Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                        SEPAH-ın iki əməkdaşı öldürdüldü .....                        Bu məktəbdə dərslər dayandırıldı - Bina qəzalı imiş .....                        "Fənərbağça" sabiq qapıçısını transfer etdi .....                        Azərbaycanlı gənc ABŞ-də itkin düşdü .....                        Bakıda daha bir ərazidə yaşayış binası plana düşdü .....                        Bələdiyyə sədrinin ölkədən çıxışına “stop” qoyuldu .....                        ABŞ senatı Trampa qadağa qoydu .....                       
6-01-2026, 12:02
“Yeni Klinika”nın ginekoloquna cinayət işi açıldı


“Yeni Klinika”nın ginekoloquna cinayət işi açıldı

Xəstənin ölümündə təqsirləndirilən həkim barəsində cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Bu barədə Bakı şəhəri Nizami rayon prokurorluğunun məlumatında deyilir.
“Yeni Klinika” PHŞ-nin Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin Ginekologiya şöbəsində həkim-mama-ginekoloq işləyən Sevinc Məmmədova tərəfindən icra edilmiş cərrahiyyə əməliyyatı nəticəsində Günay Məmmədovanın ötən il mayın 18-də ölməsi faktı üzrə Bakı şəhəri Nizami rayon prokurorluğunda araşdırma aparılaraq Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə keçirilmiş çoxsaylı ekspertiza rəyləri və əldə edilmiş digər istintaq dəlillərinə əsasən, Sevinc Məmmədovanın ötən il mayın 6-da “Yeni Klinika” PHŞ-də Günay Məmmədovanın üzərində icra etdiyi cərrahiyyə əməliyyatı zamanı texniki qüsur törətməsi və qanaxmanın mənbəyini aradan qaldırmaq üçün cərrahi müdaxiləni gecikdirməsi nəticəsində mayın 18-də xəstənin həmin klinikada ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Sevinc Məmmədova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib, barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə əsas, məhkəmənin qərarı ilə isə vəzifədən kənarlaşdırılma növündə əlavə qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq yekunlaşıdırlaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
6-01-2026, 11:50
5 milyon manatdan çox qaçaqmal tutuldu


5 milyon manatdan çox qaçaqmal tutuldu

Ötən ay dövlət sərhədində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 5 milyon 32,289 min manat оlan qaçaqmal tutulub.
Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, ötən ay ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 331 kiloqram 53 qram narkоtik vasitə və 1548 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.
6-01-2026, 11:18
Prezident idarəetmədə islahatların davam edəcəyini anons etdi - Deputat


Prezident idarəetmədə islahatların davam edəcəyini anons etdi - Deputat

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib ki, Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də, bütövlükdə ölkəyə tətbiq oluna bilər. “Çünki bu da operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur”, - Prezident əlavə edib.
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Prezidentin bu açıqlaması yerli idarəetmə strukturunun təkmilləşdirilməsinin davam etdiriləcəyi baxımdan vacib bəyanatdır.
“Paytaxt ilə regionlar arasında iqtisadi fərqin minimumlaşdırılması üçün yerli idartəetmə sistemində islahatların davam etdirilməsi aktual məsələlərdəndir. Regionlarda formalaşdırılan infrastrukturun daha çox dəyərə çevirlməsi üçün struktur islahatların rolu heç də az deyil.
Aydındır ki, yeni dövrün yeni tələbləri var. Bu tələblər isə struktur islahatları nəticəsində bögələrimizə daha çox sərmayənin cəlb edilməsini aktuallaşdırıb. Hazırda Azərbaycan 14 iqtisadi rayon var. Bununla belə, Bakı şəhərindəki, Naxçıvan MR-dəki rayonlar daxil olmaq respublikada 76 rayon mövcuddur (12-si Bakıda, 7-si Naxçıvan MR-də, 57-si respublika tabeli rayon). Göründüyü kimi, rayonların sayı iqtisadi rayonların sayından 5.4 dəfə çoxdur.
Bütün bunlar kontekstində isə cənab Prezidentin rəhbərliyi ilə struktur və institutsional islahatların davam edəcək. Bu isə Azərbaycan üçün yeni dövrün yeni hədəflərinə uyğun olaraq yeni idarəetmə modeli deməkdir”, - V.Bayramov qeyd edib.
6-01-2026, 11:14
Maduronun ilk məhkəməsində nələr oldu: növbəti prosesin vaxtı açıqlandı


