Oxumadan "Prava" almaq istəyənlərə XƏBƏRDARLIQ .....                        Bayraktar: Normallaşma Ermənistanla əməkdaşlığı gücləndirəcək .....                        Azərbaycanda ticarət mərkəzində dava .....                        Nərimanovda yaşayış binasında yanğın .....                        Təcili İranı tərk edin! - ÇAĞIRIŞ .....                        Yardımlıda ATIŞMA: Nə baş verir? .....                        Tramp İrana zərbə ehtimalını nəzərdən keçirir .....                        "Qarabağ" Nigeriyada bəyəndiyi iki oyunçunu Azərbaycana gətirir .....                        Müharibə üçün hər şey hazırdır! – Hər an başlaya bilər .....                       
28-01-2026, 22:48
Marneulidə faciə - iki azərbaycanlı həlak oldu


Marneulidə faciə - iki azərbaycanlı həlak oldu

Gürcüstanda Marneuli bələdiyyəsinin Baydar kəndi yaxınlığında ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtomobilin ağaca çırpılması nəticəsində iki nəfər həyatını itirib, daha iki nəfər isə ağır yaralanıb.
Qəza nəticəsində azərbaycanlılar - Üfiq Bədəlov və Ümid Adıgözəlov həlak olublar. Məlumata görə, hər ikisinin 23 yaşı var idi.
Hadisənin gəlin aparmaq üçün yola çıxan toy karvanının avtomobillərinin bir-biri ilə yarışması nəticəsində baş verdiyi bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
28-01-2026, 22:13
DİM bunun üçün 230 min xərcləyəcək


DİM bunun üçün 230 min xərcləyəcək

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) işçilərinin könüllü tibbi sığortasına sərf olunacaq vəsaitin həcmi məlum olub.
DİM bununla bağlı müvafiq işlər yekunlaşdırılıb.
Belə ki, DİM ümumilikdə 820 işçisini (340 işçi, 480 ailə üzvü (o cümlədən 430 kişi, 390 qadın və 24 nəfər 3 yaşa qədər uşaq) sığortalayacaq şirkəti artıq müəyyənləşdirib.
Qurum işçilərinin könüllü tibbi sığortası üçün "Meqa Sığorta" Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə razılaşıb və müqavilə bağlanılıb.
Müqaviləyə əsasən, DİM-in 820 işçisinin könüllü tibbi sığortası 237,8 min manata başa gələcək.
28-01-2026, 21:45
İrandakı rejimin sayılı günləri qalıb - Kansler


İrandakı rejimin sayılı günləri qalıb - Kansler

Yalnız zorakılıq və öz əhalisinə qarşı terror vasitəsilə hakimiyyətdə qala bilən bir rejimin uzunmüddətli gələcəyi yoxdur.
Bunu Almaniya kansleri Friedrix Merz bildirib.
“Öz xalqına qarşı zorakılıq və terrorla ayaqda duran bir rejimin günləri sayılıdır. Bu, həftələr məsələsi ola bilər, amma bu rejimin ölkəni idarə etmək üçün legitimliyi yoxdur,” – deyə Almaniya kansleri qeyd edib.
Merz eyni zamanda İtaliyanın Avropa İttifaqı daxilində irəli sürdüyü təşəbbüsə də dəstək verib. O, Avropa İttifaqı-nin İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıması təklifini müsbət qiymətləndirib.
28-01-2026, 21:24
Türkiyə Ermənistanla razılığa gəlib


Türkiyə Ermənistanla razılığa gəlib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yaxın günlərdə və ya həftələrdə Türkiyə ilə sərhədin qismən açılmasını gözlədiyini bəyan edib.
Bunu Ararat Mirzoyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında deyib.
Onun sözlərinə görə, tərəflər artıq Gümrü-Qars dəmir yolunun bərpası barədə razılığa gəliblər.
"Mən ümid edirəm ki, yaxın günlərdə və həftələrdə sərhədin ən azı qismən açılmasını, daha sonra isə zamanla tam açılmasını görəcəyik. Əminəm ki, bu, həm Ermənistan, həm də Türkiyə xalqı üçün faydalı olacaq", - deyə nazir vurğulayıb.
28-01-2026, 21:19
Bakıdakı hoteldə meyiti tapılan kişi diaspor rəhbəri imiş


Bakıdakı hoteldə meyiti tapılan kişi diaspor rəhbəri imiş

Bakının mərkəzində yerləşən hotellərin birində meyit aşkarlanıb.
Ölən şəxs Rusiyanın Krasnodar diyarında fəaliyyət göstərən diaspor rəhbəri Cəmil Əliyevdir.
Onun ailə üzvləri bildirib ki, mərhum həmin bölgədə vəkillik fəaliyyəti ilə də məşğul olub: "Son vaxtlar işlə bağlı tez-tez Azərbaycana səfər edirdi. Sonuncu səfəri zamanı isə Bakının mərkəzində hotellərdən birində ürək çatışmazlığından vəfat edib".
Xatırladaq ki, Rusiya vətəndaşı 1968-ci il təvəllüdlü Cəmil Paşa oğlu Əliyevin meyiti Tərlan Əliyarbəyov küçəsində yerləşən hoteldəki otaqda tapılıb. Onun üzərində hər hansı xəsarət aşkarlanmayıb.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
28-01-2026, 20:55
Rusiya Ermənistana "hücum edəcək"?


