57 min nəfər tələbə adını qazanıb .....                        MİQ-də müsahibə mərhələsi yekunlaşdı .....                        Yeni tələbələrin nəzərinə! - Təhsil kreditində yenilik var .....                        Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların ümumi həcmi .....                        Stiven Douti Bakıdan sonra İrəvana getdi .....                        MDB oyunlarında 10 ölkənin iştirakı təsdiqlənib - RƏSMİ .....                        Ramiz Rövşənin səhhəti pisləşib? - AÇIQLAMA .....                        Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA .....                        Minsk Qrupu bu tarixdə LƏĞV EDİLİR .....                       
25-08-2025, 17:15
Güclü külək əsəcək - Əhaliyə XƏBƏRDARLIQ


Güclü külək əsəcək - Əhaliyə XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti avqustun 26-29-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Ağdam, Ağcabədi, Tovuz, Ağstafa, Qazax, Samux, Göygöl, Şəmkir, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Mingəçevir, Hacıqabul, Sabirabad, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Yevlax, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Cəbrayıl, Qobustan, Şirvan, Salyan, Neftçala, Beyləqan, Biləsuvar, Lerik, Yardımlı və Cəlilabadda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
25-08-2025, 16:53
Rəqsanənin ərinə də cinayət işi açıldı


Rəqsanənin ərinə də cinayət işi açıldı

1 milyon manatlıq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılovanın əri Fazil Əmiraslanov da cinayət məsuliyyətinə cəlb edilib.
F.Əmiraslanov da eyni işlə bağlı xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.
İş adamı təqsirləndirilən şəxs qismində cəlb edilsə də, həbs olunmayıb. Onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. F.Əmiraslanov istintaq bitənə qədər ölkədən kənara çıxa bilməz.
Məlumatı onun vəkili Ramal Şahmarov təsdiq edib.
Qeyd edək ki, cinayət işi Sabunçu Rayon Polis İdarəsinin İstintaq İdarəsində istintaq olunur. Rəqsanə və ərinə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib. Dəymiş ziyan ödənilmədiyi halda bu maddə ilə təqsirli bilinən şəxs 10 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.
25-08-2025, 16:40
Yeni səfir şeyxi İrana dəvət etdi


Yeni səfir şeyxi İrana dəvət etdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 25-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilunu qəbul edib.
Söhbət zamanı Azərbaycan və İran dövlətləri və xalqları arasında bütün sahələrdə, o cümlədən, dini-mənəvi müstəvidə tarixi, ənənəvi əlaqələrin möhkəmlənməsinin vacibliyinə toxunulub. Şeyxülislam A.Paşazadə yeni səfirə qarşıdakı fəaliyyətində uğurlar diləyib. QMİ sədri bildirib ki, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə rəsmi səfəri, Azərbaycan Prezidenti İlham Əliyevlə Xankəndi Zirvəsində bir araya gəlməsi mühüm əhəmiyyət kəsb edən tarixi hadisələrdir və inşallah, ölkələrimiz arasında münasibətlərin daha artıq müsbət təkamülünə, əməkdaşlığın dərinləşməsinə təkan olacaqdır.
İşğaldan azad olunmuş Qarabağda gedən genişmiqyaslı yenidənqurma işləri, vandalizmə məruz qalmış dini-mənəvi irsimizin dirçəldilməsi barədə danışan Şeyxülislam A. Paşazadə bunu ümumislam əhəmiyyətli hadisə kimi dəyərləndirdi və səfirə həmin ərazilərə səfər etməyi tövsiyə edib.
İranlı səfir Şeyxülislam A. Paşazadəni Azərbaycan və bütün region üçün önəmli şəxsiyyət, Azərbaycanı dünya miqyasında, beynəlxalq müstəvilərdə yüksək səviyyədə təmsil edən nüfuzlu lider kimi dəyərləndirib və qəbula görə minnətdarlığını bildirib. QMİ sədrini ad günü münasibətilə təbrik edən cənab M.Dəmirçilu qeyd edib ki, İran İslam Respublikasında Şeyxülislam A.Paşazadəyə böyük ehtiram bəslənilir. O, İran İslam Respublikasında keçiriləcək benəlxalq konfransa dəvət məktubunu QMİ sədrinə təqdim edib, İslam Əməkdaşlıq Təşkilatı xəttilə Həzrəti Peyğəmbərimiz Mühəmməd Salavatullahın mövludunun 1500 illiyinin qeyd olunması çərçivəsində İranda baş tutacaq tədbir barədə məlumat verib.
25-08-2025, 16:23
Nazir sürət həddini aşdığı üçün cərimələndi


