Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
22-11-2025, 14:17
İranda su böhranı - Cənubi Azərbaycanlıları nə gözləyir?


İranda su böhranı - Cənubi Azərbaycanlıları nə gözləyir?

İranda illərdir davam edən təbii resurs problemi, xüsusilə də, su mənbələrindəki ciddi azalma ölkənin sosial və siyasi balansını təhdid səviyyəsinə çatdırıb. Son illərdə quraqlıq, düzgün aparılmayan su idarəçiliyi və iqlim dəyişikliyi səbəbilə İranda ciddi su qıtlığı yaşanır. Problemin ən ciddi müşahidə edildiyi ərazi paytaxt Tehrandır.
“Su problemi belə davam edərsə, Tehranın tamamilə boşaldılmasına ehtiyac yarana bilər”, - İran Prezidenti Məsud Pezeşkian bir neçə gün əvvəl belə deyib. Onun açıqlaması ölkə ərazisində ciddi narahatlığa səbəb olub. Tehran kimi 15 milyon əhalisi olan metropolun boşaldılması sadəcə ekoloji böhran deyil, çox ciddi humanitar, iqtisadi və siyasi problem deməkdir.

40 milyon Cənubi Azərbaycanlı: “Bu böhranın nəticələri bizə nə gətirəcək?"

İrandakı bu qeyri-müəyyənlik, xüsusilə ölkənin şimal qərbində yaşayan təqribən 40 milyon Cənubi Azərbaycanlı arasında yeni sualları gündəmə gətirib. Su qıtlığının və mümkün köçün regional balansı dəyişdirə biləcəyindən bəhs edilir.
“MediaTürk TV"yə danışan Azərbaycan vətəndaşları, mümkün böyük bir böhran zamanı güneyli soydaşlarımızın necə bir yol izləməli olduğu sualına diqqətçəkən cavablar verib.

İki fərqli baxış

Vətəndaşlar arasında sorğu zamanı əsas iki baxış önə çıxıb. Bir çox Azərbaycan vətəndaşı İranın daxili qarışıqlılqlarının daha da dərinləşməsi halında Cənubi Azərbaycanın öz siyasi iradəsini formalaşdırmalı olduğunu düşünür. Belə düşünənlərə görə, İranın daxildən “ərimə” ehtimalı artarsa, Cənubi Azərbaycan öz müqəddaratını təyin etməlidir. İnsanlar düşünür ki, 40 milyonluq əhali tarixi və mədəni bağlarla güclü bir dövlət qura bilər. Eyni zamanda İrandakı xaosun regiona sıçramaması üçün müstəqillik daha təhlükəsiz bir seçim ola bilər.

Respondentlərin kiçik bir qismi: “Cənubi Azərbaycan Azərbaycan Respublikasına daxil olmalıdır”
Bu fikri ifadə edənlər, ortaq dil, mədəniyyət və milli kimliyin birləşməyi dəstəklədiyini, Azərbaycanın iqtisadi stabilliyini və dövlət təşkilatının daha güclü olduğunu, İrandakı qeyri-sabitliyin Türk dünyası üçün tarixi bir birləşmə fürsəti yarada biləcəyini müdafiə edirlər.

Analiz: Su böhranı yalnız ekologiya problemi deyil

Ekspertlərə görə, İrandakı su böhranı sadəcə ekologiya problemi deyil. Ölkənin gələcəyini müəyyən edəcək, sosio-politik qırılma nöqtəsidir.

İranda su böhranı niyə dərinləşir?

Yeraltı su rezervlərinin 70%-dən çoxu tükənib. Böyük şəhərlərdə əhali sayı olduqca çoxdur. Sənaye və kənd təsərrüfatında sudan istifadənin planlamaları illərdir, yaxşı aparılmır.
Eyni zamanda, iqlim dəyişikliyi isti hava şəraitinin atmasına, yağışların azalmasına səbəb olub.

Tehranın boşaldılmasının hansı təsirləri olacaq?

Bu senari həyata keçirilərsə, ölkə daxilində böyük bir köç dalğası yaranacaq, iqtisadi çöküş yaşanacaq, İran hakimiyyəti üzərində siyasi təzyiq artacaq.
22-11-2025, 14:02
Lukaşenko ukraynalıları əfv etdi


Lukaşenko ukraynalıları əfv etdi

Belarus prezidenti Aleksandr Lukaşenko həbsdə olan 31 Ukrayna vətəndaşını əfv edib.
Bildirilir ki, əfv sərəncamı Lukaşenko və ABŞ lideri Donald Tramp arasında əldə olunan razılaşmaların davamı olaraq imzalanıb.
"Aleksand Lukaşenko Ukrayna tərəfinin müraciəti əsasında, qonşu ölkədə silahlı münaqişənin həll olunması şəraitini təmin etmək məqsədilə, xoşməram və humanizm prinsiplərini rəhbər tutaraq prezident Belarusda cinayət törətmiş 31 Ukrayna vətəndaşını əfv edib”, - Lukaşenkonun mətbuat katibi Natalya Eismont bildirib.
22-11-2025, 13:59
Prezidentdən Vahid Əzizlə bağlı SƏRƏNCAM


Prezidentdən Vahid Əzizlə bağlı SƏRƏNCAM

Vahid Cəfərov (Vahid Əziz) "Şərəf" ordeni ilə təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla V.Əziz bu mükafata Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.
Qeyd edək ki, sabah Xalq şairi Vahid Əzizin 80 yaşı tamam olur.
22-11-2025, 13:24
3 nəfərin öldüyü yanğına görə kim məsuliyyət daşıyır?


