Oxumadan "Prava" almaq istəyənlərə XƏBƏRDARLIQ .....                        Bayraktar: Normallaşma Ermənistanla əməkdaşlığı gücləndirəcək .....                        Azərbaycanda ticarət mərkəzində dava .....                        Nərimanovda yaşayış binasında yanğın .....                        Təcili İranı tərk edin! - ÇAĞIRIŞ .....                        Yardımlıda ATIŞMA: Nə baş verir? .....                        Tramp İrana zərbə ehtimalını nəzərdən keçirir .....                        "Qarabağ" Nigeriyada bəyəndiyi iki oyunçunu Azərbaycana gətirir .....                        Müharibə üçün hər şey hazırdır! – Hər an başlaya bilər .....                       
13-01-2026, 14:50
İmamoğlu Ərdoğana təzminat ödəyəcək - Məbləğ açıqlandı


İmamoğlu Ərdoğana təzminat ödəyəcək - Məbləğ açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində səsləndirdiyi fikirlərə görə açdığı mənəvi təzminat davası üzrə məhkəmə qərarı açıqlanıb.
İstanbul 23-cü Asliye Hüquq Məhkəməsində keçirilən iclasda tərəflərin vəkilləri iştirak edib.
Məhkmədə çıxış edən iddiaçı tərəfin vəkili Ferah Yıldız bildirib ki, Əkrəm İmamoğlu ifadələri ilə Prezident Ərdoğanı və dövlət qurumlarını açıq şəkildə hədəf alıb. Vəkil qarşı tərəfin iddialarını təsdiqləyən heç bir sübut təqdim etmədiyini də vurğulayıb.
Cavabdeh tərəfin vəkili isə prosesin təxirə salınmasını xahiş edib. Son söz hüququ verilən iddiaçı vəkil Ferah Yıldız, məhkəmədən iddialarının təmin olunmasını istəyib.
Qərarını elan edən hakim davanın qismən təmin edildiyini, 150 min lirə məbləğində mənəvi təzminatın hadisə tarixindən etibarən hesablanacaq qanuni faizlə birlikdə Əkrəm İmamoğludan alınaraq Prezident Rəcəb Tayyib Ərdoğana ödənilməsinə hökm edib.
Xatırladaq ki, məhkəməyə təqdim olunmuş iddia ərizəsinə əsasən, Əkrəm İmamoğlu 20 mart 2025-ci ildə sosial şəbəkə hesabından Prezident Rəcəb Tayyib Ərdoğanının şəxsi və peşə fəaliyyətinə yönəlmiş həqiqətə uyğun olmayan ifadələr işlətmişdi.
13-01-2026, 14:34
Fransa hədəfinə çata bilmədi


Fransa hədəfinə çata bilmədi

Fransa 2025-ci il üçün istixana qazlarının azaldılması hədəfinə çata bilməyib.
2025-ci ildə emissiyalar tələb olunan 4,6% əvəzinə cəmi 1,6% azalıb.
Əsas azalma sənayedə baş verib, nəqliyyat və tikintidə isə emissiyalarda az və ya heç azalma müşahidə edilməyib.
Hədəfə çatmaq üçün ölkə nüvə enerjisinə və bərpa olunan mənbələrə keçid sürətləndirilir.
13-01-2026, 14:27
İran Rusiyaya ballistik raketlər və dronlar satıb


İran Rusiyaya ballistik raketlər və dronlar satıb

İran Ukrayna müharibəsində Prezident Vladimir Putinə kömək etmək üçün Rusiyaya təxminən 3 milyard dollar dəyərində raket satıb.
Qərb təhlükəsizlik rəsmisinin sözlərinə görə, satın alınmış məhsullar arasında yüzlərlə "Fəth-360" qısa mənzilli ballistik raket, təxminən 500 digər qısa mənzilli ballistik raketlər və təxminən 200 zenit raketi var.
Tehran həmçinin, Şahed-136 kamikaze dronları və Rusiyanın onları Geran-2 adı altında daxili istehsal etməsinə imkan verən texnologiyanı paylaşıb.
2021-ci ilin sonundan bəri Rusiyanın İran hərbi texnikasına 4 milyard dollardan çox pul xərclədiyi təxmin edilir.
Moskva ilə Tehran arasında müqavilələr müharibə başlamazdan əvvəl, 2021-ci ilin oktyabr ayında imzalanıb. İran 2025-ci ilin yanvar ayında Rusiya ilə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb, lakin qarşılıqlı müdafiə müqaviləsi yoxdur və Moskva ötən il İsrail və ABŞ-ın İrana hücumları zamanı Tehrana heç bir praktik yardım təklif etməyib.
13-01-2026, 14:22
İlham Əliyev Ağdərədə vətəndaşın evində oldu - FOTO


