Xankəndidə atəşfəşanlıq - FOTO .....                        Avtobus bir göz qırpımında idarəetməni itirdi... .....                        36 yaşlı qadın qətlə yetirildi - Şübhəli həyat yoldaşıdır .....                        Xankəndidə şəhər günü münasibətilə möhtəşəm konsert - FOTO .....                        Bakıdakı yarışın qalibi bəlli oldu .....                        Naxçıvanda avtobus qəzası: yaralı sayı 16-dır - YENİLƏNİB .....                        Keçmiş səfirə yeni vəzifə verildi .....                        Azərbaycanlı general Serbiyadakı paradda .....                        İlham Zəkiyev Avropa çempionu oldu .....                       
18-08-2025, 19:46
Rusiyada azərbaycanlı iş adamı həbs olundu


Rusiyada azərbaycanlı iş adamı həbs olundu

Rusiyanın Voronej şəhərində tanınmış azərbaycanlı iş adamı, “Alekseyeviski” bazarının sahibi Yusif Xəlilov həbs edilib.
Bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, o, bu ilin mart ayında oğlunun orduya çağırılmaması üçün həkimə 330 min rubl rüşvət verməkdə təqsirli bilinir.
Qeyd edilib ki, Yusif Xəlilov rüşvətxorluq ittihamı ilə 7 ildən 12 ilə qədər həbs cəzası və deportasiya gözləyir.
18-08-2025, 19:26
Paşinyan anklavlarla bağlı suala belə cavab verdi


Paşinyan anklavlarla bağlı suala belə cavab verdi

"Son on gün ərzində tez-tez belə suallar eşitmişəm: əgər Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyırlarsa, Azərbaycanın nəzarətində olan iki yüz kvadrat kilometrdən çox Ermənistan torpaqları necə olacaq?"
Ermənistanın baş naziri xalqa müraciətində bu suala cavab verməyə çalışıb: "İzah etmək istəyirəm ki, bəyannamə və ilkin razılaşmada hər iki tərəf 1991-ci il Almatı Bəyannaməsi əsasında sərhədlərin toxunulmazlığını və ərazi bütövlüyünü qəbul edib. Bu o deməkdir ki, Ermənistan və Azərbaycanın əraziləri keçmiş sovet respublikalarının sərhədləri ilə müəyyənləşir.
Bu məsələlər delimitasiya və demarkasiya prosesində həll olunmalıdır. Burada yeni sülh məntiqi işləyir: Azərbaycanın nəzarətində olan Ermənistan ərazilərindən danışarkən biz Ermənistanın nəzarətində olan Azərbaycan ərazilərini də qəbul etməliyik. Həll yalnız qarşılıqlı və ədalətli sərhədlərin müəyyən edilməsi prosesi çərçivəsində mümkündür.
Mən başa düşürəm ki, belə vurğular bəziləri üçün ağır qəbul oluna bilər. Amma məhz bu, yeni sülh məntiqidir. Biz reallığa və regiona fərqli baxmalı, yenidən qiymətləndirməliyik".
18-08-2025, 19:04
Amma siz inqilab etmədiniz... - Paşinyan


Amma siz inqilab etmədiniz... - Paşinyan

Yalnız Qarabağ məsələsinin həlli Azərbaycanla sülhü mümkün edib.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan canlı yayım zamanı bildirib.
“Mən demişdim ki, Qarabağ münaqişəsini davam etdirməmək məntiqi ilə Ermənistana rəhbərlik edəcəyəm və xalq bu məntiqlə razılaşmırsa, qoy inqilab etsin. Amma siz inqilab etmədiniz, çünki mənim kimi siz də başa düşdünüz ki, Qarabağ məsələsi həll olunmasa, sülh olmayacaq. Bəzi qüvvələr Qarabağ məsələsindən sadəcə olaraq Ermənistanda öz problemlərinin həlli üçün alət kimi istifadə ediblər”, - o qeyd edib.
18-08-2025, 18:35
Sülh şəraitində yaşamağın nə olduğunu bilmirik - Paşinyan


Sülh şəraitində yaşamağın nə olduğunu bilmirik - Paşinyan

Azərbaycanla Ermənistan arasında sülh bərqərar oldu.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan müraciəti zamanı bildirib.
O qeyd edib ki, Ermənistan 30 ildən sonra blokadadan çıxır.
"1990-cı illərdən bəri ilk dəfə sülh içindəyik. 8 avqustdan sonra hər şey dəyişib", - Paşinyan deyib.
O, ABŞ-də Azərbaycanla müqavilənin paraflanmasını dönüş nöqtəsi adlandırıb.
"Biz sülh şəraitində yaşamağın, sülh şəraitində işləməyin nə demək olduğunu bilmirik. Bu, bizim üçün yad bir hissdir, çünki müstəqilliyimizin ilk günündən münaqişə atmosferində, müharibə şəraitində yaşamışıq. Biz sıfırdan öyrənməliyik ki, sülh içində yaşamaq nə deməkdir, sülh nədir, o necə olur və hansı görkəmə malikdir", - Paçinyan əlavə edib.
18-08-2025, 18:17
Zelenski Trampın nümayəndəsi ilə görüşdü


