Baş nazir Bakı buxtası ilə bağlı iclas keçirdi .....                        Ləğv edilən vəzifələrin yerinə bu ştatlar yaradıldı .....                        Sahibə Qafarova Əbu-Dabidə Forumunda .....                        Məşhur türkiyəli futbolçu Azərbaycandan təklif alıb .....                        Nazirlikdə kadr dəyişkiliyi: direktoru yenisi əvəz etdi .....                        Məhkəmə Ədalət Verdiyevlə bağlı qərar verdi .....                        Qar yağacaq - XƏBƏRDARLIQ .....                        Pezeşkian qubernatorlara əmr verdi: Ölənlərin ailələrilə görüşün! .....                        Rusiya Timoşenkonu beynəlxalq axtarışa verdi .....                       
Bu gün, 18:55
Baş nazir Bakı buxtası ilə bağlı iclas keçirdi


Baş nazir Bakı buxtası ilə bağlı iclas keçirdi

Nazirlər Kabinetində Xəzər dənizinin və Bakı buxtasının ekoloji vəziyyətinə dair iclas keçirilib.
Nazirlər Kabinetindən verilən məlumata görə, bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində “Xəzər dənizində müxtəlif təyinatlı qəzalı və yararsız vəziyyətdə olan hidrotexniki qurğuların, o cümlədən qəzalı vəziyyətdə olan və ləğv olunmuş quyuların təkrar ləğvi və izolyasiyası, estakadaların, yanalma körpülərinin, platformaların, həmçinin batmış və yarımbatmış vəziyyətdə olan gəmilərin çıxarılması və digər reabilitasiya işlərinin həyata keçirilməsinə dair 2025-2030-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrası və Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələlərinə həsr olunmuş iclas keçirilib.
Baş Nazir Əli Əsədov çıxışında Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsindəki neft-qaz yataqlarında Sovetlər İttifaqından miras qalmış müxtəlif təyinatlı hidrotexniki qurğuların, ləğv edilmiş və ya konservasiya olunmuş neft quyularının, estakadaların, yanalma körpülərinin, platformaların köhnəlməsi, korroziyaya uğraması və hidrometeoroloji amillərin təsiri səbəbindən qəzalı vəziyyətə düşməsi nəticəsində yaranmış problemlər dənizin ekoloji vəziyyətinə neqativ təsir göstərdiyini, eyni zamanda uzun müddət antropogen təsirlərin davam etməsi nəticəsində Bakı Buxtasında (Dənizkənarı bulvarın) da çirklənmənin dərinləşdiyini və onun ekoloji vəziyyətinin yaxşılaşdırılmasına kəskin zərurət yarandığını bildirib.
Kompleks Tədbirlər Planı ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadənin təqdimatla çıxışı və Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılovun, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəfin və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Əfqan Cəlilovun məruzələri dinlənilib.
Eyni zamanda, Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələləri ilə bağlı Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarovun və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun məruzələri və digər çıxışlar dinlənilib.
Hər iki məsələ ətrafında müzakirələr aparılaraq aidiyyəti dövlət qurumlarına Xəzər dənizində monitorinqlər aparmaqla interaktiv xəritə-sxemin hazırlanması, iş həcmlərinin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tədbirlərin dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında həyata keçirilməsi, habelə qəzalı və yararsız vəziyyətdə olan hidrotexniki qurğuların və quyuların demontajı, batmış və yarımbatmış gəmilərin çıxarılması, görülən tədbirlərin dəniz ətraf mühitinin yaxşılaşmasına təsirinin qiymətləndirilməsinin həyata keçirilməsi üzrə müvafiq tapşırıqlar verilib.
Həmçinin Bakı buxtasının (Dənizkənarı bulvarın) təmizlənməsi və ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə dəniz suyunun çəkilməsi ilə sahilə yaxın hissələrdə üzə çıxmış metal konstruksiyaların ərazidən kənarlaşdırılması, hövzəyə çirkab suların axıdılmasının qarşısının alınması, suyun səthində üzən neft ləkələrinin və müxtəlif tullantıların, habelə ətrafda neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində təxirəsalınmaz işləri özündə ehtiva edən Tədbirlər Planının hazırlanması tapşırığı verilib.
Bu gün, 18:17
Ləğv edilən vəzifələrin yerinə bu ştatlar yaradıldı


