.
Norveçlə Almaniya arasında əldə olunmuş razılaşmaya əsasən, Ukrayna iki ədəd “Patriot” hava hücumundan müdafiə sistemi ilə təmin olunacaq.
Almaniyadan alınacaq “Patriot” hava hücumundan müdafiə sistemləri döyüş sursatı ilə birlikdə tam şəkildə təqdim ediləcək. Bu, Kiyevin hava məkanının müdafiəsini gücləndirmək məqsədi daşıyır.
Dünən, 14:05
“Sədərək”də yanğın yayılmasının qarşısı alınıb - FHN


“Sədərək”də yanğın yayılmasının qarşısı alınıb - FHN

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.
Bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!