İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Bu gün, 13:39
10 yaşlı Sərxan həmin vaxt hədiyyəsinə baxırmış


10 yaşlı Sərxan həmin vaxt hədiyyəsinə baxırmış

Bakının mərkəzində azyaşlının ağır xəsarət alması ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.
Ağır yaralanan uşağın fotosunu paylaşan bloqer Saleh Nəsirov hadisə barəsində bəzi məlumatları bölüşüb.
Bildirilib ki, hadisə dekabrın 25-i baş verib. Sərxan adlı 10 yaşlı oğlan başından yaralanıb və Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
“Uşaq beyin travması alıb. Onu polis əməkdaşları vaxtında xəstəxanaya çatdırıb. Maşınla vuranlardan - sedan avtomobilinin sahibi ilk gündən maraqlanır. Lakin “Mercedes ML” markalı avtomobilin sürücüsü dünən gəlib. Həmin gün məktəbdə bayram tədbiri keçirilib və Sərxana hədiyyə verilib. O, səkidə dayanıb hədiyyəsinə baxarkən bədbəxt hadisə ilə üzləşib”, - deyə S.Nəsirov yazıb.
Qeyd edək ki, hadisə vaxtı uşağa ilk olaraq yol nişanının çırpılması da məlum olub.
Baş vermiş hadisə, xüsusilə “Mercedes”in sürücüsünün xəsarət alan azyaşlıya biganəliyi geniş müzakirələrə səbəb olub.
Bu gün, 13:26
Yol polisi sürücülərə müraciət etdi


Yol polisi sürücülərə müraciət etdi

Hazırda ölkənin bir sıra bölgələrində müşahidə olunan qar yağışı və şaxtalı hava şəraiti avtomobil yollarında hərəkəti xeyli çətinləşdirir. Sürüşkən yol örtüyü, məhdud görünüş məsafəsi və qəfil hava dəyişiklikləri yol-nəqliyyat hadisələri riskini artırır.
Hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciətində bildirib ki, qarlı hava şəraitində baş verən qəzaların əsas səbəblərindən biri mövsümə uyğun olmayan və aşınmış şinlərdən istifadədir:

"Bu səbəbdən sürücülərdən xahiş edirik:

• Zərurət olmadıqca uzunməsafəli və dağlıq ərazilərə səfərlərdən çəkinin;

• Nəqliyyat vasitələrinin texniki sazlığını, xüsusilə şinlərin qış mövsümünə uyğunluğunu, diş dərinliyini və təzyiqini mütləq yoxlayın;

• Qarlı və sürüşkən yollarda adi şinlərlə deyil, qış şinləri ilə hərəkət edin;

• Sürət həddini yol və hava şəraitinə uyğun seçin, təhlükəsiz məsafəni qoruyun;

• Yorğun və yuxusuz halda sükan arxasına əyləşməyin".

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bölgələrdə gücləndirilmiş rejimdə xidmət aparır, təhlükəli yol sahələrində nəzarət və sürücülərlə izahedici söhbətlər davam etdirilir.
Bu gün, 13:24
Tramp İranı hədələdi: Etirazçılar öldürülərsə...


Tramp İranı hədələdi: Etirazçılar öldürülərsə...

ABŞ Prezidenti Donald Tramp İranı hədələyib.
Tramp öz "X" hesabında paylaşımında İrandakı etirazçılara atəş açarsa, ölkəsinin köməyə gələcəyini deyib.
"Əgər İran dinc etirazçıları atəşə tutub öldürərsə, ABŞ onların köməyinə gələcək. Biz tam hazırıq və başlamağa hazırıq. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm! Prezident Donald Tramp."
Bu gün, 13:15
ABŞ-dan vətəndaşlarına çağırış: Rusiyanı dərhal tərk edin!


ABŞ-dan vətəndaşlarına çağırış: Rusiyanı dərhal tərk edin!

