Maduro istefa verməyə hazırdır - BİR ŞƏRTLƏ .....                        Zelenski xəbərdarlıq etdi: “...çox şey dəyişə bilər” .....                        İran vitse-prezidentinin həyat yoldaşı qəzada öldü .....                        Polad Bülbüloğlunun oğluna yeni vəzifə verildi .....                        Azərbaycan neft hasilatı barədə qərarı dəstəklədi .....                        Zelenskini bu şəxs əvəz edə bilər - AD AÇIQLANDI .....                        Cüdoçumuz Əbu-Dabidə medal qazandı .....                        Ukrayna üçün taleyüklü danışıqlar başladı .....                        Zelenskinin planı dəyişir .....                       
20-11-2025, 23:25
Müəllimlərin bir çoxu məktəbdə oturmağa yer tapa bilmir - Nazir


Müəllimlərin bir çoxu məktəbdə oturmağa yer tapa bilmir - Nazir

Müəllimlərin bir çoxu məktəbdə oturmağa yer tapa bilmir.
Bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” proqramında səsləndirib.
Nazir bildirib ki, “müəllim otağı” anlayışı əksər hallarda formal xarakter daşıyır.
“Qış aylarında məktəbə erkən gələn müəllimlər üst geyimlərini harasa qoymaqda çətinlik çəkir. Ən yaxşı halda yalnız öz sinfi olan müəllimlər var, lakin onların əksəriyyətinin dərs saatları çoxdur. Həftədə 10–12–14 saat işləyən bir müəllimin öz iş otağı demək olar ki, yoxdur”.
E.Əmrullayevin fikrincə, işçinin, yəni müəllimin əsas ehtiyaclarından biri ona aid olan iş otağı və iş masasının mövcudluğudur.
“Bu, müəllimlərin dərsə hazırlıq, şagird işlərini yoxlama və valideynlə görüşlər üçün vacibdir. Bu baxımdan, müəllimlərin rifahını və motivasiyasını artırmaq üçün yalnız əməkhaqqının yüksəldilməsi kifayət etmir. Əsas diqqət, habelə, onların iş şəraitinin yaxşılaşdırılması və işə aid məkanın, yerinin təmin edilməsinə də yönəlməlidir”,-deyə nazir əlavə edib.
20-11-2025, 23:12
20 min tamştatlı müəllim - İlk bu məktəblərdə olacaq


20 min tamştatlı müəllim - İlk bu məktəblərdə olacaq

Tam ştata keçən müəllimin aylıq əməkhaqqısı orta əməkhaqqıdan 2 dəfə çox olarsa və 20 min müəllim bu əməkhaqqını alarsa, təhsildə köklü islahatların başlanğıcı qoyulacaq.
Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” verilişində söyləyib.
Nazirin sözlərinə görə, tam ştatlı müəllim həftəlik 30-36 saat işləyəcək, onun 18-24 saatında tədrislə məşğul olacaq: “Təbii ki, bu, bütün müəllimlərin bir hissəsidir, qalan müəllimlər yenə də saathesabı dərs deməyə davam edəcəklər. Çünki biz kiçik məktəbləri bu sistemə keçirə bilməyəcəyik, söhbət böyük məktəblərdən gedir”.
Emin Əmrullayev bildirib ki, bu proses üçün infrastruktur imkanları da mövcuddur, yeni infrastruktur da yaradılacaq: “Müəllim öz iş yeri ilə qürur duymalıdır, həvəslə iş yerinə gəlməlidir. Müəllim dərsdən əlavə olaraq, başqa müəllimin dərsini dinləyib tövsiyələr verə bilər. Şagirdlər üçün metodoloji tövsiyələr hazırlaya bilər”.
20-11-2025, 23:08
Lavrov iranlı həmkarı ilə danışıqlar apardı


Lavrov iranlı həmkarı ilə danışıqlar apardı

Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçi telefon danışığı aparıblar.
Bu barədə Rusiya XİN məlumat yayıb.
Qeyd edilib ki, söhbətin əsas mövzusu regional təhlükəsizlik məsələləri olub.
20-11-2025, 23:03
Sığınacaqda qalan yeniyetmə qız itkin düşdü


