“Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                       
Tarix : 23-08-2021, 10:53
Yoşihide Suqa Yaponiyanın hakim partiyasının sədri seçilmək üçün namizədliyini irəli sürəcək


Yaponiyanın Baş naziri Yoşihide Suqa Yaponiyanın hakim Liberal Demokratik Partiyasının (LDP) sədri seçilmək üçün sentyabrda keçiriləcək seçkilərə qatılmaq niyyətindədir.

Bu barədə Y.Suqa özü avqustun 23-də jurnalistlərə bəyan edib.

“Vaxtı çatanda, mən namizədliyimi irəli sürəcəyəm”, - deyə Y.Suqa bildirib. Bu ərəfədə LDP-nin baş katibi Toşihiro Nikai Y.Suqanın seçkilərdə qalib gəlmək üçün bütün şanslara malik olduğunu deyib. Yaponiyanın hakim partiyasının liderinin seçkilərinin sentyabrın ikinci yarısında keçiriləcəyi gözlənilir. Seçkilərin dəqiq tarixinin avqustun sonlarında elan ediləcəyi bildirilir.

“Sankei” qəzetinin yaydığı məlumata görə LDP sədrinin seçkilərində Yaponiyanın sabiq xarici işlər naziri Fumio Kişida da iştirak etmək niyyətindədir. Bunun üçün F.Kişidanın 20 nəfər partiya üzvünün dəstəyini qazanması kifayətdir. Bu siyasətçinin seçki öncəsi platformasında koronavirusa qarşı tədbirlərə xüsusi diqqət yetirəcəyi bildirilir.

Xatırladaq Ki, Y.Suqa Baş nazir vəzifəsini ötən ilin sentyabrında, sabiq Baş nazir Şinzo Abe səhhəti ilə əlaqədar gözlənilmədən istefa verdikdən sonra tutub. Onun hökumət başçısı vəzifəsini yalnız sentyabradək, hakim partiyanın yeni liderinin seçkilərinədək icra edəcəyi qeyd edilir. Bu seçkilərdə qalib gəldiyi təqdirdə o, daha üç il müddətinə hakim partiyanın sədri olacaq.

Əlavə olaraq qeyd edək ki, Y.Suqa hakimiyyətdə olduğu müddətdə Yaponiya hökumətinin reytinqi iyunda rekord həddə çatıb - 45 faiz. Bununla yanaşı, yaponların hökumətin koronovirus tədbirlərini qənaətbəxş hesab etmədiyi və Tokio Yay Olimpiya Oyunlarının təşkilinə görə ondan narazı qaldığı da bildirilir.


Paylaş



Bölmə: Dünya / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!