ABŞ Dövlət Departamenti hazırda Rusiyada olan Amerika vətəndaşlarına ölkəni dərhal tərk etməyi tövsiyə edir.
Dövlət Departamenti Rusiya-Ukrayna müharibəsinin şiddətlənməsi fonunda Rusiyadakı amerikalılar üçün terrorizm, qanunsuz həbs və "yerli qanunların özbaşına tətbiqi" ilə bağlı yüksək risklər barədə xəbərdarlıq edir.
Bu tövsiyə əvvəllər verilsə də, bu həftə dəyişiklik edilmədən yenilənib
"Rusiyadakı ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər. Rusiya rəsmiləri tez-tez ABŞ vətəndaşlarını özbaşına dindirməyə və təhdidlərə məruz qoyurlar", - açıqlamada deyilir.
Bu gün, 12:59
200 nəfəri daşıyan qayıq aşdı - Ölənlər var


200 nəfəri daşıyan qayıq aşdı - Ölənlər var

Qambiya sahillərində təxminən 200 miqrantı daşıyan qayıq aşıb.
Yerli hakimiyyət orqanları bildirib ki, qayığın aşması nəticəsində ən azı 7 nəfər ölüb, onlarla insan itkin düşüb. Miqrantlar Avropaya çatmağa çalışırdılar və İspaniyanın Kanar adalarına gedirdilər.
Faciə gecə yarısı şimal sahilində baş verib. Qambiya Müdafiə Nazirliyi bildirib ki, qayıq daha sonra qum sahilində tapılıb.
İndiyə qədər 96 nəfər xilas edilib və qalan sərnişinlərin axtarışı davam edir. Hakimiyyət orqanları ölənlərin bir neçəsinin Qambiya vətəndaşı olmadığını bildirir.
Qambiya Qərbi Afrikadan Kanar adalarına, daha sonra isə kontinental Avropaya səyahət edən sənədsiz miqrantlar və sığınacaq axtaranlar üçün tranzit nöqtəsi kimi istifadə olunur.
Bu gün, 12:48
Sayğacların ödəniş sistemində xətalar var - "Azəriqaz"dan AÇIQLAMA


Sayğacların ödəniş sistemində xətalar var - "Azəriqaz"dan AÇIQLAMA

Smart-kart tipli bəzi qaz sayğaclarının ödəniş sistemində yaranmış problemin qısa müddətdə aradan qaldırılması istiqamətində ciddi işlər aparılır.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiya şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.
Onun sözlərinə görə, bu il yanvarın 1-dən smart-kart tipli bəzi qaz sayğaclarının ödəniş sistemində yaranmış problem elə həmin gün saat 20:00-da aradan qaldırılsa da, sistem kütləvi əməliyyatlar aparılması zamanı təkrar xətalarla üzləşib: "Məlum olduğu kimi, təqvim ilinin əvvəli olması ilə qədər müraciətlərin sayı da çox olur. Müraciət sayı çox olduğundan yenidən müəyyən xətaların olduğunu aşkar etdik. Yaranmış çətinliyin qısa müddətdə aradan qaldırılması istiqamətində mütəxəssislər çox ciddi şəkildə işlər aparırlar".
Bu gün, 12:37
Hikmət Hacıyev: Tramp administrasiyasının tam dəstəyinə malikik


