Bu ölkə ABŞ-dən kömək istədi .....                        Azərbaycanda sadəcə müəllimlər saathesabı işləyir - Nazir .....                        Tanınmış həkimin hesabından 11 min manat oğurlandı .....                        Şagirdlərə universitetə məktəbin özündə hazırlaşacaq - Nazir detalları açıqladı .....                        İki cüdoçumuz medal qazandı .....                        Azərbaycanda bu maşınlar 100 faiz bahalaşdı .....                        Müəllimlərin bir çoxu məktəbdə oturmağa yer tapa bilmir - Nazir .....                        20 min tamştatlı müəllim - İlk bu məktəblərdə olacaq .....                        Lavrov iranlı həmkarı ilə danışıqlar apardı .....                       
27-10-2025, 19:40
Monteneqroda nə baş verir? – Onlarla azərbaycanlı saxlanıldı


Monteneqroda nə baş verir? – Onlarla azərbaycanlı saxlanıldı

Monteneqro paytaxtı Podqoritsada baş verən kütləvi iğtişaşlardan sonra onlarla Türkiyə və Azərbaycan vətəndaşları saxlanılıb.
İnsident yerli sakinlə türkiyəli şəxslər arasında baş verən davadan sonra başlayıb. Qarşıdurma zamanı monteneqrolu kişi bıçaqlanıb, lakin onun həyatı üçün təhlükə olmayıb. Hadisə şəhərdə Türkiyə vətəndaşlarına qarşı aqressiyanı və vandalizm aktlarını alovlandırıb.
Məlumata görə, insident Podqoritsanın Zabjelo rayonunda baş verib. Yerli sakin bir qadını müdafiə etməyə çalışarkən bir qrup türkiyəli ilə mübahisə edib və dava zamanı bıçaqlanıb. Bundan sonra bölgədə gərginlik artıb, sakinlər gecə saatlarında “xalq patrulları” yaradaraq küçələrdə nəzarətə çıxıblar. Polis həm ilkin hücum, həm də sonrakı zorakılıq halları ilə bağlı istintaq aparır.
Bazar günü Podqoritsa sakinləri Türkiyə nömrəli avtomobillərə ziyan vurub, bir qrup şəxs isə türklərə məxsus kazinonu mühasirəyə alıb.
Şəhər mərkəzində yerləşən türkiyəli sahibkara məxsus kafe yandırılıb. Polis açıqlayıb ki, bıçaqlanma hadisəsi ilə bağlı iki nəfər - biri Türkiyə, digəri Azərbaycan vətəndaşı saxlanılıb. Bundan başqa, miqrasiya qaydalarını pozduğuna görə daha 45 nəfər nəzarətə götürülüb. Onlardan yeddisi cərimələnib, səkkiz nəfərə deportasiya qərarı çıxarılıb, iki nəfər isə istintaq tamamlanana qədər nəzarət altında saxlanılacaq.
Hadisələr fonunda Monteneqro prezidenti Yakov Milatoviç əhalini sakitliyə çağırıb. Baş nazir Miloyko Spayiç isə Türkiyə vətəndaşları üçün vizasız rejimin müvəqqəti dayandırılacağını açıqlayıb. O bildirib ki, bu qərar hökumətin Ankarayla apardığı “intensiv məsləhətləşmələr” dövründə sürətlə qüvvəyə minəcək. Hazırda türkiyəlilər Monteneqroda vizasız 90 günədək qala bilirlər.
Rəsmi Podqoritsa bu addımı Avropa İttifaqının təzyiqləri fonunda atır. Brüssel Qərbi Balkan ölkələrindən vizə siyasətlərini Avropa standartlarına uyğunlaşdırmağı tələb edir. Aİ ölkələrinə daxil olmaq üçün türkiyəlilər viza almalı olsalar da, Monteneqro hələ də Türkiyə, Rusiya, Çin və Azərbaycan da daxil olmaqla yeddi ölkə vətəndaşına vizasız giriş imkanı verir.
Monteneqroda son illər türkiyəlilərin iştirakı əhəmiyyətli dərəcədə artıb. Ölkənin Statistika İdarəsinin məlumatına görə, hazırda burada 13 mindən çox Türkiyə vətəndaşı yaşayır, türkiyəli iş adamlarına məxsus 6 800-dən çox şirkət qeydiyyatdan keçib. Bu, ölkədəki bütün xarici bizneslərin təxminən 28 faizinə bərabərdir.
Hadisəyə Ankara da dərhal reaksiya verib. Türkiyənin xarici işlər naziri Hakan Fidan Monteneqronun baş naziri Miloyko Spayiç və XİN rəhbəri Ervin İbrahimoviçlə telefon danışığı apararaq Türkiyə vətəndaşların təhlükəsizliyinin təmin olunmasını tələb edib. Daha sonra Türkiyə XİN “narahatedici hadisələrdən dərin təəssüf” ifadə edən bəyanat yayıb.
27-10-2025, 19:18
Faciəvi şəkildə ölən Kəmalə tələbə imiş - FOTO


