Gəncədə təcili yardım avtomobili qəzaya düşdü .....                        Nazir Rəşad Nəbiyev Hao Zhichen ilə görüşdü .....                        Bulvarda dənizdə batma təhlükəsi olan şəxs xilas edildi - VİDEO .....                        Bağçada azyaşlıya şiddət göstərən dayə İŞDƏN ÇIXARILDI .....                        Bakıda daha bir ərazidə binalar PLANA DÜŞDÜ .....                        Gənc oğlan idman zalında vəfat etdi .....                        Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü .....                        Bələdiyyə sədri əməliyyat zamanı öldü .....                        Suriya Kosovonu tanıdı .....                       
3-10-2025, 16:34
Sürücülərin nəzərinə! - Yol bağlanır


Sürücülərin nəzərinə! - Yol bağlanır

3 oktyabr saat 22:00-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində (Mirəli Qaşqay küçəsi ilə kəsişmədən Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməyədək olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti təmir işləri bitənədək 07:00-24:00 saat aralığında qismən, 24:00-07:00 saat aralığında isə hissə-hissə, tam məhdudlaşdırılacaqdır.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda qeyd olunur.
3-10-2025, 16:12
Rusiyanın baş naziri Azərbaycanla bağlı sərəncam imzalayıb


Rusiyanın baş naziri Azərbaycanla bağlı sərəncam imzalayıb

Rusiyanın baş naziri Mixail Mişustin Rusiya ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində danışıqlara dair sərəncam imzalayıb.
Bu barədə Rusiya KİV-i məlumat yayıb.
“Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında aqrar sahədə əməkdaşlıq haqqında sazişin imzalanması ilə bağlı danışıqların aparılması təklifi qəbul edilsin”, - sənəddə deyilir.
Təklifin Rusiya Xarici İşlər Nazirliyi ilə razılaşdırıldığı qeyd olunur.
2-10-2025, 23:12
Sandu İlham Əliyevlə görüşündən yazdı


Sandu İlham Əliyevlə görüşündən yazdı

Azərbaycan Prezidentini Ağ Ev tərəfindən dəstəklənən, Ermənistanla sülh yolunda mühüm addımlarla bağlı təbrik etdim.
Bu barədə Moldova Prezidenti Maya Sandunun Kopenhagendə Azərbaycan lideri İlham Əliyevlə görüşü barədə sosial şəbəkə hesabındakı paylaşımında qeyd olunub.
"Biz Moldova-Azərbaycan iqtisadi əlaqələrinin hər iki ölkəmizin xeyrinə gücləndirilməsini də müzakirə etdik", - Sandu yazıb.
Qeyd edək ki, liderlər Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısı çərçivəsində görüşüblər.
2-10-2025, 23:06
İlon Mask tarixə düşdü


İlon Mask tarixə düşdü

İlon Mask sərvəti 500 milyard dolları keçən ilk insan olaraq tarixə düşüb. Dekabr ayında sərvəti 400 milyard dolları aşan Mask, hazırda reytinqdə ikinci yerdə qərarlaşan Larri Ellisonu 150 milyard dollar qabaqlayır və dünyanın ilk trilyonçusu olmaq yolunda sürətlə irəliləyir.
“Tesla”nın səhmləri təxminən 4 faiz bahalaşaraq, Maskın xalis sərvətinə təqribən 9,3 milyard dollar əlavə edib. Elektrikli avtomobil istehsalçısının səhmlərinin qiyməti, Maskın aprel ayında şirkətin maliyyə nəticələri ilə bağlı konfransda “Tesla”ya daha çox vaxt ayırmaq üçün Prezident Tramp hökumətinin Səmərəlilik Departamentinin rəhbəri vəzifəsindən getdiyini elan etməsindən sonra təxminən iki dəfə artıb.
“Tesla”nın bazar kapitallaşması dekabrda əldə edilən tarixi maksimuma yaxın səviyyəyə qayıdıb. Maskın şirkətdəki 12 faiz səhm payı hazırda 191 milyard dollar dəyərindədir. Ekspertlər hesab edir ki, əgər İlon Mask bu sürətlə irəliləsə, 2033-cü ilin mart ayına qədər dünyanın ilk trilyonçusu ola bilər.
2-10-2025, 22:48
Yurda uzanan yollarda gənclik karvanı