İlham Əliyev Ağdərədə vətəndaşın evində oldu - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına kənddə görülmüş işlər barədə məlumat verdi.
Qeyd edək ki, Çapar Ağdərə rayonunun İmarət Qərvənd kənd inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin cənub-şərq yamacında yerləşir. Burada qala və məbəd memarlıq abidələri var. Çapar kəndi Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.
Çaparda mövcud olan fərdi evlərin sayı 104-dür. Onlardan da 41-i yararsız, 63-ü isə qismən yararlıdır. Evlərdən 40-ı artıq istismara hazırdır. İl ərzində daha 23 ev bərpa ediləcək. İlkin olaraq kəndə 26 ailə (96 nəfər) qayıdıb.
Burada sosial məsələlərin həlli ilə bağlı bir çox iş görülüb. Belə ki, 3 ədəd mövcud transformator və elektrik xətti bərpa edilib, yeni elektrik, qaz və rabitə xətləri çəkilib, su şəbəkəsi yaradılıb, su anbarları bərpa olunub. Uzunluğu 6 kilometrə yaxın olan kənddaxili yollar yenidən qurulub. Kənddə yeni salınmış park da sakinlərin istifadəsinə veriləcək.
Sonra Prezident İlham Əliyev kəndə köçən Kəmalə Dadaşovanın ailəsinə baş çəkdi və yaşayış şəraiti ilə maraqlandı.






13-01-2026, 14:17
Zəngəzur dəhlizinin istismara veriləcəyi tarix AÇIQLANDI


Zəngəzur dəhlizinin istismara veriləcəyi tarix AÇIQLANDI

2030-cu ilə qədər Zəngəzur Dəhlizini istismara vermiş olacağıq.
Bunu "Anadolu" Agentliyinə müsahibəsində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
Dəhliz üçün 224 kilometr uzunluğunda olan Qars–İğdır–Aralıq–Dilucu Dəmir Yolu Xəttinin mühüm əhəmiyyət daşıdığını vurğulayan Uraloğlu bildirib ki, layihənin təməli ötən il qoyulub və işlər hazırda davam etdirilir:
“Azərbaycan tərəfi də işlərini davam etdirir. Naxçıvan istiqamətində hələ tamamlanmamış məsələlər var. Ehtimal ki, bu il Azərbaycan tərəfi də işlərə başlayacaq. Zəngəzur dəhlizi isə bildiyiniz kimi ABŞ-nin də prosesə qoşulması ilə gündəmə gəlmişdi. Orada da bu il ərzində müəyyən irəliləyiş olacağını gözləyirik. 2030-cu ilə qədər Zəngəzur dəhlizini istismara vermiş olarıq”, - nazir deyib.
13-01-2026, 14:11
NATO Türkiyədən kömək istədi


NATO Türkiyədən kömək istədi

NATO Türkiyədən Baltikyanı ölkələr üçün kömək istəyib.
Alyans Estoniyanın hava məkanını 2026-cı ilin avqust ayından dekabr ayına qədər patrul etməsi üçün Türkiyədən F-16 qırıcı təyyarələrini bölgəyə yerləşdirməsini istəyib.
Bu istək Rusiyanın Estoniyanın hava məkanını pozmasından sonra alyansın müdafiəsini gücləndirməsi niyyəti ilə bağlıdır.
Hələlik Ankara bu istəyə cavab verməyib.
13-01-2026, 13:59
“Qozlukörpü” SES-in açılışı oldu - FOTO