Maduronun ilk məhkəməsində nələr oldu: növbəti prosesin vaxtı açıqlandı

Dünən – yanvarın 5-də Venesuelanın devrilmiş prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin işi üzrə ilk məhkəmə iclası keçirilib. 3 yanvarda ABŞ Venesuelada hərbi əməliyyat keçirib və bu əməliyyat zamanı Maduro ilə xanımı qaçırılaraq Amerikaya aparılıb.
Dinləmə Nyu-Yorkun Cənub Dairəsi üzrə federal məhkəmədə baş tutub.
Maduro məhkəmə zalına əli qandalsız, lakin topuqlarında qandallarla gətirilib.
Maduro ispan dilində danışıb və tərcüməçidən istifadə edib.
Məhkəməyə sədrliyi 92 yaşlı hakim Alvin Hellerstein edib. O, əvvəllər ABŞ prezidenti Donald Trampa qarşı çıxardığı qərarla tanınır. Məsələn, o, Trampın pornoaktrisa Stormi Danielsə ödənişləri ilə bağlı işdə hökmü ləğv etmək cəhdlərini rədd etmiş və həmçinin Trampın Venesuela miqrantlarını deportasiya etmək əmrinin konstitusiyaya zidd olduğuna qərar vermişdi.
Maduro və Flores 4 maddə üzrə - narkoterrorizm, ABŞ-a kokain tədarükü, odlu silahlar saxlamaq və sui-qəsddə ittiham olunurlar.
N.Maduro məhkəmədə günahsız olduğunu bəyan edib.
"Mən Venesuela prezidentiyəm, özümü müharibə əsiri hesab edirəm. Məni Karakasdakı evimdən tutublar. Mən günahsızam!”, - deyə o, məhkəmədə bildirib.
Onun həyat yoldaşı Siliya Flores də günahsız olduğunu bəyan edib.
Maduro və həyat yoldaşının hüquqladını vəkillər Barri Pollak və Mark Donnelli müdafiə edirlər.
Maduronun vəkilləri deyiblər ki, o, suveren dövlətin başçısıdır və toxunulmazlıq hüququna malikdir.
CNN-in məlumatına görə, Maduronun vəkilləri onun səhhətində problemlər olduğunu bildiriblər. Vəkillər deyiblər ki, Siliya Floresin qaçırılma zamanı qabırğaları sınıb və o, ciddi şəkildə zədələnib.
Vəkil Pollak müvəkkillərinin həbsini hərbi adam oğurluğu kimi təsvir edib.
Məhkəmə Maduronun qanuni olaraq tələb olunan Venesuela konsulluq rəsmilərinin ziyarətlərinə icazə verməyə razılaşıb.
Növbəti məhkəmə iclası 17 martda keçiriləcək.
Amerika mediasının məlumatına görə, Maduronun məhkəməsi 2027-ci ildən tez başlamayacaq. 5 yanvarda hakim yalnız sübutların mübadiləsi və ilkin vəsatətlər üçün cədvəli təsdiqləyib.
Nikolas Maduro və həyat yoldaşı Siliya Flores məhkəmə iclasından sonra Bruklindəki istintaq təcridxanasına qaytarılıblar.
6-01-2026, 11:03
Azərbaycanda qəzetlər bahalaşdı


