Ermənistan prezidenti Misirə getdi .....                        Şeyx İlham Əliyevin salamını Roma Papasına çatdırdı .....                        Bakı metrosunda YENİLİK .....                        Tramp Orbanın xahişini rədd etdi .....                        Rusiya Ukraynanı “İsgəndər”lə vurdu: ölən və yaralananlar var .....                        Putin Azərbaycan əsilli jurnalistə səfir rütbəsi verdi .....                        Sabahın hava proqnozu .....                        Ramiz Mehdiyevin həyat yoldaşı işdən çıxarıldı .....                        Bakıda Avrasiya Gənc İş Adamları Forumu keçirilir .....                       
Bu gün, 14:39
Ermənistan prezidenti Misirə getdi


Ermənistan prezidenti Misirə getdi

Ermənistan prezidenti Vahan Xaçaturyan noyabrın 1-dən 3-dək Misirin paytaxtı Qahirədə işgüzar səfərdə olacaq.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Misir prezidentinin dəvəti ilə Ermənistan prezidenti Misir Milli Muzeyinin açılış mərasimində iştirak edəcək.
Səfər zamanı prezident beynəlxalq tərəfdaşlarla bir sıra görüşlər keçirəcək.
Bu gün, 14:10
Şeyx İlham Əliyevin salamını Roma Papasına çatdırdı


Şeyx İlham Əliyevin salamını Roma Papasına çatdırdı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Vatikana səfəri çərçivəsində Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ilə görüşüb.
Görüş Müqəddəs Pyotr Meydanında keçirilən ümumi audiensiyadan sonra baş tutub.
Şeyxülislam Allahşükür Paşazadə Roma Papasına Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını çatdırıb, Heydər Əliyev Fondunun son illər ərzində Vatikandakı fəaliyyətinin əhəmiyyətini vurğulayıb, ölkədə ikinci Katolik Kilsəsinin inşası barədə məlumat verib.
QMİ sədri bildirib ki, Papa XIV Leonu Azərbaycanda görmək böyük şərəf olar. Roma Papasının ölkəyə səfər edəcəyi təqdirdə Azərbaycandakı dinlərarası harmoniyanı, dövlət-din münasibətlərinin yüksək səviyyəsini və multikulturalizm mühitini əyani şəkildə görə biləcəyi qeyd olunub.
Papa Leo isə Azərbaycana səfər etməyə rəğbətlə baxdığını, iş qrafikinə görə bunu tənzimləyəcəyini deyib.
Bu gün, 14:03
Bakı metrosunda YENİLİK


Bakı metrosunda YENİLİK

Metrodan keçid zamanı NFC dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" ilə ödəniş etmək mümkün olacaq.
Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, yenilik hazırda "bənövşəyi xətt"in bütün stansiyalarında ("Xocəsən", "Avtovağzal", "Memar Əcəmi" və "8 Noyabr") sınaq mərhələsindədir və tezliklə bütün xətlər üzrə aktiv olacaq.
Bu gün, 13:44
Tramp Orbanın xahişini rədd etdi


Tramp Orbanın xahişini rədd etdi

ABŞ prezidenti Donald Tramp Macarıstanın Baş naziri Viktor Orbanın şəxsi xahişinə baxmayaraq, Budapeşti Rusiyanın “Rosneft” və “Lukoil” neft şirkətlərinə tətbiq edilən sanksiyalardan kənarda saxlamaqdan imtina edib.
31 oktyabrda müxbirlərin suallarını cavablandırarkən Tramp Orbanın bu məsələ ilə bağlı şəxsən ona müraciət etdiyini təsdiqləyi:
"O, bizdən güzəşt istədi, biz vermədik, amma o, bizdən istədi".
Orban əvvəllər Trampı Macarıstanın xüsusi vəziyyətinə inandıra biləcəyinə ümid etdiyini bildirmişdi. O, ölkəsinin boru kəməri enerji təchizatından yüksək asılılığını arqument kimi göstərib.
"Macarıstan dənizə çıxışı olmayan bir ölkədir", - Orban deyib.
"Biz Macarıstanı enerji ilə təmin edən nəqliyyat marşrutlarından asılıyıq. Bunlar əsasən boru kəmərləridir".
Orban qeyd edib ki, ölkəsi Rusiyaya qarşı sanksiyalardan azad olmaq istəyirsə, ABŞ-a bu xüsusi vəziyyətin anlaşılmasını çatdırmaq lazımdır.
Bu gün, 13:15
Rusiya Ukraynanı “İsgəndər”lə vurdu: ölən və yaralananlar var


Rusiya Ukraynanı “İsgəndər”lə vurdu: ölən və yaralananlar var

Bu səhər Rusiya işğal ordusu Ukraynanın Nikolayev şəhərinə ballistik raket zərbəsi endirib, nəticədə bir nəfər ölüb, ən azı 15 nəfər yaralanıb.
Bu barədə Nikolayev Regional Hərbi Administrasiyasının rəhbəri Vitali Kim mətbuata bildirib.
Onun sözlərinə görə, zərbə şənbə günü səhər saat 7:20 radələrində endirilib. İlkin məlumatlara görə, şəhərə kasetli döyüş başlığı olan “İsgəndər-M” raketi ilə hücum edib.
"Təəssüf ki, bir nəfər ölüb. Hazırda 15 nəfərin yaralandığı məlumdur", - Kim deyib.
Bu gün, 13:06
Putin Azərbaycan əsilli jurnalistə səfir rütbəsi verdi


