İsrailin XİN başçısı Azərbaycana yola düşdü .....                        Moskva geri addım atır? .....                        Sahibə Qafarova həmkarı ilə görüşdü .....                        Əli Laricaninin qızı ABŞ universitetindən qovuldu .....                        Rusiya Maduronun azad edilməsini tələb edir .....                        NATO təlimində böhran: Amerikalı əsgərlər geri çəkildi .....                        Qrenlandiya böhran: İşıqsız və istiliksiz qaldı .....                        “Temu” Türkiyədə xarici məhsul satışlarını dayandırdı .....                        Fərəh Pəhləvi İranda ölənlərdən danışdı .....                       
Bu gün, 17:24
Türkiyə ilə Qətər rəsmiləri görüşdü


Türkiyə ilə Qətər rəsmiləri görüşdü

Türkiyə ilə Qətər arasında regional məsələlər müzakirə edilib.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) "X" sosial media hesabında paylaşım edib.
Bildirilib ki, XİN başçsının müavini Musa Kulaklıkaya Qətərə səfəri çərçivəsində bu ölkənin dövlət naziri Məhəmməd bin Əbdüləziz Əl Xulaifi ilə görüşüb.
Görüşdə aktual regional məsələlərin müzakirə olunduğu qeyd edilib.
Bu gün, 16:47
Suriyada terror aktının qarşısı alındı


Suriyada terror aktının qarşısı alındı

Suriyanın daxili təhlükəsizlik qüvvələri Latakiyada terror aktının qarşısını alıb və üç nəfəri həbs edib.
Bu barədə "SANA" agentliyi məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxslər müxtəlif vaxtlarda Latakiya vilayətində daxili təhlükəsizlik əməkdaşlarına və Suriya ordusuna hücumlarda iştirak edən terror qruplaşmasının üzvləridir.
Saxlanılanlar arasında "Saraya əl-Cavad" terror qruplaşmasının rəhbəri Mucana Qiyat Mahmud, həmçinin Cəfər Sami Həsən və Adəm Qiyat Mahmud var.
Əməliyyat zamanı onlara aid partlayıcı qurğular, müxtəlif silahlar, döyüş sursatları, qumbaralar və terror aktlarında istifadə üçün hazırlanmış hərbi texnika müsadirə edilib.
Bu gün, 16:27
İraqda prezident seçkilərinin vaxtı bilindi


İraqda prezident seçkilərinin vaxtı bilindi

İraqda prezident seçkiləri ölkənin parlamenti – Nümayəndələr Şurasında yanvarın 27-də keçiriləcək.
Bu barədə İraq parlamentinin sədri Heybat əl-Xalbusi bildirib.
"Respublika prezidentinin seçilməsi ilə bağlı parlamentin iclası 27 yanvar tarixinə təyin olunub", - o deyib.
Dövlət başçısı postuna namizədlərin yekun siyahısında 19 nəfərin adı var. Onların arasında hazırkı prezident Əbdül Lətif Rəşid (namizədliyini özü irəli sürüb) və hazırkı xarici işlər naziri Fuad Hüseyn də yer alır.
Xatırladaq ki, 2025-ci ilin sonunda İraq parlamenti Heybat əl-Xalbusini Nümayəndələr Şurasının sədri seçib. Konstitusiyaya əsasən, bundan sonrakı 30 gün ərzində deputatlar ölkə prezidentini seçməlidirlər. Prezident isə ən böyük koalisiyaya İraqın baş nazirliyinə namizəd irəli sürməyi tapşırmalıdır.
Bu gün, 16:03
İsrail Qəzzada 4 km uzunluğunda tunelini dağıtdı


İsrail Qəzzada 4 km uzunluğunda tunelini dağıtdı

İsrail Müdafiə Qüvvələrini qoşunları Qəzza zolağının cənubunda silahlıların 4 kilometr uzunluğunda tunelini dağıdıb.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Qəzza zolağının cənubunda, "sarı xətt"in şərqində təxminən bir il əvvəl başlayan yeraltı tunelin məhv edilməsi işləri başa çatıb. 4 kilometr uzunluğundakı tuneldə bir neçə bunker və silah anbarı var idi", - bəyanatda deyilir.
Qeyd olunur ki, qoşunlar ərazidə atəşkəs müqaviləsinin şərtlərinə uyğun olaraq yerləşdirilib və hər hansı bir təhlükəni aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcək.
Bu gün, 15:50
Peskov Qrenlandiyanı strateji məkan adlandırdı