Faciəvi şəkildə ölən Kəmalə tələbə imiş - FOTO

Abşeron rayonunda binadan yıxılaraq həyatını itirən Kəmalə Əbilovanın fotosu yayılıb.
K.Əbilova Sumqayıt Dövlət Universitetinin 4-cü kurs tələbəsi olub.
Faktla bağlı araşdırma aparılır.
Fotonu təqdim edirik:

27-10-2025, 19:12
Konstitusiya Məhkəməsi qərar qəbul etdi


Konstitusiya Məhkəməsi qərar qəbul etdi

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin II hissəsi və 71-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 211.2-ci və 218.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmənin Cinayət Kollegiyası, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi və Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının professoru, hüquq elmləri doktoru F.Abbasovanın və həmin kafedranın müəllimi, hüquq üzrə fəlsəfə doktoru L.Məmmədovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin II hissəsi, 71-ci maddəsi və Cinayət-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin müddəalarından irəli gələrək, həmin Məcəllənin 211.2.2–211.2.6-cı maddələrində müəyyən edilən əsaslarla cinayət işinin materiallarından başqa cinayət işi ayrıca icraata ayrıldıqda istintaq müddətinin axımı ilkin cinayət işinin başlandığı gündən hesablanır.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 211.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əsasla ayrılmış cinayət işi üzrə ibtidai istintaq müddəti ayrılma haqqında qərar qəbul edildiyi (yeni cinayət işi başlanıldığı) gündən hesablanır.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz
27-10-2025, 18:38
99 yaşınadək prezident olacaq


99 yaşınadək prezident olacaq

Kamerun lideri Pol Biya prezident seçkisində növbəti dəfə qələbə qazanıb.
O, seçicilərin səslərinin 53.66%-ni toplayıb və səkkizinci müddətə dövlət başçısı seçilib.
Bildirilir ki, 1982-ci ildən hakimiyyətdə olan Prezident Pol Biya 92 yaşında səkkizinci müddətə Kamerunun prezidenti seçilib. O, daha 7 il vəzifədə qalacaq.
Kamerun Milli Xilas Cəbhəsinin rəhbəri və prezidentin əsas rəqibi İssa Çiroma Bakari 35.19% səslə ikinci yerdə qərarlaşıb.
Qeyd edək ki, Kamerunda prezident seçkiləri oktyabrın 12-də keçirilib və kütləvi etirazlarla müşayiət olunub.
27-10-2025, 18:33
Mirzoyandan sülhlə bağlı vacib açıqlama


Mirzoyandan sülhlə bağlı vacib açıqlama

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması tarixi və yeri hələlik müəyyən edilməyib.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.
Nazir jurnalistlərin suallarını cavablandırarkən xatırladıb ki, "İrəvan bu parametrlər üzrə razılığa gəlmək üçün məsləhətləşmələrə başlamağa hazır olduğunu dəfələrlə bildirib".
27-10-2025, 18:20
Ravvinlərin Bakı toplantısı ləğv edildi - Nə baş verir?


Ravvinlərin Bakı toplantısı ləğv edildi - Nə baş verir?

Avropa ravvinlərinin Bakıda keçirilməli olan toplantısının ləğv edildiyi bildirilir.
Bu barədə İsrailin "Ynet News nəşri məlumat yayıb.
Məlumata görə, Avropa Ravvinləri Konfransının (CER) 3–6 noyabr tarixlərində Bakıda keçirilməsi planlaşdırılan toplantısında Avropa, İsrail, ABŞ və digər ölkələrdən ravvinlər, dini liderlər, siyasətçilər və ictimai xadimlər olmaqla təxminən 600 nəfərin iştirakı nəzərdə tutulurdu.
Tədbirdə İsrailin baş ravvinləri David Yosef və Kalman Ber, eləcə də diaspor və antisemitizmlə mübarizə naziri Amihay Şikli və mədəni irs naziri Amihay Eliyahunun da iştirak edəcəyi gözlənilirdi.
Konfransın təşkilatçıları daha əvvəlki açıqlamalarında bildirmişdilər ki, Bakı toplantısı müsəlman ölkəsində keçiriləcək ilk belə miqyaslı ravvinlər konfransı olacaqdı. Mərasim “dini və mədəni sərhədləri aşan qarşılıqlı hörmət və əməkdaşlıq nümunəsi” kimi təqdim edilirdi.
Toplantının hansı səbəbdən ləğv edildiyi və başqa tarixə təxirə salınıb-salınmadığı barədə rəsmi açıqlama verilməyib.
27-10-2025, 18:00
Starmer Türkiyədədir