Nazir sürət həddini aşdığı üçün cərimələndi

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu sosial şəbəkələrdə Ankara-Niğde avtomagistralında 223 km/saat sürətlə hərəkət etdiyi videonu paylaşıb.
O, sürət həddini aşdığı üçün cərimələndiyini bildirib.
O bildirib ki, sürət həddinin 140 km/saat olduğu yolda radara düşüb və 10000 lirəyə yaxın məbləğində cərimə olunub.
“Ankara-Niğde yolundakı mövcud vəziyyəti yoxlamaq üçün sükan arxasına keçdim. Bu vaxt qeyri-ixtiyari olaraq bir müddət sürət həddini aşdım. Sürət məhdudiyyətlərinə riayət etmək hər kəs üçün məcburidir. Yol jandarmımız tərəfindən zəruri intizam tədbirləri görülüb. İctimaiyyətə bildirmək istəyirəm ki, bundan sonra daha diqqətli olacağam”, – deyə nazir qeyd edib.
25-08-2025, 16:21
Gəncədə ana və oğlu bıçaqlandı - Gəlin SAXLANILDI


Gəncədə ana və oğlu bıçaqlandı - Gəlin SAXLANILDI

Gəncədə ana və oğlu bıçaqlanıb.
Daşkəsən rayon sakini 1970-ci il təvəllüdlü Nazlı Paşayevə və onun oğlu, 1996-cı il təvəllüdlü Orxan Paşayev bıçaq xəsarəti ilə Gəncə xəstəxanasına yerləşdiriliblər.
Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabildir.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Məmmədova saxlanılıb. Onun evin gəlini olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
25-08-2025, 16:14
Tufandağda buzlaqlar sürətlə əriyir - FOTO


Tufandağda buzlaqlar sürətlə əriyir - FOTO

Böyük Qafqazın şimal-şərq yamacında Qusarçayın hövzəsində yerləşən Tufandağ buzlağında tədqiqat işləri aparılıb.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən (SİMDNX) məlumat verilib.
Bildirilib ki, Dövlət Nəzarəti Xidmətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərindən ibarət avqustun 18-23-də Böyük Qafqazın şimal-şərq yamacında Qusarçayın hövzəsində yerləşən Tufandağ buzlağına birgə ekspedisiya təşkil edilib.
Tədqiqat zamanı buzlaqların koordinatları, dəniz səviyyəsindən olan hündürlükləri, ekspozisiyası və fotoşəkilləri (buzlaqlar yerləşən dərələrin təsviri, yamaclara görə yeri, ümumi istiqaməti, dərinliyi və dikliyinin təsviri, buzlaq səthinin relyefi üzərindəki çatlar, onların istiqaməti və ölçüləri, buzlaq üzərində moren örtüyü, buzlaq dilinin vəziyyəti, quruluşu və s.) götürülüb.
Aparılan tədqiqatlar nəticəsində buzlağın sahəsində həm azalma, həm də ərimə prosesinin daha da sürətləndiyi, buzlaq üzərində əmələ gəlmiş çatların sayının artması və ölçülərinin genişlənməsi müşahidə olunub. 3 500-3 800 metr yüksəklikdə aparılmış tədqiqatlar nəticəsində ötən illərlə müqayisədə buzlaq sahəsində həm azalma, həm də ərimə prosesinin daha da sürətləndiyi, buzlaq üzərində olan çatların sayının və ölçüsünün artdığı, buzlaq dilindən çıxan Mahmuddərə çayında suyun səviyyəsinin və sərfinin artdığı müəyyən olunub. Bu isə bir daha qlobal iqlim dəyişmələrinin təsiri nəticəsəndə anomal istilər zamanı buzlaq üzərində əmələ gəlmiş çatların ölçülərinin böyüyərək genişlənməsindən eyni zamanda ərimə prosesi zamanı buzlaq dilinin yüksəkliyə doğru çəkilərək həcminin azalmasından xəbər verir.
Qeyd edək ki, Tufandağ buzlağı Tufan zirvəsindən şimal istiqamətdə yerləşir və ərazinin ən böyük buzlağı hesab olunur. Ərazidə yerləşən buzlaq ağırlıq qüvvəsinin təsiri ilə şimal istiqamətində hərəkətə meyillidir və əksər hallarda asılı şəkildə dayanır. Morfoloji tipinə görə Tufandağ buzlaqları kar və asılı buzlaqlardır.