3 nəfərin öldüyü yanğına görə kim məsuliyyət daşıyır?

Bakıda ötən gün baş verən yanğında 3 nəfər həyatını itirib. 27 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub. Hazırda 7 nəfərin müalicəsi davam etdirilir.
Faktla bağlı Baş Prokurorluqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov bildirib ki, yanğın və ya qəza nəticəsində ölüm hallarının araşdırılamsında iki cür yanaşma ola bilər.
Hüquqşünasın fikrinə görə, heç bir qayda və ya qanun pozuntusu olmayıbsa, sırf bədbəxt hadisə baş veribsə, kimisə məsuliyyətə cəlb etmək düzgün deyil:
"İkinci məsələ texniki təhlükəsizlik qaydalarının pozulması ilə bağlıdır. Hər bir binanın təhlükəsizliyinə baxan şəxs olmalıdır. Bütün qurğulara daimi nəzarət etməli, onlarla işləmək qaydalarını digər şəxslərə öyrətməli, eyni zamanda kənar şəxslərin qadağan olunmuş zonaya keçməsinin qarşısını almalıdır".
Ə.Həsənov deyib ki, cavabdeh orqan Fövqəladə Hallar Nazirliyidir:
"Nazirliyin aidiyyəti şöbəsi obyektlərdə daimi yoxlama və təlim təşkil etməlidir. Obyektin təhlükəsizliyinə cavabdeh şəxslə əməkdaşlıq mütləqdir".
22-11-2025, 13:16
Ankarada qalmaqal - Mansur Yavaş barəsində istintaq qərarı verildi


Ankarada qalmaqal - Mansur Yavaş barəsində istintaq qərarı verildi

Türkiyənin Daxili İşlər Nazirliyi Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) rəhbəri Mansur Yavaş və onun yaxın Nevzat Uzunoğlu barəsində istintaq aparılmasına razılıq verib.
İstintaq Ankara Böyükşəhər Bələdiyyəsinin konsert xərclərində yeyinti və prosedur pozuntuları ilə bağlı irəli sürülən iddialarla əlaqədardır.
Ankara Respublika Baş Prokurorluğu konsert xidmətlərinin satın alınması ilə bağlı araşdırma zamanı ittiham aktı tərtib edildikdən sonra Yavaş və Uzunoğlu haqqında “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “nəzarət vəzifəsini yerinə yetirməmək” maddələri ilə bağlı istintaq icazəsi tələb etmişdi. Nazirliyin həmin tələbi təsdiqlədiyi bildirilib.
Baş Prokurorluğun araşdırmasına əsasən Daxili İşlər Nazirliyinin Mülki İnspektorları tərəfindən hazırlanan təhvil-təslim hesabatı, Maliyyə Monitorinqi İdarəsinin (MASAK) araşdırması, Hesablama Palatasının yoxlaması və müstəqil ekspert rəyləri ABB-də keçirilmiş 32 konsert xidmətinin satın alınması zamanı bələdiyyənin ümumilikdə 154 milyon 453 min 221 lirə məbləğində ziyana uğradıldığını ortaya çıxarıb.
23 sentyabrda keçirilmiş əməliyyat zamanı aralarında sabiq bələdiyyə vəzifəliləri və şirkət nümayəndələrinin də olduğu 14 nəfər saxlanılıb. Onlara “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “tenderə müdaxilə” ittihamları irəli sürülüb.
Onlardan 5 nəfəri məhkəmənin qərarı ilə həbs olunmuş, 9 nəfər isə məhkətin nəzarəti altında sərbəst buraxılmışdı.
Hazırlanan 59 səhifəlik ittiham aktı Ankara 34-cü Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib. İttiham olunan 14 şəxs barəsində 7 il 6 aydan 31 il 6 aya qədər həbs cəzası tələb olunur.
22-11-2025, 12:45
Pezeşkian istefaya göndərilir? - TEHRANDAN CAVAB


