Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
12-12-2025, 10:27
Azərbaycanlılarla ermənilər Zodda birgə kəşfiyyat işləri aparıb


Azərbaycanlılarla ermənilər Zodda birgə kəşfiyyat işləri aparıb

Azərbaycan və Ermənistan mütəxəssisləri iki ölkənin inzibati sərhədində yerləşən Zod (Söyüdlü) qızıl yatağı ətrafında ilkin texniki kəşfiyyat və tədqiqat işləri aparıb.
Bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ofisindən bildirilib.
Xatırladaq ki, sözügedən texniki kəşfiyyat işləri delimitasiya prosesindən əvvəl gələn və sərhəd layihəsini hazırlamaq üçün faktiki coğrafi şəraiti öyrənməyə xidmət edən ilkin texniki addımdır. Zod qızıl mədəni Azərbaycanın Kəlbəcər və Ermənistanın Vardenis rayonlarının ərazisində yerləşir. 2020-ci ildə 44 günlük müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında 10 noyabr bəyanatı və Kəlbəcər rayonunun Azərbaycana qaytarılması nəticəsində, SSRİ-dövrü inzibati sərhədlər əsas götürülərək yatağın bir hissəsi, o cümlədən mədən infrastrukturlarının müəyyən hissələri Azərbaycana qaytarılıb.
Azərbaycanın milil dağ-mədən şirkəti “AzerGold” QSC 2025-ci ilin avqust ayından Zod qızıl yatağının Azərbaycana aid hissəsində genişmiqyaslı geoloji tədqiqatlara başlayıb.
12-12-2025, 10:21
Çox təhlükəli qrip yayılır - Dünya həkimlərindən XƏBƏRDARLIQ


Çox təhlükəli qrip yayılır - Dünya həkimlərindən XƏBƏRDARLIQ

Dünyanın onlarla ölkəsi qış mövsümündə yeni və daha təhlükəli hesab edilən qrip dalğası ilə üz-üzə qalıb.
Yluxmaların çoxuna səbəb olan virus H3N2-nin K adlı yeni ştammıdır.
Yeni variant əvvəlcə Avstraliya və Yeni Zelandiyada aşkar olunub, daha sonra Yaponiya və Böyük Britaniyada sürətli yayılma qeydə alınıb.
Hazırda bu ştamm 30-dan çox ölkədə təsdiqlənib. Mütəxəssislər bildirirlər ki, K əvvəlki illərdə nadir rast gəlinib, buna görə də əksər insanlarda ona qarşı möhkəm immunitet formalaşmayıb.
Kembric Universitetinin Patogenlərin Təkamülü Mərkəzinin direktoru Derek Smitin sözlərinə görə, H3N2 virusu son dövrdə yeddi mutasiya keçirib. “Bu virus demək olar ki, bütün dünyada yayılacaq”, - deyə o xəbərdarlıq edib.
Həkimlər qeyd edirlər ki, simptomlar klassik qripdən daha ağır olmasa da, yoluxanların sayı kəskin arta bilər. Xəstəliyi bəziləri simptomsuz keçirir, digərlərində isə yüksək hərarət, bədən ağrıları və sürətli yorğunluq yaranır. Xüsusilə yaşlılar və xroniki xəstəliyi olanlar üçün yeni ştamm ciddi təhlükə daşıyır.
Böyük Britaniyadakı Frensis Krik İnstitutunun Ümumdünya Qrip Mərkəzinin direktoru Nikola Lyuis vəziyyəti belə təsvir edir: “Belə virusu uzun müddətdir görməmişdik. Dinamikası qeyri-adi görünür. Narahatlıq var, panika yox, amma ciddi narahatlıq var”.
Həkimlər xatırladır ki, soyuqdəymə, qrip və COVID-in əlamətləri bənzər olsa da, fərqlər mövcuddur.
Soyuqdəymə adətən tədricən başlayır və əsasən burun axması, boğaz ağrısı ilə müşahidə olunur. Qrip isə qəfil yüksələn temperatur, əzələ zəifliyi və ümumi ağrılarla başlayır. COVID-19-da bu əlamətlərə əlavə olaraq dad və qoxubilmə itkisinin olması fərqləndirici əlamət sayılır.
Mütəxəssislərin sözlərinə görə, qripdən qorunmağın ən effektiv yolu vaksinasiyadır. Lakin mövcud peyvəndlərin yeni K ştammı qarşısında tam effektiv olub-olmadığı hələ aydın deyil.
Yayılmanı məhdudlaşdırmaq üçün bəzi ölkələr artıq əlavə tədbirlər görməyə başlayıb. Yaponiya və İngiltərədə bir sıra məktəblər bağlanıb, Britaniyanın xəstəxana və məktəblərində maska rejimi yenidən tətbiq olunub.
12-12-2025, 10:06
Heydər Əliyevin dəfn günündən TARİXİ FOTOLAR