Yurda uzanan yollarda

gənclik karvanı


“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin layihəsi uğurla davam edir. “Qərbi Azərbaycan repressiya və soyqırımı qurbanlarının tədqiqi” layihəsi çərçivəsində növbəti tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetetində keçirilib. Tədbirdə əvvəlcə dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda Şəhid olanların və repressiya, soyqırımı, deportasiya qurbanlarının xatirəsi ehtiramla yad edilib.

Azərbaycanın dövlət himni səsləndirilib. Layihənin məqsəd və məramı barədə məlumat verən “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin sədri Tamxil Ziyəddinoğlu Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbəliyinə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib. Qeyd edib ki, layihəmizin məqsədi Azərbaycan tarixindən ayrı salınmış Qərbi azərbaycanlı repressiya, soyqırımı və deportasiya qurbanlarını tədqiq etmək, gənc nəsli ata yurduna qayıtmağa təşviq etməkdir. Növbəti tədbirimizin Pedaqoji Universitetə salınmasının isə rəmzi mənası var.

Beləki Qərbi Azərbaycanda Sovet dönəmində- ermənilərin yurdumaza hakim olduğu dövrdən sonra iş tapa bilən ali təhsillilər əsasən Pedaqoji Universitetin yetirmələri idi. Həm də burda təhsil alan tələbələrin əksəriyyəti sabahın anaları, ailədə də, məktəbdə də yetişəcək nəsillərimizin təlim-tərbiyəçisi olacaq qızlarımızdır.

Qonaqları salamlayan pedaqogika elmləri doktoru, dosent Nailə Hüseynova belə mühüm layihənin Pedaqoji Universitetdə keçirilməsinə və dövlətimizin siyasətinə verdikləri dəstəyə görə layihə rəhbərinə təşəkkür edib. 1988-ci ildə 16 yaşındakən Qərbi Azərbaycanının Vedibasar mahalından erməni faşistləri tərəfindən qovulan Şaiq Məmmədovun keçdiyi şərəfli döyüş yolundan bəhs edən “Ölümü öldürənlər” filmi nümayiş olunub. Filmin qəhrəmanı polkovnik Ş. Məmmədovun elə buranın məzunu olduğunu bildirməsi universitet kollektivi tərəfindən sevinclə və alqışlarla qarşılanıb.

Polkovnikin müəllimi pedaqoji elmlər doktoru, Əməkdar elm xadimi Fərrux Rüstəmov tədbirə qatılan qazilərə xüsisi ehtiramını bildirərək, doğulduğu Qərbi Azərbaycanda şahidi olduğu, eşidib, duyduğu dəhşətli hadisələrdən bəhs edib.

Layihənin eksperti- tarixçi Bəxşeyiş Ələmşahov erməni vandallarının qədim yurd yerlərimizdə törətdikləri vəhşiliklərdən, Zəngəzur mahalında başına gələnlərdən, 1988-ci ilin dəhşətlərindən və özünün 37 illik yurd həsrədindən danışıb. Filologiya elmləri doktoru, professor İbrahim Bayramov, filmin qəhrəmanı Şaiq Məmmədovun cəbhə yoldaşı Orxan Orucovun əmisi-pedaqogika elmləri doktoru Vidadi Orucov çıxış edərək uzun illər xalqımızın başına gətirilən bəlalardan, yaşadığımız faciələrdən söhbət açıblar. Xarici güclər tərəfindən Azərbaycanımıza sırınmış Qarabağ probleminin həlli yolunda üzləşdiyimiz çətinliklərdən, 44 günlük Vətən Müharibəsində qazandığımız zəfərdən danışıblar. O zəfərin qazanmasında payı olan qazi Ələkbər Məmmədov Şəhid əsgərinin son istəyi barədə xatirəsini danışarkən göz yaşlarına hakim ola bilməyib.