25-08-2025, 16:02
Kəmaləddin Heydərov bu xanımı rəis təyin etdi


Kəmaləddin Heydərov bu xanımı rəis təyin etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Qiymətqoyma Mərkəzinin rəisi Aleksey Şahhüseynov vəzifəsindən azad edilib.
Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, Aleksey Teymuroviç Şahhüseynov vəzifəsindən azad edilib. Onun yerinə Ləman Aydın qızı Məmmədova təyin olunub.
Qeyd edək ki, Aleksey Şahhüseynov ötən ilin yanvar ayında sözügedən vəzifəyə təyin olunmuşdu.
25-08-2025, 15:57
Rusiyada əsgər anasının ürəyi oğlunun məzarı başında partladı


Rusiyada əsgər anasının ürəyi oğlunun məzarı başında partladı

Rusiya-Ukrayna müharibəsində həlak olan 23 yaşlı Maksim Şaripovun anası oğlunun məzarı başında ölüb.
Hadisə Transbaykal vilayətinin Baley şəhərində baş verib.
Qeyd olunur ki, rusiyalı qadın tez-tez oğlunun məzarını ziyarət edirmiş və bu gün qəbiristanlıqda onun ürəyi dözməyib. Onun meyiti oradakı işçilər tərəfindən aşkar edilib.
Maksim Şaripov tank batalyonunda xidmət edib və 2022-ci ilin oktyabrında Otradnoye kəndi yaxınlığında ölüb. Onun nəşi iyun ayında dəfn edilib.
25-08-2025, 15:52
Arakçi Lavrova zəng etdi


Arakçi Lavrova zəng etdi

Rusiya xarici işlər naziri Sergey Lavrovla İranın xarici işlər naziri Abbas Arakçi arasında telefon danışığı olub.
Bu, İran tərəfinin təşəbbüsü ilə baş tutub.
Arakçi Lavrova İranın nüvə proqramının nizamlanmasına dair Böyük Britaniya, Almaniya və Fransadan olan həmkarları ilə telefon danışığının nəticələri barədə ətraflı məlumat verib.
Rusiya tərəfi Yaxın Şərqdə gərginliyin azaldılması üçün diplomatik səylərə əhəmiyyətli töhfə verməyə hazır olduğunu təsdiqləyib. Qarşılıqlı maraq doğuran bir sıra digər aktual regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İkitərəfli gündəliyin prioritet məsələlərinə, o cümlədən 2025-ci il yanvarın 17-də prezidentlər tərəfindən imzalanmış Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin icrası, nəqliyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsinə dair əldə edilmiş razılaşmalara toxunulub.
Etibarlı siyasi dialoqu davam etdirmək və diplomatik xidmətlər arasında koordinasiyanı gücləndirmək üçün qarşılıqlı öhdəlik ifadə olunub.
Müxtəlif səviyyələrdə, ilk növbədə, ən yüksək səviyyədə qarşıdan gələn təmasların qrafiki müzakirə edilib.
25-08-2025, 15:44
İsa Həbibbəylinin qızı vəzifəsindən azad edilib


İsa Həbibbəylinin qızı vəzifəsindən azad edilib

Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu Günay Mənsimova vəzifəsindən azad edilib.
Buna səbəb Günay Mənsimovaya verilən xüsusi şəhadətnamənin müddətinin bitməsi olub.
Məlumatı Ədliyyə Nazirliyi "ajans.az" saytına verilən açıqlamada da təsdiqləyib. "Günay Mənsimovanın notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün verilən şəhadətnamənin müddəti 2025-ci ilin avqust ayında bitib. Günay Mənsimovanın şəhadətnaməsinin müddəti növbəti dövr üçün uzadılmayıb", - açıqlamada qeyd olunur.
Qeyd edək ki, Günay Mənsimova Azərbaycan Milli Elmlər Akademiyasının (AMAA) prezidenti akademik İsa Həbibbəylinin qızıdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!