Bu ölkə ABŞ-dən kömək istədi .....                        Azərbaycanda sadəcə müəllimlər saathesabı işləyir - Nazir .....                        Tanınmış həkimin hesabından 11 min manat oğurlandı .....                        Şagirdlərə universitetə məktəbin özündə hazırlaşacaq - Nazir detalları açıqladı .....                        İki cüdoçumuz medal qazandı .....                        Azərbaycanda bu maşınlar 100 faiz bahalaşdı .....                        Müəllimlərin bir çoxu məktəbdə oturmağa yer tapa bilmir - Nazir .....                        20 min tamştatlı müəllim - İlk bu məktəblərdə olacaq .....                        Lavrov iranlı həmkarı ilə danışıqlar apardı .....                       
31-10-2025, 17:28
Bu avtobuslarda da gedişhaqqı 60-70 qəpik oldu


Bu avtobuslarda da gedişhaqqı 60-70 qəpik oldu

Bakıda 81 və 160 nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, noyabrın 1-dən 81 və 160 nömrəli marşrutlarda istismar olunan avtobuslar dəyişdiriləcək.
Köhnə Günəşli və Qaraçuxur qəsəbələrini əlaqələndirən 81 nömrəli marşrut üzrə sərnişinlərin ixtiyarına veriləcək 20 ədəd "Yutong" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Yeni avtobusların xəttə buraxılması ilə marşrut üzrə hərəkət intervalı 6 dəqiqə təşkil edəcək. Marşrut üzrə gedişhaqqı 0,60 manat müəyyən edilib.
Binə qəsəbəsini "Koroğlu" metrostansiyası ilə əlaqələndirən 160 nömrəli müntəzəm marşrut üzrə xəttə buraxılacaq 18 avtobus da müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz edilib. Avtobuslar 6-7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək. Marşrut üzrə gedişhaqqı 0,70 manat müəyyən edilib.
Hər iki marşrutda ödənişlər nağdsız qaydadadır.
31-10-2025, 17:18
Ərdoğan da İrəvana getməyəcək?


Ərdoğan da İrəvana getməyəcək?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gələn ilin may ayında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirakı ilə bağlı hələ konkret məlumat yoxdur.
Bu barədə “RİA Novosti” Türkiyənin Prezident Administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
Bu barədə qərarın sammitin tarixinə yaxın zamanda veriləcəyi gözlənilir.
Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Avropa Siyasi Birliyinin gələn ilin yazında keçiriləcək sammitində iştirak etmək üçün İrəvana dəvət olunduqlarını açıqlayıb.
“Caliber.Az” isə diplomatik mənbələrə istinadən Prezident İlham Əliyevin sözügedən sammitdə iştirak etmək niyyətində olmadığını yazıb.
31-10-2025, 17:12
Qazaxıstanda Zakir Həsənova medal təqdim edildi


Qazaxıstanda Zakir Həsənova medal təqdim edildi

Qazaxıstanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 31-də bu ölkənin müdafiə naziri general-leytenant Dauren Kosanov ilə görüşüb.
Görüşdə Azərbaycanla Qazaxıstan arasında əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib, hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti müzakirə olunub.
Hər iki ölkə arasında hərbi əlaqələrin yeni perspektivlərinin müzakirə edildiyi görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Qazaxıstan müdafiə naziri general-polkovnik Z.Həsənova “Beynəlxalq əməkdaşlığın inkişafına töhfəyə görə” medalını təqdim edib.
Görüşün sonunda Qazaxıstan və Azərbaycan respublikaları Müdafiə nazirlikləri arasında 2026-cı il üçün hərbi əməkdaşlıq planı imzalanıb.





31-10-2025, 16:58
Rüşvət alan meşə gözətçisi həbs olundu


Rüşvət alan meşə gözətçisi həbs olundu

Qusar Rayon Prokurorluğunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Hil meşəbəyliyinin meşə gözətçisi vəzifəsində işləmiş Abuyev Zahid Abuzahir oğlu barəsində cinayət işi başlanılıb.
İlkin istintaqla müəyyən edilib ki, Zahid Abuyev Qusar rayonunun Kirig, Cibir və Ləcət kəndlərinin ərazisində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, vəzifə mövqeyindən qanunsuz şəkildə istifadə etməklə sakinlərdən müxtəlif məbləğlərdə rüşvət alıb. Z.Abuyev vəzifə borclarının icrası ilə bağlı qanunsuz üstünlüklər əldə etməyə çalışıb və təkrarən rüşvət almaqda şübhəli bilinir.
Qusar Rayon Prokurorluğunda aparılan istintaq zamanı müəyyən olunub ki, Zahid Abuyev xidməti mövqeyindən sui-istifadə edərək təbiət abidələrinin, meşə sahələrinin və digər qorunan ərazilərin mühafizəsi üzrə vəzifə səlahiyyətlərini kobud şəkildə pozub.
Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.2 və 311.3.4-cü (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.
Zahid Abuyev oktyabrın 30-da şübhəli şəxs qismində saxlanılıb və bu gün məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
31-10-2025, 00:20
Zəfərin 5 illiyinə həsr olunan “Yaradan” filmi təqdim edildi


