Oxumadan "Prava" almaq istəyənlərə XƏBƏRDARLIQ .....                        Bayraktar: Normallaşma Ermənistanla əməkdaşlığı gücləndirəcək .....                        Azərbaycanda ticarət mərkəzində dava .....                        Nərimanovda yaşayış binasında yanğın .....                        Təcili İranı tərk edin! - ÇAĞIRIŞ .....                        Yardımlıda ATIŞMA: Nə baş verir? .....                        Tramp İrana zərbə ehtimalını nəzərdən keçirir .....                        "Qarabağ" Nigeriyada bəyəndiyi iki oyunçunu Azərbaycana gətirir .....                        Müharibə üçün hər şey hazırdır! – Hər an başlaya bilər .....                       
17-01-2026, 23:53
"Qalatasaray" öz meydanında xal itirdi


"Qalatasaray" öz meydanında xal itirdi

Türkiyə çempionatında keçirilən oyunda "Qalatasaray" doğma meydanda "Qaziantep"lə qarşılaşıb.
Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Matçın ikinci hissəsində qonaqların heyətində Mohamed Bayo fərqlənib. 84-cü dəqiqədə Barış Alper Yılmaz hesabı bərabərləşdirib.
Günün digər qarşılaşmasında isə "Başakşehir" "Karagümrük"ü məğlub edib - 2:1.
17-01-2026, 23:22
ABŞ İran yaxınlığına qoşun toplayır


ABŞ İran yaxınlığına qoşun toplayır

ABŞ-ın Yaxın Şərq istiqamətində hərbi hava aktivliyi artmaqda davam edir.
Bu barədə "UK Report" adlı səhifə X sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, Amerika Birləşmiş Ştatlarına məxsus nəqliyyat təyyarələri Avropadakı hərbi bazalarla ABŞ-ın kontinental hissəsi arasında silah-sursat və digər hərbi yüklərin daşınmasını həyata keçirir. Eyni zamanda havada yanacaq dolduran təyyarələr bölgəyə yönəldilən gücləndirici qüvvələrin uçuşlarını və döyüş hazırlığının saxlanmasına yönəlmiş əməliyyatları dəstəkləyir.
Paylaşımda MC-130J tipli təyyarələrin uçuş sayının artmasının da diqqət çəkdiyi bildirilir. Bu isə ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin fəaliyyətində fəallığın yüksəlməsi kimi qiymətləndirilir.
Qeyd olunur ki, son günlər müşahidə edilən bu dinamika Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti ilə bağlı risklərin artdığı bir dövrdə ABŞ-ın hərbi mövcudluğunu və operativ hazırlığını gücləndirdiyini göstərir.
17-01-2026, 22:55
Trampdan sərt bəyanat: İrana yeni lider lazımdır


Trampdan sərt bəyanat: İrana yeni lider lazımdır

“İranda yeni rəhbərlik axtarmağın vaxtıdır və Ayətullah Əli Xameneinin 37 illik hakimiyyətinə son qoyulmalıdır”.
Bunu “Politico”ya açıqlaması zamanı ABŞ prezidenti Donald Tramp deyib.
Son üç həftədə ölkə üzrə minlərlə etirazçının öldürüldüyünü deyən Tramp, buna görə də ölkə rəhbərliyini hərbi müdaxilə ilə hədələdiyini xatırladıb. O, əvvəlcə iranlıları etirazları davam etdirməyə çağırsa da, daha sonra qətllərin dayandırıldığı barədə məlumat aldığını bildirib.
Tramp, İranın ali lideri Əli Xameneinin 800-dən çox insanın edam edilməməsi ilə bağlı verdiyi qərarı “ən yaxşı qərar” adlandırıb.
Tramp onu da bildirib ki, rəsmi Tehran ölkəni zorakılıq və repressiya ilə idarə edir, ölkəni məhv edir və minlərlə insanın öldürülməsinə səbəb olur. O vurğulayıb ki, liderlik qorxu və ölümlə yox, hörmətlə olmalıdır.
“Bu adam xəstədir. O ölkəsini düzgün idarə etməli və insanları öldürməyi dayandırmalıdır. Onun ölkəsi insanların yaşaması üçün dünyanın ən pis yeridir. Çünki liderlik zəifdir”, - Tramp əlavə edib.
17-01-2026, 22:34
6 metr hündürlükdən yıxılan işçi FHN tərəfindən xilas edildi


