Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
26-10-2025, 15:46
Ağ Evdə qadın prezident görəcəklər - Harris


Ağ Evdə qadın prezident görəcəklər - Harris

ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris yenidən prezidentliyə namizəd ola biləcəyini bildirib.
Bu barədə Harris BBC-yə verdiyi müsahibədə deyib.
2024-cü Donald Trampa məğlub olan 61 yaşlı Harris bildirib ki, nəvələri mütləq Ağ Evdə bir qadın prezident görəcəklər.
"Mən bütün karyeramı xidmət həyatı ilə yaşamışam və bu, mənim sümüyümdədir. Xidmət etməyin bir çox yolu var. Hazırda etdiyim işlərdən başqa gələcəkdə nə edəcəyimə hələ qərar verməmişəm”, - Harris vurğulayıb.
26-10-2025, 15:33
PKK Türkiyə ilə sərhəddəki düşərgə və mağaralardan da çıxacaq


PKK Türkiyə ilə sərhəddəki düşərgə və mağaralardan da çıxacaq

PKK terror təşkilatı İraqın Türkiyə ilə sərhəddə Zap və Metina bölgələrindəki düşərgə və mağaralardan da çıxacaq.
Bu barədə PKK nümayəndələrinin İraqın şimalında yaydığı açıqlamada bildirilib.
Qeyd olunur ki, sərhəd bölgələrində münaqişə riski yaradan mümkün təxribatlara şərait yaradan mövqelərdə də oxşar addımlar atılır.
Həmin ərazilər Türkiyə Silahlı Qüvvələrinin 2019-cu il mayın 27-dən etibarən fəal hərbi əməliyyatlar apardığı yerləri də əhatə edir.
Qeyd edək ki, daha əvvəl PKK Türkiyədən tamamilə çıxdığını bildirib.
26-10-2025, 15:17
Rusiyanın cavabı sərt olacaq - Peskov


Rusiyanın cavabı sərt olacaq - Peskov

Rusiya Silahlı Qüvvələri Kiyevin Rusiyanın dərinliklərinə zərbə endirmək cəhdlərinə sərt cavab verəcək.
Bunu kremlin mətbuat katibi Dmitri Peskov deyib.
26-10-2025, 15:01
Oğlum dünəndən səhhətimlə maraqlanmayıb - Fəzail Ağamalı


Oğlum dünəndən səhhətimlə maraqlanmayıb - Fəzail Ağamalı

Ana Vətən Partiyasının sədri və keçmiş millət vəkili Fəzail Ağamalının səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirildiyi ilə bağlı informasiya yayılıb.
Fəzail Ağamalı xəstəxanaya yerləşdirilmədiyini bildirib.
“Dünən biraz səhhətimdə problem yarandı. Ailə həkimimizi çağırdıq. Gəldi, dava-dərman elədi. Dedi ki, dincəlmək lazımdır. İndi də səhhətim yaxşıdır. Eşidirsiniz, səsim də gur çıxır”.
F.Ağamalı oğlunun onunla yaşananlardan sonra heç bir əlaqə saxlamadığını deyib.
Elçin Ağamalı isə məsələ ilə bağlı danışmaq istəmədiyini söyləyib.
“Siyasi məsələlər bir yana bu, özəl məsələdir”,- o deyib.
26-10-2025, 14:45
Yollarda görünüş məsafəsi məhdudlaşacaq


Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, oktyabrın 27-də bəzi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
26-10-2025, 14:24
Azərbaycan buna icazə verməyə hazırdır - Overçuk