Hikmət Hacıyev: Tramp administrasiyasının tam dəstəyinə malikik

Tramp administrasiyası Azərbaycanın sülh gündəliyinə sadiqlik nümayiş etdirib.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "The Washington Times" qəzetinə deyib.
Nəşrin Azərbaycanla Ermənistan arasında sülh quruculuğu işlərinə, ABŞ Konqresində 907-ci düzəlişin ləğvinə doğru atılan addımlara, rəsmi Bakının Rusiya ilə münasibətlərinə, Azərbaycan İsrail əlaqələrinə həsr edilən məqaləsində H.Hacıyevə istinadən ABŞ Prezidentinin bu sülh gündəliyinə dərhal qarşılıq verməsi qiymətləndirilməli məqam kimi qeyd olunub.
Bununla belə H.Hacıyev 907-ci düzəlişin mövcudluğunun sülhə qarşı işlədiyini deyib:
"Hər iki hökumət - Azərbaycan və Ermənistan - sülhü möhkəmləndirmək üçün gərgin iş aparırlar. Lakin Konqresdə bəziləri tamamilə lazımsız və ayrıseçkilik toxumları olan qanunvericilik aktları təqdim edirlər".
H.Hacıyev Bayden-Blinken administrasiyasının Azərbaycan-ABŞ münasibətlərinə zərbə vurduğunu da bəyan edib. O qeyd edib ki, Donald Trampın dövründə istiləşən ABŞ-Azərbaycan münasibətləri əvvəlki administrasiyanın yanaşması ilə kəskin təzad təşkil edir:
"Bayden və Blinken administrasiyası ilə təəssüf ki, çoxlu anlaşılmazlıqlar var idi və onlar münasibətlərə çox ziyan vurdular".
O xatırladıb ki, Bayden administrasiyası Əfqanıstan missiyası bitdikdən dərhal sonra 907-ci maddə məhdudiyyətlərini yenidən tətbiq edib.
H.Hacıyev Tramp administrasiyası ilə pozitiv əməkdaşlıq nümunəsi kimi onun birinci prezidentliyi dövründə administrasiyanın Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Xəzər qazının Avropa bazarına çatdırılmasında həlledici rol oynadığını xatırladıb.
Azərbaycanın Ermənistanla iqtisadi münasibətlər qurma cəhdlərinə toxunan H.Hacıyev bu ölkəyə neft məhsullarının ixracını, Ermənistan bazarlarına taxıl tranzitinə yaradılan şəraiti qeyd edib.
"Bu simvolik görünə bilər, lakin simvolizmlə yanaşı həqiqətən də mühüm geosiyasi çalarlar var. Biz sülhü təkcə Ermənistan hökuməti ilə deyil, həm də Ermənistan xalqı ilə qururuq", - H.Hacıyev bildirib.
Azərbaycanın dini baxımdan tolerantlıq məkanı olduğunu vurğulayan Prezidentin köməkçisi ölkənin qeyri-sabit regionda Qərblə əməkdaşlıq üçün təbii tərəfdaş olduğunu bəyan edib:
"Bizdə yəhudi, xristian və müsəlman icmaları əsrlərdir ki, yanaşı yaşayırlar. Bu bizim ənənəmiz, kimliyimizdir. Bizim sülh gündəliyimiz üçün daha güclü qətiyyətimiz var və biz Tramp administrasiyasının tam dəstəyinə malikik".
Bu gün, 12:25
Böyük fəlakətlərə yol açan qərardan 930 il ötür


Böyük fəlakətlərə yol açan qərardan 930 il ötür

Bu gün Yaxın Şərq və Avropa tarixində böyük faciələrə yol açan hadisənin - Xaç yürüşlərinin başlanmasından 930 il ötür.
1095-ci ilin bu günü Papa II Urban Qüdsdəki ən vacib xristian ziyarətgahlarını müsəlmanların əlindən geri almaq məqsədi daşıyan Birinci Səlib yürüşü elan etdi. 1095-ci ilin qışının əvvəlində bu misli görünməmiş təşəbbüsün ilk iştirakçıları Avropa yolları ilə Şərqə doğru yola düşməyə başladılar.
I Xaç yürüşü hədəfinə çataraq Qüdsün ələ keçirilməsi ilə başa çatsa da, sonradan müsəlman qüvvələri ilə II əsrdən çox davam edən döyüşlər başladı. Ümumilikdə, həyata keçirilən 8 xaç yürüşü yüzminlərlə insanın ölümünə və Yaxın Şərqin xarabalığa çevrilməsinə yol açdı.
Bu gün, 12:19
Sabah 20 dərəcə şaxta olacaq


Sabah 20 dərəcə şaxta olacaq

Sabah havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti olacaq.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 2-dən 3-nə keçən bəzi şəhərətrafı ərazilərdə az yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi 773 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 7-12° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 3-7° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
Bu gün, 11:22
Bakıda bu yolda sürət 20 km/saat-a endirildi


Bakıda bu yolda sürət 20 km/saat-a endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.
Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!