Gəncədə iki minik avtomobili toqquşub, xəsarət alanlar var .....                        Daha bir ölkə öz vətəndaşlarını İrandan qaçmağa çağırdı .....                        Qəzada yaralanmış FHN əməkdaşı evə buraxıldı .....                        İran sənətçilərinin Bakı səfəri: Onları kimlər qarşılamışdı? .....                        Zakir Həsənov hərbi hissəni yoxladı .....                        UEFA “Qarabağ”ı cəzalandırdı .....                        Göldə boğulan 8 nəfərin cəsədi tapıldı .....                        Heyvandarlıq məhsullarının istehsalı azalıb .....                        Ordumuzun əsgəri vəfat etdi .....                       
8-02-2026, 12:56
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Fevralın 9-da gözlənilən hava proqnozu açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 754 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 70-75 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.
8-02-2026, 12:14
İran atom bombası axtarmır - Abbas Əraqçi


İran atom bombası axtarmır - Abbas Əraqçi

İran atom bombası axtarmır.
Bunu İran xarici işlər naziri Abbas Əraqçi bildirib.
Abbas Əraqçi İranın dinc nüvə proqramının məqsədləri ilə bağlı hər hansı bir sual və ya qeyri-müəyyənlik olarsa, cavab verəcək, qeyri-müəyyənliyi aradan qaldıracaqlar.
“Bunun yeganə yolu diplomatiyadır”.
8-02-2026, 11:40
Rusiya Zaporojyeyə 300 dronla hücum etdi - Ölən və yaralananlar var


Rusiya Zaporojyeyə 300 dronla hücum etdi - Ölən və yaralananlar var

Ukraynanın Zaporojye vilayəti dron hücumuna məruz qalıb.
Bu barədə "RBK-Ukraina" Zaporojye Vilayət Hərbi Administrasiyasının rəisi İvan Fedorova istinadən məlumat yayıb.
İvan Fedorov bildirib ki, Rusiya qoşunları regiona 577 zərbə endirib və yaşayış məntəqələrinə 297 dron buraxıb.
"Rusiyanın hücumları nəticəsində Zaporojye və Poloqovsk rayonlarında bir nəfər həlak olub, səkkiz mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar kütləvi kombinə edilmiş atəş taktikası tətbiq ediblər. Dron hücumlarından (əsasən FPV) ən çox Volnyansk, Qulyaypole, Stepnoqorsk və Novonikolayevka zərər çəkib", - Fedorov qeyd edib.
Onun sözlərinə görə, Rusiya aviasiyası kənd və qəsəbələrə 24 zərbə, onlarla icmanın yaşayış məhəllələrinə və ətrafına 253 artilleriya zərbəsi endirib. 67-dən çox yaşayış evi, avtomobil və mülki infrastruktur obyekti zədələnib.
8-02-2026, 11:21
Masallıda 9 kiloqram narkotik vasitə AŞKARLANDI


Masallıda 9 kiloqram narkotik vasitə AŞKARLANDI

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və satışına qarşı növbəti əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, saxlanılan 31 yaşlı Fərid Mirzəyevdən 9 kiloqram marixuana aşkarlanaraq götürülüb.
O, ifadəsində narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. F.Mirzəyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
8-02-2026, 11:12
"Malakan bağı"nda yanğın


"Malakan bağı"nda yanğın

Bakının mərkəzində yerləşən "Malakan bağı" ilə üzbəüz mağazada yanğın var.
Hadisə ilə bağlı yanğınsöndürən briqadalar əraziyə çağırılıb.
Məlumata görə, polis əməkdaşları da ərazidə təhlükəsizlik tədbirlərini gücləndirərək yanğını söndürməyə kömək edirlər.
Hazırda yanğının səbəbi, miqyası və xəsarət alanlarla bağlı dəqiq məlumat yoxdur.
Məsələ ilə bağlı rəsmi qurumların açıqlaması gözlənilir.
8-02-2026, 11:00
Bakı-Sumqayıt yolunda hərəkət dayandırıldı


