Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
22-11-2025, 16:38
İranda Hirkan meşələri yanır - Tehran yardım istəyir


İranda Hirkan meşələri yanır - Tehran yardım istəyir

İranın şimalındakı Hirkan meşələrində bir neçə gündür davam edən genişmiqyaslı yanğın nəzarətdən çıxıb. Mazandaran vilayətinin dağlıq Elit bölgəsində daha da güclənən yanğın səbəbindən rəsmi Tehran beynəlxalq ictimaiyyətə təcili yardım müraciəti edib.
"Anadolu" agentliyinin məlumatına görə, yanğının söndürülməsinə yanğınsöndürənlər, ekologiya qurumunun əməkdaşları, “Bəsic” könüllüləri və dağ xilasediciləri cəlb edilib. Lakin ərazinin çətin relyefi, güclü külək və sıx ot örtüyü alovun sürətlə yayılmasına səbəb olur. Dağlıq bölgədə helikopterlərin məhdud istifadəsi də işləri çətinləşdirir.
İranın vitse-prezidenti Mühəmməd Cəfər Qaimpenah bildirib ki, ölkə alovu nəzarət altına ala bilmir və buna görə yaxın dost ölkələrdən sürətli yardım istəyib:
“Elit bölgəsinin dağlıq relyefi yanğını öz imkanlarımızla söndürməyə imkan vermir. Digər ölkələrdən təcili dəstəyə ehtiyacımız var”..
Onun sözlərinə görə, yardım müraciəti həm mövcud yanğının lokallaşdırılması, həm də onun ətraf meşə massivlərinə yayılmasının qarşısının alınması üçün göndərilib.
22-11-2025, 16:19
Yeni Konstitusiya qəbul edilməlidir - Paşinyan çağırış etdi


Yeni Konstitusiya qəbul edilməlidir - Paşinyan çağırış etdi

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə yeni Konstitusiya qəbul edilməsinin hakimiyyətin daxili legitimliyini gücləndirmək üçün vacib olduğunu bildirib.
O, bu fikri ictimaiyyət qarşısındakı çıxışı zamanı səsləndirib.
Paşinyan deyib ki, Ermənistan beynəlxalq aləmdə tanınmış ərazi bütövlüyünün qorunmasını prioritet hesab edir və yenilənmiş Konstitusiya bu istiqamətdə əsas hüquqi mexanizm rolunu oynamalıdır.
“Daxili legitimliyimizin gücləndirilməsi fundamental məsələdir və bu, yeni Konstitusiyanın qəbulunda öz əksini tapmalıdır”, – deyə o qeyd edib.
Ermənistanda Konstitusiya islahatları son aylarda geniş müzakirə mövzusuna çevrilib. Yeni sənədin hazırlanması ilə bağlı prosesin gələn il sürətlənəcəyi gözlənilir.
22-11-2025, 16:14
198 sahibkar reklama görə cəzalandırılıb - RƏSMİ


]198 sahibkar reklama görə cəzalandırılıb - RƏSMİ

Cari ilin ilk üç rübündə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin vəzifəli şəxsləri tərəfindən “Reklam haqqında” Qanunun tələblərinin pozulması ilə bağlı 278 inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Azərbaycan Dövlət Reklam Agentliyindən bildirilib ki, məhkəmələrin qəbul etdiyi qərarlara əsasən açıq məkanda reklamı olan ümumilikdə 198 fiziki və hüquqi şəxs olan sahibkara cərimə tətbiq olunub.
Bildirilib ki, qanunvericiliyin pozulması hallarının əksəriyyətini müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi təşkil etmişdir. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməsi də əsas pozuntu hallarındandır.
22-11-2025, 15:50
G20 sammiti başladı


G20 sammiti başladı

Cənubi Afrika Respublikasında (CAR) G20 sammiti işinə başlayıb.
Sammiti ölkə Prezidenti Siril Ramafosa açıb.
O qeyd edib ki, CAR Qlobal Cənubun və Afrikanın inkişaf prioritetlərinin G20-nin gündəliyində əks olunmasını təmin etmək istəyir.
Ramafosanın sözlərinə görə, sammitdə iştirak edən ölkələr yekun bəyannaməni razılaşdırıblar.
22-11-2025, 15:35
Sabiq prezident həbs edildi


