Oxumadan "Prava" almaq istəyənlərə XƏBƏRDARLIQ .....                        Bayraktar: Normallaşma Ermənistanla əməkdaşlığı gücləndirəcək .....                        Azərbaycanda ticarət mərkəzində dava .....                        Nərimanovda yaşayış binasında yanğın .....                        Təcili İranı tərk edin! - ÇAĞIRIŞ .....                        Yardımlıda ATIŞMA: Nə baş verir? .....                        Tramp İrana zərbə ehtimalını nəzərdən keçirir .....                        "Qarabağ" Nigeriyada bəyəndiyi iki oyunçunu Azərbaycana gətirir .....                        Müharibə üçün hər şey hazırdır! – Hər an başlaya bilər .....                       
23-01-2026, 23:50
Qərb aviaşirkətləri Yaxın Şərqə uçuşları dayandırdı


Qərb aviaşirkətləri Yaxın Şərqə uçuşları dayandırdı

"KLM”, “Air France”, və “British Airways” Yaxın Şərq ölkələrinə gecə uçuşlarını ləğv edib.
Bu barədə aviaşirkətlərin açıqlamalarında deyilir.
Belə ki, “Air France” Dubaya və Tel-Əvivə olan iki uçuşu, “British Airways” axşam Dubaya olan uçuşunu,“KLM” isə İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə olan uçuşlarını ləğv edib.
23-01-2026, 23:44
Kirayə yolu ilə mənzil almaq istəyənlərə ŞAD XƏBƏR


Kirayə yolu ilə mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanda mənzilə çıxış imkanlarının artırılması və sosial rifahın gücləndirilməsi məqsədilə həyata keçirilən kirayə evlər layihəsi üzrə yeni mərhələnin başlanması gözlənilir.
Layihəyə artan maraq fonunda İpoteka və Kredit Zəmanət Fondu yaxın dövrdə kirayə mənzil fondunun genişləndirilməsi istiqamətində əlavə addımlar atmağı planlaşdırır.
Gələn il vətəndaşların tələbatı nəzərə alınmaqla Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda yeni kirayə mənzillər alınaraq istifadəyə veriləcək. Hazırda layihə çərçivəsində Bakı şəhərində 8, Abşeron rayonunda 6, Sumqayıt şəhərində isə 3 müxtəlif ünvanda kirayə mənzillər vətəndaşlara təqdim olunub.
Yalnız bu il ərzində Bakı şəhərinin Binəqədi rayonunda Cəfər Xəndan küçəsində və Biləcəri qəsəbəsində, Sumqayıt şəhərində isə Sülh prospektində və Sahil küçəsində yerləşən yaşayış sahələri kirayəçilərin istifadəsinə verilib.
Qeyd edək ki, kirayə mənzil fondu üzrə işlər hazırda da davam etdirilir və yaxın perspektivdə layihənin coğrafiyasının daha da genişləndirilməsi nəzərdə tutulur.
23-01-2026, 23:23
İranda etirazlarda iştirak edən məşqçi EDAM EDİLDİ


İranda etirazlarda iştirak edən məşqçi EDAM EDİLDİ

İran hakimiyyəti hökumət əleyhinə etirazların iştirakçısını edam edib.
Məlumata görə, Məşhəddən olan idman məşqçisi Əli Rəhbər dünən səhər edam edilib. O, on gün əvvəl saxlanılıb.
Daha əvvəl İranın Baş prokuroru Məhəmməd Movahedi Azad ABŞ prezidenti Donald Trampın Ağ Evin müdaxiləsinin İranda 800 nəfərin edamının ləğvinə səbəb olması ilə bağlı iddialarını təkzib edib. Prokurorun sözlərinə görə, bu cür iddialar həqiqətə uyğun deyil.
Xatırladaq ki, İranda iğtişaşlar dekabrın 29-da rialın kəskin şəkildə düşməsi nəticəsində küçə etirazları başlamış və əksər böyük şəhərlərə yayılmışdı.
23-01-2026, 23:11
Sabiq deputata yeni vəzifə verildi