Zelenski Trampın nümayəndəsi ilə görüşdü

Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonda Trampın xüsusi nümayəndəsi Kit Kelloqla görüşüb.
Bu barədə Ukraynanın UNIAN "Telegram" kanalı məlumat verib.
Xatırladaq ki, bugünkü görüşdə (18 avqust), həmçinin Fransa və Finlandiya prezidentləri Emmanuel Makron və Aleksandr Stubb, Almaniya Kansleri Olaf Şolts, İtaliyanın Baş naziri Corcia Meloni və Böyük Britaniyanın Baş naziri Kir Starmer, eləcə də Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen iştirak edəcəklər.
18-08-2025, 18:05
Şəhidlərə hörmətsizlik edən əcnəbilər HƏBS OLUNDU


Şəhidlərə hörmətsizlik edən əcnəbilər HƏBS OLUNDU

Şəhidlər Xiyabanında nalayiq hərəkətlər edən əcnəbilərlə bağlı məhkəmə qərarı çıxarılıb.
Səbail Rayon Məhkəməsində Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər barəsində qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.
Nəticədə həmin şəxslər haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onlar üç nəfərdi.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Hər 3 şəxs stintaqa cəlb edilib.

***

Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.
DİN Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.
Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
18-08-2025, 17:47
Bakının bu hissəsində nəqliyyatın hərəkəti 10 gün dayandırılır


Bakının bu hissəsində nəqliyyatın hərəkəti 10 gün dayandırılır

Bu gündən etibarən Bakının bir hissəsində 10 gün müddətinə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AYNA) məlumat yayıb.
Belə ki, 18 avqust saat 22:00-dan etibarən etibarən 10 gün müddətinə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektinin Bağırov yolötürücüsü üzərindən geriyə dönmə hissəsində (şəhərdən Əliyar Əliyev küçəsi istiqamətində) “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
"Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları xahiş olunur",- deyə qeyd edilib.
18-08-2025, 17:36
Bu gün böyük gündür - TRAMP


Bu gün böyük gündür - TRAMP

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçiriləcək görüş barədə hisslərini bölüşüb.
O, bugünkü günü “böyük gün” adlandırıb və heç vaxt bu qədər Avropa liderinin eyni vaxtda Ağ Evə toplaşmadığını deyib.
“Bu Amerika üçün böyük şərəfdir. Nəticələrin nə olacağını görəcəyik”- Tramp qeyd edib.
Xatırladaq ki, bu gün Ağ Evdə ABŞ prezidenti, Avropa liderləri və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş keçiriləcək.
18-08-2025, 17:30
Ağdamlılara şad xəbər! - Böyük qayıdış başlayır


Ağdamlılara şad xəbər! - Böyük qayıdış başlayır

Bu ilin sonuna kimi işğaldan azad edilmiş Ağdam şəhərinin mərkəzinə keçmiş məcburi köçkünlərin köçü gözlənilir.
Bunu Milli Məclisin Ağdamdan olan deputatı Aqil Abbas bildirib.
“Artıq Ağdamın 3 kəndinə əhali köçüb. Ağdam şəhərinə də əhalinin köçü bu ilin sonuna kimi gözlənilir", - o qeyd edib.
Deputat bildirib ki, ona şəhərdən ev verilməsi ilə bağlı müvafiq qurumlara müraciət edib.
"Hələlik mənim müraciətimə cavab verilməyib”, - deputat əlabə edib.
Qeyd edək ki, artıq Ağdamın Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərinə keçmiş məcburi köçkünləri köçü baş tutub.



18-08-2025, 17:03
Avropa panikada: Zelenski ‘‘xilasedicilər dəstəsi’’ ilə Ağ Evə yürüşə başladı