Bakı-Sumqayıt yolunda hərəkət dayandırıldı

Bakı–Sumqayıt yolunun Sulutəpə dairəsi istiqamətində yolun asfalt örtüyünün yenilənməsi ilə əlaqədar həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür, hərəkətin nizamlanması həyata keçirilir.
“Sürücülərdən xahiş olunur ki, müvəqqəti yol nişanlarının tələblərinə əməl etməklə, alternativ yollardan istifadə etsinlər”, - deyə qurumun məlumatında bildirilir.
8-02-2026, 10:20
“7:1 yuxu qaydası” ömrü bir neçə il uzada bilər


“7:1 yuxu qaydası” ömrü bir neçə il uzada bilər

Son araşdırmalar göstərir ki, yalnız kifayət qədər yatmaq deyil, həm də hər gün eyni saatlarda yatmaq insanın ömür uzunluğuna ciddi təsir göstərə bilər.
Tədqiqatçılar bunu “7:1 yuxu qaydası” kimi təqdim edirlər.
Bu qaydaya görə, insan həftədə ən azı beş gün gecə təxminən yeddi saat yatmalı və yatma vaxtını bir saatlıq interval daxilində sabit saxlamalıdır. Araşdırma nəticələri göstərir ki, kifayət qədər yuxu müddəti ilə müntəzəm yatma saatının birlikdə tətbiqi erkən ölüm riskini təxminən 24% azalda bilər.
Vitality və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) birgə araşdırmasına əsasən, belə yuxu vərdişləri insanın ömür uzunluğunu orta hesabla iki-dörd ilədək artırmaq potensialına malikdir.
Tədqiqat milyonlarla gecəlik yuxu məlumatlarının təhlilinə əsaslanır və göstərir ki, qeyri-müntəzəm yuxu rejimi daha yüksək ölüm riski ilə əlaqəlidir. Bu səbəbdən mütəxəssislər yuxu müddətindən əlavə, bədənin bioloji ritmini qoruyan sabit yatma saatının xüsusilə vacib olduğunu vurğulayırlar.
Ekspertlər qeyd edirlər ki, müasir həyat tərzi səbəbindən insanların böyük hissəsi optimal yuxu rejiminə əməl etmir və sadə vərdiş dəyişiklikləri – ekran vaxtının azaldılması, sabit yuxu qrafiki və rahatlaşdırıcı gecə rutini – sağlamlıq göstəricilərini yaxşılaşdıra bilər.
İnsan orqanizminin bioloji saatına uyğun və müntəzəm yuxu rejimi yalnız ömür müddətini uzatmaqla deyil, ümumi sağlamlıq, enerji səviyyəsi və metabolizmanın sabit qalması baxımından da mühüm rol oynayır.
8-02-2026, 10:05
Prezidentin qızı və gəlini Şah Abbas məscidində


Prezidentin qızı və gəlini Şah Abbas məscidində

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər.
Məscid 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında inşa edilib.
Gəncənin mərkəzində yerləşən bu abidə orta əsr Azərbaycan memarlığının portal-günbəz ənənələrini, lakonik və ifadəli bədii-konstruktiv xüsusiyyətlərini özündə birləşdirir.
Sonda Leyla Əliyeva və Alena Əliyevaya “Qurani-Kərim” hədiyyə olunub. Qeyd edək ki, məscid 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə bərpa olunub.


8-02-2026, 10:05
Prof.Fərrux Rüstəmov – 65

Pedaqogikaşünaslıq elmi   məktəbinin yaradıcısı


Pedaqogikaşünaslıq

elmi

məktəbinin yaradıcısı


Ömrünün 65 ilini arxada qoyan ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmovu çoxminlik pedaqoji ictimaiyyətimizə tanıtmağa xüsusi ehtiyac olmasa da, onun qısa bioqrafiyasını — ömrünün yadda qalan anlarını, xüsusən elmi bioqrafiyasını xatırlamaq yaxşı olar.

