Paşinyan: Karapetyan Baş nazirliyə namizəd ola bilməz .....                        Tütün qaçaqmalçılığı məhkəməsində gözlənilməz QƏRAR .....                        Hava limanında həyəcan: Uçuşa hazırlaşan təyyarə təcili boşaldıldı .....                        Luvr muzeyində su sızması - Əsərlər zədələndi .....                        Bakıda daha bir narkokuryer saxlanıldı - VİDEO .....                        Ermənistan Avropa müşahidəçilərinin sərhəddə qalmasını istəyir .....                        “Mançester Yunayted”in baş məşqçisi ayın ən yaxşısı seçildi .....                        Rusiyanın “kölgə donanması”na zərbə: 91 gəmiyə sanksiya .....                        İlham Əliyev Münxendə Robert Kalinaka ilə görüşdü .....                       
Tarix : 21-08-2021, 08:39
Malayziya Kralı yeni Baş nazir vəzifəsinə İsmail Sabri Yakobu təyin edib


Malayziyanın Ali hökmdarı – Kral Abdulla Əl-Mustafa Birləşmiş Malay Milli Təşkilatının (yeni OMNO) vitse-prezidenti İsmail Sabri Yakobu Baş nazir vəzifəsinə təsdiq edib.

Bu barədə Kral sarayı administrasiyası məlumat yayıb.

Avqustun 21-də onun Malayziyanın doqquzuncu Baş naziri kimi and içəcəyi bildirilir. Qeyd edilir ki, Ali hökmdar bu təyinatın siyasi böhrana son qoyacağına, bütün deputatların siyasi iddialarından əl çəkəcəyinə, ölkənin və xalqın mənafeləri naminə koronavirus pandmeiyasına qarşı mübarizədə birləşəcəyinə ümid edir. Məlumatda bildirilir ki, ölkənin səhiyyə sahəsində qarşılaşdığı ciddi problemlər və iqtisadi tənəzzül dövründə cəmiyyət uzun müddət davam edən siyasi böhrandan əziyyət çəkməməlidir.

Parlamentin əksəriyyətinin dəstəyini qazanan İsmail Sabri Yakob əvvəlki hökumətdə müdafiə naziri və Baş nazirin müavini vəzifələrini tutub. Həmçinin koronavirus pandemiyasına qarşı mübarizəyə rəhbərlik edib. Buna görə də, bir çoxu onun infeksiyanın qarşısını almağa və iqtisadiyyatı dirçəltməyə nail ola biləcəyinə inanmır.

Xatırladaq ki, sabiq Baş nazir Muhiddin Yassin parlamentin əksəriyyətinin dəstəyini itirdiyinə görə, avqustun 16-da istefa verib. Malayziya Konstitusiyasına əsasən, Kral parlamentin əksəriyyəti tərəfindən dəstəklənən namizədi Baş nazir vəzifəsinə təsdiq edə bilər. Əks halda, Ali hökmdar parlamenti buraxmalı və 60 gün ərzində yeni ümumi seçkilər təyin etməlidir. Lakin indiki pandemiya dövründə seçkilərin təyini məqsədəuyğun hesab edilmir.


Paylaş



Bölmə: Dünya / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!