Azərbaycan buna icazə verməyə hazırdır - Overçuk

Azərbaycan Rusiya məhsullarının Ermənistana daxil olmasına icazə verməyə hazır olduğunu açıqlayıb.
Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
“İki gün əvvəl Azərbaycan tərəfi Rusiya məhsullarının öz ərazisindən Ermənistana daşınması üçün Azərbaycan dəmir yollarından istifadənin mümkünlüyünü təsdiqlədi. Bu baxımdan, biz də çox maraqlı irəliləyişlər əldə etmişik. Rusiya Dəmir Yolları hazırda regional həmkarları ilə birlikdə bu daşımaların təşkili üzərində işləyir. Eyni zamanda, bu yeni logistika marşrutunun hazırlanması üçün Kənd Təsərrüfatı Nazirliyinə müvafiq göstərişlər vermişik”, - Overçuk bildirib.
26-10-2025, 14:12
Bakıda yaşayış evində yanğın: ölən var


Bakıda yaşayış evində yanğın: ölən var

Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə və dəhlizin tavanı 15 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
26-10-2025, 13:55
Fəzail Ağamalının səhhəti pisləşdi - Təcili həkim gətirildi


Fəzail Ağamalının səhhəti pisləşdi - Təcili həkim gətirildi

Ana Vətən Partiyasının sabiq sədri və keçmiş millət vəkili Fəzail Ağamalının səhhəti pisləşib.
Dünən gecə anidən Fəzail Ağamalının sağlamlığında problem yaranıb. Dərhal paytaxtda yerləşən özəl klinikalardan birindən təcili tibbi yardım çağırılıb. Ona ilkin tibbi yardım göstərilib və müalicə təyin edilib.
Fəzail Ağamalı faktı təsdiq edib. O bildirib ki, dünən qurultayda baş verənlər ona pis təsir edib:
"Dünən olanlardan mən hələ də özümə gələ bilmirəm. Gecə qəfil özümü pis hiss etməyə başladım. Dərhal ailə həkimimi çağırdıq. Mənə tibbi yardım göstərdi. Həkim dedi ki, bu stressdən və əsəb gərginliyindən olub. Bilirsiniz, mən ürəyimdən əməliyyat olunmuşam. Çox təəssüf ki, oğlum buna baxmayaraq hələ də peşman deyil".
Qeyd edək ki, Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının ötən gün keçirilən qurultayında qalmaqal yaşanıb. F. Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib. Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib. Qurultayda F. Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb.
26-10-2025, 13:30
Boksçularımızdan Avropa çempionatında 8 medal


Boksçularımızdan Avropa çempionatında 8 medal

Azərbaycan boksçuları Monteneqronun Budva şəhərində keçirilən U-15 Avropa çempionatını 8 (2 qızıl, 3 gümüş və 3 bürünc) medalla başa vurublar.
Bu barədə federasiyadan məlumat verilib.
Komandamızın heyətində Xumar Cəfərli (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Yağmur Eryurtu (Türkiyə) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub etməklə Budvada Azərbaycan himnini səsləndirib. Bu qızıl medal ölkəmiz üçün əlamətdar olub. Boks tariximizdə ilk dəfə qız idmançımız U-15 Avropa çempionatının qalibi adına yiyələnib.
Onun uğurunu Mehran Rəsulov (80 kq) da təkrarlayıb. Finalda Serqiy Kotovskini (Ukrayna) 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edən boksçumuz qızıl medala layiq görülüb. Bu, Rəsulovun karyerasında Avropa birinciliklərinin 3-cü mükafatı olub. O, bunadək 2 dəfə bürünc medal əldə edib.
Digər boksçularımızdan Nəsrin Abdullazadə (40 kq), Nurlan Müseyibli (66 kq), Yusif Ağakişiyev (75 kq) gümüş, Onur Qurbanov (42 kq), Elcan Musazadə (50 kq) və Ərdəm Təkin (90 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, 32 ölkədən 369 idmançının qatıldığı yarışı Azərbaycan millisi komanda hesabında 6-cı yeri tutub.
26-10-2025, 13:18
Bakıda yağış yağacaq, şimşək çaxacaq


Bakıda yağış yağacaq, şimşək çaxacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 26-dan 27-nə gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata əsasən havanın temperaturu gecə 14-16° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-70 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gecə və səhər bəzi yerlərdə güclənəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!