Göyçənin Cil kəndindən başlayan ömür yolu

Fərrux Rüstəmov 1 yanvar 1961-ci ildə Qərbi Azərbaycanın Çəmbərək rayonunun Cil kəndində anadan olub. 1968-1978-ci illərdə Cil kənd orta məktəbində, 1978-1982-ci illərdə V.İ.Lenin adına ADPİ-nin (indiki ADPU) Pedaqoji fakültəsində təhsil alıb. Orta məktəbi “Tərifnamə” ilə bitirib. Tələbəlik illərində fakültə Əlaçılar şurasının və Tələbə Elmi Cəmiyyətinin sədri olub, “Əla təhsilə görə”, “Əla təhsilə və ictimai işə görə” SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin, ÜİLKGİ-nin döş nişanları, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin I-II dərəcəli diplomları (tələbə elmi tədqiqat işinə görə), ÜİLKGİ-nin və institut rektorluğunun Fəxri Fərmanları ilə təltif olunub. Təhsil illərində Lenin təqaüdü ilə oxuyub. İnstitutu fərqlənmə diplomu ilə başa vurub.
Müəllim, direktor, aspirant, professor



1982-1985-ci illərdə Quba rayonunun Rəngidar kənd səkkizillik məktəbində müəllim və məktəb direktoru işləyib. 1985-ci ildə V.İ.Lenin adına ADPİ-nin pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə əyani aspiranturasına daxil olub. 1985-1987-ci illərdə Qazaxıstanın Leninski şəhərində Sovet Ordusu sıralarında xidmət edib. Hərbi xidmətdən sonra aspirantura təhsilini davam etdirib. “Azərbaycanda sovet pedaqoji elminin inkişafı (1961-1981-ci illər)” mövzusunda namizədlik (1989), “Azərbaycanda pedaqoji elmin inkişaf yolları (1920-1991-ci illər)” mövzusunda doktorluq (2003) dissertasiyasını müdafiə edib.
1988-ci ildə SSRİ Elmlər Akademiyasının Sovet Sosioloqlar Assosiasiyasının üzvü seçilib. Pedaqoji Universitetin Şagirdlərin peşəyönümü elmi-tədqiqat laboratoriyasında kiçik elmi işçi (1990-1991), Ümumi pedaqogika kafedrasında müəllim (1992-1995), dosent (1996-2004), professor (2004-2006) vəzifələrində çalışıb.
Dekan və kafedra müdiri
Şagirdlərin peşəyönümü elmi-tədqiqat laboratoriyasına (1996-2000) və Dədə Qorqud ETL-nin pedaqogika, psixologiya, fəlsəfə bölməsinə (2000-2004), Bakı Qızlar Seminariyasının (Bakı Qızlar Universitetinin) Pedaqogika kafedrasına (1998-2006), ADPU-nun İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasına (2007-2011) və Pedaqoji təhsilin problemləri elmi-tədqiqat laboratoriyasına (2008-2011) rəhbərlik edib. 2006-cı ildən İbtidai təhsilin pedaqogikası kafedrasının professoru kimi fəaliyyət göstərir. 2007-2022-ci illərdə ADPU-nun Pedaqoji fakültəsinin (indiki İbtidai təhsil fakültəsinin) dekanı, fakültə Elmi Şurasının sədri, Universitet Elmi Şurasının üzvü olub.
2022-ci ildən ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, Universitet Elmi Şurasının üzvüdür. Onun təşəbbüsü ilə İbtidai təhsil fakültəsinin bakalavriat səviyyəsində İbtidai sinif müəllimliyi ixtisasının ingilis bölməsi, magistratura səviyyəsində Təhsildə monitorinq və qiymətləndirmə və Sosial pedaqogika ixtisasları yaradılıb, “Təhsilin əsasları” auditoriyası açılıb. Fakültənin ilk dekanı dos. İ.Vəlixanlının, prof. M.Muradxanovun 100 illik yubileyləri və fakültənin 50 illik yubileyi keçirilib.

