Oxumadan "Prava" almaq istəyənlərə XƏBƏRDARLIQ .....                        Bayraktar: Normallaşma Ermənistanla əməkdaşlığı gücləndirəcək .....                        Azərbaycanda ticarət mərkəzində dava .....                        Nərimanovda yaşayış binasında yanğın .....                        Təcili İranı tərk edin! - ÇAĞIRIŞ .....                        Yardımlıda ATIŞMA: Nə baş verir? .....                        Tramp İrana zərbə ehtimalını nəzərdən keçirir .....                        "Qarabağ" Nigeriyada bəyəndiyi iki oyunçunu Azərbaycana gətirir .....                        Müharibə üçün hər şey hazırdır! – Hər an başlaya bilər .....                       
16-01-2026, 23:27
ABŞ niyə İranı vurmadı? - TRAMPDAN AÇIQLAMA


ABŞ niyə İranı vurmadı? - TRAMPDAN AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, onu İrana zərbə endirməkdən imtina etməyə heç kim razı salmayıb və bu qərarı özü verib.
Ağ Ev rəhbəri bu açıqlamanı Ağ Evin Cənub çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən verib.
Ərəb dövlətlərinin və İsrailin nümayəndələrinin onu İrana zərbə endirməməyə çağırıb-çağırmadığı ilə bağlı suala cavabında Tramp bildirib ki, “heç kim onu razı salmayıb, o, özü özünü buna inandırıb”.
16-01-2026, 23:05
"Neftçi"də bir transfer, iki ayrılıq


"Neftçi"də bir transfer, iki ayrılıq

"Neftçi" basketbol komandası heyətini yeni oyunçu ilə gücləndirib.
Amerikalı basketbolçu Ayzeya Cerald Braun ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Serbiyalı Sinik Marko və xorvatiyalı Toni Perkoviç ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
16-01-2026, 22:28
40 min nəfər məni İrana çağırır - Pəhləvi


40 min nəfər məni İrana çağırır - Pəhləvi

İranın vəliəhd şahzadəsi Rza Pəhləvi Vaşinqtonda keçirilən mətbuat konfransında mühacirətdəki hökumətin rejimdən narazı olan İran hökumət rəsmiləri və təhlükəsizlik qüvvələri üçün xüsusi məxfi rabitə kanalı yaratdığını açıqlayıb.
Pəhləvi qeyd edir ki, İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH), polisdən, Bəsic milisindən və digər qurumlardan təxminən 40.000 nəfər ona müraciət edib. Vəliəhd vurğulayıb ki, hazırda onların şəxsiyyəti və statusu təsdiqlənir.
O hesab edir ki, İranın Ali Lideri Əli Xamenei və ətrafındakılar onu tezliklə Suriyanın keçmiş prezidenti Bəşər Əsədin yaşadığı Moskvaya qaçmağa cəhd edə bilərlər. O, həmçinin "İranda demokratik inqilabın başlanğıcını" elan edib.
Pəhləvi xalqın dəstəyinə güvəndiyini və İran vətəndaşlarının etimadına güvəndiyini bildirib.
16-01-2026, 21:51
Dövlət Suverenliyi Günü bayramlar sırasına daxil edildi


Dövlət Suverenliyi Günü bayramlar sırasına daxil edildi

20 Sentyabr - Dövlət Suverenliyi Günü iş günü hesab edilən bayram günü olub.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Qanuna əsasən, Dövlət Suverenliyi Günü Azərbaycan Respublikasının bayramları sırasına daxil edilib.
16-01-2026, 21:37
İran XİN başçısı Münhenə dəvət edilmədi


İran XİN başçısı Münhenə dəvət edilmədi

Münhen Təhlükəsizlik Konfransı Almaniya hökumətinin tənqidindən sonra İranın xarici işlər naziri Abbas Əraqçıya göndərdiyi dəvəti geri götürdüyünü açıqlayıb.
Bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, bir neçə həftə əvvəl İran hökumətinin ayrı-ayrı nümayəndələrinə dəvətnamələr göndərilib. Hazırkı hadisələr nəzərə alınmaqla, Münhen Təhlükəsizlik Konfransı bu dəvətnamələri etibarsız hesab etdiyini bildirib.
Təşkilatçılar, həmçinin bildiriblər ki, məqsədləri vacib siyasi məlumatları çatıdıra bilən iştirakçıları dəvət etməkdir, lakin bu zaman siyasi hadisələr də nəzərə alınmalıdır.
16-01-2026, 19:12
26 siyasi partiya Nazirliyə hesabat verdi


