"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 18-08-2025, 17:03
Avropa panikada: Zelenski ‘‘xilasedicilər dəstəsi’’ ilə Ağ Evə yürüşə başladı


Avropa panikada: Zelenski ‘‘xilasedicilər dəstəsi’’ ilə Ağ Evə yürüşə başladı

Bu gün Ağ Evdə ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında keçiriləcək görüş bütün dünyanın diqqət mərkəzindədir. Bəzi ekspertlər bu görüşü Alyaskada keçirilən Tramp-Putin sammitindən vacib hesab edir.
Görüşün gündəliyində Rusiya-Ukrayna müharibəsinin gələcəyi, təhlükəsizlik zəmanətləri və atəşkəs var. Tramp son açıqlamalarında atəşkəs deyil, məhz sülh müqaviləsi istədiyini bildirib. Bu isə Moskvanın torpaq tələblərinin yenidən gündəmə gətirilə biləcəyi barədə narahatlıqları gücləndirib.
Dünya mediası yazır ki, Zelenski əvvəlki təcrübələrdən fərqli olaraq, bu dəfə “təklənməmək” üçün Vaşinqtona yalnız getmir.
Qeyd edək ki, Ağ Evdə Trampla Zelenski arasında keçirilən sonra görüş qalmaqalla yadda qalıb. Tramp və vitse-prezident Cey Di Vens Zelenskiyə sərt tənqidlər yönəldib, görüş gərgin ab-havada nəticəsiz başa çatıb.
ABŞ mediası qeyd edir ki, Zelenskiyə dəstək məqsədilə Avropanın bir sıra dövlət başçıları və hökumət nümayəndələri də Vaşinqtona yollanır. Onlar Ukraynanın mövqeyinin zəifləməsinə yol verməmək üçün Zelenski ilə birlikdə Ağ Evdə olacaqlar. Avropalı diplomatlardan biri qeyd edib ki, belə səviyyədə “təcili diplomatik səfər” son dəfə İraq müharibəsi öncəsi müşahidə olunub. Bu səfər Qərb paytaxtlarında mövcud panikanın və Tramp-Putin yaxınlaşmasından doğan qorxuların göstəricisidir.
Fransız mətbuatı isə xatırladır ki, Zelenski artıq bir dəfə Ağ Evdə fiasko ilə üzləşib. Tramp onu açıq şəkildə zəif mövqedə olan lider kimi göstərmişdi. İndi isə vəziyyət daha mürəkkəbdir. Çünki Tramp artıq Putinin irəli sürdüyü “ümumi sülh sazişi”ndən danışır. Bu sazişdə Rusiya öz mövqeyini möhkəmləndirə bilər, halbuki Zelenski yalnız müvəqqəti atəşkəs və müdafiə təminatları istəyir. "Le Figaro" yazır ki, Zelenski bu dəfə Ağ Evdə öz səsini eşitdirmək üçün çox ağır mübarizə aparmalı olacaq.
Britaniyanın "The Independent" nəşri xəbərdarlıq edir ki, Zelenski bu dəfə də Ağ Evdə “pusquya” düşə bilər. Məqalədə qeyd olunur ki, Trampın üslubu çox sərtdir və o, tez-tez danışıqları şəxsi üstünlüyünü nümayiş etdirmək üçün alətə çevirir. "Zelenski Oval kabinetdə özünü “məktəb həyətində tək qoyulmuş uşaq kimi” hiss edə bilər, çünki Trampın Putinə güzəşt etməsi ehtimalı hələ də realdır", - nəşr qeyd edib.
Avropa mediası isə diqqəti başqa məqama yönəldir: Zelenski tək deyil. "Politico" yazır ki, Avropa liderləri Vaşinqtonda Ukrayna prezidenti ilə yanaşı masaya oturmaqla Trampın Rusiyanın torpaq tələblərinə razılıq verməsinin qarşısını almaq istəyirlər. Xüsusən də Avropa üçün bu görüş “sülh prosesinin taleyini müəyyənləşdirə biləcək” mərhələ sayılır. Nəşr qeyd edir ki, fevral ayında baş tutan Zelenski–Tramp görüşünün uğursuz nəticələri danışıqları bir neçə ay geriyə salmışdı. Avropa indi eyni səhvin təkrarlanmamasına çalışır.
"The Economist" isə xəbərdarlıq edir ki, “Tramp–Putin paktı” ehtimalı hələ də gündəmdədir. Nəşrin analitikləri bildirirlər ki, Tramp müharibəni özünün “tarixi diplomatik qələbəsi” kimi təqdim etmək üçün Zelenskiyə böyük təzyiq göstərə bilər. Bu isə Avropanı və Ukraynanı çox çətin seçim qarşısında qoyacaq: ya Rusiyanın istədiyi güzəştlərə getmək, ya da ABŞ-ın dəstəyini itirmək. The Economist yazır ki, hazırda Avropa üçün təhlükə ən yüksək həddədir və Zelenskinin hər bir addımı tarixi nəticələr doğura bilər.
Zelenskinin Ağ Evdəki görüşü sadəcə ikitərəfli danışıqlar deyil, həm də Qərbin Ukrayna məsələsində birliyinin sınağıdır. Bir tərəfdə Putinin “böyük sazişi”, digər tərəfdə isə Avropanın panik içindəki dəstəyi dayanır. İndi əsas sual budur: Zelenski Ağ Evdə bu dəfə də “siyasi pusqu”dan çıxmağı bacaracaqmı?


Paylaş



Bölmə: Siyasət / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!