Zəfərin 5 illiyinə həsr olunan “Yaradan” filmi təqdim edildi

Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5 illiyinə həsr olunan “Yaradan” sənədli filminin təqdimatı keçirilib.
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin istehsalı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə ərsəyə gələn ekran əsəri Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma proseslərini, doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlərin həyat hekayələrini və xalqımızın dirçəliş ruhunu əks etdirir.
Təqdimat mərasimində çıxış edən “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri və filmin ssenari müəllifi Ayaz Mirzəyev bildirib ki, “Yaradan” filmi yalnız faktları və hadisələri deyil, həmçinin Azərbaycan vətəndaşının mənəvi dirçəlişini göstərir.
“Filmdə izləyəcəyiniz insanların əksəriyyəti yaradıcı şəxslərdir. Biz onların taleləri və düşüncələri vasitəsilə işğaldan əvvəlki dövrü, işğal illərini və azadlıqdan sonrakı bərpa mərhələsini təqdim edirik”, – deyə A.Mirzəyev vurğulayıb.
Sonra qonaqlar sənədli filmi izləyiblər.
30-10-2025, 23:11
Prezidentin qızları və gəlini minifutbol turnirində


Prezidentin qızları və gəlini minifutbol turnirində

Oktyabrın 30-da uşaq evlərində tərbiyə alan 10-11 və 12-13 yaş arası oğlan və qızlardan ibarət komandalar arasında növbəti "Dostluq Kuboku" minifutbol turniri keçirilib. Turnir uşaqların fiziki və psixoloji inkişafına dəstək vermək, onlarda komanda ruhunu, özünəinamı və sosial bacarıqları gücləndirmək məqsədi daşıyıb.
Turniri Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva da izləyiblər.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə baş tutan yarışda Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən Bakı şəhər 1, 2, 3 və Gəncə şəhər 4 saylı Uşaq evlərinin komandaları müvafiq olaraq hər iki yaş qrupu üzrə "Şahinlər", "Birlik", "Zəfər" və "Kəpəz" adları ilə güclərini sınayıblar. Qızlar və oğlanlar arasında yüksək idman əzmi və dostluq münasibəti müşahidə olunub. Oyunlar zamanı həm uşaqların, həm də matçları izləyənlərin böyük coşqu və sevinc yaşadıqları diqqət çəkib.
Turnirin ən yaddaqalan anlarından biri oyunları izləyən Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyevanın bütün komandaları dəstəkləmələri, uşaqlarla səmimi söhbət etmələri və onlarla şəkillər çəkdirmələri olub. Onlar iştirakçılara uğurlar arzulayaraq, belə tədbirlərin gələcəkdə daha geniş miqyasda və mütəmadi şəkildə keçirilməsinin vacibliyini bir daha vurğulayıblar.
Hər iki yaş qrupu üzrə qalib komandalar diplom, medal və kubokla təltif olunub. Eyni zamanda, ikinci və üçüncü yerləri qazanan komandalar da medal və diplomlarla mükafatlandırılıb.
Tədbirin sonunda uşaqlar, tərbiyəçilər və təşkilatçılar belə təşəbbüslərin uşaqların həyatına müsbət təsir etdiyini bildirərək, uşaqlarda özünəinamın və sosial əlaqələrin güclənməsinə səbəb olduğunu diqqətə çatdırıblar. Onlar bu cür sosial layihələrin davamlı təşkilinə görə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, "Dostluq Kuboku" minifutbol turniri ilk dəfə bu ilin mayında təşkil olunub və hazırkı yarış həmin ənənənin uğurlu davamı kimi reallaşdırılıb.
Minifutbol turnirinin təşkilində əsas məqsəd sosial xidmət müəssisələrində böyüyən uşaqlar arasında sağlam həyat tərzinin və fiziki fəallığın təşviqi ilə yanaşı, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, yeni dostluqların qurulmasına şərait yaratmaqdır.
30-10-2025, 22:43
Həbsdən cəmi bir gün əvvəl... - FOTO


Həbsdən cəmi bir gün əvvəl... - FOTO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib, icra başçısı İslam Rzayev saxlanılıb.
İ.Rzayev ötən gün Balakəndə festivalda iştirak edibmiş.
Belə ki, rayonda ənənə halını alan Xurma festivalında dünən İslam Rzayev ağac əkib, müxtəlif kompozisiyalarla tanış olub.
Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, 2011-ci ildən Balakən RİH-nin başçısı vəzifəsini icra edirdi.