Putin Azərbaycan əsilli jurnalistə səfir rütbəsi verdi

Rusiya Prezidenti Vladimir Putin bu ölkənin Mavrikidəki Azərbaycan əsill səfiri İradə Zeynalova ilə bağlı fərman imzalayıb.
Həmin sənədə əsasən, İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verib.
Putin Zeynalovanı 13 sentyabr 2024-cü ildə Rusiyanın Mavrikidəki səfiri təyin edib.
Daha sonra İ.Zeynalova jurnalistikadan təqaüdə çıxdığını elan edib.
İradə Zeynalova televiziya karyerasına 1997-ci ildə "Rossiya" televiziya kanalında "Vesti Nedeli" proqramı üçün reportajlar hazırlayaraq başlayıb. 2003-cü ildə Birinci Kanala keçib.
2012-ci ildən 2016-cı ilin iyul ayına qədər Zeynalova Birinci Kanalda "Sunday Time" verilişinə aparıcılıq edib. 2016-cı ilin payızında o, NTV-yə keçib və orada da xəbər proqramının aparıcısı olub.
Bu gün, 12:51
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Noyabrın 2-də gözlənilən hava şəraitinin proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 11-15, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında hava necə olacaq?
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.
Bu gün, 11:05
Ramiz Mehdiyevin həyat yoldaşı işdən çıxarıldı


Ramiz Mehdiyevin həyat yoldaşı işdən çıxarıldı

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva işdən çıxarılıb.
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev bununla bağlı müvafiq əmr imzalayıb. Həmin əmrə əsasən, Q.Mehdiyeva bir müddət öncə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri vəzifəsindən azad edilib. Digər əmrlə onun yerinə AMEA-nın müxbir üzvü, Fizika-riyaziyyat elmləri doktoru, Əməkdar müəllim Vaqif İbrahimov təyin olunub.
Qeyd edək ki, V.İbrahimov deputat Eldar İbrahimovun qardaşıdır.
Xatırladaq ki, R.Mehdiyevin gəlini Nigar Mehdiyeva da ötən gün Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri-bölmə rəhbəri vəzifələrindən azad edilib.
Bu gün, 10:58
Bakıda Avrasiya Gənc İş Adamları Forumu keçirilir


Bakıda Avrasiya Gənc İş Adamları Forumu keçirilir

Hər böyük uğur ilk növbədə kiçik addımlarla başlayır.
Bunu Avrasiya Gənc İş Adamları Forumunda çıxışı zamanı KOBİA sədri Orxan Məmmədov bildirib.
“Gənc sahibkar sadəcə bir biznes adamı deyil – o, yaradıcı insandır. O, ideyanı reallığa çevirən yolun əsas memarıdır. O, riskin içində ümid, çətinliklərin içində isə fürsət görən bir insandır. Və unutmayaq ki, hər böyük uğur ilk növbədə kiçik addımlarla başlayır.
Bu gün ölkəmiz – Azərbaycan, gənclərin təşəbbüskarlığına inanır və ona dəstək verir. Biz Kiçik və Orta Biznesin İnkişafı Agentliyi olaraq gənclərimizlə, gənc sahibkarlarımızla müxtəlif sahələrdə çalışırıq. Müxtəlif dəstək alətləri və mexanizmləri ilə onlara yardım göstəririk. Onların dəyişiklik yaratma potensialına sonsuz inamımız var.
Çünki hər yeni biznes, hər yeni addım, hər yeni startap, ideya və təşəbbüs ölkəmizin gələcəyinə yönəlmiş bir investisiyadır.
Əziz gənclər, dəyərli gənc sahibkarlar və dostlar!
Əgər siz öz ideyanıza, başlanğıcınıza inanırsınızsa – demək artıq qalibsiniz. Əgər cəmiyyətə dəyər qatmaq istəyirsinizsə – siz artıq sahənizin liderisiniz. Əgər siz kiminsə həyatına bir qədər də olsa müsbət təsir edə bilirsinizsə – siz artıq bir iş adamısınız.
Bu forumun əsas məqsədi yalnız əlaqələr qurmaq deyil. Əlbəttə, burada faydalı əlaqələr qurulacaq, amma ən başlıcası bir ruh yaratmaqdır – dürüstlük, zəhmətkeşlik və halal qazanc ruhu. Bu ruhun yönləndirdiyi istiqamət isə Avrasiya coğrafiyasında dayanıqlı, ədalətli və yaradıcı sahibkarlığın inkişaf yoludur”,-o deyib.
Bu gün, 10:42
Azərbaycanda üzdə olan 3 məmur həbs ediləcək! - Sensasion AÇIQLAMA


Azərbaycanda üzdə olan 3 məmur həbs ediləcək! - Sensasion AÇIQLAMA

“Noyabr ayında Azərbaycanda həbslər davam edəcək, sensasion həbslər də olacaq”.
Bunu tanınmış astroloq Səbuhi Rəhimli noyabr ayı ilə bağlı siyasi proqnozunda bildirib.
Astroloq istintiq səbəbindən ad çəkmək istəmədiyini qeyd edib. O, üç məmurun həbs olunacağını söyləyib:
“Üzdə olan 3 məmur bu prosesdə qurban gedəcək”, - S.Rəhimli vurğulayıb.
O, noyabr-dekabr aylarında manatın sabiq qalacağını, devalvasiya təhlükəsinin olmadığını vurğulayıb. Bununla yanaşı, astroloq bahalaşmanın davam edəcəyini də bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!