Bu ölkə ABŞ-dən kömək istədi .....                        Azərbaycanda sadəcə müəllimlər saathesabı işləyir - Nazir .....                        Tanınmış həkimin hesabından 11 min manat oğurlandı .....                        Şagirdlərə universitetə məktəbin özündə hazırlaşacaq - Nazir detalları açıqladı .....                        İki cüdoçumuz medal qazandı .....                        Azərbaycanda bu maşınlar 100 faiz bahalaşdı .....                        Müəllimlərin bir çoxu məktəbdə oturmağa yer tapa bilmir - Nazir .....                        20 min tamştatlı müəllim - İlk bu məktəblərdə olacaq .....                        Lavrov iranlı həmkarı ilə danışıqlar apardı .....                       
29-10-2025, 18:48
Rumıniya parlamentinin sədri Prezidentin qəbulunda - FOTO


Rumıniya parlamentinin sədri Prezidentin qəbulunda - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudeanı qəbul edib.
Qonaq Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, bu xüsusda Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin imzalanması, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanması münasibətilə dövlətimizin başçısını təbrik etdi, bunun bütün regionda sülhün təmin olunmasına və inkişafa xidmət edəcəyinə ümidvarlığını bildirdi.
Mirça Abrudean bu gün Bakıda Milli Məclisin xətti ilə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirakdan məmnunluğunu ifadə etdi, bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu dedi.
Azərbaycan ilə Rumıniyanın dost və tərəfdaş ölkələr olduğunu vurğulayan qonaq əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğunu vurğuladı. Senatın sədri ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin, həmçinin beynəlxalq parlament təsisatlarında əməkdaşlığın önəmini qeyd etdi.
Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı məsələdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın xüsusi roluna toxundu, bu istiqamətdə əldə olunmuş nailiyyətlərin bütün region üçün tarixi əhəmiyyət kəsb etdiyini dedi.
Söhbət zamanı Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın iştirakı ilə Buxarestdə Xəzər dənizinin dibi ilə elektrik kabel xəttinin tikilməsi layihəsinin önəmi vurğulandı, bunun ölkəmizin və Mərkəzi Asiya regionu dövlətlərinin bərpaolunan enerji resurslarının Avropa bazarlarına çıxarılması baxımından əhəmiyyətinə toxunuldu.
Görüşdə Azərbaycanla Rumıniya arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.


29-10-2025, 18:20
Sökülən bina tarixi tikili deyil - RƏSMİ


Sökülən bina tarixi tikili deyil - RƏSMİ

"Mirzə Fətəli Axundov küçəsində sökülən bina tarixi tikili deyil".
Bunu Bakı Şəhəri İcra Hakimiyyətinin şöbə müdiri Rəşid Ağayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu ərazidə söküntü işləri qurumların nəzarəti ilə həyata keçirilir:
"Söküntü işləri Mədəniyyət Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir".
29-10-2025, 17:39
Azərbaycanın Omandakı səfirliyi açıldı


Azərbaycanın Omandakı səfirliyi açıldı

Azərbaycanın Omandakı səfirliyinin rəsmi açılış mərasimi keçirilib.
Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov "X"də yazıb.
Nazir Omanın paytaxtı Masqat şəhərində Azərbaycan səfirliyinin rəsmi açılış mərasimində iştirakdan məmnunluğunu ifadə edib.
C.Bayramov vurğulayıb ki, yeni diplomatik nümayəndəliyin açılışı iki ölkə arasında artan tərəfdaşlığı əks etdirən mühüm bir mərhələnin göstəricisidir:
"Biz Azərbaycan və Oman xalqları üçün yeni imkanlar açmaq məqsədilə ticarət, investisiya, mədəniyyət və turizm sahələrində ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqik. Atılan bu addımlar siyasi dialoqun, xalqlar arasında əlaqələrin və uzunmüddətli tərəfdaşlığın möhkəmləndirilməsinə yönəlmiş ortaq iradəmizi əks etdirir".
29-10-2025, 17:32
Ermənistan üzərindən uçan sirli rus təyyarəsi - Silahlar kimə daşınır?


Ermənistan üzərindən uçan sirli rus təyyarəsi - Silahlar kimə daşınır?