Ləğv edilən vəzifələrin yerinə bu ştatlar yaradıldı

Azərbaycan teatrlarında 46 ştat ləğv edilib .
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Onlardan 2-si bədii rəhbər, 21-i baş rejissor və 23-ü baş rəssam ştatıdır.
Hazırda bu vəzifələri icra edən şəxslər teatrların yenilənmiş strukturuna uyğun olaraq fəaliyyətlərini quruluşçu rejissor, yaradıcı şöbə müdiri, rəssam və quruluşçu rəssam vəzifələrində davam etdirirlər.
Bu gün, 18:16
Sahibə Qafarova Əbu-Dabidə Forumunda


Sahibə Qafarova Əbu-Dabidə Forumunda

Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabidə keçirilən Aralıq Dənizi Parlament Assambleyasının Qadın Parlament Forumunun 2-ci sessiyasında iştirak edib.
Sessiyanın açılış mərasimində çıxış edən spiker Aralıq Dənizi Parlament Assambleyasının dialoq, həmrəylik və qarşılıqlı anlaşma üçün bir platforma olduğunu qeyd edib.
Onun sözlərinə görə, gender bərabərliyinə və qadınların səlahiyyətləndirilməsinə xüsusi önəm verilməsi Assambleyanın ümumi məqsədlərə nail olmaq naminə kollektiv fəaliyyətə davamlı sadiqliyinin bariz nümunəsidir. Azərbaycan Milli Məclisinin Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu əldə etmək üçün rəsmi müraciət etdiyini xatırladan Sahibə Qafarova bu müraciətin dəstəklənməsinin daha sıx əməkdaşlıq və daha səmərəli birgə fəaliyyət üçün yeni imkanlar açacağına inamını ifadə edib.
Çıxışında tədbirin mövzusunun əhəmiyyəti barədə fikirlərini bölüşən Sahibə Qafarova deyib ki, gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi haqlı olaraq Dayanıqlı İnkişaf Məqsədlərindən biri kimi müəyyən edilib. Spiker qeyd edib ki, ilk növbədə real və davamlı irəliləyiş cəmiyyətdə mövcud olan düşüncə tərzinin dəyişdirilməsindən asılıdır. Qadın və kişilərin mahiyyət etibarilə bərabər olması prinsipi cəmiyyətin əsas dəyəri kimi möhkəmləndirilməlidir. Digər tərəfdən qadınların ictimai həyatda və qərar qəbuletmə proseslərində tam və bərabər iştirakı olmadan güclü, firavan və dayanıqlı cəmiyyət qurmaq mümkün deyil.
Onun sözlərinə görə, cəmiyyətin yarısının hüquq və potensialını nəzərə almayan hər hansı təşəbbüs qaçılmaz olaraq dayanıqsızdır. Azərbaycanda gender bərabərliyi sahəsində mövcud olan vəziyyət haqqında tədbir iştirakçılarına məlumat verən spiker bildirib ki, güclü ailə və mədəni ənənələrə söykənən Azərbaycan cəmiyyətində qadınlar ailənin - cəmiyyətin ən kiçik vahidinin -formalaşmasında və dəyərlərin gələcək nəsillərə ötürülməsində daim mərkəzi rol oynayıb. Bu gün Azərbaycan qadınları siyasət, iqtisadiyyat, elm və təhsil, səhiyyə və digər sahələrdə fəal şəkildə təmsil olunurlar. Qadınlar qanunverici və icraedici hakimiyyət orqanlarında, məhkəmə sistemində və diplomatik fəaliyyətdə yüksək vəzifələr tutur. O, 2026–2028-ci illəri əhatə edən Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planının qəbul edilməsinin Azərbaycan hökuməti tərəfindən bu sahədə ardıcıl şəkildə həyata keçirilən tədbirlərin davamı olduğunu söyləyib.
Azərbaycan parlamentinin bu prosesdə cəmiyyətin dəyişən tələblərinə uyğun olaraq qanunvericilik bazasının hazırlanması və daim təkmilləşdirilməsində fəal rol oynadığını bildirən spiker Sahibə Qafarova deyib ki, ötən çağırış Milli Məclisdə gender bərabərliyi və ailə siyasəti ilə bağlı 53 qanun layihəsi müzakirə edilib, 17 ictimai dinləmə keçirilib.
Sahibə Qafarova bildirib ki, Azərbaycan Parlamenti gender bərabərliyinin təşviqi və qadınların səlahiyyətləndirilməsi sahəsində beynəlxalq əməkdaşlığı qətiyyətlə dəstəkləyir və müxtəlif beynəlxalq platformaların işində fəal iştirak edir. O, bu forum çərçivəsində aparılan müzakirələrin real nəticələr verəcəyinə və qadınların səlahiyyətləndirilməsi kimi ümumi məqsədin - regionumuzda sosial həmrəyliyin, dayanıqlığın və davamlı inkişafın möhkəmləndirilməsinin əsas şərti olan bu məqsədin — irəlilədilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Bu gün, 17:40
Məşhur türkiyəli futbolçu Azərbaycandan təklif alıb