Sığınacaqda qalan yeniyetmə qız itkin düşdü

Sığınacaqda qalan yeniyetmə qız itkin düşüb.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə öz sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, valideyn himayəsindən məhrum olmuş və reabilitasiya məqsədilə sığınacağa yerləşdirilən yeniyetmə qız məktəbdən qayıtmayıb.
“Faktla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə itkin düşmə ilə bağlı məlumat verilib. Bu kimi uşaqların əksəriyyəti valideynlərin biganəliyi və zorakılığı səbəbindən reabilitasiya proqramına cəlb olunurlar. Lakin valideyn hüquqları məhdudlaşdırılmadığı üçün ailə ilə ünsiyyət saxlanılır, uşağa qarşı birbaşa cinayət faktı yoxdursa, valideynlərlə görüşlər davam etdirilir. Bir neçə gün əvvəl yeniyetmənin atası Sosial Xidmətlər Agentliyinə müraciət edəcəyini və qızını evə aparacağını desə də, sonradan fikrini dəyişərək onun 18 yaşına qədər sığınacaqda qalmasını istəyib”,- deyə paylaşımda qeyd edilib.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, itkin düşmə kimi axtarışa elan edilən 17 yaşlı yeniyetmənin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
20-11-2025, 22:59
Azərbaycanda 10-dan az şagirdi olan 94 məktəb var


Azərbaycanda 10-dan az şagirdi olan 94 məktəb var

Ölkəmizdə 1-10 şagirdi olan 94, 10-20 şagirdi olan 153 məktəb fəaliyyət göstərir. Bəzi kənd məktəblərində isə ümumilikdə cəmi 20–25 şagird müxtəlif siniflər üzrə parçalanmış şəkildə oxuyur.
Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” proqramında səsləndirib.
Nazir bildirib ki, belə məktəblərdə müəllim çatışmazlığını aradan qaldırmaq çətindir:
“Bir məktəbdə 4-6 şagird üçün müəllim göndərmək real deyil. Ali təhsilli, yüksək bal toplamış müəllimi bu şəraitdə uzun müddət saxlamaq mümkün olmur”.
E.Əmrullayev qeyd edib ki, bu tip məktəblərdə müəllimlərin dərs yükü də çox məhduddur:
“Mövcud qaydalara görə, məsələn, kimya müəlliminə maksimum 6 saat dərs verilə bilir. Hətta digər fənnlər əlavə olunsa belə, ümumi saat çox az olur və bu da əməkhaqqını aşağı salır”.
Nazir optimallaşdırmanın qaçılmaz olduğunu da vurğulayıb:
“Sinifdə 1 şagird də olsa, 25 min manat xərc çəkilir. 25 şagird olsa da eyni məbləğ. Bu model səmərəli deyil. Bir neçə şagirdi bir məktəbdə birləşdirmək və müəllimə daha yaxşı şərait yaratmaq daha məqsədəuyğundur”.
Emin Əmrullayev həmçinin bildirib ki, dəyişikliklər çətin qəbul edilsə də, təhsilin keyfiyyəti üçün vacibdir:
“Cəmiyyət bu prosesin səbəblərini anlamalıdır. Məqsədimiz təhsilin keyfiyyətini yüksəltmək və resursların səmərəli istifadəsidir”,- deyə nazir qeyd edib.
20-11-2025, 22:53
Rusiya Kupyanskı ƏLƏ KEÇİRDİ


Rusiya Kupyanskı ƏLƏ KEÇİRDİ

Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərini ələ keçirib.
Bu barədə Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov Vladimir Putinə məruzə edib.
Qeyd edək ki, Kupyansk Xarkov vilayətində, Oskol çayın sahillərində, Xarkov magistral yolundan 110 kilometr məsafədə yerləşir. Şəhər cəbhənin bu hissəsində Ukrayna müdafiəsinin əsas dayaqlarından biri hesab olunur.
Gerasimov Krasnoarmeyskin 70%-inin, Volçanskın 80%-dən çoxunun nəzarətə götürüldüyünü, qoşunların Severskdə irəlilədiyini, Primorskoye və Stepnoqorskoye uğrunda Zaporojye istiqamətində döyüşlər davam etdiyini bildirib.
20-11-2025, 22:50
Tamştatlı müəllim axşam 6-ya kimi məktəbdə qalacaq? - Nazir AÇIQLADI


