29-01-2026, 01:50
“Qarabağ” məğlub olsa da, "pley-off"a keçdi"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin sonuncu - VIII turunda "Liverpul"a (İngiltərə) böyük hesabla uduzub.
"Enfild" stadionunda keçirilirən matçda ev sahibləri 6:0 hesablı qələbəyə seviniblər.
Məğlubiyyətə baxmayaraq "köhlən atlar" əsas mərhələdə topladığı 10 xal sayəsində pley-off mərhələsinə yüksəlməyi bacarıb.
***
01:20
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda beşinci qol vurulub.
"Enfild" stadionunda keçirilən matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 5:0.
60-cı dəqiqədə Aleksis Makallister dubl müəllifi olub.
29-01-2026, 00:49
Ordumuz hazırdır, barmaqlar tətikdədir - İran XİN
"Cəsarətli silahlı qüvvələrimiz hazırdır, barmaqlar tətikdədir".
Bu sözləri İranın xarici işlər naziri Abbas Arakçə "X" sosial şəbəkə hesabında yazıb.
"Onlar sevimli ölkəmizin torpağına, hava məkanına və ərazi sularına qarşı istənilən təcavüzə tez və qətiyyətlə cavab verməyə hazırdırlar. 12 günlük müharibədən əldə etdiyimiz dəyərli dərslər bizə indi daha böyük güc, sürət və intensivliklə cavab verməyə imkan yaratdı" , - deyə o vurğulayıb.
Nazir qeyd edib ki, eyni zamanda, İran həmişə bərabərliyə əsaslanan və hər hansı bir məcburiyyət və ya təhdiddən azad olan ədalətli və qarşılıqlı faydalı nüvə sazişini alqışlayıb: "Bu saziş İranın dinc nüvə texnologiyası hüququnu təmin edir və nüvə silahı əldə etməyəcəyinə zəmanət verir. Bu cür silahların təhlükəsizlik hesablamalarımızda yeri yoxdur və biz heç vaxt onları əldə etməyə çalışmamışıq".
29-01-2026, 00:22
“Qarabağ”-“Liverpul” matçında ikinci qol vurulduUEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda ikinci qol vurulub.
"Enfild" stadionunda keçirilən matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiirblər - 2:0.
21-ci dəqiqədə Florian Virts adını tabloya yazdırıb.
29-01-2026, 00:16
Qara dəniz sahilində mina tapıldıRumıniyada Qara dəniz sahilində dəniz minası tapılıb.
Hadisə Kapu-Midia hərbi poliqonunun yaxınlığında yerləşən çimərlik ərazisində qeydə alınıb.
Məlumata görə, mina yanvarın 28-də sahildə hərbçilər tərəfindən aşkarlanıb. Dərhal hadisə yerinə xüsusi təyinatlı mühəndis-istehkam bölmələri və təhlükəsizlik qüvvələri cəlb olunub. Ərazi mühasirəyə alınaraq mülki şəxslərin girişinə məhdudiyyət qoyulub.
Hazırda mütəxəssislər minanın növünü və mənşəyini müəyyənləşdirmək, həmçinin onun təhlükəsiz şəkildə zərərsizləşdirilməsi istiqamətində tədbirlər həyata keçirirlər. İlkin qiymətləndirmələrə əsasən, mina dəniz axınları nəticəsində sahilə çıxmış ola bilər.
Qeyd edək ki, Kapu-Midia ərazisi Rumıniyanın əsas hərbi təlim poliqonlarından biridir və Konstansa şəhərindən təxminən 20 kilometr şimalda yerləşir. Son illər Qara dəniz hövzəsində təhlükəsizlik risklərinin artması fonunda sahilboyu ərazilərdə nəzarət tədbirləri gücləndirilib.