Sığıncaqdan itkin düşən yeniyetmə tapıldı .....                        Bakıda bahalı maşın yandı - VİDEO .....                        Xaricdə yaşayan blogerlərin məhkəməsi keçirildi .....                        Bu ölkə ABŞ-dən kömək istədi .....                        Azərbaycanda sadəcə müəllimlər saathesabı işləyir - Nazir .....                        Tanınmış həkimin hesabından 11 min manat oğurlandı .....                        Şagirdlərə universitetə məktəbin özündə hazırlaşacaq - Nazir detalları açıqladı .....                        İki cüdoçumuz medal qazandı .....                        Azərbaycanda bu maşınlar 100 faiz bahalaşdı .....                       
1-11-2025, 10:58
Bakıda Avrasiya Gənc İş Adamları Forumu keçirilir


Bakıda Avrasiya Gənc İş Adamları Forumu keçirilir

Hər böyük uğur ilk növbədə kiçik addımlarla başlayır.
Bunu Avrasiya Gənc İş Adamları Forumunda çıxışı zamanı KOBİA sədri Orxan Məmmədov bildirib.
“Gənc sahibkar sadəcə bir biznes adamı deyil – o, yaradıcı insandır. O, ideyanı reallığa çevirən yolun əsas memarıdır. O, riskin içində ümid, çətinliklərin içində isə fürsət görən bir insandır. Və unutmayaq ki, hər böyük uğur ilk növbədə kiçik addımlarla başlayır.
Bu gün ölkəmiz – Azərbaycan, gənclərin təşəbbüskarlığına inanır və ona dəstək verir. Biz Kiçik və Orta Biznesin İnkişafı Agentliyi olaraq gənclərimizlə, gənc sahibkarlarımızla müxtəlif sahələrdə çalışırıq. Müxtəlif dəstək alətləri və mexanizmləri ilə onlara yardım göstəririk. Onların dəyişiklik yaratma potensialına sonsuz inamımız var.
Çünki hər yeni biznes, hər yeni addım, hər yeni startap, ideya və təşəbbüs ölkəmizin gələcəyinə yönəlmiş bir investisiyadır.
Əziz gənclər, dəyərli gənc sahibkarlar və dostlar!
Əgər siz öz ideyanıza, başlanğıcınıza inanırsınızsa – demək artıq qalibsiniz. Əgər cəmiyyətə dəyər qatmaq istəyirsinizsə – siz artıq sahənizin liderisiniz. Əgər siz kiminsə həyatına bir qədər də olsa müsbət təsir edə bilirsinizsə – siz artıq bir iş adamısınız.
Bu forumun əsas məqsədi yalnız əlaqələr qurmaq deyil. Əlbəttə, burada faydalı əlaqələr qurulacaq, amma ən başlıcası bir ruh yaratmaqdır – dürüstlük, zəhmətkeşlik və halal qazanc ruhu. Bu ruhun yönləndirdiyi istiqamət isə Avrasiya coğrafiyasında dayanıqlı, ədalətli və yaradıcı sahibkarlığın inkişaf yoludur”,-o deyib.
1-11-2025, 10:42
Azərbaycanda üzdə olan 3 məmur həbs ediləcək! - Sensasion AÇIQLAMA


Azərbaycanda üzdə olan 3 məmur həbs ediləcək! - Sensasion AÇIQLAMA

“Noyabr ayında Azərbaycanda həbslər davam edəcək, sensasion həbslər də olacaq”.
Bunu tanınmış astroloq Səbuhi Rəhimli noyabr ayı ilə bağlı siyasi proqnozunda bildirib.
Astroloq istintiq səbəbindən ad çəkmək istəmədiyini qeyd edib. O, üç məmurun həbs olunacağını söyləyib:
“Üzdə olan 3 məmur bu prosesdə qurban gedəcək”, - S.Rəhimli vurğulayıb.
O, noyabr-dekabr aylarında manatın sabiq qalacağını, devalvasiya təhlükəsinin olmadığını vurğulayıb. Bununla yanaşı, astroloq bahalaşmanın davam edəcəyini də bildirib.
1-11-2025, 00:11
Azərbaycanla Britaniya arasında ilk konsulluq məsləhətləşmələri


Azərbaycanla Britaniya arasında ilk konsulluq məsləhətləşmələri

Oktyabrın 31-də Londonda Azərbaycanın Xarici İşlər Nazirliyi və Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf Ofisi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, konsulluq məsləhətləşmələrində Azərbaycan nümayəndə heyətinə Azərbaycanın Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Birləşmiş Krallıq nümayəndə heyətinə isə Xarici İşlər, Birlik və İnkişaf Ofisinin Konsulluq və Böhran məsələləri üzrə idarəsinin direktoru Sara Taylor və Mərkəzi Asiya və Şərq Qonşuluğu idarəsinin rəis müavini Mark Klayton rəhbərlik edib.
Məsləhətləşmələrdə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov, hər iki tərəfin xarici siyasət orqanlarının, Azərbaycanın Baş Prokurorluğunun, Ədliyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin rəsmiləri, həmçinin Böyük Britaniyanın Daxili İşlər Ofisinin miqrasiya, viza və hüquqi yardım məsələləri üzrə əməkdaşları iştirak ediblər.
Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, o cümlədən müvafiq istiqamətə uyğun ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib.
Məsləhətləşmələr çərçivəsində iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunmasının təmin edilməsi, viza məsələləri, həmçinin böhran vəziyyətlərinin idarə olunması mövzularında müzakirələr aparılıb.
Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə təcrübə mübadiləsinin, miqrasiya, təhsil, ədliyyə, həmçinin ekstradisiya, mülki və cinayət işləri üzrə hüquqi yardım sahələrində əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər arasında konsulluq məsləhətləşmələrinin növbəti iclasının Bakı şəhərində keçirilməsinə dair razılıq əldə olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!