Sabiq prezident həbs edildi

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro həbs edilib.
Dövlət çevrilişinə görə 27 il həbs cəzasına məhkum edilmiş və ev dustaqlığında hökmdən apellyasiya şikayəti verən sabiq dövlət başçısı barədə qərar verilib.
Siyasətçinin vəkili onun saxlanmasının səbəbini açıqlamayıb. Lakin adının çəkilməsini istəməyən mənbə jurnalistlərə bildirib ki, bu, onun ev dustaqlığı şəraiti ilə bağlı qabaqlayıcı tədbirdir.
Sentyabrın 12-də Braziliyanın Ali Federal Məhkəməsi Bolsonaroya 27 il 3 ay həbs cəzası verib. O, dövlət çevrilişinə cəhddə ittiham olunur. Ali Məhkəmənin beş hakimindən üçü məhkəmənin hökmünü qüvvədə saxlayıb.
22-11-2025, 15:26
Pezeşkianın qadınlarla bağlı sözləri qalmaqala səbəb oldu


Pezeşkianın qadınlarla bağlı sözləri qalmaqala səbəb oldu

Bir neçə gün öncə İran Prezidenti Məsud Pezeşkian Qəzvin əyalətinə səfəri zamanı inqilabdan əvvəlki universitet mühitindən danışıb.
O bildirib ki, həmin dövrdə bir çox qız tələbələr hicab taxmırdı, buna baxmayaraq, yüksək şəxsiyyət və nümunəvi davranış sərgiləyirdilər.
“İnqilabdan əvvəl - universitetdə oxuduğumuz vaxt bir çox qız tələbə hicablı deyildi, amma çox şəxsiyyətli idi. Heç bir qız özünü başqa cür göstərə bilməzdi. O vaxt kimsə onlara söz deyə və ya hörmətsizlik edə bilməzdi”, - o vurğulayıb.
Prezidentin bu açıqlaması ölkədə geniş müzakirələrə yol açıb.
22-11-2025, 15:16
Türk dünyası QHT-lərinin ortaq platforması yaradılacaq


Türk dünyası QHT-lərinin ortaq platforması yaradılacaq

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vətəndaş cəmiyyətlərinin nümayəndələrinin forumu keçiriləcək.
Forumla bağlı “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri, "Türküstan" Media Qrupun baş redaktoru Aqil Camal bildirib ki, ümumilikdə 300 Qeyri-Hökumət Təşkilatı üzvünün iştirakı gözlənilir:
O qeyd edib ki, Forumda Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərdən, eyni zamanda müşahidəçi üzvlər-Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətindən olan QHT-lər dəvət edilib.
"Ayın 25-də Bakıda Gülüstan sarayında forum öz işinə başlayacaq. Burada daha çox Türk dünyasının ortaq məsələləri, problemləri, gələcək işbirliyi, əməkdaşlıqla bağlı panellər təşkil olunacaq. Eyni zamanda Forumun gedişində ayrıca olaraq Azərbaycan və Qazaxıstan Qeyri-hökumət təşkilatlarının birinci forumu təşkil olunacaq”.
Aqil Camal qeyd edib ki, Naxçıvanda Türk Dövlətlərinin Qeyri-Hökumət Təşkilatlarının platformasının yaradılması gözlənilir:
“Noyabrın 26-da Naxçıvan şəhərində Qeyri-hökumət Təşkilatlarının panel müzakirələri davam etdiriləcək. Məlumdur ki, hazırki Türk Dövlətləri Təşkilatının yaradılmasının əsası 2009-cu ildəNaxçıvanda qoyulmuş, Türk Ölkələrinin Əməkdaşlıq Şurası təşkil olunmuşdu. Ona görə də bu tədbirin Naxçıvanda keçirilməsi rəmzi məna daşıyır. Yenə də Naxçıvanda Türk Dövlətlərinin Qeyri-Hökumət Təşkilatlarının platformasının yaradılması gözlənilir”.
22-11-2025, 14:48
Qoyunu qamçı ilə döyən çoban cəzalandırıldı