Peskov Qrenlandiyanı strateji məkan adlandırdı

“Qrenlandiya sabitlik və təhlükəsizlik baxımından strateji əhəmiyyətli bir məkandır”.
Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Əlbəttə ki, ora strateji təhlükəsizlik baxımından həqiqətən strateji bir yerdir. Qrenlandiyanı kimin təhdid edə biləcəyi barədə danışmaq istəmirəm, amma bunun strateji sabitlik və təhlükəsizlik baxımından çox vacib olması aydındır”, - deyə o əlavə edib.
Bu gün, 15:33
Qəzzada ölənlərin sayı 72 minə çatır


Qəzzada ölənlərin sayı 72 minə çatır

İsrail qüvvələrinin Qəzza zolağına intensiv hücumları nəticəsində ölənlərin sayı 71 657 nəfərə çatıb.
Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, İsrailin Qəzza zolağına 2023-cü ilin oktyabr ayında başlayan hücumları nəticəsində yaralıların sayı isə 171.399 nəfərə yüksəlib.
Qəzzanın infrastrukturunun 90 faizinin məhv olduğu və yenidən qurulmasının təxminən 70 milyard dollar dəyərinə başa gələcəyi bildirilib.
Bu gün, 15:24
Tramp Danimarkanın baş nazirini 45 dəqiqə danladı - Qrenlandiyaya görə


Tramp Danimarkanın baş nazirini 45 dəqiqə danladı - Qrenlandiyaya görə

ABŞ Prezidenti Donald Tramp 2025-ci ildə baş tutmuş telefon danışığı zamanı Qrenlandiyanın ərazi statusu ilə bağlı məsələni əsas gətirərək, Danimarkanın baş naziri Mette Frederiksenə təxminən 45 dəqiqə ərzində narazılığını bildirib.
Bu barədə The New York Times nəşri xəbər yayıb.
Qəzetə müsahibə verən Frederiksen Tramp ilə söhbətinin detalları haqqında danışmaqdan imtina edərək qeyd edib ki, “iki həmkar arasında aparılan telefon danışığı yalnız onların arasında qalmalıdır”.
Məlumata görə, Tramp və Frederiksen arasında telefon danışığı 2025-ci il yanvarın 15-də baş tutub. Danışıqdan sonra Frederiksen Danimarkanın TV2 telekanalına verdiyi açıqlamada bildirib: “Ümid edirəm ki, hər kəs, o cümlədən amerikalılar, Qrenlandiya xalqının da digər xalqlar və millətlər kimi öz gələcəyini müstəqil şəkildə müəyyən etmək hüququna hörmət edəcək”.
ABŞ Prezidenti 2026-cı il yanvarın 21-də NATO-nun baş katibi Mark Rütte ilə keçirdiyi görüşdən sonra Qrenlandiya məsələsi üzrə mümkün razılaşmanın əsas cizgilərinin formalaşdığını açıqlayıb. Axios portalının yazdığına görə, Rüttenin Trampa təqdim etdiyi razılaşma layihəsi Danimarkanın Qrenlandiya üzərində suverenliyinin qorunub saxlanılmasını və 1951-ci ildə imzalanmış adanın müdafiəsinə dair sazişin şərtlərinin yenilənməsini nəzərdə tutur. Həmin sənəd NATO-nun zəruri hesab edəcəyi halda, ABŞ-a Qrenlandiyada hərbi bazalar və “müdafiə zonaları” yaratmaq imkanı verə bilər.
Qeyd edək ki, Qrenlandiya Danimarkanın tərkibində muxtar ərazi statusuna malikdir. Vaşinqton və Kopenhagen arasında 1951-ci ildə imzalanmış müqaviləyə əsasən, ABŞ NATO üzrə müttəfiqlik öhdəliklərinə əlavə olaraq, adanı mümkün hücumlardan qorumağı üzərinə götürüb.
Bu gün, 14:58
Yollar buz bağlayacaq


Yollar buz bağlayacaq

Avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, yanvarın 26-da gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Bu gün, 14:32
Aktrisa Məsumə Babayeva dəfn edildi


Aktrisa Məsumə Babayeva dəfn edildi

Aktrisa Məsumə Babayeva Yeni Suraxanı qəbiristanlığında dəfn edilib.
Dəfn mərasimində mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin əməkdaşları və sənət dostları iştirak ediblər.
Qeyd edək ki, Məsumə Babayeva ilə vida mərasimi onun yaşadığı evdə keçirilib.
Xatırladaq ki, aktrisa dünən uzun sürən xəstəlikdən sonra vəfat edib.
Bu gün, 14:27
Rusiya Ukraynanın itkilərini AÇIQLADI


Rusiya Ukraynanın itkilərini AÇIQLADI

Rusiya müharibənin 1432-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 670 təyyarəsi, 283 helikopteri, 111 017 PUA-sı, 646 zenit-raket kompleksi, 27 302 tank və digər zirehli texnikası, 1 651 reaktiv yaylım atəş sistemi, 32 825 artilleriya və minaatanı, 52 754 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!