Qazilərlə tələbələrin bu müqəddəs təhsil ocağında görüşməsi professor-müəllim heyətini qürurlandırıb, bir az da duyğulu anlar yaşanıb.
Tədbirin rəsmi hissəsindən sonra tələbələrə son 200 ildə xalqımıza vurulan maddi və mənəvi zərərlərin əks olunduğu Bukletlər paylanıb. Tamxil Ziyəddinoğlu Azərbaycan Dövlət Pedaqoji Universitetinin kitabxanasına bağışladığı “Güllə səsinə açılan qapı” kitabını Nailə Hüseynovaya təqdim edib. Görüş iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib. Arzu edənlərə müəllif aftoqrafı verilib. Beləcə, İrəvana, Göyçəyə, Zəngəzura uzanan yollara daha bir gənclik karvanı çıxıb.
Hərbi Jurnalistlər Birliyinin mətbuat xidməti

















2-10-2025, 22:25
Putin Qərbə meydan oxudu: “Kimsə gücünü sınamaq istəyirsə, buyursun!”


Putin Qərbə meydan oxudu: “Kimsə gücünü sınamaq istəyirsə, buyursun!”

Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında ABŞ lideri Donald Trampın Moskvanı “kağız pələng” adlandırmasına münasibət bildirib.
Putin Rusiya ordusunun hazırda dünyanın “ən döyüş qabiliyyətli” ordularından biri olduğunu vurğulayıb:
“Kağız pələng? Onda gəlin, bu "kağız pələng"lə bacarın. Biz bütün NATO bloku ilə müharibə aparırıq və irəliləyirik, özümüzü əmin hiss edirik və bu ordu "kağız pələng"dirsə, onda NATO-nun özü nəyi ifadə edir?” – deyə Rusiya lideri bildirib.
Putin qeyd edib ki, əgər Ukrayna “başqalarının əlində dağıdıcı alətə çevrilməsəydi” və NATO Şərqə doğru genişlənməsəydi, münaqişədən qaçmaq mümkün idi.
Onun sözlərinə görə, Rusiya qoşunları cəbhənin demək olar ki, bütün istiqamətlərində irəliləyir, “Qərb” qruplaşması isə Kupyanskın təxminən iki üçünü nəzarətə götürüb.
Putin sentyabr ayında Ukrayna Silahlı Qüvvələrinin 44,7 min itki verdiyini, Rusiya ordusunun itkilərinin isə “dəfələrlə az” olduğunu iddia edib.
Rusiya lideri bildirib ki, ABŞ-la münasibətlərin tam bərpası Moskvanın milli maraqlarından biridir. O həmçinin qeyd edib ki, əgər həmin dövrdə ABŞ-da Donald Tramp hakimiyyətdə olsaydı, Ukraynada müharibə ümumiyyətlə başlamazdı.
Putin Avropanı müharibənin davam etməsində məsuliyyət daşımaqda ittiham edib:
“Təəssüf ki, döyüşləri dayandırmaq hələ mümkün olmayıb. Bunun məsuliyyəti çoxluğun yox, azlığın, ilk növbədə münaqişəni daim alovlandıran Avropanın üzərindədir”, – deyə o bildirib.
Prezident NATO-ya və Qərbə xəbərdarlıq da edib:
“Kiminsə bizimlə hərbi sahədə gücünü sınamaq istəyi yaranarsa, buyursun. Amma unutmasınlar ki, Rusiya heç vaxt zəiflik göstərməyib. Təhlükə yarananda cavabımız sürətli və inandırıcı olacaq”, – deyə Putin vurğulayıb.
O, eyni zamanda Belarus və Şimali Koreyanın münaqişənin həlli üçün göstərdiyi səylərə təşəkkür edib.
2-10-2025, 21:57
Rəqs eliyən həkim yenidən işə başlayıb?