Elmi yaradıcılığı

50-dən çox monoqrafiya, kitab və kitabçası, 40 tədris proqramı, 200-dən çox elmi məqaləsi, 40 tezisi, 250-dən artıq elmi-pedaqoji və publisistik qəzet yazısı işıq üzü görüb. Kitablarından biri (“Şərqdə təlim-tərbiyə”) Tehranda, biri (“Azərbaycanda təhsilin inkişaf istiqamətləri”) Moskvada nəşr olunub. 20 kitabın tərtibçisi, 100-dən çox kitabın elmi redaktoru və rəyçisi olub. Əsərləri Bakı, Moskva, Səmərqənd, Çeboksarı, Tehran, Təbriz, İstanbul, Astana, Sankt-Peterburq və Tbilisi şəhərlərinin nüfuzlu jurnallarında və elmi məcmuələrində Azərbaycan, rus, türk, özbək dillərində çap olunub. Yunanıstan, Albaniya, Rusiya, Finlandiya, İsveç, Norveç, Danimarka, Estoniya, İspaniya və Portuqaliyada yaşlıların təhsili ilə bağlı keçirilən beynəlxalq konfranslarda iştirak edib. Son illərdə onun yaradıcılığında yeni bir elmi istiqamət – Qərbi Azərbaycanda təhsil və pedaqoji fikir tarixinin tədqiqi və təbliği -formalaşmışdır. Bununla bağlı “İrəvan Müəllimlər Seminariyası və onun məzunları” (2022), “İrəvan kişi gimnaziyası və onun azərbaycanlı məzunları” (2024) monoqrafiyaları və silsilə məqalələri nəşr olunub.

Elmi kadr hazırlığı
Onun elmi məsləhətçiliyi ilə 4 nəfər pedaqogika üzrə elmlər doktoru, elmi rəhbərliyi ilə 35 nəfər pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 4 nəfərin elmlər doktoru, 36 nəfərin pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin rəsmi opponenti olub.1997-ci ildən 2009-cu ilə kimi Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın Təhsil Problemləri İnstitutunda və ADPU-da fəaliyyət göstərən ümumi pedaqogika, pedaqogika və təhsil tarixi ixtisası üzrə Dissertasiya Şurasının üzvü olub. 2009-2016-cı illərdə ADPU-da fəaliyyət göstərən ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi üzrə Dissertasiya Şurasının sədr müavini olub. Sədrliyi ilə 22 nəfər elmlər doktoru, 155 nəfər pedaqogika üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə edib. Hazırda ADPU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü, Dissertasiya Şurasının nəzdindəki seminarın sədridir. Naxçıvan Müəllimlər İnstitutunda fəaliyyət göstərən Dissertasiya Şurasının nəzdindəki elmi seminarın üzvüdür. 1993-2016-cı illərdə Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirmə Şurasının üzvü olub. Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının Pedaqogika, psixologiya və fənlərin tədrisi metodikası bölməsinin üzvüdür.