30-10-2025, 22:10
ABŞ ona qarşı sanksiyaları ləğv etdi


ABŞ ona qarşı sanksiyaları ləğv etdi

ABŞ Bosniya və Herseqovinanın Serbska Respublikasının keçmiş Prezidenti Milorad Dodikə qarşı tətbiq olunan sanksiyaları ləğv edib.
Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Milorad Dodikə, onun ailə üzvlərinə, yüksəkvəzifəli şəxslərə və onlarla əlaqəli şirkətə tətbiq olunan sanksiyaların ləğv edildiyini açıqlayıb. Ümumilikdə 47 şəxsə və şirkətə tətbiq edilən sanksiyaları ləğv olunub.
Qeyd edək ki, Milorad Dodikə qarşı sanksiyalar 2017-ci ildən bəri qüvvədə idi.
30-10-2025, 22:06
Əfsanənin atası danışdı: "Hamilə olduğunu toy günü öyrəndim"


Əfsanənin atası danışdı: "Hamilə olduğunu toy günü öyrəndim"

Astarada toydan sonra ölən 17 yaşlı hamilə gəlin Əfsanə İmanovanın atası danışıb.
Əfsanənin atası Maqsud İmanov qızının hamilə olduğunu toy günü öyrəndiyini deyib:
"Qızımla oğlan 8-9 ay idi ki, nişanlı idilər. Mən onun hamilə olduğunu bilmirdim. Toy günü xəstəxanaya gedəndə öyrəndik ki, 7 aylıq imiş. Ona qədər heç nə hiss etməmişdik".
"Qızınızı niyə erkən yaşda nişanlamısınız?" sualına cavab olaraq isə ata bildirib ki, 18 yaşına 3 ay qalmışdı.
Əfsanənin qayınatası Aqil Cevziyev isə qudasından fərqli olaraq baş verən hadisə ilə bağlı üzüntüsünü dilə gətirib:
"Çox pis hadisə oldu, başımızı itirmişik. Oğlumun 22 yaşı var, 8 ay əvvəl Əfsanə ilə nişanlanmışdılar. Qızın hamilə olduğunu toydan bir həftə əvvəl bildik, amma 7 aylıq olduğunu bilmirdik. Toy dəvətnamələri artıq paylanmışdı. Xəcalət çəkməyək deyə toy etməyə qərar verdik".
Cevziyevin sözlərinə görə, Əfsanə toy ərəfəsində ata evində olarkən bir qədər qızdırmalı olub, lakin ciddi səhhət problemi müşahidə edilməyib:
"Toy günü də halı normal idi. Təxminən saat 5-də gəlin evə gətirildi. Az sonra oğlum zəng edib dedi ki, Əfsanənin vəziyyəti pisləşib. Dərhal təcili yardım çağırdım və xəstəxanaya apardım".
O həmçinin mediada yayılan "cütlüyün Bakıda istixanalarda işləməsi" barədə məlumatların həqiqətəuyğun olmadığını da vurğulayıb:
"Onlar heç vaxt kənddən kənara çıxmayıblar, hər ikisi burada yaşayırdılar".
Hadisə ilə bağlı Astara Rayon Prokurorluğunda araşdırma davam edir.
30-10-2025, 22:02
Ərdoğan kürd deputatlarla nələri müzakirə etdi?


Ərdoğan kürd deputatlarla nələri müzakirə etdi?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) nümayəndə heyəti ilə görüşüb.
Görüş PKK-nın silahlarını Türkiyə ərazisindən tamamilə çıxardığını elan etdikdən sonra baş tutub.
Mətbuata qapalı keçirilən görüşdə partiyanın həmsədrləri Mithat Sancar və Pervin Buldan, hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Efkan Ala, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın iştirak edib.
Təxminən bir saat davam edən görüşdə “Terrorsuz Türkiyə” prosesi çərçivəsində mövcud vəziyyət, bunun yerlərdə vəziyyətə təsiri və lazımi hüquqi tədbirlər müzakirə edilib.
Danışıqlar başlamazdan əvvəl Pərvin Buldan jurnalistlərə bildirib ki, "bu, proses başlayandan bəri prezidentlə üçüncü görüş olacaq: "Hamımız başa düşürük ki, tarixi bir dövr yaşayırıq. Ona görə də bugünkü görüş çox mühüm və əlamətdardır. Biz prezidentlə görüşüb prosesin hazırkı mərhələləri, yaranan problemlər və lazımi addımlar barədə müzakirələr aparıb fikir mübadiləsi aparacağıq".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!