Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
23-11-2025, 19:24
Ukraynanın taleyi Cenevrədə müzakirə edilir


Ukraynanın taleyi Cenevrədə müzakirə edilir

Ukrayna Prezidenti Volodimir Zelenski Cenevrədə keçirilən ilkin danışıqlardan sonra açıqlama verib. Dövlət başçısı qeyd edib ki, ABŞ-ın sülh planına Ukrayna üçün kritik elementlər daxil ola bilər.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram səhifəsində məlumat verib.
Zelenski qeyd edib ki, Ukrayna nümayəndə heyəti hazırda Cenevrədə müharibəni dayandırmaq, sülhü bərpa etmək və davamlı təhlükəsizliyi təmin etmək üçün işlək həllər tapmaq üçün çalışır.
"Komanda artıq ilkin görüşlərin və müzakirələrin nəticələrinə dair qısa hesabatlar təqdim edib. İndi belə bir anlayış var ki, Amerikanın təklifləri Ukraynanın baxışına əsaslanan və Ukraynanın milli maraqları üçün mühüm əhəmiyyət kəsb edən bir sıra elementləri özündə birləşdirə bilər", - deyə Prezident vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, ukraynalıların axtardığı əsas məqsədə çatmaq üçün bütün elementlərin həqiqətən də səmərəli olmasını təmin etmək üçün gələcək işlər davam etdirilir.
23-11-2025, 19:09
3 nəfərin öldüyü yanğın buradan başlayıb - VİDEO


3 nəfərin öldüyü yanğın buradan başlayıb - VİDEO

Yasamalda 3 nəfərin ölümü, 27 nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.
“İctimai TV” yanğının başlandığı yerdən görüntülər yayımlayıb.
Həmin videonu təqdim edirik:

23-11-2025, 18:56
Gədəbəydə dağlıq ərazidə yanğın


Gədəbəydə dağlıq ərazidə yanğın

Gədəbəy rayonunun Şahdağ kəndində bələdiyyəyə aid dağlıq ərazidə 60 ha sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
23-11-2025, 18:24
Xameneiyə sui-qəsd hazırlanır - İran kəşfiyyatı


Xameneiyə sui-qəsd hazırlanır - İran kəşfiyyatı

Xarici düşmənlər İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xameneiyə qarşı sui-qəsd və ya hücum hazırlanır.
Bunu İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətib bildirib.
Seyid İsmayıl Xətibde deyib ki, məqsəd İranda qeyri-sabiq vəziyyətə nail olmaqdır.
Bununla belə, İranın kəşfiyyat naziri əlavə detalları açıqlamayıb.
23-11-2025, 18:13
"Hizbullah"ın Baş Qərargah rəisi öldürüldü


"Hizbullah"ın Baş Qərargah rəisi öldürüldü

"Hizbullah" Hərəkatının Baş Qərargah rəisi Abu Əli Tabtabaui İsrail pilotsuz uçuş aparatının zərbəsi nəticəsində Beyrutda öldürülüb.
Bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Abu Gli Tabtabaui Naim Qasimdən sonra Hizbullahın ikinci şəxsi statusunda olub.
“The Times of Israel” İsrail Baş naziri Binyamin Netanyahunun ofisinin Beyrutda Abu Əli Tabtabauinin ofisinə zərbə endirildiyini təsdiqlədiyini yazıb. Qeyd edilib ki, Binyamin Netanyahu müdafiə naziri və İsrail Ordusunun Baş Qərargah rəisinin tövsiyəsi ilə Beyrutun mərkəzində Abu Əli Tabtabauinin məhv edilməsi üçün əmr verib.
23-11-2025, 17:22
Türkiyədə 266 məhkum qidadan zəhərləndi


