Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 25-07-2014, 17:43

 

Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, dünyanın görkəmli alimlərindən olan əslən azərbaycanlı Lütfi Zadə yaxın dostu və varisi olan professor Rafiq Əliyevin son elmi nəzəriyyəsi üçün dünya alimlərinə müraciət edib. Lütfi Zadə müraciətində dünya alimlərini Rafiq Əliyevin dünyaya səs sala biləcək sonuncu qərarqəbuletmə nəzəriyyəsini müzakirə etməyə çağırır. Onun məktubunu dünya alimləri maraqla qarşılayıblar. Modern.az özəl olaraq həmin məktubun mətnini təqdim edir:

          "Real həyatımızda qeyri-müəyyənlik şəraitində qərar qəbul etmə kimi vacib olan az məsələlər var. Gündəlik həyatımızda qəbul etdiyimiz qərarların çoxu bu kateqoriyadandır. Zont götürümmü? Pata telefon açmaq lazımdırmı? Fordda olan qiymətli kağızları satmaq lazımdırmı? Və sairə... Daha vacib qərarlar insan fəaliyyətinin planlaşdırılmasında, siyasətdə, konfliktlərin çözülməsində qəbul edilir. Elektron poçtumda məktublara göz gəzdirərkən 2003-cü ildə elmlər doktoru Laski ilə yazışmamıza rast gəldim. Mövzu belə idi: qeyri-müəyyənlik şəraitində qərar qəbuletmədə ehtimal nəzəriyyəsindən istifadə etmək kifayətdirmi? Laski Bayes ehtimal yanaşmasının tərəfdarı olduğundan cavabı "hə” olmuşdu. Mən öz növbəmdə "yox” cavabını əsaslandırmışdım. İndiki dövrümüzdə qeyri-müəyyənlik şəraitində qərar qəbuletmənin müxtəlif əsaslı problemlərinin başa düşülməsində xeyli irəliləmişik. Elmin və biliklərimizin bugünkü səviyyəsindən çıxış edərək qərar qəbuletmə problemlərinə yenidən baxmağa ehtiyac var.

Öncə qeyd edim ki, məsələnin "qeyri-müəyyənlik şəraitində qərar qəbuletmə üçün ehtimal nəzəriyyəsindən istifadə etmək kifayətdirmi” kimi qoymaq özü qüsurludur. Səbəb ondadır ki, istənilən qərarın verilməsi əldə olunan informasiyadan asılıdır. Belə informasiyanın tipləri çoxdur. Ehtimal nəzəriyyəsi müəyyən bir tip informasiya üçün yararlı ola bilər, ancaq başqa növ informasiya şəraitində yararlı deyil.

Fərz edək ki, mən qərar verməliyəm ki, hər hansı götürülmüş qərar qəbuletmə nəzəriyyəsini mövcud informasiya şəraitində tətbiq edimmi. Bu nəzəriyyə bu informasiya mühitində işləyə bilərmi. Məsələn, tutaq ki, mövcud informasiya təbii dildə təsvir olunmuşdur. Əldə olan bu nəzəriyyə bu informasiya mühiti üçün keçərlidirmi? Bu cavabını gözləyən çox vacib məsələdir. 3 tip informasiyanı fərqləndirməliyik: mümkünlük (hadisənin baş verməsi mümkündür), ehtimal (hadisə müəyyən ehtimalla baş verə bilər), bimodal informasiya. Bimodal informasiya mümkünlük və ehtimal informasiyanın kombinasiyasıdır (daha real və universal informasiya mühiti). İnformasiyanı təsnif etmək üçün informasiya anlayışını məhdudiyyət anlayışı ilə eyniləşdirmək lazımdır. Qərar qəbuletmə parametrlərinə qoyulan məhdudiyyət həmin parametrlərin aldığı qiymətlərə qoyulan məhdudiyyətdir. Məhdudiyyət səlis və qeyri-səlis ola bilər. 3 cür məhdudiyyəti fərqləndirmək lazımdır. Mümkünlük tipli məhdudiyyət parametrin mümkün qiymətlərinin qeyri-səlis çoxluğunu təyin edir. Ehtimal tipli məhdudiyyət parametrin mümkün qiymətlərinin ehtimal paylanmasını təyin edir. Bimodal məhdudiyyət hər iki tip məhdudiyyətlərin sinerisini ehtiva edir. Bimodal informasiya - bimodal məhdudiyyətlərin toplusudur. Məsələn qərar qəbul edərkən hər hansı bir parametrin (tutaq ki, uduş) qiyməti 10-a bərabər və ya 10-dan böyükdür. Bu klassik mümkünlük informasiya tipidir. Bu parametrin qiyməti böyükdür, yəni uduş böyükdür. Bu qeyri-səlis mümkünlük tip informasiyadır. Bu parametrin normal paylanmasında orta qiyməti 10, səpələnmə 4-dür. Bu klassik ehtimal tip informasiyadır. Parametrin qiymətləri normal qanunla paylanır, orta qiymət böyük, səpələnmə kiçikdir. Bu qeyri-səlis ehtimal tip informasiyadır.