Pezeşkian istefaya göndərilir? - TEHRANDAN CAVAB

İran mətbuatında Prezident Məsud Pezeşkianın istefası ilə bağlı xəbərlər yayılıb.
İranın vitse-prezidenti Məhəmməd Cəfər Qaimpənah iddiaları təkzib edib.
“Biz İranı sevirik və onun üçün çalışırıq. Təhqirlər eşidirik, amma geri çəkilmirik. İran bütün iranlılara aiddir və doktor Pezeşkian da buna görə dayanır. Bizə imtiyaz və ya vəzifə lazım deyil, hər şeyimizi İrana vermişik və yenə də verəcəyik. Çoxsaylı problemlərə baxmayaraq, bütün səyimiz xalq və hökumət tərəfdarlarının qarşısında utanc yaşamamaqdır”, - o bildirib.
22-11-2025, 12:20
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Noyabrın 23-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 80-85 %, gündüz 60-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 17-21° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacaq.
22-11-2025, 12:03
İlham Əliyev dərman istehsalı müəssisəsinin açılışında - FOTO


İlham Əliyev dərman istehsalı müəssisəsinin açılışında - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində “Scandens Pharmaceutical Industries Ltd” MMC-nin dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və baş direktor Kamran Həsənov dövlətimizin başçısına müəssisə barədə məlumat verdilər.
Beynəlxalq standartlara uyğun layihələndirilən müəssisə Almaniya, İsveçrə və İtaliyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunub. İl ərzində müəssisədə antibiotiklər, diabetologiya, hepatologiya, kardiologiya, andrologiya, allerqologiya və qastroenterologiya sahələrinə aid təxminən 800 milyon ədəd tablet və kapsul dərman preparatı istehsal olunacaq. İstehsal olunan məhsullar həm daxili bazara çıxarılacaq, həm də gələcəkdə ixrac ediləcək. Müəssisədə 120 iş yeri yaradılıb.
Dəyəri 74 milyon manat olan layihə özəl investisiya hesabına həyata keçirilib. Şirkət İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi hesabına idxal olunan avadanlıqlara görə 6,5 milyon manat güzəşt əldə edib.
Müəssisənin fəaliyyətə başlaması Azərbaycanın əczaçılıq sənayesində yeni inkişaf mərhələsi kimi qiymətləndirilir. Burada xammaldan hazır məhsula qədər dərman preparatlarının istehsalının bütün mərhələləri həyata keçiriləcək. Yeni müəssisə ölkəmizdə əczaçılıq sənayesinin inkişafına və yerli istehsalın güclənməsinə töhfə verəcək. Yerli və beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli məhsulların istehsalı ölkəmizin ixrac imkanlarını da genişləndirəcək.
Müəssisə, eyni zamanda, əczaçılıq sahəsində peşəkar kadrların hazırlanması və əməli bacarıqların inkişafı üçün baza rolunu oynayacaq. “Scandens Pharmaceutical Industries Ltd” MMC, Azərbaycan Tibb Universiteti, Macarıstanın Peç Universiteti və “Panon Pharma” şirkəti arasında imzalanmış dördtərəfli Memorandum çərçivəsində burada əczaçı və qeyri-əczaçı ixtisasları üzrə qısa və uzunmüddətli təlim və təcrübə proqramlarının həyata keçirilməsi nəzərdə tutulub.
Prezident İlham Əliyev müəssisəni işə saldı.
Müəssisənin damında ümumi gücü 450 kVt/saat olan 710 ədəd Günəş paneli quraşdırılıb ki, enerji sərfiyyatının təxminən 40 faizi bu panellər vasitəsilə ödənəcək.












22-11-2025, 11:27
Tüstüdən zəhərlənənlərin biri Könül Vəlibəylinin qızı imiş


Tüstüdən zəhərlənənlərin biri Könül Vəlibəylinin qızı imiş

Yasamaldakı yanğında həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamova da tüstüdən zəhərlənib.
Bu barədə sosial şəbəkədə ailənin yaxınları məlumat yayıb.
Onların sözlərinə görə, 25 yaşlı Ləman Qulamova Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hazırda müalicəsi Toksikologiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisə nəticəsində 3 nəfər həyatını itirib. 27 nəfər isə zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
22-11-2025, 11:13
Qarabağa köçən 7 min nəfər işlə təmin olunub - RƏSMİ


Qarabağa köçən 7 min nəfər işlə təmin olunub - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərə köçürülən sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, həmin sakinlərdən artıq 7 min 27 şəxsin məşğulluğu təmin edilib. O cümlədən 4 min 836 nəfərin vakansiya üzrə işlə təminatı həyata keçirilib, 589 nəfər özünüməşğulluq proqramına cəlb edilərək bu proqram çərçivəsində öz kiçik ailə təsərrüfatlarını yaradıb. 1185 nəfər isə fərdi qaydada özünüməşğul şəxslərdir.
Sakinlər üçün peşə hazırlığı kurslarının təşkili işləri də aparılır. Artıq 319 nəfər sakin işəgötürənlərlə birgə təşkil olunan peşə hazırlığı kurslarına cəlb edilib.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!