Tamştatlı müəllim axşam 6-ya kimi məktəbdə qalacaq? - Nazir AÇIQLADI

“Yeni mexanizmin məqsədi müəllimin saat 6-ya qədər məktəbdə qalması demək deyil”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev "İTV"də yayımlanan “Diqqət mərkəzi” proqramında deyib.
O bildirib ki, məqsəd həm də müəllimin daha geniş fəaliyyət imkanlarının olmasıdır: "Hazırda “tam ştat müəllim” anlayışı yalnız 30–36 saatlıq həftəlik iş yükü kimi tənzimlənir, amma konkret mexanizm yoxdur. Biz isə bu işi real 30–36 saatlıq iş modeli kimi görürük. Bu model müəllimə hansı imkanları yaradır? Müəllim yalnız 18–24 saat dərs deməklə kifayətlənməməlidir. Bu dərs yükündən əlavə o, şagirdlər, məktəb və təhsilin keyfiyyəti üçün əlavə fəaliyyət göstərə bilər. Başqa bir müəllimin dərsinə daxil olub müşahidə apara, həmkarına metodik tövsiyələr verə bilər. Çox yaxşı müəllimdirsə, gənc müəllimlərə mentorluq edə, şagirdlərin əlavə fəaliyyətləri ilə bağlı metodik təkliflər verə, sinifdənkənar işlər təşkil edə, müxtəlif müsabiqələr, olimpiadalar üçün şagird hazırlaya bilər. İdman müəllimidirsə, məktəb turnirləri təşkil edə bilər. Bu fəaliyyətlər hazırda faktiki olaraq edilir, amma ödənişsiz edilir. Məsələn, idman müəllimi məktəbdə turnir keçirir. Amma biz bu işə maaş vermirik. Niyə? Çünki onun iş saatı yalnız dərs yükünə hesablanır. Yeni modeldə isə bu fəaliyyətlərə görə ödəniş ediləcək".
Nazir hesab edir ki, müəllimin məktəbdə daha çox vaxt keçirməsi və gördüyü əlavə işlərin ödənməsi Azərbaycanın təhsilinə yalnız müsbət təsir göstərəcək: "Məsələn, idman müəllimi istedadlı uşaqlarla daha çox işləyə biləcək, əlavə məşğələ və sınaqlar təşkil edəcək, onların inkişafına real töhfə verəcək".
20-11-2025, 22:40
Müəllimin məktəbə “müştəri gözü” ilə baxması yolverilməzdir - Emin Əmrullayev


Müəllimin məktəbə “müştəri gözü” ilə baxması yolverilməzdir - Emin Əmrullayev

Müəllimlik böyük anlam və məsuliyyət daşıyan peşədir. Bəli, müəllim sertifikatlaşdırmada yüksək bal yığa bilər, fənnini dərindən bilə bilər, lakin bizim üçün ən vacib məsələ onun məktəbə və şagirdlərə olan münasibətidir.
Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” proqramında səsləndirib.
Nazir qeyd edib ki, müəllimin məktəbə “müştəri gözü” ilə baxması, şəxsi qazancını əsas hədəfə çevirməsi yolverilməzdir:
“Əgər müəllim düşünürsə ki, “mən altı sinfə dərs deyirəm, hər sinifdən 10-15 şagird mənə əlavə qazanc gətirə bilər”, bu adam müəllim deyil. Müəllim məktəbə gəlirsə, aldığı əməkhaqqının qarşılığını dərs otağında verməlidir. Boş vaxtında özəl sektorda işləmək istəyi isə hər kəsin təbii hüququdur”.
E.Əmrullayev vurğulayıb ki, müəllimlik peşəsi vicdan və münasibət üzərində qurulmalıdır:
“Biz heç vaxt demirik ki, müəllim mütləq 60 bal toplamalıdır və ya imtahanda yüksək nəticə göstərməyən müəllim, müəllim deyil. İnsan hər imtahanda eyni nəticə göstərə bilməz. Amma məktəb müəllimindən gözləntimiz odur ki, o, uşağa münasibətdə nümunə olsun”.
Nazirin sözlərinə görə, hazırda ölkədə şagirdini, məktəbini sevən, peşəsinə bağlı çoxlu fədakar müəllimlər var:
“Biz məhz bu cür müəllimləri tapmaq və onları məktəb mühitinə cəlb etmək istəyirik. Bu bizim üçün prioritet məsələdir”,- deyə o fikrini tamamlayıb.
20-11-2025, 22:17
Hər 10 müəllimdən yalnız biri işdən çıxarılıb - RƏSMİ


