Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                       
Tarix : 15-01-2019, 07:53
Vyana şəhərində bütün növ silahların gəzdirilməsi qadağan edilə bilər

Vyana şəhəri ərazisində bütün növ silahların gəzdirilməsi qadağan oluna bilər.
Bu təkliflə şəhərin meri Mixael Ludviq çıxış edib.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, hazırda şəhərin bəzi ərazilərində silah gəzdirilməsi qanunla qadağan olsa da, şəhər meri bunu yetərli hesab etməyib və qadağanın şəhərin bütün ərazisinə şamil olunmasını təklif edib. Təklifə görə, odlu silahlarla yanaşı, soyuq silahlar və eləcə də insanların həyatına təhlükə törədə bilən bütün əşyaların, hətta adi cib bıçaqlarının gəzdirilməsi da qadağan edilməlidir. Peşə fəaliyyəti ilə əlaqədar və ya xüsusi icazə sənədi olan şəxslər bu qaydalardan istisna təşkil etməlidirlər.
Vyana şəhərində silah kimi istifadə edilə bilən istənilən növ əşya və alətin gəzdirilməsinin qadağan olunduğu iki ərazi mövcuddur. Alkoqol və narkotik vasitə istifadəçilərinin daha çox toplaşdıqları həmin ərazilər polisin ciddi nəzarəti altındadır. M.Ludviq deyib ki, əgər belə bir qanun Vyanada tətbiq olunursa, o zaman həmin qanun şəhərin bütün ərazisini əhatə etməlidir.
Vyana Şəhər Polis İdarəsindən isə şəhər merinin bu tələbinə skeptik yanaşılıb. Qeyd edilib ki, şəhərdə arayişin qorunmasına xüsusi ehtiyac olan bəzi ictimai yerlərdə silah gəzdirilməsi ötən il avqustun 15-dən etibarən qadağandır. Lakin bu təklif həmin kriteriyaya cavab vermir və şəhərin bütün ərazisini real təhlükənin mövcud olduğu zona elan etmək mümkün deyil. Eləcə də bu qanunun şəhərin bütün ərazisində tətbiq edilməsi hüquqi müstəvidə problemlər yarada bilər. Buna baxmayaraq, polis orqanları ictimai asayişin qorunmasına xidmət edən bütün təklifləri diqqətlə nəzərdən keçirəcək.
Qeyd edək ki, Avstriyanın bir sıra şəhərlərinin (Vyana, İnnsbruk, Lints) bəzi ərazilərində istənilən növ odlu və soyuq silahın gəzdirilməsi qanunla qadağandır. Belə silahlarla saxlanan şəxslər məsuliyyətə cəlb olunurlar.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!