Xankəndidə atəşfəşanlıq - FOTO .....                        Avtobus bir göz qırpımında idarəetməni itirdi... .....                        36 yaşlı qadın qətlə yetirildi - Şübhəli həyat yoldaşıdır .....                        Xankəndidə şəhər günü münasibətilə möhtəşəm konsert - FOTO .....                        Bakıdakı yarışın qalibi bəlli oldu .....                        Naxçıvanda avtobus qəzası: yaralı sayı 16-dır - YENİLƏNİB .....                        Keçmiş səfirə yeni vəzifə verildi .....                        Azərbaycanlı general Serbiyadakı paradda .....                        İlham Zəkiyev Avropa çempionu oldu .....                       
3-08-2025, 18:57
İran və Pakistan 12 saziş imzaladı


İran və Pakistan 12 saziş imzaladı

İran və Pakistan iki ölkə liderlərinin iştirakı ilə elm və texnologiya, nəqliyyat və tranzit, iqtisadiyyat və ticarət, turizm və kənd təsərrüfatı daxil olmaqla müxtəlif sektorları əhatə edən 12 əməkdaşlıq sazişi imzalayıblar.
İran prezidenti Məsud Pezeşkianın bazar günü Pakistana rəsmi səfəri zamanı hər iki ölkənin yüksək vəzifəli şəxsləri ikitərəfli əməkdaşlığın asanlaşdırılması və inkişafına zəmin yaradılması məqsədi ilə birgə görüş keçirdikdən sonra sazişləri imzalayıblar.
Məlumata görə, imzalanmış sənədlər “bilik mübadiləsinin təşviqi, ticarət potensialının genişləndirilməsi, insanlar arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi və iki ölkə arasında regional sinerjinin təşviqi” üçün çərçivə təmin edir”.
3-08-2025, 18:49
Suriya Azərbaycanın qaz tədarük etdiyi 14-cü ölkə oldu


Suriya Azərbaycanın qaz tədarük etdiyi 14-cü ölkə oldu

Bizim enerji tərəfdaşlığımız möhkəmlənir və SOCAR beynəlxalq miqyasda daha böyük oyunçuya çevrilir.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Avronyus Turkish”ə deyib.
M.Cabbarov həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR-ın regional və qlobal enerji bazarlarında getdikcə daha çox nüfuz qazandığını qeyd edib.
M.Cabbarov bildirib ki, Suriya Azərbaycanın təbii qaz tədarük etdiyi 14-cü ölkə olub.
Bildirilib ki, Azərbaycan Suriyaya təbii qaz tədarükünə başlamaqla enerji diplomatiyasının genişləndirilməsi istiqamətində mühüm addım atıb.
Qeyd edək ki, avqustun 2-də Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılışı ilə Azərbaycandan təbii qazın Kilis vasitəsilə Suriyaya ixracı başlayıb.
3-08-2025, 18:30
"Formula 1" Macarıstan Qran-prisinin qalibi müəyyənləşdi


"Formula 1" Macarıstan Qran-prisinin qalibi müəyyənləşdi

"Formula 1" üzrə Macarıstan Qran-prisinin qalibi bəlli olub.
“Maklaren”in pilotu Lando Norris bütün rəqiblərini qabaqlayıb.
Onun komanda yoldaşı Oskar Piastri ikinci yeri tutub.
İlk "üçlüy"ü "Mersedes"dən Corc Rassel Şarl Lekler qapayıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.
3-08-2025, 17:56
Tərtərdə 3 nəfər su kanalında itkin düşdü


Tərtərdə 3 nəfər su kanalında itkin düşdü

Tərtərdə 3 nəfər su kanalında itkin düşüb.
Hadisə rayonun Cəmilli kəndi ərazisində baş verib.
İlkin məlumata görə, Bərdənin 4 sakini çimmək üçün Suqovuşan-Goranboy beton su kanalına düşüblər. Kanalda axın güclü olduğundan onların hamısını su aparıb. Kənd sakinləri kanalda boğulmaq təhlükəsi ilə üzləşən bir nəfəri xilas ediblər, o, təcili yardım maşını ilə rayon xəstəxanasına göndərilib. Digər 3 şəxsdən isə xəbər yoxdur.
Hazırda hüquq-mühafizə əməkdaşları hadisənin baş verdiyi ərazidədirlər.
3-08-2025, 17:30
İsrail ordusu Suriyanın cənubunda