Hər 10 müəllimdən yalnız biri işdən çıxarılıb - RƏSMİ

Ölkədə aparılan sertifikatlaşdırma prosesində indiyədək 80 mindən artıq müəllim iştirak edib. Nəticələrə əsasən, təxminən 50 min müəllimin əməkhaqqısına 10 faiz, 24 mindən çox müəllimin əməkhaqqısına isə 35 faizdən artıq artım tətbiq olunub.
Bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” proqramında səsləndirib.
Nazir bildirib ki, proses zamanı 8 minə yaxın müəllim isə xüsusilə 2022-2025-ci illər üzrə qiymətləndirmələr nəticəsində vəzifə və peşə funksiyalarını lazımi səviyyədə yerinə yetirmədiyi üçün işdən azad edilib:
“Ümumi göstəricilərə görə, müəllimlərin 9 faizi işdən çıxarılıb, 30 faizi yüksək nəticə göstərərək əlavə ödəniş alıb, 61 faizi isə stabil və qənaətbəxş nəticə nümayiş etdirib”.
Nazir əlavə edib ki, sertifikatlaşdırmadan keçən hər 10 müəllimdən 9-nun əməkhaqqı artırılıb, yalnız 1 nəfər qeyri-kafi göstəricilər səbəbindən işdən azad edilib:
“Bu proses təhsildə keyfiyyətin yüksəldilməsinə xidmət edir və müəllimlərin peşəkarlığının artırılması Azərbaycan təhsilinin ümumi inkişafına müsbət təsir göstərir”,-deyə E.Əmrullayev qeyd edib.
20-11-2025, 21:25
Sığınacaqda ölən Nurcanla bağlı RƏSMİ AÇIQLAMA


Sığınacaqda ölən Nurcanla bağlı RƏSMİ AÇIQLAMA

Sosial Xidmətlər Agentliyi “Təmiz Dünya” Qadınlara Yardım İB-də vəfat edən 16 yaşlı Nurcanla bağlı açıqlama yayıb.
Açıqlamada deyilir:
“Bildiririk ki, 21 avqust 2025-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qohumlarının evindən qaçan Nurcan Elşad qızı Cəfərova barəsində məlumat daxil olub.
Tərəfimizdən uşağın mənafeyinin qorunması məqsədilə dərhal tədbirlər görülüb və qiymətləndirilməsi aparılıb.
Məlum olub ki, Nurcanın anası Vüsalə Orucova 2014-cü ildə vəfat edib, atası isə Rusiyada yaşayır.
Uşağın xalası Turanə Həsənova müxtəlif səbəblərdən ona qayğı göstərmək istəmədiyini bildirib”.
Bildirilir ki, qiymətləndirmə prosesində Nurcan da xalasının ailəsinə geri qayıtmaq istəmədiyini qeyd edib:
“Nurcan Cəfərovanın təhlükəsizliyinin təmin edilməsi və mənafeyinin qorunması məqsədilə o, Agentliyin 11.09.2025-ci il tarixli qərarı ilə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib və sığınacaq tərəfindən uşaqla sosial-psixoloji reabilitasiya işləri aparılıb.
Həmçinin uşağın gələcək hüquqi statusunun müəyyənləşdirilməsi və ona himayəçi təyin olunması məqsədilə Şəmkir Rayon İcra Hakimiyyətinə Agentlik tərəfindən sorğu göndərilib. Cavab məktubuna əsasən Nurcan Cəfərova üçün himayəçi təyin edilə biləcək şəxs müəyyən edilməyib”.
Qeyd olunub ki, Nurcan sığınacaqda olduğu müddətdə mütəmadi olaraq xalası ilə telefon əlaqəsi saxlayıb:
“Atası Elşad Səfərov ölkəyə qayıtdıqdan sonra 18.11.2025-ci il tarixində uşaqdan rəsmi qaydada imtina edib.
Sosial Xidmətlər Agentliyinin kollektivi olaraq baş vermiş faciəvi hadisə ilə bağlı kədərləndiyimizi bildirir, Nurcana Allahdan rəhmət diləyirik”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!