Azərbaycanda qəzetlər bahalaşdı

Azərbaycanda bir sıra qəzetlər bahalaşıb.
Artımlar yanvarın 5-dən başlayaraq tətbiq edilir.
Belə ki, hazırda “525-ci qəzet” 40 qəpik artırılaraq 1 manata, “Bakı Xəbər” 40 qəpik artırılaraq 60 qəpiyə, “Novoye Vremya” 60 qəpik artırılaraq 70 qəpiyə, “Səs” 60 qəpik artırılaraq 1 manata satılır.
60 qəpiklik krosvord qəzetlərinin də qiyməti 10 qəpik artırılıb.
Xatırladaq ki, Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən qəzetlərin həftədə 1 nömrəsinin çapına maliyyə yardımı göstərilir və bu məqsədlə onlara aylıq 5 min manat vəsait ödənilir, qəzetin eyniadlı veb-saytına isə aylıq 3 min manat (əsaslı yenilənmə niyyəti ifadə edilibsə, ilk ay 5 min manat olmaqla) maliyyə yardımı göstərilir.
MEDİA-nın əvvəlki müsabiqələrində isə həftədə 1 nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5 min manat, həftədə 5 nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 15 min manat, qəzetin eyniadlı veb-saytına isə aylıq 3 min manat (əsaslı yenilənmə niyyəti ifadə edilibsə, ilk ay 5 min manat olmaqla) məbləğində maliyyə yardımı göstərilirdi.
6-01-2026, 00:56
Qərb yarımkürəsi Amerikanın elan edildi


Qərb yarımkürəsi Amerikanın elan edildi

ABŞ hökuməti Qərb yarımkürəsini rəsmi şəkildə öz maraq zonası elan edib.
Bu barədə ABŞ Dövlət Departamenti sosial şəbəkədə yaydığı açıqlamada məlumat verib.
Bildirilib ki, Qərb yarımkürəsi ABŞ üçün xüsusi və prioritet maraq sahəsidir:
"Bu, bizim yarımkürəmizdir və Prezident Donald Tramp ABŞ-a hər hansı təhlükənin yaranmasına yol verməyəcək”.
6-01-2026, 00:42
"Bunu Mirşahin yaxşı bilir" - Prezident


"Bunu Mirşahin yaxşı bilir" - Prezident

“Əlbəttə ki, bu düzəliş bizə qarşı tətbiq olunanda bu, çox böyük ədalətsizlik, eyni zamanda, ovaxtkı Azərbaycan rəhbərliyinin buna laqeyd yanaşması idi. O vaxt Azərbaycan hakimiyyəti və onun diplomatiyası hansı səviyyədə idi, yəqin ki, bunu ancaq Mirşahin burada oturanlardan yaxşı bilir”.
Bu fikri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı Azərbaycan Televiziyasından Mümtaz Xəlilzadənin sualına cavab verərkən deyib.
“Siz o vaxt çox gənc idiniz, bəlkə də uşaq idiniz. Əlbəttə ki, bu, biabırçı bir mənzərə idi. Azərbaycan diplomatiyasına rəhbərlik edən insanlar heç bir dildə danışa bilmirdilər, hətta Azərbaycan dilində düz-əməlli danışa bilmirdilər və heç bir təcrübəsi olmadan, yəni hansısa diplomatiyaya, siyasətə aid olmayan sahələrdən gətirilərək bu mühüm vəzifələrə təyin olundular. Ovaxtkı AXC-Müsavat hakimiyyəti, ümumiyyətlə, peşəkarlardan ibarət deyildi, əksinə, çox təsadüfi insanlar hakimiyyəti zəbt etmişdilər və faktiki olaraq Azərbaycanı məhvə doğru aparırdılar. Ondan cəmi bir il sonra xalqın tələbi ilə hakimiyyətdən biabırcasına getməyə məcbur oldular. Ona görə bax, bu iki amil önəmli rol oynamışdır”, - deyə Prezident vurğulayıb .
O bildirib ki, əgər Azərbaycan o vaxt öz haqq sözünü Amerika rəhbərliyinə çatdıra bilsəydi, əgər mübarizə aparsaydı, onda bəlkə də Konqresdə erməni lobbisi tərəfindən təşkil edilmiş bu məsələyə Amerika administrasiyası başqa prizmadan da baxa bilərdi:
“Hər halda Konqres müstəqil orqan olsa da, xarici siyasətlə bağlı olan məsələləri bir çox hallarda Prezident Administrasiyası ilə müzakirə edir. Məndə olan məlumata görə, o vaxt Azərbaycanda hakimiyyətdə olanlar heç bilmirdilər ki, gündəlikdə belə bir məsələ var, belə bir qanun qəbul olunacaq və Azərbaycana qarşı bu ədalətsiz düzəliş tətbiq ediləcək”.
6-01-2026, 00:37
Venesuelanın prezidenti kimi and içdi


