Xankəndidə atəşfəşanlıq - FOTO .....                        Avtobus bir göz qırpımında idarəetməni itirdi... .....                        36 yaşlı qadın qətlə yetirildi - Şübhəli həyat yoldaşıdır .....                        Xankəndidə şəhər günü münasibətilə möhtəşəm konsert - FOTO .....                        Bakıdakı yarışın qalibi bəlli oldu .....                        Naxçıvanda avtobus qəzası: yaralı sayı 16-dır - YENİLƏNİB .....                        Keçmiş səfirə yeni vəzifə verildi .....                        Azərbaycanlı general Serbiyadakı paradda .....                        İlham Zəkiyev Avropa çempionu oldu .....                       
4-08-2025, 15:20
Rusiyanın 5 qırıcısı vuruldu


Rusiyanın 5 qırıcısı vuruldu

Ukrayna Təhlükəsizlik Xidmətinin pilotsuz uçan aparatları Krımdakı Saki aerodromuna zərbələr endirib.
Bu barədə Xidmətin teleqram kanalında məlumat yayılıb.
Məlumata görə, bazada Rusiyaya məxsus 5 qırıcı məhv edilib.
Qeyd edilir ki, Rusiyanın Su-30SM qırıcılarından biri məhv edilib, biri zədələnib. Hücum zamanı Üç Su-24 təyyarəsi də vurulub.
Krımın teleqram kanalları gecə saatlarında Saki və Kaça aerodromlarına pilotsuz uçuş apratlarının hücumu barədə məlumat yayıb .
Rusiya Müdafiə Nazirliyi bazar ertəsi gecə Qara dəniz üzərində 18, Krım üzərində isə 11 pilotsuz uçan aparatın məhv edildiyini bildirib.
4-08-2025, 14:53
Kafedə 34 yaşlı kişi bıçaqlandı


Kafedə 34 yaşlı kişi bıçaqlandı

Oğuz rayonunda fəaliyyət göstərən kafelərin birində 34 yaşlı şəxs bıçaqlanıb.
39 yaşlı Sahil Məhərrəmov aralarında yaranmış mübahisə zamanı tanışı, 34 yaşlı Cavid Əhmədova bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
4-08-2025, 14:49
Natiq Hacıyev beynəlxalq hakimlik karyerası ilə VİDALAŞDI


Natiq Hacıyev beynəlxalq hakimlik karyerası ilə VİDALAŞDI

Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatında iki hakimimiz iştirak edib.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, I dərəcəyə sahib Natiq Hacıyev və Elman İsmayılov bir həftə davam edən mundialda ədaləti qoruyublar. Təcrübəli referilərimiz qarşılaşmaların idarə olunmasında böyük məsuliyyət və dəqiqlik nümayiş etdirərək Dünya Güləş Birliyinin (UWW) etimadını doğruldublar.
Bu dünya çempionatı N.Hacıyevin son beynəlxalq yarışı kimi əlamətdar olub. UWW-nin qaydalarına uyğun olaraq, 60 yaşa çatan həmyerlimiz fitini və qolçaqlarını rəsmi şəkildə təhvil verərək, beynəlxalq hakimlik fəaliyyətilə vidalaşıb. Ali qurum yarışın son günündə bu münasibətlə referiyə xatirə hədiyyəsi təqdim edib.
4-08-2025, 13:38
Qərbi Azərbaycandan deportasiyanın mənəvi-psixoloji aspektləri müzakirə edilib