Elmi jurnalarda təmsilçiliyi

“ADPU-nun Xəbərləri”, “Kurikulum”, “Azərbaycan məktəbi”, “Məktəbəqədər və ibtidai təhsil”, “Təhsildə İKT”, “Dədə Qorqud araşdırmaları”, “Media və təhsil innovasiyaları”, “Bakı Qızlar Seminariyasının Elmi Xəbərləri”, “Naxçıvan Universitetinin Elmi Xəbərləri”nin redaksiya heyətinin üzvü, “Pedaqoji tədqiqatlar” elmi məqalələr məcmuəsinin və “İbtidai təhsilin problemləri” elmi məqalələr toplusunun baş redaktorudur.
Azərbaycanda müəllim kadrları hazırlığının strategiya və konsepsiyasını hazırlayan işçi qrupunun, Azərbaycan Respublikası Milli Məclisinin “Elm və Təhsil Məsələləri Daimi Komissiyası”nın təhsil haqqında Azərbaycan Respublikasının Qanunu hazırlayan işçi qrupunun, Fasiləsiz Pedaqoji Təhsil üzrə Koordinasiya Şurasının, Dərslikləri Qiymətləndirmə Şurasının üzvü, “Həyat bilgisi” fənn kurikulumunu hazırlayan işçi komissiyasının sədri olub.
Elmi uğurları, mükafatları, Prezident təltifləri
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, akademik Mehdi Mehdizadə, “Gənc alimlər”, “Firidun bəy Köçərli” və “Qızıl qələm” mükafatları laureatıdır. “Avropa Nəşr Mətbu evi” komissiyasının qərarı ilə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı (2009), Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” (2010) döş nişanı ilə təltif olunub. “Vektor” Beynəlxalq Elmi Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “XXI əsr Azərbaycan ziyalıları” ADPU-da “İlin müəllimi” (2007), “İlin alimi” (2011, 2013, 2015) müsabiqələrinin qalibi olub. Təhsil Nazirliyinin, müxtəlif ali təhsil müəssisələrinin, beynəlxalq və respublika səviyyəli təhsil qurumlarının, KİV-in fəxri fərman və diplomları ilə təltif edilib.
1998-ci ildə Moskva şəhərində yerləşən Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, 2010-cu ildə isə Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (akademik) seçilib.
Azərbaycan Respublikası Prezidenti İ. Əliyevin sərəncamları ilə “Tərəqqi” medalına (2006) və Əməkdar elm xadimi (2011) fəxri adına və 3-cü dərəcəli “Əmək” ordeninə, respublikanın ən ali medalına - “Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalına və “Azərbaycan Dövlət Pedaqoji Universiteti-100” yubiley medalına layiq görülüb.
Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, Çəmbərək rayon icmasının İdarə heyətinin üzvü, Cil kənd icmasının sədri, Qərbi Azərbaycan İcmasının nəzdindəki Elm komissiyasının üzvüdür.
Anadan olmasının 50 və 60 illiyi ilə əlaqədar olaraq Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Təhsil İnstitutunun, ayrı-ayrı qəzet və jurnalların redaksiya heyətinin Fəxri fərmanları və diplomları ilə təltif olunub. Haqqında “Professor Fərrux Rustəmov-50” (2011), “Fərrux Rüstəmov. Biblioqrafiya” (2016), ”Professor Fərrux Rüstəmov və “Pedaqoji tədqiqatlar” məcmuəsi (2025), “Fərrux Rüstəmov və Azərbaycan pedaqogikaşünaslığı” (2025), “Professor Fərrux Rüstəmov və yetirmələri” (2025) kitablarının nəşri Fərrux Rüstəmova böyük hörmət və etimadın ifadəsidir.