“Qozlukörpü” SES-in açılışı oldu - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Qozlukörpü kəndində “Qozlukörpü” Su Elektrik Stansiyasının (SES) açılışında iştirak edib.
“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına bu stansiya, həmçinin Qarabağda və Şərqi Zəngəzurda yerləşən Su Elektrik stansiyalarının vəziyyəti, Tərtərçay silsiləsinin mövcud və perspektiv hidroenerji potensialı barədə məlumat verdi.
Bildirildi ki, işğaldan azad edilmiş ərazilərimizdə istismar olunan 307 MVt gücündə 38 Su Elektrik Stansiyasında 2025-ci ildə 750 milyon kilovat-saat yaşıl enerji istehsal edilib. Bununla da 160 milyon kubmetr təbii qaza qənaət olunub, 280 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.
Tərtərçayın hidroenerji potensialının 30 SES olması müəyyən edilib. Hazırda 22 SES “Azərenerji” ASC tərəfindən istismardadır, 5 SES-in tikintisi icra olunur, 3 SES-in inşası nəzərdə tutulur. Qeyd edək ki, Tərtərçay tamamilə ölkə daxilində formalaşır.
Prezident İlham Əliyevin Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq Ağdərə rayonunda, regionun ən iri su arteriyası olan Tərtərçay üzərində inşa edilmiş “Qozlukörpü” Su Elektrik Stansiyası 14,7 meqavat gücündədir. Sərt relyef, iqlim şəraiti və çətin logistika səbəbindən tikinti prosesi digər bölgələrlə müqayisədə daha çox vaxt tələb etməsinə baxmayaraq, layihə qısa müddətdə uğurla icra olunub. Dəniz səviyyəsindən 955 metr yüksəklikdə müasir baş suqəbuledici qurğu yaradılıb. Bütün texniki və ekoloji amillər nəzərə alınmaqla inşa edilən bu qurğudan stansiyaya suyun ötürülməsi üçün çətin dağlıq ərazidə 13 kilometr uzunluğunda derivasiya borusu çəkilib. Burada ölkədə ilk dəfə olaraq müasir enerji istehsalında istifadə edilən qurğular quraşdırılıb. Onlar azsulu dövrlərdə 25 faiz, bolsulu dövrlərdə isə 100 faiz məhsuldarlıqla fasiləsiz işləyə bilir.
Stansiyanın ölkə enerjisiteminə qoşulması üçün açıq paylayıcı qurğu yaradılıb, həmçinin optik kabel xətti çəkilərək stansiya rəqəmsal idarəetmə sisteminə inteqrasiya olunub.
Burada il ərzində orta hesabla 43 milyon kilovat-saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur ki, bununla da 9,5 milyon kubmetr təbii qaza qənaət ediləcək, 18 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq.
Qeyd edək ki, layihə çərçivəsində ətraf mühit amillərinə diqqət yetirilib. Belə ki, çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması üçün xüsusi hidrotexniki qurğular tikilib. Bunlar, eyni zamanda, zərərli maddələrin suya qarışmasının qarşısını almaqla, onun keyfiyyət göstəricilərində heç bir dəyişiklik etmədən aşağı axarda yenidən çaya qaytarır. Ətraf mühitə dost texnoloji avadanlıqlardan istifadə çay ekosisteminin dayanıqlığını təmin etməklə yanaşı, su ehtiyatının formalaşmasına da töhfə verəcək.









13-01-2026, 13:35
Xaçmazda məzar daşını yararsız hala salan şəxs saxlanıldı - FOTO


Xaçmazda məzar daşını yararsız hala salan şəxs saxlanıldı - FOTO

Xaçmaz rayonunda qəbiristanlıqda məzar daşlarından birinin sındırılması barədə polisə məlumat daxil olub.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə məzar daşına qəsdən ziyan vuran Həbib Səfərbəyov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb. H.Səfərbəyov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam edir.



13-01-2026, 13:30
Azyaşlıları cinayətə sövq edənlər həbs olundular - VİDEO


Azyaşlıları cinayətə sövq edənlər həbs olundular - VİDEO

Bakının mərkəzi küçələrində yetkinlik yaşına çatmayan iki nəfəri insanlara yaxınlaşaraq əl çantalarını və qiymətli əşyalarını oğurlamağa sövq edən şəxslər həbs edilib.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə həmin şəxslər saxlanılıblar.
Aparılan araşdırmalarla azyaşlıların yaxın qohumları tərəfindən qanunsuz əməllərə sövq edildiyi müəyyən edilib. Tədbirlərin davamı olaraq həmin şəxslər 23 yaşlı İkram Bukavazin və 35 yaşlı Malik Bədirov da müəyyən olunaraq saxlanılıb.
Onların azyaşlıları qeyd olunan qanunsuz əməllərə yönəltdikləri aparılan istintaq hərəkətləri ilə sübuta yetirilib. Faktla bağlı cinayət işi başlanılıb.
İ.Bukavazin və M.Bədirov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.


13-01-2026, 12:48
Tanınmış iş adamının oğlu saxlanıldı - FOTO


Tanınmış iş adamının oğlu saxlanıldı - FOTO

Beyləqan rayonunda 15 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edilməsilə bağlı 5 nəfər saxlanılıb.
Saxlanılan şəxslərdən biri Beyləqanda tanınmış iş adamlarından olan Qəhraman Qəhramanov oğludur.
Belə ki, iş adamı Qəhraman Qəhramanovun oğlu Xəyal Qəhrəmanov şübhəli şəxs qismində saxlanılıb.
Qeyd edək ki, faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!