26 siyasi partiya Nazirliyə hesabat verdi

Ölkədə dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalar tərəfindən üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə məlumatları Ədliyyə Nazirliyinə təqdim edilib.
Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.4-cü maddəsinə əsasən siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə bir dəfə (yanvar ayının 15-dək) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat təqdim edir.
Xatırladaq ki, Azərbaycanda 26 siyasi partiya dövlət qeydiyyatına alınıb.
16-01-2026, 18:30
MİQ imtahanı niyə pullu oldu? - NAZİRLİKDƏN CAVAB


MİQ imtahanı niyə pullu oldu? - NAZİRLİKDƏN CAVAB

Elm və Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanının ödənişli olmasına münasibət bildirib.
Nazirlikdən bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə «Ümumi təhsil haqqında» Azərbaycan Respublikası Qanununa edilən dəyişiklik nəticəsində müəllimlərin işə qəbulu üzrə müsabiqədə (MİQ) iştirak ilk dəfə iştirak edən şəxslər üçün ödənişsiz, təkrar iştirak etmək istəyənlər üçün isə ödənişli olacaq.
Dəyişikliyə əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər, o cümlədən əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə «Müharibə veteranı» adı almış şəxslər MİQ müsabiqəsində təkrar iştirak etdiyi halda, bu ödənişdən azaddırlar.
«Dəyişikliyin aparılmasında məqsəd MİQ müsabiqəsinin dayanıqlılığının təmin edilməsi, iştirakçıların məsuliyyətinin artırılması və büdcə vəsaitlərindən daha səmərəli istifadə olunmasıdır.
Eyni zamanda Qanuna edilən dəyişiklik sosial ədalətlilik prinsipi qorunmaqla müəllim seçiminin keyfiyyətinin yüksəldilməsinə, təkrar və məqsədsiz müraciətləri azaltmaqla resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsinə xidmət edir.
Xərclərin optimallaşdırılması baxımından effektiv alət kimi qiymətləndirilən bu yanaşma beynəlxalq təcrübədə də geniş tətbiq olunur», — açıqlamada bildirilir.
Qeyd edilib ki, son on ildə təxminən 50 min nəfərə yaxın namizəd MİQ əsasında müddətsiz əmək müqaviləsi ilə işlə təmin olunub.
16-01-2026, 18:14
Türkiyə-Ermənistan sərhədində işlər başa çatır - Açılış olacaq


Türkiyə-Ermənistan sərhədində işlər başa çatır - Açılış olacaq

Türkiyə–Ermənistan sərhədində yerləşən Alican sərhəd-keçid məntəqəsi üzrə aparılan tikinti və yenidənqurma işlərinin 90 faizi tamamlanıb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, işlər Türkiyənin İğdır vilayətinin Qarakoyunlu rayonunda yerləşən Alican sərhəd-keçid məntəqəsində, eləcə də Ermənistanın Armavir vilayətindəki Marqara sərhəd-keçid məntəqəsi ərazisində davam etdirilir. Alijan keçid məntəqəsində gömrük və digər inzibati prosedurlar üçün yeni binalar inşa olunur.
Məlumata görə, Türkiyə tərəfi ərazidə məlumat və reklam lövhələri də quraşdırıb. Həmin lövhələrdə Ermənistandan Türkiyəyə daxil olan şəxslərə İğdır və ətraf bölgələri ziyarət etmək çağırışı yer alır.
Xatırladaq ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Ankaranın Ermənistanla sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması ilə bağlı “çoxdan gözlənilən siyasi qərarı” verəcəyinə ümid etdiyini bildirmişdi.
16-01-2026, 18:03
Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyişdi


Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyişdi

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyişib.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.
Dəyişikliyə əsasən, məzuniyyət vaxtı üçün orta əməkhaqqı hesablanarkən qismən ödənişli sosial məzuniyyətdə və ya işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunacaq.
16-01-2026, 17:55
Buna görə kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək


Buna görə kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək

Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Qanuna əsasən, uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!