Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
1-11-2025, 10:58
Bakıda Avrasiya Gənc İş Adamları Forumu keçirilir


Bakıda Avrasiya Gənc İş Adamları Forumu keçirilir

Hər böyük uğur ilk növbədə kiçik addımlarla başlayır.
Bunu Avrasiya Gənc İş Adamları Forumunda çıxışı zamanı KOBİA sədri Orxan Məmmədov bildirib.
“Gənc sahibkar sadəcə bir biznes adamı deyil – o, yaradıcı insandır. O, ideyanı reallığa çevirən yolun əsas memarıdır. O, riskin içində ümid, çətinliklərin içində isə fürsət görən bir insandır. Və unutmayaq ki, hər böyük uğur ilk növbədə kiçik addımlarla başlayır.
Bu gün ölkəmiz – Azərbaycan, gənclərin təşəbbüskarlığına inanır və ona dəstək verir. Biz Kiçik və Orta Biznesin İnkişafı Agentliyi olaraq gənclərimizlə, gənc sahibkarlarımızla müxtəlif sahələrdə çalışırıq. Müxtəlif dəstək alətləri və mexanizmləri ilə onlara yardım göstəririk. Onların dəyişiklik yaratma potensialına sonsuz inamımız var.
Çünki hər yeni biznes, hər yeni addım, hər yeni startap, ideya və təşəbbüs ölkəmizin gələcəyinə yönəlmiş bir investisiyadır.
Əziz gənclər, dəyərli gənc sahibkarlar və dostlar!
Əgər siz öz ideyanıza, başlanğıcınıza inanırsınızsa – demək artıq qalibsiniz. Əgər cəmiyyətə dəyər qatmaq istəyirsinizsə – siz artıq sahənizin liderisiniz. Əgər siz kiminsə həyatına bir qədər də olsa müsbət təsir edə bilirsinizsə – siz artıq bir iş adamısınız.
Bu forumun əsas məqsədi yalnız əlaqələr qurmaq deyil. Əlbəttə, burada faydalı əlaqələr qurulacaq, amma ən başlıcası bir ruh yaratmaqdır – dürüstlük, zəhmətkeşlik və halal qazanc ruhu. Bu ruhun yönləndirdiyi istiqamət isə Avrasiya coğrafiyasında dayanıqlı, ədalətli və yaradıcı sahibkarlığın inkişaf yoludur”,-o deyib.
1-11-2025, 10:42
Azərbaycanda üzdə olan 3 məmur həbs ediləcək! - Sensasion AÇIQLAMA


Azərbaycanda üzdə olan 3 məmur həbs ediləcək! - Sensasion AÇIQLAMA

“Noyabr ayında Azərbaycanda həbslər davam edəcək, sensasion həbslər də olacaq”.
Bunu tanınmış astroloq Səbuhi Rəhimli noyabr ayı ilə bağlı siyasi proqnozunda bildirib.
Astroloq istintiq səbəbindən ad çəkmək istəmədiyini qeyd edib. O, üç məmurun həbs olunacağını söyləyib:
“Üzdə olan 3 məmur bu prosesdə qurban gedəcək”, - S.Rəhimli vurğulayıb.
O, noyabr-dekabr aylarında manatın sabiq qalacağını, devalvasiya təhlükəsinin olmadığını vurğulayıb. Bununla yanaşı, astroloq bahalaşmanın davam edəcəyini də bildirib.
1-11-2025, 00:11
Azərbaycanla Britaniya arasında ilk konsulluq məsləhətləşmələri


Azərbaycanla Britaniya arasında ilk konsulluq məsləhətləşmələri

Oktyabrın 31-də Londonda Azərbaycanın Xarici İşlər Nazirliyi və Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf Ofisi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, konsulluq məsləhətləşmələrində Azərbaycan nümayəndə heyətinə Azərbaycanın Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Birləşmiş Krallıq nümayəndə heyətinə isə Xarici İşlər, Birlik və İnkişaf Ofisinin Konsulluq və Böhran məsələləri üzrə idarəsinin direktoru Sara Taylor və Mərkəzi Asiya və Şərq Qonşuluğu idarəsinin rəis müavini Mark Klayton rəhbərlik edib.
Məsləhətləşmələrdə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov, hər iki tərəfin xarici siyasət orqanlarının, Azərbaycanın Baş Prokurorluğunun, Ədliyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin rəsmiləri, həmçinin Böyük Britaniyanın Daxili İşlər Ofisinin miqrasiya, viza və hüquqi yardım məsələləri üzrə əməkdaşları iştirak ediblər.
Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, o cümlədən müvafiq istiqamətə uyğun ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib.
Məsləhətləşmələr çərçivəsində iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunmasının təmin edilməsi, viza məsələləri, həmçinin böhran vəziyyətlərinin idarə olunması mövzularında müzakirələr aparılıb.
Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə təcrübə mübadiləsinin, miqrasiya, təhsil, ədliyyə, həmçinin ekstradisiya, mülki və cinayət işləri üzrə hüquqi yardım sahələrində əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər arasında konsulluq məsləhətləşmələrinin növbəti iclasının Bakı şəhərində keçirilməsinə dair razılıq əldə olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!