Qoyunu qamçı ilə döyən çoban cəzalandırıldı

Samuxda heyvanla rəhmsiz davranan şəxs barəsində qanunamüvafiq tədbir görülüb.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində heyvanla rəhimsiz davranan şəxsin Samux rayon sakini V. Bayramquliyev olması müəyyən edilib.
Şəxs saxlanılaraq polis şöbəsinə gətirilib və barəsində qanunamüvafiq tədbir görülüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, sosial şəbəkələrdə Samuxda çobanın bir qoyunu qamçı ilə döyməsini əks etdirən görüntülər yayılıb.
22-11-2025, 14:40
Bakıda keçmiş məhkumdan 10 kq narkotik aşkarlandı


Bakıda keçmiş məhkumdan 10 kq narkotik aşkarlandı

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin ölkə ərazisində qanunsuz dövriyyəsinin qarşısını almaq üçün mübarizə tədbirlərini davam etdirirlər.
Nazirlikdən verilən məlumata görə, paytaxtın Yasamal rayonunda keçirilən əməliyyatla əvvəllər də analoji cinayətə görə məhkum olunmuş 1991-ci il təvəllüdlü Vasif İsmayılov saxlanılıb.
Onun sərnişin qismində əyləşdiyi avtomobilə baxış zamanı 10 kiloqram 65 qram marixuana aşkarlanıb.
V.İsmayılov ifadəsində narkotik vasitələri şəxsiyyəti araşdırılan İran vətəndaşından aldığını və hissələrə ayırmaqla sataraq qazanc əldə etmək niyyətində olduğunu etiraf edib.
Saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Polis bütün ölkəboyu narkotiklərlə əlaqəli əməliyyat və nəzarət-profilaktik tədbirləri bundan sonra da qətiyyətlə davam etdirəcək.
22-11-2025, 14:26
Ortaq türk əlifbası ilə bağlı məqamlar razılaşdırılıb - Binəli Yıldırım


Ortaq türk əlifbası ilə bağlı məqamlar razılaşdırılıb - Binəli Yıldırım

Zəngəzur Dəhlizi Orta Dəhlizin tərkib hissəsi olaraq, Türk dünyasının inkişafına verilən töhfənin mühüm amilidir.
Bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının rəhbəri Binəli Yıldırım Türkiyənin Səlcuq Universitetində keçirilən simpoziumda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında marşrutun açılması Türk dünyasının potensialını daha da açacaq, onun resursları və sərvətləri türk xalqlarının rifahı naminə istifadə ediləcək. “Zəngəzur Dəhlizi Türk dünyasının gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edir”, - deyə Binəli Yıldırım bildirib.
O, TDT ölkələri arasındakı ticarət göstəricilərinə toxunaraq bildirib ki, hazırda türk dövlətləri arasında 1,1 trilyon dollarlıq ümumi xarici ticarət dövriyyəsinə baxmayaraq, bunun cəmi 70 milyard dolları qarşılıqlı ticarətin payına düşür.
TDT Ağsaqqallar Şurasının rəhbəri, həmçinin 34 hərfdən ibarət ortaq türk əlifbasının tam istifadəsinin zəruriliyini də qeyd edib. “Ortaq türk əlifbası ilə bağlı iş məqamları razılaşdırılıb. Bu gün bu əlifbanın faktiki olaraq tətbiqi vacibdir. Hər şey ayrı-ayrı ölkələrin siyasi iradəsindən və onu tətbiq etmək səyindən asılıdır. Buna vaxt lazımdır”, - deyən B.Yıldırım yeni əlifba sayəsində TDT ölkələri sakinlərinin istənilən türk dilində oxuya biləcəyini qeyd edib.
TDT Ağsaqqallar Şurasının rəhbəri, eyni zamanda, Türk dünyasının ortaq tarixi üzrə dərsliklərin hazırlanması, gömrük prosedurlarının sadələşdirilməsi və infrastrukturun inkişafı kimi məsələləri də türk dövlətlərinin inteqrasiyasının gündəmində duran vacib məsələlər kimi diqqətə çatdırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!