Qərbi Azərbaycandan deportasiyanın mənəvi-psixoloji aspektləri müzakirə edilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində SES TV-də növbəti veriliş yayımlanıb.
Verilişin aparıcısı “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri, tanınmış hüquqşünas Səməd Vəkilov, qonağı isə Qərbi Azərbaycan İcması və İrəvan şəhər İcmasının sədri professor Fəridə Səfiyeva olub.
Verilişdə 1948–1953-cü illərdə Qərbi Azərbaycandan (indiki Ermənistan ərazisindən) azərbaycanlıların deportasiyası və onun mənəvi-psixoloji nəticələri ətrafında müzakirələr aparılıb.
Səməd Vəkilov qeyd edib ki, Qərbi Azərbaycan böyük bir coğrafiyanı əhatə edir və deportasiya zamanı əhalinin dağlıq ərazilərdən Kür-Araz ovalığına köçürülməsi rəsmi sənədlərdə pambıqçılıqla əlaqələndirilsə də, bu, faktiki olaraq zorla yerindən etmə hadisəsi olub:
"Təəssüf ki, iqlimə uyğunlaşa bilməyən və həyatını itirən soydaşlarımızın sayını hələ də tam müəyyən edə bilməmişik. Onları şəhid hesab etmək olar."
Fəridə Səfiyeva isə bildirib ki, deportasiyanın məqsədi Ermənistan ərazisində monoetnik bir dövlət formalaşdırmaq olub:
"İnsanlar ağır şəraitdə, zorla qatarlara doldurularaq köçürülürdü. Bu, dövlət siyasəti idi və məqsəd türksüz Ermənistan yaratmaq idi."
4-08-2025, 13:23
VI Yay Düşərgəsinin açılış mərasimi keçirilib.


Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsinin açılış mərasimi keçirilib.-FOTOLAR
Tədbirin açılış mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, 2023- ci ildə Azərbaycan ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatlarından sonra Xankəndi şəhəri və ətraf yaşayış məntəqələri düşmən işğalından azad edildi. İşğaldan sonra Azərbaycan dövləti tərəfindən işğaldan azad olunmuş ərazilərdə geniş miqyaslı tikinti bərpa işlərinə başlandı. Həyata keçirilmiş tikinti və bərpa işləri nəticəsində hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarının ərazisində 15 minə yaxın əhali yaşayır. Bu şəxslər doğma ata-baba torpaqlarına qayıdan keçmiş məcburi köçkünlər həm də bu ərazilərdə fəaliyyət göstərən dövlət və özəl qurumlarda çalışanlar və onların ailə üzvləridir.
Hazırda Ağdərə rayonunun Suqovuşan, Həsənriz və Talış kəndlərinə eləcə də Xocalı şəhəri və rayonun Balllca , Təzəbinə, Xanyurdu kəndlərinə keçmiş məcburi köçkünlərin bir qisminin qayıdışı təmin edilib və bu kəndlərə həyat yenidən qayıdıb. İşlər köç planına uyğun olaraq mərhələli şəkildə icra edilməkdədir.

Bundan başqa 2025- ci ilin köç planına əsasən 18 yaşayış məntəqəsinə, o cümlədən Xocalı rayonunun 11 kəndinə,( Ballıca, Xanyurdu, Təzəbinə, Daşbulaq ,Badara,Seyidbəyli,Xanabad,Şuşakənd, Almalı,Mehdibəyli və Çanaqçı) Ağdərə rayonunun 7 kəndinə (Həsənriz, Vəngli, Kolatağ, Çıldıran, Heyvalı, Çapar və Aşağı Oratağ) əhalinin köçü ilə bağlı təmir-bərpa işləri aparılacaq. Bu kəndlər üzrə əhalinin köçü ilə bağlı müvafiq işlərə artıq başlanıb. Nəticədə qeyd olunan kəndlər üzrə 6 min 400-ə yaxın keçmiş məcburi köçkünün məskunlaşması təmin edilib. Hazırda növbəti illər üçün bu və digər yaşayış məntəqələri üzrə köç planın tərtib olunması və bunla bağlı aidiyyətı istiqamətlərdə müvafiq işlər aparılır.

Tədbirdə çıxış edən digər natiqlər bildirib ki,, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Diaspor Gənclərinin VI Yay Düşərgəsi avqustun 9-dək davam edəcək. Tədbirə dünyanın 61 ölkəsindən 128 azərbaycanlı və Azərbaycana dost münasibəti bəsləyən xalqların gəncləri qatılıblar.
Düşərgənin proqramı olduqca zəngindir. İştirakçılar dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti barədə müfəssəl məlumat alacaq, rəsmi şəxslər və diplomatlarla, müxtəlif sahələr üzrə ekspertlərlə, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə görüşəcək, Qarabağla daha yaxından tanış olacaq, Ana dili dərslərində, əyləncəli proqramlarda və intellektual oyunlarda iştirak edəcəklər.