Məşhur türkiyəli futbolçu Azərbaycandan təklif alıb

Məşqçi kimi Azərbaycan klublarından təklif almışdım.
Bu barədə Türkiyə millisinin sabiq futbolçusu Yıldıray Baştürk deyib. Mütəxəssis vaxtilə ölkəmizin bir neçə klubunun onun xidmətlərindən yararlanmaq istədiyini deyib:
“Hətta danışıqlarmız da olmuşdu. Lakin müəyyən məsələlərdə razılığa gələ bilmədik. Komandaların adını demək düzgün çıxmaz. Amma Azərbaycanda işləməyə hər zaman açıq olmuşam”.
Qeyd edək ki, Yıldıray Baştürk karyerası ərzində Almaniyanın “Boxum”, “Herta”, Bayer” (Leverkuzen), “Ştutqart” və İngiltərənin “Blakbörn” komandalarında çıxış edib.
Bu gün, 17:15
Nazirlikdə kadr dəyişkiliyi: direktoru yenisi əvəz etdi


Nazirlikdə kadr dəyişkiliyi: direktoru yenisi əvəz etdi

Səhiyyə nazirinin müvafiq əmri ilə nazirliyin Səhiyyənin Təminat Mərkəzinin direktoru Azər Nəsirov vəzifəsindən azad edilib.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, Azər Nəsirov Mərkəzin direktor müavini təyin edilib.
Nazirin digər əmri ilə Səhiyyənin Təminat Mərkəzinin direktoru vəzifəsinə Etibar Muradov təyin edilib.
Bu gün, 17:09
Məhkəmə Ədalət Verdiyevlə bağlı qərar verdi


Məhkəmə Ədalət Verdiyevlə bağlı qərar verdi

Şərti olaraq azadlığa buraxılan hərbi ekspert Ədalət Verdiyev 1 illik sınaq müddəti ilə şərti məhkum etmənin əlavə cəzadan tam azad edilməklə ləğv olunması və məhkumluğun vaxtından əvvəl götürülməsi barədə apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hərbi ekspertin şikayətinə baxılaraq qərar qəbul edilib.
Qərara əsasən, Nəsmi Rayon Məhkəməsinin 7 aprel 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 1 illik sınaq müddəti ilə şərti məhkum etmə və ona əlavə olaraq da 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma cəzası dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, 2024-cü ilin noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi əraziləri lentə alaraq sosial şəbəkə hesabı vasitəsilə yaymasına və Azərbaycanın qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilmişdi.
Nəsimi rayon Məhkəməsinin hakimi Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə ona oxunan hökmə əsasən, Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə (dövlət sirrini yayma) təqsirli bilinib. O, 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Ona təyin olunmuş cəza CM-nin 70-ci maddəsinə uyğun olaraq 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub. Ə.Verdiyev məhkəmə zalından azadlığa buraxılıb.
Bu gün, 17:04
Qar yağacaq - XƏBƏRDARLIQ