Sabiq deputata yeni vəzifə verildi

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) ümumi yığıncağı keçirilib.
Yığıncaqda səsvermə ilə Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib.
Sabiq deputat daha əvvəl Dünya Alpaqut Federasiyasının (DAF) Prezidenti vəzifəsində çalışıb və ötən il bu vəzifədən istefa verib.
23-01-2026, 23:08
Biləsuvar rayonu Mərkəzi Kitabxanasında Esmira Günəşlə görüş keçirilib

Biləsuvar rayonu Mərkəzi

Kitabxanasında

Esmira Günəşlə görüş keçirilib


2026-cı il yanvarın 23-ü tarixində Biləsuvar rayon Mərkəzi Kitabxanasının "Şairlə görüş" layihəsinin qonağı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı Esmira Günəş olub. 32 kitabın müəllifi olan şair Esmira Günəşin kitablarından 28-i Şəhidlərin xatirəsinə həsr olunub. Tədbirdə şəhid ailələri, şairlər, məktəblilər

və kitabxana kollektivi iştirak edib. Tədbir Şəhidlərin xatirəsinə bir dəqiqəlik sükutla başlayaraq, qonaqların bir-birindən maraqlı çıxışları ilə davam edib. Şəhid Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbinin şagirdi Humay Quluzadənin canlı ifaları tədbirə daha da rəng qatıb. Şair Esmira Günəş şəhid Azər Məmmədovun və Əkrəm Kəlbiyevin tədbirdə iştirak edən ailəsinə kitablarını hədiyyə edib. Tədbirin sonunda şəhid analarına və şairə kitabxana kollektivi tərəfindən gül buketləri təqdim olunub. Xatirə şəkilləri ilə yekunlaşan tədbirdən sonra Esmira Günəş şəhid Azər Məmmədovun ev muzeyini də ziyarət edib.






23-01-2026, 23:00
BƏƏ-də nələr müzakirə edilir?


BƏƏ-də nələr müzakirə edilir?

Rusiya, ABŞ və Ukrayna arasında təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun Əbu-Dabidə keçirilən görüşü zamanı bufer zonalar və müxtəlif nəzarət mexanizmləri ilə bağlı mövzular müzakirə olunur.
Bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.
"Bəli, heç şübhəsiz ki, bufer zonalar, müxtəlif nəzarət mexanizmləri kimi aspektlər də digər vacib mövzular arasındadır", - mənbə bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, görüşdə münaqişənin sona çatması üçün parametrləri müzakirə edib, lakin nəticə çıxarmaq üçün hələ tezdir.
"Artıq müzakirə aparılıb. Qeyd etmək vacibdir ki, bu cür üçtərəfli formatlar uzun müddətdir ki, keçirilməyib. Onlar müharibənin sona çatması üçün parametrlərdən danışırlar. Bu gün danışıqların məzmunu ilə bağlı nəticə çıxarmaq üçün hələ tezdir. Görək sabah söhbət necə gedəcək və nəticələr necə olacaq", - o bildirib.

23-01-2026, 22:15
İlon Mask siyasətə qayıdır


İlon Mask siyasətə qayıdır

Milyarder İlon Musk Donald Trampla fikir ayrılıqlarını həll edib və aralıq konqres seçkilərində respublikaçıları dəstəkləməyə hazırdır.
Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Qəzet sahibkarın hakim partiyanın seçki kampaniyasında fəal iştirak etmək niyyətində olduğunu yazıb.
Aralıq konqres seçkiləri payızda keçiriləcək. Respublikaçılar üçün bu seçkilər çox vacibdir; məğlubiyyət hazırkı prezidenti əhəmiyyətli dərəcədə zəiflədə bilər.
23-01-2026, 21:40
ABŞ İrana zərbə endirəcək - Hazırlıq başa çatdı