Parametrin qiymətinin 5 ilə 10 arasında olmaq ehtimalı 0,6 və 0,8 intervalındadır. Bu klassik bimodal tip informasiyadır.

Nəhayət, əgər informasiya belə verilibsə ki, parametrlərin qiymətinin (məsələn uduşun və ya itkinin) kiçik olması ehtimalı böyükdür, onda bu qeyri-səlis bimodal informasiyadır.

Bu gün elmi ədəbiyyatda müxtəlif qərar qəbuletmə nəzəriyyələri mövcuddur. Sual yaranır: bu nəzəriyyələrin hansısı hansı informasiya mühitində işləyə bilər? Bu suala cavab vermək üçün nəzəriyyənin tətbiq olunma sahəsi anlayışını qəbul etməliyik. Nəzəriyyənin tətbiq oluna bilmə sahəsi elə ən ümumi informasiya tipidir ki, bu şəraitdə bu nəzəriyyə işləyə bilər. Kanenman və Tverskinin Perspektivlər qərar qəbuletmə nəzəriyyəsinin (1979) əsasında ehtimal nəzəriyyəsi durur, yəni klassik bimodal informasiya durur. Deməli Perspektivlər nəzəriyyəsinin tətbiq oluna bilmək sahəsi klassik bimodal informasiya sahəsidir. Ümumiləşdirərək deyə bilərik ki, ehtimal nəzəriyyəsinə əsaslanan bütün qəbuletmə nəzəriyyələrinin istifadə oluna bilmək sahəsi klassik bimodal informasiya mühitidir. Elə buradan ehtimal nəzəriyyəsinə söykənən bütün qərar qəbuletmə nəzəriyyələrinin niyə məhdud tətbiq olunması aydın olur. Ehtimal nəzəriyyəsinə əsaslanan qərar qəbuletmə nəzəriyyələri qeyri-səlis bimodal informasiya şəraitində işləyə bilməzlər. Bu məhdudiyyət o faktla əlaqədardır ki, təbii dildə verilən informasiya qeyri-səlis bimodal informasiyadır. Aşağıdakı məsələyə baxaq. İki seçim var: 1) yüksək uduş, kiçik ehtimalla; 2) böyük uduş, kiçikdən biraz böyük ehtimalla.

Hansı seçimi edək? Ehtimal nəzəriyyəsinə əsaslanan qərar qəbuletmə nəzəriyyələri bu suala cavab verə bilərmi? Yox. Professor Bellman və mənim tərəfimdən təklif olunmuş "Qeyri-səlis mühitdə qərar qəbuletmə” (Management Science, 1970) nəzəriyyəsinin də tətbiq sahəsi qeyri-səlis mümkünlük informasiya mühiti idi, qeyri-səlis bimodal yox. Qərar qəbuletmə nəzəriyyəsi varmı ki, tətbiq olunma mühiti qeyri-səlis bimodal informasiyadır. Bu gün cavab var: bəli. Bu nəzəriyyə professor Rafiq Əliyevin öncül fundamental (pionering – Lütvi Zadə) nəzəriyyəsidir. "Mükəmməl olmayan informasiya şəraitində qərar qəbuletmə nəzəriyyəsi” (World Scientific, 2014). Rafiq Əliyevin nəzəriyyəsi Kanenmanın və Tverskinin 2002-ci ildə iqtisadiyyat sahəsində Nobel mükafatına layiq görülmüş perspektivlər nəzəriyyəsindən xeyli irəli getdi. Bu yazıda verilmiş konseptual struktur müxtəlif qərar qəbuletmə nəzəriyyəsinin imkanları və məhdudiyyətlərini müəyyən etməyin əsaslarını verir. Yekunda demək istərdim ki, ehtimal nəzəriyyəsi qeyri-səlis bimodal informasiya şəraitində tətbiq oluna bilən qərar qəbuletmə nəzəriyyəsinin əsası ola bilməz. Müzakirə üçün cavabları xoş məramla gözləyirəm”.

 

Hörmətlə: Lütfi Zadə,22 iyul, 2014



Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!