Qar yağacaq - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi rayonlarında hava şəraitinin yanvarın 28-i axşamdan 29-u gündüzədək arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların qısa müddətə intensivləşəcəyi ehtimalı var.
Gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq.
Bu gün, 17:00
Pezeşkian qubernatorlara əmr verdi: Ölənlərin ailələrilə görüşün!


Pezeşkian qubernatorlara əmr verdi: Ölənlərin ailələrilə görüşün!

İran hökuməti milli maraqları təmin etmək üçün problemləri həll etməyə çalışır.
Bu barədə hökumət sözçüsü Fatimə Mohacerani bildirib.
“İranın əsl gücü milli birlik və həmrəylikdədir. İran müxtəlif etnik qruplardan ibarətdir və hamısı tanınır. Biz bütün səsləri eşidirik və fikirləri qəbul edirik. Hökumət vasitəçilər olmadan qulaq asmaq, zəif cəhətləri düzəltmək və həmçinin zədələnmiş etimadı bərpa etmək niyyətindədir”, - Fatimə Mohacerani deyib.
Onun sözlərinə görə, Prezident Məsud Pezeşkian vilayət qubernatorlarına etirazçılar və son aksiyalarda ölən mərhumların ailələri ilə əlaqə saxlamaq, onlarla pronlemləri müzakirə etmək əmri verib.
Hökumət sözçüsü qeyd edib: “Prezident dünən vurğulayıb ki, hökumət problemləri həll etmək üçün bu günlərdə əvvəlkindən daha fəal olmalıdır. Əsas malların idxalı üçün klirinq prosesləri və qubernatorların səlahiyyətləri asanlaşdırılıb və bütün məsələlər həll olunmalıdır. Biz problemlərin həlli yolunu qətiyyətlə davam etdiririk”.
Fatimə Mohacerani hökumətin bu günlərdə internetin bağlanmasından təsirlənən müəssisələri dəstəkləmək planı ilə bağlı suala cavab olaraq deyib: “8 və 9 yanvar hadisələri səbəbindən internet bağlanıb və müvafiq orqanlar bu qərarı veriblər. Hökumətin internetə çıxışı ilə bağlı baxışı var, lakin konkret şərtlərin öz tələbləri var; əlbəttə ki, Ticarət Palatasının bəzi üzvlərinə onların ehtiyaclarını ödəmək üçün minimal internet təmin edilir. Hökumət bu biznesləri dəstəkləmək üçün paketlər hazırlayıb”.
Hökumətin yerli mesajlaşma və platformalara dəstəyi ilə bağlı suala cavab olaraq Mohajerani bildirib: Hökumətin baxışı yerli platformaları dəstəkləməkdir, lakin bu platformaların özləri də səy göstərməlidirlər. Bu platformalara xidmətlər göstərildikdə, onlar cəlbedici olacaqlar. Hökumət bu platformaları dəstəkləyir və hər platformada xidmətlər göstərməyə çalışır.
Bu gün, 16:56
Rusiya Timoşenkonu beynəlxalq axtarışa verdi


Rusiya Timoşenkonu beynəlxalq axtarışa verdi

Rusiya məhkəməsi ukraynalı siyasətçi Yuliya Timoşenkonun qiyabi həbsinə qərar verib.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Məhkəmənin qərarına əsasən, Rusiya Silahlı Qüvvələri haqqında saxta xəbərlərlə bağlı iş üzrə şübhəli beynəlxalq axtarışa verilib.
Bu gün, 16:23
Nazirlik teatrlardakı struktur dəyişikliklərinə aydınlıq gətirdi