6 metr hündürlükdən yıxılan işçi FHN tərəfindən xilas edildi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Armudpadar kəndində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1989-cu il təvəllüdlü Ağabalayev Ramin Əlisahib oğlu istehsalat sexində qurğunun üzərindən dərinliyi təqribən 6 metr olan texniki əraziyə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə R. Ağabalayevi yıxıldığı ərazidən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
17-01-2026, 21:10
Tramp 8 Avropa ölkəsinə tarif tətbiq etdi


Tramp 8 Avropa ölkəsinə tarif tətbiq etdi

Fevralın 1-dən ABŞ Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Birləşmiş Krallıq, Hollandiya və Finlandiyanın ABŞ-a göndərdiyi bütün məhsullara 10 faiz tarif tətbiq ediləcək.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.
Tramp bu rəqəmi iyunun 1-dən etibarən 25 faizə qaldıracağını deyib. O əlavə edib ki, dünya sülhü təhlükədədir və bu tarif Qrenlandiyanın tam satınalma sazişi imzalanana qədər ödəniləcək.
17-01-2026, 20:51
Paşinyan Zəngəzur dəhlizi təcrübəsindən belə istifadə etmək istəyir


Paşinyan Zəngəzur dəhlizi təcrübəsindən belə istifadə etmək istəyir

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə əldə olunacaq sərhəd və gömrük nəzarəti texnologiyalarının Ermənistanın digər keçid məntəqələri ilə yanaşı, İrəvanın Zvartnots Beynəlxalq Hava Limanında da tətbiqi planlaşdırılır.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Yüksək Texnologiyalar İttifaqının təşəbbüsü ilə keçirilən qeyri-rəsmi görüşdə bildirib.
Paşinyanın sözlərinə görə, TRIPP layihəsi (Zəngəzur dəhlizi) çərçivəsində sərhəd və gömrük nəzarəti sahəsində müasir texnoloji həllər tətbiq olunacaq və bu sistemlərin gələcəkdə Ermənistanın digər sərhəd-keçid məntəqələrində də istifadəsi nəzərdə tutulur.
Baş nazir vurğulayıb ki, sözügedən texnoloji yeniliklər ölkənin nəqliyyat və təhlükəsizlik infrastrukturunun modernləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Nikol Paşinyan yeni biometrik pasport sisteminin tətbiqinin vacibliyini də qeyd edib. Onun sözlərinə görə, bu sistem üzərində hazırda Fransanın Idemia konsorsiumu çalışır və layihə çərçivəsində əldə olunacaq texnologiyalarla uzlaşdırılacaq. Ermənistan hökuməti biometrik həllərin sərnişin axınının idarə olunması, təhlükəsizlik səviyyəsinin artırılması və prosedurların sürətləndirilməsi baxımından mühüm rol oynayacağını hesab edir.
17-01-2026, 20:26
Yeni müsəlman ittifaqı


Yeni müsəlman ittifaqı

Türkiyə müdafiə və təhlükəsizlik sahələrində Pakistan və Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq platformasının formalaşdırılmasına çalışır.
“Hürriyyət” qəzeti xəbər verir ki, bu təşəbbüslə bundan əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan çıxış edib.
Nəşrin yazdığına görə, regionda sabitliyin möhkəmləndirilməsi və kənar müdaxilələrin qarşısının alınması məqsədi daşıyan birgə mexanizmlərin yaradılmasına səy göstərilir.
“Türkiyədə dövlətlərin inkişaf yolunun müstəqil seçilməsinin prioritetliyi vurğulanır, “xarici ssenarilərin” qəbul etdirilməsi rədd olunur. Ölkələr arasında etimadsızlıq mühitinin regionda qeyri-sabitliyə, terror strukturlarından istifadəyə və ya dövlətlərin işlərinə birbaşa müdaxiləyə yol açdığı barədə aydın mövqe səsləndirilir”, — deyə nəşrin materialında bildirilir.
Məqalədə qeyd olunur ki, təhlükəsizlik və müdafiə sistemi region dövlətlərinin özləri tərəfindən qurulmalıdır, bunun üçün isə “böhran vəziyyətlərinin operativ idarə olunmasına dair birgə yanaşmalar” vacibdir.
“Təşəbbüs ətrafında müzakirələr davam edir və hələlik rəsmi səviyyədə razılaşmalar mərhələsinə çatmayıb. İdeya üçüncü ölkələrə qarşı yönəlməyib, Cənubi Asiyadan Yaxın Şərqədək geniş məkanda problemlərin aradan qaldırılması və birgə həll yollarının axtarılması məqsədilə “səylərin bölüşdürülməsi”ni nəzərdə tutur”- deyə qəzet yazır.
17-01-2026, 19:53
İranda nə baş verir? - ƏN SON DURUM


