4-01-2026, 16:37
Paytaxt dəyişdirildiEkvatorial Qvineyanın paytaxtı ölkənin təhlükəsizliyini artırmaq və logistikanı yaxşılaşdırmaq məqsədilə adadan materik hissəyə köçürülüb.
Bu barədə Afrika ölkəsinin Prezidenti Teodoro Obianq Nquema Mbasoqo müvafiq fərman imzalayıb.
Fərmana əsasən, Syudad-de-la-Pas şəhəri respublikanın yeni paytaxtı olub. Malabo şəhəri isə bu statusdan məhrum edilib.
Qeyd edək ki, Syudad-de-la-Pasın gələcək paytaxt kimi tikintisinə 2012-ci ildə başlanılıb. Şəhər Ekvatorial Qvineyanın materik hissəsinin tam mərkəzində, Vele çayı üzərində, Atlantik okeanı sahilindən 160 km şərqdə yerləşir.
4-01-2026, 16:08
Rus ordusu bu yaşayış məntəqəsini işğal etdiRusiya Silahlı Qüvvələri Xarkov vilayətindəki Podoli yaşayış məntəqəsini işğal edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
4-01-2026, 15:56
İranın XİN başçısı: Azərbaycanla münasibətlərin gücləndirilməsi zəruridirİranın xarici işlər naziri Abbas Əraqçi bu ölkənin Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşündə Azərbaycanla münasibətlərin perspektivi barədə danışıb.
Bu barədə İranın xarici siyasət idarəsinin rəhbərinin "Telegram" kanalında məlumat paylaşılıb.
Bildirilib ki, səfir A. Əraqçini ikitərəfli münasibətlərin son vəziyyəti barədə məlumatlandırıb.
İran XİN-in rəhbəri yaxşı qonşuluq siyasətinin daha təsirli şəkildə irəlilədilməsi üçün Azərbaycanla iqtisadi, tranzit, siyasi, mədəni və humanitar sahələrdə münasibətlərin davamlı şəkildə gücləndirilməsi və genişləndirilməsi zərurətini vurğulayıb.
4-01-2026, 15:40
Yunanıstanda böyük kriz: Hava limanları bağlandıYunanıstanda radio tezlikləri ilə bağlı yaranan texniki problemlər səbəbindən ölkə üzrə bütün hava limanları müvəqqəti olaraq bağlanıb.
Havada olan təyyarələr təhlükəsizlik məqsədilə Türkiyə hava limanlarına yönləndirilib.
Uçuşların nə vaxt bərpa ediləcəyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Məlumata görə, baş verən nasazlıq səbəbindən aviareyslərdə ciddi gecikmələr müşahidə olunur.
Səlahiyyətli qurumlar problemin aradan qaldırılması istiqamətində işlərin davam etdiyini bildirir.
4-01-2026, 15:24
Britaniyada dron hücumuBöyük Britaniyanın Oksfordşir qraflığının Bister şəhərində yerləşən 1 100 yerlik Bullinqdon həbsxanasına dron dəstələrinin hücumu olub.
Bu yolla məhbuslara narkotik və silah ötürülüb.
Bildirilir ki, basqın gecə saatlarında baş verib. Bundan əlavə, PUA-ları kənarlaşdırmağa çalışan mühafizəçilər də hücuma məruz qalıblar.
Qeyd olunub ki, torların olmaması, həmçinin pəncərələrin zəif konstruksiyası və ya zədəli olması problemi daha da dərinləşdirib.
Hadisə ilə bağlı araşdırmaların aparıldığı, müəssisənin təhlükəsizliyi üçün vəsait ayrılacağı bildirilib.
4-01-2026, 15:10
Bakı-Şamaxı-Yevlax yolunda buzlaşma - Hərəkət dayandırıldıBuzlaşma səbəbindən Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti dayandırılıb.
Hazırda ərazidə hər iki istiqamətdə 100-dən çox avtomobil dayanıb.
Görüləcək işlərdən sonra yolda hərəkətin bərpa olunacağı gözlənilir.
4-01-2026, 14:57
Çin ABŞ-yə müraciət etdiÇin Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın administrasiyasına müraciət edərək, Venesuela lideri Nikolas Maduronun azad edilməsini istəyib.
Bu barədə Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Çin ABŞ-ni Prezident Nikolas Maduronun və onun həyat yoldaşının şəxsi təhlükəsizliyini təmin etməyə, onları dərhal azad etməyə, Venesuela hökumətinin devrilməsini dayandırmağa və problemləri dialoq və danışıqlar yolu ilə həll etməyə çağırır”, - deyə məlumatda bildirilir.
Çin Xarici İşlər Nazirliyi həmçinin vurğulayıb ki, Vaşinqtonun hərəkətləri beynəlxalq hüququn, beynəlxalq münasibətlərin fundamental normalarının, habelə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin açıq şəkildə pozulmasıdır.
4-01-2026, 14:35
Azərbaycanla Türkiyə arasında yeni qaz tədarükü sazişiAzərbaycan və Türkiyə arasında 33 milyard kubmetr qaz tədarükünə dair saziş imzalanıb.
Bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar bildirib.
Nazir iki gün əvvəl Azərbaycanla yeni təbii qaz sazişinin imzalandığını açıqlayıb
“İki gün əvvəl Azərbaycanla təbii qaz sahəsində 33 milyard kubmetr həcmində yeni razılaşma əldə etdik. Xəzər dənizindəki Abşeron yatağından hər il 2,25 milyard kubmetr olmaqla, 15 il müddətində qaz tədarükü həyata keçiriləcək. Bu saziş 2029-cu ildə qüvvəyə minəcək və 2040-cı illərə qədər davam edəcək. Mövcud infrastrukturdan istifadə etməklə, bu qazı Bakı–Tbilisi–Ərzurum boru kəməri ilə ölkəmizə gətirəcəyik.”
4-01-2026, 14:24
ABŞ Maduroya Türkiyədə sığınacaq təklif edibmişABŞ 2025-ci il dekabrın 23-də Venesuela Prezidenti Nikolas Maduroya ölkəsini tərk edərək Türkiyəyə getməyi təklif edib.
Bu barədə “The New York Times”-a (NYT) adı açıqlanmayan ABŞ rəsmisi məlumat verib.
Lakin Venesuela Prezidenti bu planı “qəzəblə rədd edib”. Nikolas Maduronun reaksiyasından aydın olub ki, o, Vaşinqtonun təkliflərini ciddi şəkildə nəzərdən keçirməyi planlaşdırmır.
Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelada hərbi əməliyyat keçirib, desant qüvvələri Nikolas Maduro və həyat yoldaşını ələ keçirib. Hazırda Venesuela Prezidenti və həyat yoldaşı Nyu-Yorka gətirilib.
4-01-2026, 13:56
Türkiyədə 202 nəfər saxlanıldıTürkiyənin 14 vilayətində silah qaçaqmalçılığına qarşı əməliyyat keçirilib.
Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial media hesabında paylaşım edib.
Nazir bildirib ki, iki həftə ərzində İstanbul başda olmaqla, 14 vilayətdə silah qaçaqmalçılığına qarşı keçirilən əməliyyat nticəsində 398 tapança, 175 ov tüfəngi, 32 avtomat ələ keçirilib. Nazirin sözlərinə görə, qaçaqmalçılıqla məşğul olmaqda şübhəli bilinən 202 nəfər saxlanılıb.
Bundan başqa, qanunsuz silah istehsalı ilə məşğul olan dörd emalatxananın fəaliyyəti dayandırılıb.