Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
Tarix : 25-07-2022, 20:18
Avropadan Ukraynaya 1.6 milyard maliyyə yardımı


Avropadan Ukraynaya 1.6 milyard maliyyə yardımı

Avropa İnvestisiya Bankı (AİB) infrastrukturun bərpası və Ukrayna xalqına dəstək üçün Ukraynaya 1,59 milyard avro ayırıb. Bu barədə Avropa Komissiyası məlumat yayıb. AİB vasitəsilə həyata keçirilən ikinci yardım paketinin 1,05 milyard avroluq hissəsi dərhal Ukraynaya veriləcək. İlk yardım paketi çərçivəsində Aİ Kiyevə 668 milyon avro ayırıb. "Ukraynadakı son dərəcə çətin vəziyyəti nəzərə alaraq, AİB Direktorlar Şurası bu gün ölkənin infrastrukturunun maliyyələşdirilməsində yaranan boşluqların aradan qaldırılması və təcili ehtiyacların ödənilməsi üçün Ukraynaya 1,59 milyard avro məbləğində əlavə maliyyə dəstəyini təsdiqləyib", - Komissiyanın məlumatında deyilir. Yardım Ukraynada ümumi dəyəri 540 milyon avro olan AİB tərəfindən maliyyələşdirilən layihələrə yenidən start verəcək.Layihələr enerji, enerji səmərəliliyi, yollar, nəqliyyat, təhsil və infrastruktur, həmçinin yenidənqurma və reabilitasiya proqramlarını əhatə edəcək. Ukraynanın maliyyə naziri Serhiy Marçenko AİB və Aİ-yə uzunmüddətli əməkdaşlığa, maliyyə dəstəyinə və Ukraynaya lazım olan müddətdə dəstək verdiyinə görə təşəkkür edib. Bundan əvvəl Aİ Ukraynaya Avropa Sülh Fondundan 500 milyon avro məbləğində vəd edilmiş hərbi yardımın beşinci hissəsini təsdiqləyib. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel yardımın ümumi məbləğinin 2,5 milyard avro təşkil etdiyini bildirib.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!