Rusiya Silahlı Qüvvələri və “Vaqner” muzdlu qruplaşması ilə əlaqəli hərbi-nəqliyyat təyyarəsi ötən həftəsonu Venesuelanın paytaxtı Karakasda eniş edib.
ABŞ Prezidenti Donald Trampın Venesuela lideri Nikolas Maduronu devirmək istəməsi barədə xəbərlər fonunda təyyarənin Karakasa getməsi beynəlxalq ekspertlərin, müşahidəçi və jurnalistlərin marağına səbəb olub.
İl-76 tipli "RA-78765" qeydiyyat nömrəli təyyarə Rusiyadan iki günlük uçuşdan sonra Karakasa çatıb.
Təyyarənin marşruty qeyri-adi olub. Hava gəmisi Ermənistan, Əlcəzair, Mərakeş, Seneqal və Mavritaniya üzərindən keçib, Atlantik okeanını aşaraq Venesuelaya enib.
Məlumata əsasən, İl-76 Moskvaətrafı hava limanından havaya qalxıb, daha sonra onun transponder siqnalı izləmə sistemlərində qeydə alınıb. Marşrutun bu cür seçilməsində məqsəd Qərb ölkələrinin, Rusiyaya "dost olmayan ölkələrin" hava məkanını üzərindən uçmamaq olub.
Ehtimal edilir ki, uçuş zamanı təyyarə bir neçə ölkədə dayanıb. Moskvanın Əlcəzairdə hərbi, Seneqalda sənaye, Mərakeşlə isə dostluq münasibətləri var. “Vaqner” muzdluları daha əvvəl Mavritaniyada da ortaya çıxıblar. Qərbi Afrikanın Rusiya ilə əməkdaşlıq edən ölkələrində dayanacaqlar təyyarəyə yanacaq doldurmaq və tranzit üçün şərait yaratmaq məqsədi daşıyıb.
Təyyarələrdə nələrin daşındığı məlum deyil. İl-76 tipli təyyarələr 50 tona qədər yük və ya 200 nəfərə qədər şəxsi heyət daşıya bilir. Belə təyyarələrin əvvəllər atıcı silahlar, hərbi sursatlar və muzdlular daşıdığı məlumdur. Daha böyük sistemlərin - məsələn, S-400 zenit-raket komplekslərinin daşınması üçün isə bir neçə reys yerinə yetirmək lazımdır
Təyyarənin sahibi olan “AviaKon Tsitotrans” şirkəti altı İl-76 tipli nəqliyyat təyyarəsinə malikdir və ABŞ, Kanada və Ukraynanın sanksiyaları altındadır. Sanksiyaların səbəbi şirkətin Rusiya hərbi strukturları ilə sıx əlaqələri və müxtəlif regionlara raket, döyüş başlıqları, helikopter hissələri kimi hərbi texnika tədarük etməsidir.
Bir çox müşahidəçi Rusiyanın Maduronu qorumaq üçün Venesuelaya silah daşıdığını iddia edir. Hər bir halda Kreml bundan əvvəl də dəstəklədiyi ölkələrə hərbi yardım göndərib. Buna görə Venesuelaya hərbi yardım göndərilməsi istisna edilmir.
29-10-2025, 17:17
Cəbrayıl şəhər məscidində eyni vaxtda 615 nəfər ibadət edə biləcək