Rusiya Ermənistana "hücum edəcək"?

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı Azərbaycan sülh sazişinin imzalanması və Türkiyə ilə sərhədin açılması perspektivindən danışıb. İrəvan iki qonşusuyla münasibətlərin normallaşacağına əmindir. İrəvanın ehtiyat etdiyi əsas istiqamət Rusiyadır. Bunu Ararat Mirzoyanın AŞPA-dakı çıxışında toxunduğu bir mövzudan da aydınlaşdırmaq olar.
Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Ermənistanın xarici işlər naziri ölkəsində iyun ayının əvəlində keçiriləcək parlament seçkiləri ərəfəsində hibrid hücumların güclənəcəyini bildirib. “Biz dezinformasiya, saxta xəbərlər və informasiya manipulyasiyaları mühitində yaşayırıq” – deyən Mirzoyan hibrid hüumları dəf etmək üçün immunitet formalaşdırdıqlarını söyləyib.
Ermənistan hakimiyyətini zəiflətmək məqsədilə hibrid hücumları həyata keçirən və planlaşdıran ünvan bəllidir. Bu Rusiyadır. Azərbaycan da ən çox Rusiyanın hibrid hücumlarından əziyyət çəkir, bunu aparılan monitorinqlər də sübut edir. Seçki öncəsi Ermənistana Rusiya istiqamətindən hibrid hücumların miqyasının artacağı gözləniləndir. Çünki Kreml və onun idarə etdiyi şəbəkələr Nikol Paşinyanın lideri olduğu partiyanın seçkidə məğlub olmasına çalışacaqlar. Bunu əsaslandıran bir başqa xəbər İrəvandan gəlib.
Paşinyanın seçkidə əsas rəqibi olacaq iş adamı Samvel Karapetyana dəstək vermək istəyən qüvvələr növbəyə düzülüblər. Keçmiş prezident Levon Ter-Petrosyanın lideri olduğu Erməni Milli Konqresi Partiyasının sədr müavini Levon Zurabyan bildirib ki, Karapetyanın komandası ilə vahid siyasi blok yaratmaq üçün danışıqlar aparırlar. Beləliklə, vaxtilə Qərbə yaxınlığı ilə tanınan Levon Ter-Petrosyan Kremlin dəstəklədiyi firuqa üstünlük vermək qərarına gəlib. Bunun iki səbəbi var. Birincisi, Levon Ter-Petrosyan düşünür ki, müxalifətin zəifliyi fonunda Paşinyanın səslərini parçalayacaq yeganə güc Karapetyanın formalaşdırdığı partiya ola bilər. İkincisi, Karapetyan Rusiyada fəaliyyət göstərın “Taşir” şirkəti hesabına 3 milyard dollardan çox sərvətə malikdir. Məşhur filmdə deyildiyi kimi, “Şakaya pul lazımdır”. Bu, “qərbpərəst” Levon Ter-Petrosyanı və digərlərini Karapetyanla birliyə cəlb edən əsas amildir. Bu hesabla Karapetyanın blokuna qoşulmaq üçün digər eks-prezidentlər Robert Köçəryan və Serj Sərkisyan da növbəyə düzüləcəklər”, - politoloq qeyd edib.
28-01-2026, 20:43
Bakıda icra başçısının müavini vəzifəsindən getdi


Bakıda icra başçısının müavini vəzifəsindən getdi

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini İlqar Mirzəyev işdən çıxıb.
İ.Mirzəyev pensiya yaş həddinə çatdığı üçün öz istəyi ilə vəzifədən azad edilib.
28-01-2026, 20:28
İran müharibəyə hazırdır - Tehrandan Trampın təhdidinə reaksiya