Yaradıcılığına akademik baxış

AMEA-nın prezidenti, akademik İ.Həbibbəyli yazırdı ki, professor Fərrux Rüstəmovun pedaqoji yaradıcılığı, elmi məktəbi, təşkilatçılıq fəaliyyəti və milli təhsil quruculuğu və pedaqoji kadr hazırlığındakı xidmətləri onu Azərbaycan pedaqoji elminin qürur duyulan şəxsiyyətlərindən birinə çevirmişdir. Akademik H. Əhmədov öz yetirməsi haqqında yazırdı: “Fərrux Rüstəmovun əsərləri Azərbaycan pedaqoji elmini zənginləşdirən elmi yaradıcılıq nümunələridir.” Prof. Ə.Ağayevin təbirincə desək, Fərrux Rüstəmovun “Azərbaycan pedaqogikaşünaslığı” pedaqoji elmimizin bir əsrlik salnaməsidir, Azərbaycan pedaqoji elmində hadisəyə çevrilmiş bir əsərdir. Pedaqogikaşünaslığın meydana gətirilməsi məhz Fərrux Rüstəmova məxsus elmi fədakarlıq, yaradıcı xidmətdir. Fərrux Rüstəmov elmşünaslığın tərkib hissəsi kimi pedaqogikaşünaslığı yaratmış və formalaşdırmışdır. O, Azərbaycan pedaqikaşünaslığının pioneri olaraq öndədir. Fərrux Rüstəmov mükəmməl pedaqogika tarixçisidir. O, Əhməd Seyidov, Mehdi Mehdizadə, Mərdan Muradxanov, Hüseyn Əhmədov məktəbinin ənənələrini yaşadaraq və müasirlik düşüncəsi ilə onları inkişaf etdirərək, məzmununu, elmi əhatə dairəsini genişləndirərək sanballı bir elmi mövqeyə malik olmuşdur.
Azərbaycanda elmi-pedaqoji fikrin inkişafında və bir elm sahəsi kimi pedaqogikaşünaslığın formalaşdırılmasında professor Fərrux Rüstəmovun müstəsna xidmətləri vardır. Fərrux Rüstəmovun özünəməxsus yaradıcılıq üslubu və fərqli düşüncə tərzi vardır. Bu onun demək olar ki, bütün əsərlərində özünü göstərir. Üzərində adı olmasa belə, hər hansı bir kitabın, məqalənin, tədqiqat əsərinin Fərrux müəllimin qələmindən çıxdığını duymaq mümkündür. Lakonik düşüncə tərzi, faktlara obyektiv münasibət, analitik təhlil, fakt və hadisələrə həmin dövrün sosial-siyasi və tarixilik müstəvisində yanaşmaq, müqayisə, ümumiləşdirmə və nəticənin əsaslandırılması kimi tədqiqatçılıq bacarığı onun yaradıcılığına xas olan keyfiyyətlərdir.
Prof.Y.Babayev haqlı olaraq qeyd edir ki, XX əsrin əvvəllərində F.Köçərlinin Azərbaycan ədəbiyyatı tarixi üçün təkbaşına gördüyü işi Fərrux müəllim pedaqogika tarixi üçün XXI yüzilliyin əvvəllərində eyni həvəs və əzabkeşliklə yerinə yetirmişdir.
Professor F. Rüstəmov məhsuldar pedaqoqdur. Bu barədə həmkarım professor Akif Abbasov yazır: “Məndən soruşsaydılar ki, müasir günümüzdə pedaqoqlar arasında ən məhsuldar olanı kimdir? Mən tərəddüd etmədən deyərdim - Fərrux Rüstəmov.” Bu, mübaliğə deyil, həqiqətdir. Bu fikir yalnız bir alim həmkarımın təəssüratı deyil, Azərbaycan elmi-pedaqoji ictimaiyyətinin ümumi rəyidir.
Professor Fərrux Rüstəmovun pedaqogika elmi sahəsində xidmətləri çoxdur. Onun yazdığı bir çox dərslik və dərs vəsaitləri müəllim və tələbələrin ən çox müraciət etdikləri mənbələr sırasında mühüm yer tutur.
Bir faktı xüsusi qeyd etmək lazımdır. 2021-ci ildə müəllim hazırlığının flaqmanı olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 yaşı tamam olurdu. Hazırlıq ərəfəsində heç bir mübaliğə olmadan deyirəm ki, gecəli-gündüzlü işləyənlərdən, arxivlərdə çalışan, ötən yüz ili “canlandıranlardan” məhz Fərrux müəllim oldu. İkicildlik “Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixi”, “Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorları”, “Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları” kitabları həqiqətən də nadir və çox böyük əziyyət, zəhmət tələb edən əsl tarixi tədqiqatlar oldu.
Professor F. Rüstəmovun şəxsiyyəti təkcə bunlarla məhdudlaşmır. Əsl pedaqoqlara məxsus humanistlik, ehtiyacı olsun-olmasın hamıya, xüsusən gənc tədqiqatçılara kömək etmək, elmi rəhbərimiz olan mərhum akademik Hüseyn Əhmədov kimi onların əlindən tutub irəliləmələrinə yardımçı və dəstək olmaq Fərrux müəllimin ən gözəl keyfiyyətlərindən biri kimi tanıtdırır və sevdirir. Dostcanlı, həmkarlarına qarşı səmimi, tələbə və yetirmələrinə mehriban münasibət, hamıya kömək etməyi özünə borc hesab edən Fərrux müəllim tələbələri tərəfindən də çox sevilən müəllimlərdəndir. Onun istər yüksək elmi məclislərdə, istərsə də tələbə auditoriyalarında mühazirələri və çıxışları həmişə maraqla qarşılanır və dinlənilir. Çünki burada həmişə yeni söz, yeni fikir və yeni faktlar olur ki, bunlar da dinləyicini istər-istəməz özünə cəlb edir.
Azərbaycan pedaqoji mühitində özünə möhkəm mövqe qazanan, fikirləri ilə hesablaşılan alimlərdən biri olan Fərrux Rustəmov pedaqoji sahədə yeni bir ənənənin əsasını qoyub. Elmi re-daktorluğu ilə doktorantlarının əsərlərinin monoqrafiya şəklində nəşrinə nail olub. Həmin əsərlərə geniş “Ön söz” yazaraq tədqiqatçıların ilk qələm təcrübələrinə yüksək qiymət verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə hazırlanan “Azərbaycan Milli Ensiklopediyası”nın “Azərbaycan cildi”ndə pedaqogika elmi haqqında xüsusi oçerkin yazılması, prof.Misir Mərdanovun Azərbaycan təhsilinin salnaməsi hesab olunan, fundamental “Azərbaycan təhsil tarixi” çoxcildliyinin elmi redaktorluğunun ona həvalə olunması Fərrux Rustəmovun elmi-pedaqoji ictimaiyyət arasında yüksək nüfuzuna, intellektual səviyyəsinə və kreativ düşüncə sahibi olmasına dəlalət edir.