Heydər Əliyevin dəfn günündən TARİXİ FOTOLAR

Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatından 22 il keçir.
Vəfat xəbəri həmin gün Prezident Administrasiyası tərəfindən ictimaiyyətə açıqlanmış, dövlət qurumları protokol qaydalarına uyğun olaraq matəm ilə bağlı qərarları icra etmişdilər. Dövlət bayraqları endirilmiş, rəsmi tədbirlər təxirə salınmış, ölkənin informasiya məkanında vida mərasiminə hazırlıqla bağlı xronoloji məlumatlar yayılmağa başlamışdı.
Dəfn mərasimi 2003-cü il dekabrın 15-də Bakıda dövlət protokolu əsasında keçirildi. Mərasimdə bir sıra ölkələrin dövlət və hökumət başçıları, eləcə də ali səviyyəli nümayəndə heyətləri iştirak etdi.
Rəsmi mənbələrə əsasən Bakıya gələn liderlər aşağıdakılar idi:
Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Əhməd Necdət Sezər, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Leonid Kuçma, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Moldova Prezidenti Vladimir Voronin, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze, Gürcüstan Prezidenti vəzifəsini icra edən Nino Burcanadze, İran prezidentinin birinci müavini Rza Arifi və digər rəsmi şəxslər iştirak edib.
Bundan başqa, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İran, Çin, Pakistan, İsrail və Avropa İttifaqının bir sıra üzv ölkələri vida mərasiminə nazir və xüsusi nümayəndə səviyyəsində qatılmışdılar.
Vida mərasimindən sonra Fəxri xiyabanda dəfn həyata keçirildi. Proses dövlət protokolunun standartlarına uyğun təşkil edilmiş, xarici nümayəndə heyətlərinin ardıcıllığı, mərasimdə dövlət qurumlarının iştirakı və media üçün ayrılan sektorlar əvvəlcədən müəyyənləşdirilmişdi.
Butov.azHeydər Əliyevin dəfninə aid tarixi fotoları təqdim edir:
















12-12-2025, 09:45
DTX-dən Ulu Öndərin anım günü ilə bağlı videoçarx


DTX-dən Ulu Öndərin anım günü ilə bağlı videoçarx

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar videoçarx hazırlanıb.
Videoçarxda Ümummilli Liderin keçdiyi həyat yolu, gördüyü işlər əks olunub.
Həmin videonu təqdim edirik:

12-12-2025, 09:33
Ulu öndərin əziz xatirəsi əbədi yaşayacaq


Ulu öndərin əziz xatirəsi əbədi yaşayacaq

Hər ilin dekabrın 12-si Azərbaycan xalqı üçün böyük kədər və sonsuz ehtiram günüdür. Bu tarix, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi və Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür. Onun həyatı bütöv bir xalqın taleyi ilə qırılmaz tellərlə bağlıdır və onun irsi bu gün də dövlətçiliyimizin sarsılmaz təməli olaraq qalır.
Ümummilli Lider Heydər Əliyev 1923-cü ildə Naxçıvan şəhərində dünyaya göz açmışdır.Gənclik illərindən etibarən misilsiz intellekti və işgüzarlığı ilə seçilən Ümummilli Lider Heydər Əliyev, qısa müddətdə böyük siyasi karyeraya sahib olaraq, 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsini birinci katibi oldu. Məhz həmin zamandan Azərbaycana rəhbərliyə gəlməsi ilə respublikanın inkişafında keyfiyyətcə yeni bir mərhələ başlandı. Onun sayəsində o illərdə Azərbaycan Sovet İttifaqının ən inkişaf etmiş respublikalarından birinə çevrildi.
1969-1982-ci illər Heydər Əliyevin birinci rəhbərliyi dövrü milli şüurun oyanışı, iqtisadi potensialın güclənməsi və kadr potensialının formalaşması ilə yadda qaldı. Məhz həmin illərdə Azərbaycanın sənaye, kənd təsərrüfatı, elm və mədəniyyət sahələrində böyük layihələr həyata keçirildi. Bu tərəqqi 22 ildən sonra Azərbaycanın müstəqilliyinin bərpası üçün möhkəm zəmin yaratdı.
Heydər Əliyevin Sovet İttifaqı rəhbərliyində yüksək vəzifə tutması onun beynəlxalq nüfuzunun təsdiqi idi. Lakin o, həmişə ürəyində Azərbaycan sevgisini daşıyırdı. Onun 1990-cı ilin Qanlı Yanvar hadisələrindən dərhal sonra Bakıya gəlməsi və xalqa dəstək olması, onun vətəninə bağlılığının ən bariz nümunələrindən biri idi.
1993-cü ildə ölkənin çətin bir dövründə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması Azərbaycanın müstəqilliyini xilas etdi. Vətəndaş müharibəsi təhlükəsi, iqtisadi böhran və beynəlxalq təcrid şəraitində Ümummilli Lider Heydər Əliyev gərgin zəhmət və qətiyyətlə sabitlik yaratdı və inkişaf yolunu müəyyənləşdirdi. Bu qayıdış tariximizə "Milli Qurtuluş" kimi həkk olundu.
Ulu Öndərin müstəqillik illərində imzaladığı "Əsrin müqaviləsi", həyata keçirdiyi neft strategiyası və ordu quruculuğu siyasəti Azərbaycanı regional liderə çevirdi. Onun beynəlxalq arenada apardığı uzaqgörən siyasət ölkəmizin ərazi bütövlüyü və suverenliyi məsələlərini daim gündəmdə saxladı.
Heydər Əliyev tək siyasətçi yox, həm də böyük Azərbaycançılıq ideologiyasının yaradıcısıdır. Xalqın milli kimliyini gücləndirdi, vətənpərvərlik ruhunu yüksəltdi və fərqli siyasi baxışlara malik vətəndaşları vahid məqsəd ətrafında birləşdirdi bu məqsəd isə müstəqil və qüdrətli Azərbaycan idi.
Bu gün biz Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bir daha görürük. Müstəqil və qüdrətli Azərbaycan dövlətinin qurulmasında Ulu Öndərin göstərdiyi uzaqgörən siyasəti, müdrikliyi, rəhbərliyi və xalqla qurduğu möhkəm əlaqələri bu gün ölkəmizin hər sahədə inkişafında özünü göstərir.
44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam bərpası məhz Heydər Əliyevin təməlini qoyduğu güclü dövlətçilik siyasətinin nəticəsidir. Bu qələbə xalqımızın birliyi, həmrəyliyi və müasir ordu quruculuğunda göstərilən səylərin uğurlu nəticəsidir.
Ruhunuz şad olsun, Ulu Öndər! Sizin qurduğunuz qüdrətli dövlət və qoyduğunuz dəyərlər Azərbaycanı daha da güclü, müstəqil və inkişaf edən bir ölkə kimi dünyaya tanıtdı. Sizin ideyalarınız və vəsiyyətiniz gələcək nəsillər üçün əbədi bir ilham mənbəyidir.
Allahdan Ulu Öndər Heydər Əliyevə rəhmət,onun siyasətinin layiqli davamçısı Cənab Prezident İlham Əliyevə uzun ömür və can sağlığı diləyirəm.
Yaşasın Azərbaycan! Yaşasın Müstəqilliyimiz! Yaşasın Cənab Prezidentimiz İlham Əliyev!!!

Ceyhun Məmmədov,
Milli Məclisin deputatı
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!