İran müharibəyə hazırdır - Tehrandan Trampın təhdidinə reaksiya

İran ABŞ və İsraillə qarşıdurmada yeni mərhələyə daxil olduğunu bəyan edib.
İranın xarici işlər nazirinin müavini Kazem Qaribabadi bildirib ki, Tehran hazırda münaqişənin “üçüncü fazasına” qədəm qoyur.
Qaribabadinin sözlərinə görə, indiyədək üç mərhələ mövcud olub: birinci mərhələ 12 gün davam edən müharibə, ikinci mərhələ isə müharibədən cəmi yeddi ay sonra baş verən daxili iğtişaşlar olub. Onun fikrincə, hazırda regionda baş verən proseslər qarşıdurmanın yeni fazasının başlanğıcıdır. İran XİN rəhbərinin müavini qeyd edib ki, taktika dəyişsə də, bu mərhələdə də qarşı tərəf əvvəlkilər kimi uğursuzluğa düçar olacaq.
Qaribabadi vurğulayıb ki, İran hətta məhdud miqyaslı zərbəyə belə “müvafiq cavab” verəcək.
Bu arada sosial şəbəkələrdə yayılan məlumatlara görə, Yaxın Şərq ölkələrindən azı on hökumət təyyarəsinin havaya qalxması qeydə alınıb. Bu, bəzi müşahidəçilər tərəfindən diplomatik heyətlərin mümkün təxliyəsi kimi qiymətləndirilir. Rəsmi qurumlar hələlik bu məlumatları təsdiqləməyib.
Xatırladaq ki, bu gün ABŞ Prezidenti Donald Tramp yenidən İranı hədələyib.
"Nəhəng bir armada İrana doğru gedir. O, sürətlə, böyük güc, həvəs və məqsədlə hərəkət edir. Bu donanma Venesuelada olduğu kimi, İranla da bağlı lazım olduğu təqdirdə, öz missiyasını böyük sürətlə, qüdrətlə yerinə yetirməyə hazırdır, həvəslidir və qadirdir. Ümid edirik ki, İran tez bir zamanda bütün tərəfləri qane edən ədalətli, bərabər, nüvə silahından imtina olunmuş razılaşma üçün danışıqlar masasına oturacaq. Zaman vacibdir, bu, həqiqətən vacibdir! Bir dəfə İrana dediyim kimi, SAZİŞ BAĞLAYIN! Onlar bunu etmədilər və "Gecəyarısı çəkic" əməliyyatı başladıldı, nəticədə İran üçün ciddi dağıntılar yarandı. Növbəti hücum daha pis olacaq! Bunun bir daha təkrarlanmasına imkan verməyin", - deyə ABŞ Prezidenti qeyd edib.
28-01-2026, 19:46
Avropada 17 nəfər soyuqdan öldü


Avropada 17 nəfər soyuqdan öldü

Ötən ilin dekabrın 1-dən bəri Çexiyada güclü şaxtalar və hipotermiya nəticəsində 17 nəfər həyatını itirib.
Bu barədə yerli təcili yardım xidmətləri və tibb müəssisələri məlumat yayıb. Hadisələrin əksəriyyəti gecə temperaturun aşağı olduğu regionlarda qeydə alınıb, həmin ərazilərdə termometrlərin göstəriciləri sıfırdan xeyli aşağı düşüb.
Mütəxəssislərin məlumatına görə, ölənlər arasında əsasən daimi yaşayış yeri olmayan şəxslər, eləcə də yaşlı insanlar və alkoqollu vəziyyətdə olanlar üstünlük təşkil edir. Həkimlər bildirirlər ki, hipotermiya çox vaxt hiss olunmadan inkişaf edir və qısa müddətdə ölümə səbəb ola bilər.
Bununla əlaqədar olaraq, hakimiyyət orqanları sosial xidmətlərin, gecə sığınacaqlarının və isinmə məntəqələrinin fəaliyyətini gücləndirib. Polis və könüllülər soyuq havada küçədə olan insanlara yardım təklif etmək üçün reydlər keçirirlər.
Xilasedicilər vətəndaşları ehtiyat tədbirlərinə əməl etməyə, şaxtada uzun müddət qalmaqdan çəkinməyə və təcili yardıma ehtiyacı olan şəxslər barədə məlumat verməyə çağırırlar.
28-01-2026, 19:20
Bu muzeyi ziyarət etmək şərəf idi - Ceyhun Bayramov


Bu muzeyi ziyarət etmək şərəf idi - Ceyhun Bayramov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çinə rəsmi səfəri çərçivəsində Çin Kommunist Partiyasının Muzeyini ziyarət edib.
Bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, muzey Çinin müasir inkişafını formalaşdıran tarixi məqamlar və idarəetmə təcrübəsi haqqında dəyərli məlumat təqdim edir.
Nazir Qonaq Kitabında öz təşəkkür sözlərini yazaraq Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın daha da zənginləşdirilməsinin vacibliyini vurğulayıb.
C.Bayramov isə öz "X" hesabında yazıb ki, Çin Kommunist Partiyası Muzeyini ziyarət etmək şərəf idi, bu muzey Çin xalqının zəngin tarixini, baxışlarını və nailiyyətlərini canlı şəkildə əks etdirir:
"Bu ziyarət Çinin inkişaf yolu və milli dirçəliş haqqında dəyərli məlumatlar verdi. Gözəl tur üçün təşəkkür edirəm!".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!