Uğurun açarı ailədir

Fərrux müəllim gözəl ailə başçısıdır. Həyat yoldaşı Şəlalə xanım Memarlıq və İnşaat Mühəndisləri Universitetində mühasib işləyir. Qızı Sevinc Qlazko Universitetində (Şotlandiya) doktorantura təhsili alır. Oğlu Orxan Böyük Britaniyada ali təhsil alıb.
Pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov ömrünün ən məhsuldar dövrünü yaşayır. “Azərbaycan Dövlət Pedaqoji Universitetinin yubeliyi” (yubileydən-yubileyə), “Azərbaycan Dövlət Pedaqoji Universiteti və Birinci Ümumittifaq Türkoloji Qurultay” kitabları üzərində işləyir. Ona bu yubiley ilində uzun ömür, möhkəm can sağlığı, işlərində uğurlar və daha böyük yaradıcılıq uğurları arzu edirik.



Müseyib İLYASOV,

ADPU-nun Təhsil menecmenti kafedrasının pro¬fes-soru, pedaqogika elmləri doktoru, Əməkdar müəllim
8-02-2026, 09:59
Leyla və Alena Əliyeva Gəncədə uşaq evində olublar


Leyla və Alena Əliyeva Gəncədə uşaq evində olublar

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə 4 nömrəli uşaq evində olublar.
Ziyarət zamanı uşaq evinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, 4 nömrəli uşaq evi valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşaqlara xidmət göstərir. Hazırda uşaq evinin 64 sakini var. Onlara sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedaqoji və sosial-hüquqi xidmətlər göstərilir.
Qeyd olunub ki, müəssisə 2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir olunub. Fond uşaq evinin sakinlərini daim diqqətdə saxlayır, burada mütəmadi olaraq şənliklər, əyləncəli tədbirlər təşkil edilir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!