Avropa panikada: Zelenski ‘‘xilasedicilər dəstəsi’’ ilə Ağ Evə yürüşə başladı

Bu gün Ağ Evdə ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında keçiriləcək görüş bütün dünyanın diqqət mərkəzindədir. Bəzi ekspertlər bu görüşü Alyaskada keçirilən Tramp-Putin sammitindən vacib hesab edir.
Görüşün gündəliyində Rusiya-Ukrayna müharibəsinin gələcəyi, təhlükəsizlik zəmanətləri və atəşkəs var. Tramp son açıqlamalarında atəşkəs deyil, məhz sülh müqaviləsi istədiyini bildirib. Bu isə Moskvanın torpaq tələblərinin yenidən gündəmə gətirilə biləcəyi barədə narahatlıqları gücləndirib.
Dünya mediası yazır ki, Zelenski əvvəlki təcrübələrdən fərqli olaraq, bu dəfə “təklənməmək” üçün Vaşinqtona yalnız getmir.
Qeyd edək ki, Ağ Evdə Trampla Zelenski arasında keçirilən sonra görüş qalmaqalla yadda qalıb. Tramp və vitse-prezident Cey Di Vens Zelenskiyə sərt tənqidlər yönəldib, görüş gərgin ab-havada nəticəsiz başa çatıb.
ABŞ mediası qeyd edir ki, Zelenskiyə dəstək məqsədilə Avropanın bir sıra dövlət başçıları və hökumət nümayəndələri də Vaşinqtona yollanır. Onlar Ukraynanın mövqeyinin zəifləməsinə yol verməmək üçün Zelenski ilə birlikdə Ağ Evdə olacaqlar. Avropalı diplomatlardan biri qeyd edib ki, belə səviyyədə “təcili diplomatik səfər” son dəfə İraq müharibəsi öncəsi müşahidə olunub. Bu səfər Qərb paytaxtlarında mövcud panikanın və Tramp-Putin yaxınlaşmasından doğan qorxuların göstəricisidir.
Fransız mətbuatı isə xatırladır ki, Zelenski artıq bir dəfə Ağ Evdə fiasko ilə üzləşib. Tramp onu açıq şəkildə zəif mövqedə olan lider kimi göstərmişdi. İndi isə vəziyyət daha mürəkkəbdir. Çünki Tramp artıq Putinin irəli sürdüyü “ümumi sülh sazişi”ndən danışır. Bu sazişdə Rusiya öz mövqeyini möhkəmləndirə bilər, halbuki Zelenski yalnız müvəqqəti atəşkəs və müdafiə təminatları istəyir. "Le Figaro" yazır ki, Zelenski bu dəfə Ağ Evdə öz səsini eşitdirmək üçün çox ağır mübarizə aparmalı olacaq.
Britaniyanın "The Independent" nəşri xəbərdarlıq edir ki, Zelenski bu dəfə də Ağ Evdə “pusquya” düşə bilər. Məqalədə qeyd olunur ki, Trampın üslubu çox sərtdir və o, tez-tez danışıqları şəxsi üstünlüyünü nümayiş etdirmək üçün alətə çevirir. "Zelenski Oval kabinetdə özünü “məktəb həyətində tək qoyulmuş uşaq kimi” hiss edə bilər, çünki Trampın Putinə güzəşt etməsi ehtimalı hələ də realdır", - nəşr qeyd edib.
Avropa mediası isə diqqəti başqa məqama yönəldir: Zelenski tək deyil. "Politico" yazır ki, Avropa liderləri Vaşinqtonda Ukrayna prezidenti ilə yanaşı masaya oturmaqla Trampın Rusiyanın torpaq tələblərinə razılıq verməsinin qarşısını almaq istəyirlər. Xüsusən də Avropa üçün bu görüş “sülh prosesinin taleyini müəyyənləşdirə biləcək” mərhələ sayılır. Nəşr qeyd edir ki, fevral ayında baş tutan Zelenski–Tramp görüşünün uğursuz nəticələri danışıqları bir neçə ay geriyə salmışdı. Avropa indi eyni səhvin təkrarlanmamasına çalışır.
"The Economist" isə xəbərdarlıq edir ki, “Tramp–Putin paktı” ehtimalı hələ də gündəmdədir. Nəşrin analitikləri bildirirlər ki, Tramp müharibəni özünün “tarixi diplomatik qələbəsi” kimi təqdim etmək üçün Zelenskiyə böyük təzyiq göstərə bilər. Bu isə Avropanı və Ukraynanı çox çətin seçim qarşısında qoyacaq: ya Rusiyanın istədiyi güzəştlərə getmək, ya da ABŞ-ın dəstəyini itirmək. The Economist yazır ki, hazırda Avropa üçün təhlükə ən yüksək həddədir və Zelenskinin hər bir addımı tarixi nəticələr doğura bilər.
Zelenskinin Ağ Evdəki görüşü sadəcə ikitərəfli danışıqlar deyil, həm də Qərbin Ukrayna məsələsində birliyinin sınağıdır. Bir tərəfdə Putinin “böyük sazişi”, digər tərəfdə isə Avropanın panik içindəki dəstəyi dayanır. İndi əsas sual budur: Zelenski Ağ Evdə bu dəfə də “siyasi pusqu”dan çıxmağı bacaracaqmı?
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!