Starmer Türkiyədədir

Britaniya Baş naziri Keir Starmer Türkiyədə səfərdədir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Starmeri rəsmi mərasimlə qarşılayıb.
Görüş zamanı Türkiyə-Böyük Britaniya münasibətləri, Rusiya-Ukrayna müharibəsi, Qəzzanın bərpası və “Eurofighter” döyüş təyyarələrinin alınması məsələləri əsas müzakirə mövzuları olacaq.
Danışıqlardan sonra mətbuat konfransının keçirilməsi planlaşdırılır.
27-10-2025, 17:54
Adnan Əhmədzadəyə aid olduğu deyilən “Bolmart”da əməliyyat


Adnan Əhmədzadəyə aid olduğu deyilən “Bolmart”da əməliyyat

“Bolmart” mağazalar şəbəkəsində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirildiyi bildirilir.
Bu haqda məlumatı “Barometr TV” teleqram kanalı yayıb. Əməliyyatın səbəbi şəbəkənin həbs edilən Adnan Əhmədzadə ilə birbaşa əlaqəsinin olması ehtimalıdır. Hazırda əməliyyatın detalları açıqlanmır. Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən təsdiq və ya təkzibedici məlumat da verilməyib.
Musavat.com-un məlumatına görə, “Bolmart” mağazalar şəbəkəsi son illər Azərbaycanda ən sürətlə genişlənən pərakəndə ticarət brendlərindən biri kimi tanınır. Lakin şirkətin real sahibləri, maliyyə hesabatları və fəaliyyət şəffaflığı barədə ictimaiyyətə təqdim olunan məlumatlar çox məhduddur.
Araşdırmaya görə, “Bolmart” brendinin arxasında Pro-Mart MMC adlı şirkət dayanır. Dövlət Vergi Xidmətinin məlumat bazasına əsasən, bu şirkət Az Fast Moving Business MMC və Unitrade Group MMC tərəfindən təsis edilib. Hər iki qurumun 50 faiz payla ortaqlığı qeydə alınıb. “Bolmart”ın hüquqi təmsilçisi isə əvvəlcə Ramil Əşrəf oğlu Məmmədov, daha sonra isə Bolmart Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru olub.
Maraqlı məqam ondan ibarətdir ki, açıq mənbələrdə Pro-Mart MMC-nin təqdim etdiyi son maliyyə hesabatlarına görə, şirkət bir ildə 141 milyon manatdan artıq satış dövriyyəsi əldə edib. Amma həmin hesabatda xalis mənfəət cəmi 27 min manat göstərilib. Yəni yüz milyonlarla manatlıq ticarət dövriyyəsinə malik şirkət, kağız üzərində demək olar ki, qazanc gətirməyib.
Bu, ictimaiyyət arasında ciddi suallar doğurur: Necə olur ki, ölkənin ən çox filialı olan supermarket şəbəkələrindən biri ildə cəmi bir mənzilin qiyməti qədər gəlir göstərir? Vergi və maliyyə şəffaflığı məsələsi burada açıq qalır.
Məlumatlara görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bir müddət əvvəl “Bolmart” şəbəkəsinin fəaliyyətində bəzi pozuntularla bağlı araşdırma aparıb və Pro-Mart MMC barəsində inzibati icraat açılıb.
Şirkətin bəzi filiallarında malların keyfiyyəti və saxlama şəraiti ilə bağlı da zamanla şikayətlər mövcud olub. Bundan əlavə, ötən illərdə “Bolmart”da baş verən qida zəhərlənməsi hadisəsi də ictimai rezonans doğurmuşdu. Həmin vaxt rəsmi açıqlamalarda mağazalarda sanitariya qaydalarının pozulduğu bildirilmişdi.
Hazırda “Bolmart” respublika üzrə 20-dən çox filialla fəaliyyət göstərir. Şirkət özünü “yerli brend” kimi təqdim etsə də, onun arxasında dayanan hüquqi və maliyyə əlaqələri barədə ətraflı məlumat ictimaiyyətə açıqlanmayıb.
Milyonlarla manatlıq dövriyyəyə malik şirkətlərin vergidən yayınma və ya real gəlirləri gizlətmə ehtimalı daim gündəmdə qalır.
27-10-2025, 17:49
Ermənistan "3+3"lə bağlı Azərbaycanla müzakirə aparır


Ermənistan "3+3"lə bağlı Azərbaycanla müzakirə aparır

"3+3" platformasının iclası ya Ermənistanda, ya da Azərbaycanda keçiriləcək.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
"İndi biz nazirlərin növbəti görüşünün keçirilmə qaydasını Azərbaycan tərəfi ilə müzakirə edirik", - nazir qeyd edib.
Əvvəlki üç görüş ardıcıllıqla Moskva, Tehran və İstanbulda keçirilib.
27-10-2025, 17:35
Türkiyə parlamentinin nümayəndələri Bakıya gəldilər


Türkiyə parlamentinin nümayəndələri Bakıya gəldilər

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım və TBMM-in şöbə müdiri Hasan Turan Azərbaycana gəliblər.
Onlar Milli Məclisdə Məclisdə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirak edəcəklər.
Qeyd edək ki. oktyabrın 29-da Milli Məclisdə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransı keçiriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!