“Qarabağ” güclü komandadır və asan rəqib deyil .....                        Son 10 gündə ikinci əfv fərmanı .....                        Sabah şansımız var - Qurban Qurbanov .....                        “Qiyamət Saatı”nın əqrəbləri dörd saniyə irəli çəkildi .....                        Bayden sükutu pozdu: Trampı tənqid etdi .....                        Azərbaycanda qəribə toy: gəlin onlayn qoşuldu - VİDEO .....                        Baş nazir Bakı buxtası ilə bağlı iclas keçirdi .....                        Ləğv edilən vəzifələrin yerinə bu ştatlar yaradıldı .....                        Sahibə Qafarova Əbu-Dabidə Forumunda .....                       
20-01-2026, 17:06
İlham Əliyev bank prezidenti ilə görüşdü


İlham Əliyev bank prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşüb.
Söhbət zamanı ölkəmizlə AYİB arasında qurulmuş əməkdaşlıqdan məmnunluq ifadə olundu, bankın Azərbaycanda bir sıra uğurlu layihələr icra etdiyi bildirildi. Bu xüsusda bank tərəfindən ölkəmizin bir sıra bölgələrində, o cümlədən Gəncədə və Şəkidə su sektorunda müxtəlif layihələrin həyata keçirilməsi qeyd edildi, Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı çərçivəsində qəbul olunmuş layihələrin maliyyələşdirilməsi ilə bağlı müzakirələr aparıldı.
Görüşdə, həmçinin bərpaolunan enerji sektorunda fəaliyyətin, Naxçıvanın nəqliyyat sisteminin yenilənməsinin, ölkəmizin ayrı-ayrı bölgələrində məişət tullantılarının zərərsizləşdirilməsi layihələrinin maliyyələşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Söhbət zamanı Azərbaycanda bank sektoru, həmçinin sahibkarlığın inkişafı, yerli və xarici iş adamları üçün səmərəli investisiya mühitinin yaradılması istiqamətində dövlət tərəfindən həyata keçirilən işlərdən danışıldı.

20-01-2026, 17:00
Avropa Birliyindən Trampa XƏBƏRDARLIQ


Avropa Birliyindən Trampa XƏBƏRDARLIQ

Avropa Komissiyasının sədri Ursula von der Leyen sabah ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı təhdidlərinə “qətiyyətli cavab” veriləcəyini vəd edib.
Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı von der Leyen Trampın Danimarka ərazisi olan Qrenlandiya ilə bağlı mövqeyi ABŞ-Avropa İttifaqı münasibətlərini “aşağıya doğru təhlükəli spiral”a sürükləyə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, ABŞ prezidentinin Qrenlandiya ətrafında yaranan münaqişə fonunda səkkiz Avropa ölkəsinə qarşı rüsumlar tətbiq edəcəyi ilə hədələməsindən sonra Avropa mümkün cavab tədbirlərini nəzərdən keçirir. Vaşinqton isə bildirib ki, hər hansı qarşı tədbir “ağılsız addım” olar.
“Əlavə tariflərin tətbiqi təklifləri, xüsusilə də uzunmüddətli müttəfiqlər arasında münasibətlər baxımından səhvdir. Əgər biz aşağıya doğru spiral üzrə hərəkət etsək, bu yalnız hər ikimizin strateji məkandan uzaq tutmağa çalışdığı rəqiblərə xidmət edər. Buna görə də cavabımız qətiyyətli, vahid və mütənasib olacaq”, - deyə Leyen deyib.
Xatırladaq ki, ABŞ prezidenti Qrenlandiya üzərində Vaşinqtonun nəzarətinin vacibliyini dəfələrlə dilə gətirib. Onun sözlərinə görə, əgər bunu ABŞ etməsə, ada üzərində nəzarəti Çin və ya Rusiya ələ keçirə bilər. Avropa isə Trampın Qrenlandiya ilə bağlı iddialarına qarşı çıxır.
20-01-2026, 16:52
Kəlbəcərin yeganə 20 Yanvar şəhidi - Firuz Cabbarov