Türkiyədə 266 məhkum qidadan zəhərləndi

Türkiyənin Sakarya şəhərinin Ferizli rayonunda yerləşən Açıq Tipli Cəzaçəkmə Müəssisəsində kütləvi qida zəhərlənməsi baş verib.
Zəhərlənmə şübhəsi ilə 266 məhkum təcili yardım maşınları ilə ətrafdakı şəhər xəstəxanalarına yerləşdirilib.
Bildirilib ki, axşam yeməyində məhbuslara balıq konservi verilib. Yeməkdən sonra bir çox məhkum qusma və ürəkbulanma şikayətləri ilə müəssisənin xəstəxanasına müraciət edib.
Hadisədən sonra axşam menyusundakı qidalardan nümunələr götürülərək laboratoriyalara göndərilib.
Rəsmi mənbələr məhkumların ümumi sağlamlıq vəziyyətinin yaxşı olduğunu, həyatlarına təhlükə olmadığını və ambulator müalicənin davam etdirildiyini açıqlayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
23-11-2025, 16:55
Yanğında xəsarət alanların vəziyyəti açıqlandı


Yanğında xəsarət alanların vəziyyəti açıqlandı

Noyabrın 21-də Yasamal rayonunda yerləşən yaşayış binasında baş verən yanğın səbəbi ilə xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti açıqlanıb.
Bu haqda Kliniki Tibbi Mərkəz məlumat yayıb.
Bildirilib ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan şəxslərdən daha 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.
“5 nəfərin isə müalicəsi davam etdirilir. Onlardan 1 nəfərin (qadın) vəziyyəti ağır olaraq qiymətləndirilir. Pasiyent süni tənəffüs cihazı ilə təmin edilib”, - deyə məlumatda qeyd edilib.
23-11-2025, 16:41
Rus ordusu Pokrovskun mərkəzini itirdi


Rus ordusu Pokrovskun mərkəzini itirdi

Ukrayna qüvvələri Pokrovskun mərkəzi rayonlarını təmizləyib və rus hərbçilərini şəhərdən çıxarmağa davam edir.
Bu barədə Ukrayna Desant Hücum Qoşunlarının 7-ci korpusundan məlumat verilib.
“Şəhərdə döyüşlər gedir, lakin mərkəzdəki mövqelər Ukrayna Silahlı Qüvvələrinin əlindədir. Ruslar dayaq nöqtəsi qazanmağa çalışdılar, lakin dəmir yolu stansiyasının, pedaqoji məktəbin və Katedral Meydanının ərazisindən qovuldular. Hərbçilər Rusiyanın qüvvələrini artırmaq və şəhərin şimalına təzyiqi artırmaq cəhdlərinin qarşısını almağı bacardılar. Dəmir yolunu keçmək üçün edilən hər bir cəhd maksimum itki ilə nəticələndi”, - məlumatda qeyd olunub.
23-11-2025, 16:28
Yasamaldakı yanğınla bağlı klinika direktoru SAXLANILDI


Yasamaldakı yanğınla bağlı klinika direktoru SAXLANILDI

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı həmin binanın zirzəmisində yerləşən klinikanın direktoru cinayət məsuliyyətinə cəlb edilib.
Binanın zirzəmi qatında və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini müqavilə əsasında icarəyə götürmüş "Loft Dent" klinikasının direktoru Paşayev Bəhruz Sahib oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində istintaqı aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.
Fakt Baş Prokurorluğun mətbuat xidmətindən təsdiqlənib. Bildirilib ki, əlavə məlumat veriləcək.
Qeyd edək ki, hadisə zamanı 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı tüstüdən zəhərlənərək ölüblər. 20-dən çox adam isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
23-11-2025, 16:16
Ərdoğan Meloni ilə görüşdü - Qəzza və Ukraynaya dair müzakirə aparılıb


Ərdoğan Meloni ilə görüşdü - Qəzza və Ukraynaya dair müzakirə aparılıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Liderlər Zirvəsi çərçivəsində İtaliyanın Baş naziri Giorgia Meloni ilə görüşüb, ikitərəfli münasibətlər, Qəzza və Ukraynaya dair müzakirə aparılıb.
Görüş zamanı Türkiyə ilə İtaliya arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.
Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə İtaliya arasında müdafiə sənayesi başda olmaqla, bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atılan addımların davam edəcəyini, əlaqələrin dərinləşməsinin hər iki ölkəyə fayda verəcəyini bildirib.
Görüşdə həmçinin Qəzzada atəşkəsin davamlılığı, o cümlədən Rusiya-Ukrayna arasında İstanbul danışıqlarının bərpa prosesinin əhəmiyyəti müzakirə olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!