Cəbrayıl şəhər məscidində eyni vaxtda 615 nəfər ibadət edə biləcək

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış proqramı çərçivəsində bərpa və quruculuq işləri geniş vüsət alıb. Yeni-yeni binalar inşa olunur, evlər, məktəblər tikilir, infrastruktur yaradılır. Həmçinin tarixi və dini məkanlar, o cümlədən dağıdılmış məscid və digər dini məbədlər bərpa olunur. Ötən gün - oktyabrın 28-də dövlətimizin başçısı tərəfindən Cəbrayıl şəhər məscidinin təməlinin qoyulması da bu əlamətdar işlərin bir təzahürüdür.
Bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva jurnalistlərə açıqlamasında bildirib.
Qurum rəsmisi bildirib ki, layihəyə əsasən, inşa ediləcək Cəbrayıl şəhər məscidinin ümumi sahəsi 1530 kvadratmetrdən çox olacaq. Məsciddə eyni vaxtda 615 nəfər ibadət edə biləcək. İki mərtəbədən ibarət olacaq binada kişilərin və qadınların eyni anda ibadət etmələri üçün bütün şərait yaradılacaq. Məscidin minarələrinin hündürlüyü 34,2 metr, günbəzin hündürlüyü isə 22,6 metr olacaq.
Cəbrayıl şəhər məscidinin inşası uzun illər işğal altında qalmış rayonda dini və mənəvi həyatın bərpası yolunda atılan mühüm addımdır. İşğaldan əvvəl rayonda 5 məscid, 40-dan çox ziyarətgah və 20-dən artıq tarixi-memarlıq abidəsi mövcud idi. Lakin digər azad edilmiş ərazilərdə olduğu kimi, bu rayondakı bütün tarixi-dini abidələr də vəhşicəsinə məhv edilib.
Torpaqlarımızın azad edilməsindən sonra Azərbaycan dövləti Qarabağın və Şərqi Zəngəzurun tarixi-dini və mədəni abidələrinin bərpası, eyni zamanda, yenilərinin inşası istiqamətində mühüm işlər görür. Bu istiqamətdə görülən işlərə 2017-ci ildə Cocuq Mərcanlı kəndində inşa edilən, Şuşa məscidinin bənzəri olan məscid də bir nümunədir.
29-10-2025, 17:14
Monteneqrodakı azərbaycanlılara çağırış: “...kütləvi aksiyalardan uzaq durun!”


Monteneqrodakı azərbaycanlılara çağırış: “...kütləvi aksiyalardan uzaq durun!”

Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı Monteneqro hüquq-mühafizə orqanları ilə müvafiq danışıqlar aparılır və məsələ diplomatik kanallar vasitəsilə diqqətdə saxlanılır.
Bu barədə Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyindən bildirilib.
Məlumatda qeyd olunub ki, Azərbaycanın Serbiyada Səfirliyi və Monteneqrodakı diplomatik ofisi Podqoritsada baş vermiş, Türkiyə vətəndaşlarının, bir Azərbaycan vətəndaşının saxlanılması ilə nəticələnən iğtişaşlarla əlaqədar yayılan məlumatları diqqətlə izləyir:
"Səfirliyimiz və diplomatik ofisimiz Monteneqroda yaşayan və çalışan vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması, eləcə də onların hüquqlarının və qanuni maraqlarının qorunması məqsədilə zəruri tədbirlər görür".
Diplomatik nümayəndəlik Monteneqro ərazisində yaşayan və səfərdə olan bütün Azərbaycan vətəndaşlarına müraciət edərək, ictimai asayişin qorunması və mümkün insidentlərdən yayınmaq məqsədilə keçirilə biləcək hər hansı kütləvi aksiyalardan uzaq durmağı, yerli qanunvericiliyin tələblərinə ciddi riayət etməyi və zərurət yarandığı təqdirdə səfirlik və diplomatik ofisimizlə dərhal əlaqə saxlamağı tövsiyə edib.
Xatırladaq ki, Monteneqro paytaxtı Podqoritsada kütləvi iğtişaş baş verib. Yerli sakinlə Türkiyə vətəndaşları arasında baş verən dava zamanı monteneqrolu kişinin bıçaqlanmasından sonra türklərə qarşı vandalizm aktları alovlanıb. Hadisələr zamanı onlarla Türkiyə və Azərbaycan vətəndaşları saxlanılıb.
Polis açıqlayıb ki, bıçaqlanma hadisəsi ilə bağlı iki nəfər - biri Türkiyə, digəri Azərbaycan vətəndaşı tutulub. Həbs edilən Azərbaycan vətəndaşının 31 yaşlı Yaqub Qurbanov olduğu bildirilir.
29-10-2025, 17:06
Oğuzda qanunsuz kömür quyuları aşkarlandı