Kəlbəcərin yeganə 20 Yanvar şəhidi - Firuz Cabbarov

20 Yanvar şəhidlərindən biri Kəlbəcər rayonundan olan 1972-ci il təvəllüdlü Firuz Vəli oğlu Cabbarovdur.
Bacısı Gülanə Cabbarova şəhid qardaşı haqda danışıb:
“Biz Kəlbəcərdə idik. O Bakıda dayımla birlikdə qalırdı. Dayım müəllim idi. Qardaşım da mühasibatlıq üzrə texnikum tələbəsi.
Həmin gün Firuz tələbə yoldaşları ilə küçəyə çıxıb. O dövrdə gənclərin meydana çıxma halı oldu. Ümumiyyətlə, insanlar özlərini o fikirlə sipər etmişdilər ki, bəlkə basqının qarşısını bu üsulla ala bildilər.
Qardaşım çox vicdanlı, mehriban oğlan idi, gələcəkdə hərbçi olmaq istəyirdi.
O, doğulduğu Babaşlı kəndi üçün nəsə etməyə can atırdı. Məktəbmi tiksin, yolmu salsın... Fikirləri yaşından böyük idi. 17-18 yaşında ölkə üçün nəsə etməyi düşünürdü. Çox təəssüf ki, arzuları yarımçıq qaldı.
Çox istəyirəm ki, rayonumuzun hansısa məktəbi və ya küçəsi qardaşımın adını daşısın. Ölkədə onu yaşadacaq heç olmasa bircə xatirə istəyirəm”.
Firuz Vəli oğlu Cabbarova Azərbaycan Prezidentinin Sərəncamı ilə “20 Yanvar şəhidi” fəxri adı verilib.
Cabbarovlar ailəsi 20 Yanvar şəhidlərinə verilən Prezident təqaüdü ilə təmin olunurlar.
20-01-2026, 16:47
Sülh şəraitində yaşamağa öyrəşirik - Prezident


Sülh şəraitində yaşamağa öyrəşirik - Prezident

Belə nüfuzlu mükafatı (“Zayed İnsan Qardaşlığı Mükafatı” – red.) almaq mənim üçün böyük şərəfdir. Xüsusən də o, Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyır. Mən bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm.
Bu sözləri Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, bu gün Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur. “Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri götürdük. Bundan əlavə, biz Ermənistanın əsasən asılı olduğu əsas malların, ilkin növbədə, neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur”, - deyə Prezident İlham Əliyev əlavə edib.
20-01-2026, 16:42
Ukrayna səfiri İlham Əliyevə minnətdarlıq etdi


Ukrayna səfiri İlham Əliyevə minnətdarlıq etdi

"Kiyev Azərbaycanın göstərdiyi yardımı yüksək qiymətləndirir".
Bu barədə Ukraynanın Bakıdakı səfiri Yuri Qusev bildirib.
“Enerji infrastrukturuna endirilən zərbələrdən sonra, xüsusilə qış dövründə bizim üçün böyük əhəmiyyət daşıyan növbəti humanitar yardım paketini qəbul edirik”,-deyə o, jurnalistlərə açıqlamasında qeyd edib.
Yuri Qusev Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkürünü ifadə edərək vurğulayıb ki, göstərilən dəstək heç vaxt unudulmayacaq.
Qeyd edək ki, bu gün tərkibində elektrotexniki avadanlıqlar olan növbəti yük partiyası Ukraynaya göndərilib.
Humanitar yükün tərkibinə ümumilikdə 12 ədəd alçaq gərginlik paneli, 11 ədəd generator, 5 ədəd transformator və 27 min metr kabel və naqil daxildir. Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən yardımın ümumi dəyəri 1 milyon dollardır.
Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib. Ölkəmizin Ukraynaya göstərdiyi ümumi humanitar dəstək, o cümlədən bərpa və yenidənqurma yönümlü yardımların ümumi dəyəri artıq 45 milyon dolları keçib.
20-01-2026, 16:35
Azərbaycan iki Avropa qurumu ilə əlaqələri kəsib


Azərbaycan iki Avropa qurumu ilə əlaqələri kəsib

Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq.
Bu sözləri Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində Azərbaycanın Avropa Parlamenti tərəfindən daim tənqid olunmasına münasibət bildirərkən deyib.
“Biz artıq buna reaksiya vermirik”, - deyən dövlətimizin başçısı bildirib ki, ölkəmizə qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir.
Prezident İlham Əliyev deyib:
“Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik.
Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, bizi heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır.
Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Mən ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər”.
20-01-2026, 16:31
Gürcüstan Azərbaycanla sərhədə yeni yol çəkir