ABŞ İrana zərbə endirəcək - Hazırlıq başa çatdı

ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyata hazırlığı maksimum mərhələyə çatıb.
Hərbi-analitik dairələrin qiymətləndirməsinə görə, Vaşinqton zərbə ssenarisini icraya hazır vəziyyətə gətirib və yaxın saatlar həlledici ola bilər.
Məlumata görə, ABŞ tərəfi İranın İsfahan bölgəsi üzərində hava məkanının bağlanması ilə bağlı pilotları məlumatlandırmağa hazırlaşır.
Eyni zamanda radioelektron mübarizə vasitələrinin tətbiqi nəzərdə tutulur ki, bu da İranın hava hücumundan müdafiə sistemlərinin koordinasiyasını çətinləşdirməyə yönəlib.
Ekspertlərin bildirdiyinə görə, bu gecə İsfahan üzərindən keçəcək istənilən hava gəmisi faktiki olaraq rabitəsiz, “kor” rejimdə uçmalı olacaq.
ABŞ-ın “dəniz yumruğu” adlandırılan hərbi-dəniz qüvvələrinin Oman körfəzinə giriş zonasına çatması gəmilərin artıq raket buraxılışı məsafəsinə daxil olduğunu göstərir. Bu vəziyyət İranın cənub-şərqində yerləşən Buşehr, Bəndər-Abbas və Kirman kimi əraziləri əlavə manevrə ehtiyac olmadan dənizdən buraxılan “Tomahawk” qanadlı raketlərinin hədəfinə çevirir. Analitiklər qeyd edirlər ki, aviadaşıyıcıdan qalxan təyyarələr hələ də yanacaq dolduran hava tankerlərinə ehtiyac duysalar da, sahilyanı hədəflər və qabaqcıl müdafiə xətləri artıq birbaşa zərbə zonasındadır.
Ekspertlərin sözlərinə görə, İsrail öz hazırlıqlarını tamamlayıb və ABŞ üçün nəzərdə tutulan 24 saatlıq qərar pəncərəsi sürətlə bağlanır.
Bundan əvvəl, yerli vaxtla saat 19:41-də Amerika mediası CENTCOM-un komanda təyyarəsinin İordaniyaya endiyini xəbər verib. Bildirilir ki, İrana qarşı müharibə baş verəcəyi təqdirdə, İordaniya ABŞ üçün əsas əməliyyat bazalarından birinə çevrilə bilər.
Mümkün hərbi eskalasiya fonunda İran da sərt bəyanatla çıxış edib. Rəsmi Tehranın açıqlamasında bildirilir ki, ABŞ və İsraili İrana qarşı hərəkətlərində dəstəkləyən istənilən ölkə İran üçün legitim hədəf sayılacaq.
Hazırda bölgədə “Tomahawk” qanadlı raketləri ilə təchiz olunmuş səkkiz ABŞ hərbi gəmisi yerləşdirilib. Bundan əlavə, Yaxın Şərqə "Abraham Lincoln" aviadaşıyıcısının rəhbərliyi altında aviadaşıyıcı zərbə qrupu göndərilib. Aviadaşıyıcını üç esmines müşayiət edir və onun göyərtəsində altı aviasiya eskadrilyası yerləşdirilib.
Ekspertlər bildirirlər ki, Yaxın Şərqdə və ona bitişik akvatoriyalarda bu qədər genişmiqyaslı ABŞ hərbi-dəniz qruplaşmasının mövcudluğu təkcə zərbə potensialının deyil, eyni zamanda uzunmüddətli əməliyyatlar üçün tam operativ infrastrukturun - komanda-idarəetmə sistemlərinin, yanacaq ehtiyatlarının və kəşfiyyat təminatının — formalaşdırıldığını göstərir. “Dəniz yumruğu”nu regiondakı ABŞ aviabazalarında yerləşdirilmiş 10–11 aviasiya eskadrilyası, o cümlədən hücum təyyarələri də havadan qoruyacaq.
23-01-2026, 21:25
“Neftçi” “Zirə” ilə heç-heçə etdi


“Neftçi” “Zirə” ilə heç-heçə etdi

Azərbaycan Premyer Liqasında 2026-cı ilin ikinci görüşü keçirilib.
“Neftçi” doğma meydanda “Zirə” ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.
Turun açılış matçında “İmişli" ilə “Araz-Naxçıvan” qollu heç-heçə edib - 2:2.
23-01-2026, 20:39
Avropada iki ölkə birləşir?


Avropada iki ölkə birləşir?

Nə Rumıniya, nə də Moldova bu mərhələdə vahid dövlət kimi birləşməyə hazırdır.
Bunu "Rumıniya Prezidenti Nikuşor Dan bildirib.
“Moldova Respublikasında əhalinin əksəriyyəti bunu istədiyi zaman mümkün olacaq. Hazırda biz hələ o mərhələdə deyilik”, - Rumıniya Prezidenti cavab verib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!