Vaşinqtonda Azərbaycanın dövlət rəhbərliyinə qarşı təxribatın qarşısı alınıb .....                        Gəncədə 38 yaşlı kişini BIÇAQLADILAR .....                        "Fənərbağça" İngiltərə klubuna uduzub - YENİLƏNİB .....                        UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçildi .....                        Sülh Netanyahunun dəstəyi ilə mümkün olub .....                        Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB .....                        Bu şəxslərin hərbi xidmət QAYDASI DƏYİŞƏCƏK .....                        Tokayev Tramp adına sülh mükafatı təklif edib .....                        Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatıb - YENİLƏNİB .....                       
Tarix : 10-04-2019, 13:36
Yeni Zelandiya parlamenti silah qadağası barədə qanunu qəbul etdi

Yeni Zelandiya parlamenti 15 martda Kraystçerç şəhərindəki məscidlərə edilən silahlı terror hücumunda 50 nəfər dinc sakinin qətlə yetirilməsindən sonra silah qadağaları ilə bağlı təqdim olunan yeni qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
Butov.az Azvision.az-a istinadən xəbər verir ki, ölkədə bütün hərbi tipli yarımavtomat silahların və hücum snayperlərinin alışını və istifadəsini qadağan edən qanun layihəsinin lehinə 119 deputat yekdilliklə səs verib. Cəmi 1 deputat sənədin əleyhinə çıxıb.
Parlamentin qanun layihəsini təsdiqləməsindən sonra çıxış edən Yeni Zelandiyanın baş naziri Casinda Ardern bu məsələdə iqtidar və müxalifət deputatlarının birlik nümayiş etdirərək önəmli bir addım atdıqlarını bildirib.
Əhalidən toplanacaq həmin silahların 200 milyon dollar dəyərində olacağını vurğulayan Ardern “Xalqımızın təhlükəsizliyini təmin etmək üçün ödəməli olduğumuz məbləğ budur. Buraya toplaşmağımızın səbəbi qurbanlar (məscidlərə edilən terror hücumundakı) və onların ailələridir. Xəstəxanada yaralıları ziyarət edərkən onların hamısında birdən çox güllə yarasının olduğunu gördüm. Bu insanlar həyatları boyunca psixoloji sarsıntı bir yana, fiziki əngəllərlə yaşayacaqlar. İnanıram ki, onlar burada bizim etdiklərimizə dəstək verirlər. Çünki bu silahlar öldürmək, şikəst etmək üçün hazırlanıb.”
Qanun layihəsində adı çəkilən silahları sənəddə göstərilən müddət ərzində təslim etməyənlərə qarşı 3 ilədək həbs cəzası və ya 4 min dollaradək cərimə nəzərdə tutulub. Qanun layihəsi Yeni Zelandiyanın baş qubernatoru Petsi Reddin imzasından sonra qüvvəyə minəcək.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!