İsrail ordusu Suriyanın cənubunda

İsrail hərbçiləri gecə saatlarında Suriyanın cənubunda reyd keçirib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, reyd rayonun Hader qəsəbəsində keçirilib. Reyddə məqsədin silah qaçaqmalçılığının qarşısının alınması olduğu bildirilib. Hərbçilər silah alverində iştirakda şübhəli bilinən bir neçə nəfəri dindiriblər. Əməliyyat zamanı tapılan silahlar müsadirə edilib.
“210-cu diviziyanın qoşunları bölgədə yerləşdirilib və İsrail mülki əhalisini, xüsusən də Holan yüksəkliklərinin sakinlərini qorumaq üçün hər hansı terrorçu ünsürün Suriyada mövqe tutmasının qarşısını almaq üçün fəaliyyətini davam etdirir”, - məlumatda bildirilir.
3-08-2025, 17:16
Ukrayna ordusunda mühim dəyişiklik - Yeni komandan təyin edildi


Ukrayna ordusunda mühim dəyişiklik - Yeni komandan təyin edildi

Ukrayna Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edilib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”-da paylaşımında bildirib.
General-leytenant Anatoliy Krivonojko Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı təyin olunub.
İki gün əvvəl Nikolay Oleşuk Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsindən azad edilib.

3-08-2025, 16:44
Türkiyədə partlayış - Ölənlər var


Türkiyədə partlayış - Ölənlər var

Türkiyədə anestezik qaz istehsalı müəssisəsində partlayış baş verib, iki nəfər ölüb.
Hadisə Tekirdağ vilayətinin Ergene rayonunda qeydə alınıb. Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Partlayışın səbəbi məlum deyil.
3-08-2025, 16:30
Tramp əsəbiləşdi: Ona deyin cəhənnəm olsun!


Tramp əsəbiləşdi: Ona deyin cəhənnəm olsun!

ABŞ Senatında Demokratlar Partiyasının lideri Çak Şumer Respublikaçıların bəzi yüksək namizədlərinin təsdiqi üçün 1 milyard dollardan çox pul tələb edib.
Bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" səhifəsində yazıb.
Ağ Ev rəhbəri bunu siyasi şantaj adlandırıb.
“Bu, həddindən artıq və görünməmiş tələbdir və Respublika Partiyası bunu qəbul edərsə, bu, biabırçılıq olacaq. Öz partiyasının - radikal solçu dəlilərin böyük təzyiqi altında olan Şumerə deyin ki, cəhənnəm olsun!", - Tramp qeyd edib.
3-08-2025, 16:10
Ukrayna və Rusiya 1200 əsirin mübadiləsi barədə razılaşdı


Ukrayna və Rusiya 1200 əsirin mübadiləsi barədə razılaşdı

Ukrayna və Rusiya 1200 əsirin mübadiləsi barədə razılığa gəlib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” hesabında paylaşım edib.
Ukrayna Prezidenti qeyd edib ki, İstanbulda keçirilən üçüncü danışıqlar raundundan sonra tərəflər 1200 əsirin mübadiləsi ilə bağlı razılıq əldə ediblər. Hazırda tərəflər mübadilə üçün nəzərdə tutulan şəxslərin siyahısı üzərində işləyir. Volodimir Zelenski bu məsələni Prezident Aparatının rəhbəri Andrey Yermak və Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla müzakirə edib.
Volodimir Zelenski əlavə edib ki, Ukrayna eyni zamanda mülki şəxslərin geri qaytarılması istiqamətində də iş aparır və hər bir vətəndaşın taleyi ilə bağlı məlumatlar toplanır.
3-08-2025, 15:56
48 yaşlı kişinin meyiti tapıldı


48 yaşlı kişinin meyiti tapıldı

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən yaşayış komplekslərindən birində 48 yaşlı kişinin meyiti tapılıb.
1977-ci il təvəllüdlü Vəliyev Amal Əliəşrəf oğlunun meyiti yaşadığı evdə aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müvafiq ekspertiza təyin olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!