Nazirlik teatrlardakı struktur dəyişikliklərinə aydınlıq gətirdi

Azərbaycanda dövlət teatrlarının idarəetmə sistemində əsaslı islahatlara başlanılıb. Bu islahatlar çərçivəsində teatrların əsasnamələri, idarəetmə strukturları və ştat cədvəlləri yenilənib və müasir idarəetmə prinsiplərinə uyğunlaşdırılıb.
Mədəniyyət Nazirliyi bir sıra suallara aydınlıq gətirilib.

İslahatların əsas məqsədi nədir?

İslahatların əsas məqsədi dövlət teatrlarında idarəetmə mexanizmlərini daha səmərəli, çevik və şəffaf etmək, qərar qəbuletmə prosesini təkmilləşdirmək və yaradıcılıq potensialının daha effektiv şəkildə reallaşdırılmasına şərait yaratmaqdır.

Hansı vəzifələr ləğv edilib və bunun səbəbi nədir?

Yeni yanaşmaya uyğun olaraq mövcud idarəetmə strukturunda yer alan baş rejissor, baş rəssam, bədii rəhbər və digər oxşar vəzifələr yeni struktura daxil edilməyib. Bu qərar vəzifələrin formal mövcudluğundan deyil, funksional effektivliyindən çıxış edərək qəbul olunub. Daxil edilməyən vəzifələrin funksiyaları daha çevik və nəticəyönümlü idarəetmə modeli çərçivəsində yenidən bölüşdürülüb.

Bəs bu vəzifələrin funksiyaları necə icra olunacaq?

Həmin funksiyalar kollegial idarəetmə prinsipləri əsasında və yeni yaradılmış struktur bölmələri vasitəsilə həyata keçiriləcək. Məqsəd qərarların bir nəfər üzərində cəmlənməsi deyil, kollektiv məsuliyyət və aydın funksional bölgü mexanizminin formalaşdırılmasıdır.

Teatrlarda hansı yeni struktur bölmələri yaradılıb?

Yenilənmiş strukturda teatrların fəaliyyətinin daha sistemli təşkili üçün strategiya və kommunikasiya şöbəsi, yaradıcı şöbə, artist heyətinin idarəedilməsi və digər funksional bölmələr yaradılıb. Bu bölmələr teatrın həm yaradıcılıq, həm də təşkilati fəaliyyətinin daha effektiv idarə olunmasına xidmət edir.

Hazırda bədii rəhbər vəzifəsində çalışan şəxslərin taleyi necə olacaq?

Hazırda teatrların bədii rəhbər vəzifələrində çalışan şəxslər yeni struktur çərçivəsində fəaliyyətlərini davam etdirə bilərlər. Onlar teatr direktorlarının təqdimatı və təsdiqi ilə quruluşçu rejissor, yaradıcı şöbə müdiri və ya digər müvafiq vəzifələrə təyin oluna bilərlər.

Bu islahatlar ixtisar və ya kütləvi ştat azaldılması deməkdirmi?

Xeyr. Qeyd edilməlidir ki, islahatların məqsədi hər hansı ştatın mexaniki şəkildə ləğvi deyil. Əsas hədəf effektiv işləməyən və ya zəif fəaliyyət göstərən idarəetmə mexanizmlərinin müasir tələblərə uyğun şəkildə yenilənməsidir.

Yeni idarəetmə modeli teatrların yaradıcılığına necə təsir edəcək?

Yeni model teatrların yaradıcılıq potensialını artırmaq, yaradıcılıq azadlığını daha sağlam institusional çərçivədə təmin etmək və idarəetmədə məsuliyyət bölgüsünü aydınlaşdırmaq məqsədi daşıyır. Bu yanaşma teatrların həm yaradıcılıq, həm də idarəetmə baxımından daha dayanıqlı inkişafına zəmin yaradır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!