Venesuelanın prezidenti kimi and içdi

Venesuelanın vitse-prezidenti Delsi Rodriges ölkə prezidentinin səlahiyyətlərini icra edən şəxs kimi and içib.
Onu Parlamentin sədri Xorxe Rodriges qəbul edib.
"Mən buraya Venesuela Bolivar Respublikasının konstitusiya prezidenti Nikolas Maduro Morosun icraçı vitse-prezidenti kimi and içmək üçün gəlmişəm. Mən bunu vətənimizə qarşı qanunsuz hərbi təcavüzün Venesuela xalqına vurduğu əzablara görə ağrı ilə edirəm", - o deyib.
6-01-2026, 00:31
İlham Əliyev işdən çıxardığı icra başçısından danışdı


İlham Əliyev işdən çıxardığı icra başçısından danışdı

"Mən Naxçıvanda da xüsusi nümayəndə institutu yaratmışam. Ancaq əfsuslar olsun ki, oraya təyin etdiyim kadr etimadımı doğrultmayıb və buna görə vəzifəsindən çıxarılmışdır".
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.
"Bu yaxınlarda Bakının rayonlarının birinə icra başçısı təyin edilmişdir. Özü də noyabr ayındakı o təyinatda qrup şəklində bir neçə icra başçısı təyin edilirdi. İnsanlara diqqət, iş adamlarına dəyməmək, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə, sosial ədalət barədə mənim verdiyim tapşırıqlar, sözlər mətbuatda gedib. Amma təyin etdiyim adamlardan birini mən bir aydan sonra vəzifəsindən çıxartmışam. Yəni bu, məni çox məyus edir. Çünki bilirsiniz, mən artıq 22 ildir ki, bu vəzifədəyəm və bu illər ərzində bir çox kadrları vəzifəyə təyin etmişəm, etimad göstərmişəm. Hər dəfə yeni təyin edilən icra başçısı ilə mənim ya görüşlərim, ya telefonla söhbətim olur. Onların bəziləri televiziyaya, mətbuata verilir, bəziləri verilmir və tövsiyələrim də təxminən çox da dəyişmir. Məyus edən də odur ki, əfsuslar olsun, gənc kadrlar arasında da pozuntulara yol verənlər var. Yəni burada gənc nəsil, yaşlı nəsil söhbəti getmir. İnsanların keyfiyyətindən söhbət gedir, ailədə, məktəbdə, cəmiyyətdə aldığı tərbiyədən söhbət gedir. Ona görə etimad göstərilir, onu doğruldan həmişə dəstəklənir. Mən həmişə kadrlara ədalətli olmuşam. Amma etimadı doğrultmayan, əyri yola gedənlər, əlbəttə ki, ya cinayət məsuliyyətinə cəlb edilir, - belə hallar kifayət qədər çoxdur, - ya da ki, inzibati qaydada cəzalandırılır. Nə deyə bilərəm, mən davam edəcəyəm, bu proses hamar deyil. Struktur islahatlarının aparılması təbii ki, vacibdir. Amma saf, təmiz kadrların yetişdirilməsi ondan daha vacib məsələdir və mənim təcrübəm onu göstərir ki, bu, daha vacib məsələdir, nəinki struktur dəyişiklikləri", - deyə dövlət başçısı qeyd edib.
Xatırladaq ki, Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən 47 gün sonra işdən çıxarılıb.
6-01-2026, 00:28
23 yaşlı qadın dəm qazının qurbanı oldu


23 yaşlı qadın dəm qazının qurbanı oldu

Cəlilabadda 23 yaşlı qadın dəm qazından boğularaq ölüb.
Hadisə Cəlilabad rayonunun Üçtəpə kəndində baş verib.
Belə ki, kənd sakini 2003-cü il təvəllüdlü Şükran Sakit qızı İsayeva yaşadığı evin vanna otağında dəm qazından boğularaq ölüb.
Meyit daxili və xarici müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Cəlilabad Rayon prokurorluğunda araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!