Gürcüstan Azərbaycanla sərhədə yeni yol çəkir

Gürcüstanda Azərbaycan sərhədinədək uzanan Tbilisi-Bakurtsixe-Laqodexi beynəlxalq avtomagistralının Tsnori-Laqodexi hissəsinin inşası ilə bağlı beynəlxalq tender elan olunub.
Bu barədə Gürcüstanın İnfrastruktur Nazirliyinin Yollar Departamentindən bildirilib.
Ümumi uzunluğu 40,4 kilometr təşkil edəcək yol ikizolaqlı olacaq. Layihə iki hissədən - 30,9 kilometrlik Tsnori-Laqodexi hissəsindən və 9,5 kilometrlik Laqodexi dolama yolundan ibarət olacaq.
Layihə üzrə sənədlərin hazırlanması üçün 18 aylıq müddət müəyyən edilib.
Maraqlanan tərəflər tender təkliflərini bu ilin fevralın 17-dən gec olmayaraq təqdim etməlidirlər.
20-01-2026, 16:14
Prezident İrandan danışdı: Qeyri-sabitlikdən narahatıq


Prezident İrandan danışdı: Qeyri-sabitlikdən narahatıq

Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, bizdə ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük.
Bu sözləri Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində bildirib.
“Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. Biz işğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur”, - deyə dövlətimizin başçısı qeyd edib.
20-01-2026, 16:09
Hər ölkə strategiyasını özünün potensialına uyğunlaşdırmalıdır


Hər ölkə strategiyasını özünün potensialına uyğunlaşdırmalıdır

Beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik.
Bu sözləri Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində bildirib.
“Hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu”, - deyə dövlətimizin başçısı qeyd edib.
20-01-2026, 15:37
İlham Əliyev Ceymi Daymonla görüşdü


İlham Əliyev Ceymi Daymonla görüşdü

Yanvarın 20-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı qlobal maliyyə institutlarından biri olan Amerika Birləşmiş Ştatlarının “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru Ceymi Daymon ilə görüşüb.
Dövlətimizin başçısı Azərbaycan Respublikası Dövlət Neft Fondu və ölkəmizin digər qurumları ilə “J.P. Morgan” arasında mövcud əməkdaşlıq əlaqələrinin əhəmiyyətinə toxunaraq, bunun uzunmüddətli xarakter daşıdığını və qarşılıqlı etimada əsaslandığını vurğuladı.
Azərbaycanın beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyini yüksək qiymətləndirən Ceymi Daymon ölkəmizdə sabit investisiya mühitinin olduğunu dedi. O, həmçinin Azərbaycanın ardıcıl maliyyə siyasəti həyata keçirdiyini qeyd etdi. Ceymi Daymon rəhbərlik etdiyi şirkətin Dövlət Neft Fondu ilə uzunmüddətli əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, bu tərəfdaşlığın möhkəm institusional əsaslara söykəndiyini və onun daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildirdi.
Söhbət zamanı bu şirkətin SOCAR-ın fəaliyyətinin maliyyələşməsi sahəsində çoxillik əməkdaşlığı məmnunluqla vurğulandı, “J.P. Morgan”la SOCAR arasında tərəfdaşlığın genişləndirilməsi ilə əlaqədar gələcək layihələrlə bağlı fikir mübadiləsi aparıldı.
Görüşdə ölkəmiz tərəfindən ABŞ-ın enerji sektoruna investisiya qoyuluşu məqsədilə “J.P. Morgan” şirkətinin cəlb edilməsi, qlobal maliyyə bazarlarında mövcud vəziyyət, beynəlxalq investisiya mühiti və makroiqtisadi çağırışlar ətrafında fikir mübadiləsi aparıldı, qlobal iqtisadi proseslər fonunda institusional investorlar üçün formalaşan imkanlar və uzunmüddətli əməkdaşlıq perspektivləri müzakirə olundu.
Qeyd edək ki, idarə etdiyi aktivlərin həcmi 4 trilyon ABŞ dollarından çox olan “J.P. Morgan” şirkəti bankçılıq, investisiya və aktivlərin idarə olunması sahələrində fəaliyyət göstərir. Tarixi 200 ildən artıq dövrü əhatə edən şirkət hazırda dünyanın ən böyük və şaxələndirilmiş maliyyə institutları sırasında yer alır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!