Rəqs eliyən həkim yenidən işə başlayıb?

Saxta həkim olduğu deyilən “Uğur-777” estetik klinikasında etdiyi estetik əməliyyat zamanı qeyri-etik görüntüləri yayılan Gülbadə Abdullayevanın yenidən fəaliyyətə başlamasına dair iddialar yayılıb.
Sosial şəbəkələrdə “Dr. Gülü” kimi tanınan Gülbadə Abdulayevanın məlum hadisələrdən sonra indi də “Dost” estetik mərkəzində çalışdığı haqda video kadrlar yayılıb.
G.Abdullayeva özü də bunu təsdiqləyib, lakin hələ ki cərrah kimi fəaliyyətə başlamadığını bildirib.
Xatırladaq ki, Səhiyyə Nazirliyi sözügedən görüntülərlə bağlı araşdırmalar aparmışdı. Bildirilmişdi ki, Gülbadə Abdullayevanın adı Nazirliyin tibb işçilərinin vahid reysterində yoxdur. Onun tibbi fəaliyyət göstərmək səlahiyyəti mövcud deyil.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

2-10-2025, 21:11
Rusiya iki dəfə NATO üzvü olmaq istəyib


Rusiya iki dəfə NATO üzvü olmaq istəyib

Rusiya iki dəfə NATO-ya üzv olmağa hazır olduğunu bəyan edib və hər iki dəfə rədd edilib.
Bunu Rusiya prezidenti Vladimir Putin Valday diskussiya klubunun plenar iclasında çıxışında bildirib
Onun sözlərinə görə, Rusiya Qərb tərəfdaşları ilə birlikdə işləməyə hazır olub, lakin qərblilər stereotiplərdən əl çəkməyə hazır deyildilər.
Putin xatırladıb ki, başqa ölkələrə nə edəcəyini diktə etmək cəhdləri uğursuzluqla nəticələnib: "Dünyada hər kəsə nə edəcəyini diktə edəcək bir qüvvə yoxdur və olmayacaq. Hər bir gücün öz həddi var".
2-10-2025, 20:10
Növbəti sammit Ermənistanda keçiriləcək


Növbəti sammit Ermənistanda keçiriləcək

Avropa Siyasi Birliyinin (ASB) növbəti, sayca 8-ci sammiti 2026-cı il mayın 4-də Ermənistanda keçiriləcək.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
"İştirakçı ölkələrdən olan aparıcı həmkarlarımı İrəvana rəsmi dəvət etmişəm; onların hər birini qəbul etmək mənim üçün böyük şərəfdir", - o deyib.
2-10-2025, 20:00
Konstitusiya məhkəməsindən vacib qərar


Konstitusiya məhkəməsindən vacib qərar

Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında qərar qəbul edib.
Bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin məlumatında bildirilib.
Məlumata görə, Plenum iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Konstitusiyasının 71-ci maddəsinin I və X hissələri və 80-ci maddəsi baxımından Cinayət Məcəlləsinin 12.1 və 12.5-ci maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə məruzəni, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu, rəyləri araşdırıb, müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Konstitusiyasının 71-ci maddəsinin I və X hissələrinə və 80-ci maddəsinə, qanunçuluq və hüquqi müəyyənlik prinsiplərinə, Cinayət Məcəlləsinin 5.1 və 12.5-ci maddələrinə, habelə Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən həmin Məcəllənin 12.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə xarici ölkənin ərazisində törətdikləri cinayətə görə cəzanın aşağı həddi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələri ilə müəyyən edilməlidir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!