Qeyd edək ki, Diaspor Gənclərinin Yay Düşərgəsi layihəsi həm ölkə daxilində, həm də diaspor arasında böyük marağa səbəb olub və nüfuz qazanıb. Yay düşərgələrinə ildən-ilə daha böyük maraq göstərilməsi bunun bariz nümunəsidir.
Bu günə kimi düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub. Düşərgələrin təşkilat komitəsinə hər il 60-dan çox ölkədən ümumilikdə 3 mindən artıq müraciət edilib və müraciətçilərin 700-dən çoxu yay düşərgələrinin iştirakçısı olub.









3-08-2025, 21:46
Bakıda tarixi görüş - Nələr müzakirə edildi...


Bakıda tarixi görüş - Nələr müzakirə edildi...

Bakıda Suriyanın xarici işlər naziri Əsəd Həsən Əl-Şeybani ilə İsrailin strateji işlər naziri Ron Dermer arasında görüş keçirilib.
Bu barədə AFP öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Əsəd Həsən Əl-Şeybani iyulun 30-da Rusiyanın paytaxtı Moskvada səfərdə olub.
O, israilli nazirlə danışıqlar üçün Moskvadan Bakıya gəlib.
Diplomatik mənbə bildirib ki, görüşdə xüsusilə Suriyanın cənubundakı təhlükəsizlik vəziyyəti ciddi müzakirə predmeti olub.
Müxtəlif ərəb və İsrail mediası görüşün iyulun 31-də baş tutduğunu yazıb.
3-08-2025, 21:37
"Qarabağ" yeni transferini açıqladı


"Qarabağ" yeni transferini açıqladı

"Qarabağ" yeni transferini açıqlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ağdam təmsilçisi Joni Montieli heyətinə qatıb.
Qeyd edək ki, istpaniyalı futbolçu "Qarabağ"ın heyətində "9" nömrəli formanı geyinəcək.
3-08-2025, 19:56
4 nəfər kanalda batdı - Biri xilas edildi


4 nəfər kanalda batdı - Biri xilas edildi

Tərtərdə 4 Bərdə sakini kanala düşüb biri xilas edilib.
Hadisə rayonun Cəmilli kəndi ərazisində baş verib.
İlkin məlumata görə, onlar Suqovuşandan çəkilən yeni beton kanala çimmək üçün atılıb daha sonra batıblar.
Kənd sakinləri bir nəfəri xilas edərək təcili yardım maşını ilə rayon xəstəxanasına göndərib. Onun Bərdə rayon Körpüqıran kənd sakini 1976-cı il təvəllüdlü Zamanov Asim Məhəmməd oğlu olduğu qeyd edilir.
Digər bir nəfərin də meyiti kanalın rayonun Borsunlu kəndi ərazisindən keçən hissəsindən çıxarılıb.
Faktla bağlı araşdırma başlanıb meytin kimliyi araşdırılır.
3-08-2025, 19:30
Atası ilə birlikdə boğulan gənc kursant imiş


Atası ilə birlikdə boğulan gənc kursant imiş

Xəbər verdiyimiz kimi, Baş Şirvan kollektorunun Şirvan şəhərindən keçən hissəsində ata və oğul batıb.
Atası ilə birlikdə boğulan Mirmövsüm Ağayev kursant olub və birinci kursda təhsil alırmış.
Onların hər ikisinin meyiti dünən FHN-in dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

3-08-2025, 19:17
Nabran-Xudat yolunda yanğın - Hərəkət çətinləşdi


Nabran-Xudat yolunda yanğın - Hərəkət çətinləşdi

Xaçmazda dənizsahili ərazidə kolluq və qamışlıq sahədə yanğın hadisəsi qeydə alınıb.
Rayonun İstisu qəsəbəsi ərazisində başlayan yanğın güclü külək səbəbindən qısa zamanda geniş əraziyə yayılıb. Yanğın nəticəsində yaranan qatı tüstü Nabran-Xudat yolunda bir kilometrə yaxın məsafədə avtomobillərin hərəkətini çətinləşdirib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğının ərazidəki istirahət mərkəzlərinə və çimərlik ərazilərə keçməsinin qarşısı alınıb.
Yanğının tam söndürülməsi istiqamətində iş aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!