Oğuzda qanunsuz kömür quyuları aşkarlandı

Oğuz rayonunda polis əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbirlər zamanı rayonun Şirvanlı və Tayıflı kəndləri ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb.
Qeyd edilən icazəsiz fəaliyyətlə məşğul olan 4 nəfər barəsində toplanmış material qərar qəbul edilməsi üçün aidiyyəti üzrə göndərilib. Kömür quyularının isə fəaliyyəti dayandırılıb.
29-10-2025, 17:03
Cəbrayıl şəhərində salınacaq 2-ci və 3-cü yaşayış komplekslərində 48 bina tikiləcək


Cəbrayıl şəhərində salınacaq 2-ci və 3-cü yaşayış komplekslərində 48 bina tikiləcək

Cəbrayıl şəhərində ikinci yaşayış kompleksi 5,28 hektar ərazidə salınacaq. Layihə çərçivəsində 5 və 6 mərtəbəli 23 bina inşa ediləcək.
Bu sözləri jurnalistlərə açıqlamasında Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva deyib.
Onun sözlərinə görə, binalarda bir, iki, üç, dörd və beş otaqdan ibarət ümumilikdə 615 mənzil olacaq: “Kompleksdə sakinlərin rahat yaşayışı üçün bütün zəruri şərait yaradılacaq”.
Üçüncü yaşayış kompleksi haqqında da ətraflı məlumat verən İlhamiyyə Rzayeva qeyd edib ki, bu kompleksin də ümumi sahəsi 5 hektardan artıqdır.
“Burada 5, 6 və 7 mərtəbəli 25 binanın tikintisi planlaşdırılır. Layihəyə əsasən binalarda bir, iki, üç, dörd və beşotaqlı olmaqla 746 mənzilin inşası nəzərdə tutulur", - o deyib.
Qeyd edək ki, hər iki kompleks müasir standartlara uyğun şəkildə tikiləcək, zəruri sosial infrastrukturla təchiz ediləcək və Cəbrayıl şəhərinin bərpası istiqamətində atılan növbəti mühüm addım olacaq.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin təməlini qoyub.
29-10-2025, 16:59
Azərbaycanda zəlzələ oldu


Azərbaycanda zəlzələ oldu

Oktyabrın 29-da Şirvan stansiyasından 33 kilometr şərqdə - Şirvan şəhəri ərazisində zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, maqnitudası 3 olan zəlzələ yerli vaxtla saat 16:22-də qeydə alınıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 21 kilometr olub.
29-10-2025, 16:27
"Sovetski"də 127 bina qorunub saxlanılacaq


"Sovetski"də 127 bina qorunub saxlanılacaq

"Sovetski" ərazisində təkcə dövlət reystrindən keçmiş tarixi memarlıq abidələri deyil, hətta tarixi memarlıq abidəsi reystrindən keçməmiş lakin gözəl görünüşlü ümumilikdə 127 tarixi binanın qorunub saxlanılması planlaşdırılır.
Bunu Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) aparatanın şöbə müdiri Rəşid Ağayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Təzə Pir məscidinin ətrafında gedən söküntülərlə bağlı yayılan neqativ yazılar həqiqəti əks etdirmir:
"Bu ərazidə 73 dövlət reystrindən keçmiş tarixi memarlıq abidəsi, 54 ədəd isə tarixi memarlıq abidəsi reystrindən keçməmiş lakin gözəl görünüşlü tarixi binalar qorunacaq".
Qeyd edək ki, BŞİH-nin yaydığı məlumata görə, "Sovetski"də rəsmi dövlət reyestrində olan heç bir tarixi bina, o cümlədən tarixi əhəmiyyət kəsb edən digər binaların söküntüsü nəzərdə tutulmayıb. Bildirilib ki, hazırda bu ərazidə yalnız qəzalı vəziyyətdə olan, istismar müddətini başa çatdırmış binaların söküntüsü həyata keçirilir. Mirzə Fətəli küçəsində yerləşən tarixi binaya gəlincə, söküntü sözügedən binada deyil ona bitişik olan qəzalı binada həyata keçirilib. Söküntü işləri başa çatdırıldıqdan sonra bu binanın əsaslı bərpası nəzərdə tutulub. Bu ərazidə 3 qurumun nümayəndələrindən ibarət xüsusi komissiya fəaliyyət göstərir və hər bir bina ilə bağlı birgə rəy verilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!