İranda nə baş verir? - ƏN SON DURUM

ABŞ Dövlət Departamenti İran hakimiyyətini ölkədə baş verən daxili problemlərin real həlli əvəzinə “susqunluq və izolyasiya” yolunu seçməkdə ittiham edib.
ABŞ Dövlət Departamenti tərəfindən X sosial şəbəkəsində fars dilində yayımlanan açıqlamada qeyd olunub ki, internetə tətbiq edilən uzunmüddətli məhdudiyyətlər rəsmi Tehranın öz legitimliyinə olan inamsızlığını açıq şəkildə nümayiş etdirir.
Açıqlamada xatırladılıb ki, İran rəsmiləri internetin ən azı mart ayının sonunadək məhdudlaşdırılacağını əvvəlcədən bəyan ediblər. ABŞ tərəfinin hesablamalarına görə, İran cəmiyyəti artıq 216 saatdan çoxdur ki, faktiki olaraq “rəqəmsal izolyasiya” şəraitində yaşayır.
Yerli mənbələrdən daxil olan məlumatlara əsasən, Tehran və digər şəhərlərdə, o cümlədən Yəzd şəhərində gündəlik həyat nəzərəçarpacaq dərəcədə zəifləyib. Bir çox mağazanın fəaliyyətini dayandırdığı, insanların təzyiq və hədələr fonunda küçəyə çıxmaqdan çəkin­diyi bildirilir.
Eyni zamanda, xəstəxana və tibbi mərkəzlərdə təhlükəsizlik qüvvələrinin yerləşdirildiyi, odlu silahdan istifadə nəticəsində yaralanan və ağır əməliyyatlara ehtiyacı olan şəxslərin olduğu iddia edilir. Məlumatlarda həmçinin hakimiyyətin yas mərasimlərinə mane olduğu, həlak olanların cəsədlərinin ailələrinə verilməsi üçün ödəniş tələb edildiyi də qeyd olunur.
Rəsmi mövqeyə yaxın "Tasnim" agentliyi internet blokadasının “beynəlxalq praktikaya” uyğun olduğunu bildirib, lakin hansı standartlardan söhbət getdiyini açıqlamayıb. "Fars" agentliyi isə şəxsi yazışmaların və qrup çatlarının yalnız milli messencerlər vasitəsilə əlçatan olacağını yazıb.
Sosial şəbəkələrdə yayılan videolarda, iddialara görə, etirazların yatırılması zamanı hüquq-mühafizə orqanlarının sərt müdaxiləsi, o cümlədən saxlanılan şəxslərə yaxın məsafədən atəş açılması əks olunub. Rəsmi qurumlar bu görüntülərlə bağlı açıqlama verməyib.
Yerli sakinlərdən birinin sözlərinə görə, etirazlarda iştirak edənlərin böyük hissəsi artıq saxlanılıb və təhlükəsizlik vəziyyəti bərpa olunub. Bununla yanaşı, o, ölkədə inflyasiyanın artımından ciddi narazılıq olduğunu, lakin etirazların bu cür sərt üsullarla yatırılmasının cəmiyyət tərəfindən birmənalı qarşılanmadığını vurğulayıb.
"Mehr" agentliyi internetin iğtişaşlar zamanı tamamilə kəsilməsindən sonra bəzi istifadəçilər üçün qismən bərpa edildiyini bildirib.
17-01-2026, 19:34
Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi


Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində yaxın günlər ərzində havanın yağıntılı olacağı, əsasən dağlıq və dağətəyi rayonlara qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, temperaturun xeyli enəcəyi, bəzi yerlərdə arabir güclü külək əsəcəyi proqnozlaşdırılır. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
Nazirlikdən verilən məlumata görə, soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
“Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır. Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə vətəndaşlar şaxtalı və qarlı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməli, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalı, avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməlidirlər. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur.
Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir”, - deyə qurumun məlumatında bildirilir.
17-01-2026, 18:17
Sumqayıtda aptek yanır


Sumqayıtda aptek yanır

Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.
Hadisə şəhərin 36-cı məhəlləsində yerləşən apteklərin birində baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülür.
Yanğının baş vermə səbəbləri araşdırılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!