Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                       
Tarix : 15-09-2022, 20:55
Ermənistan parlamentində dava düşdü


Ermənistan parlamentində dava düşdü

Ermənistan parlamentinin sentyabrın 15-də keçirilən iclasında söyüş və təhqirlərlə müşayiət olunan dava-dalaş düşüb. Butov.az xəbər verir ki, hakim “Mülki Müqavilə” partiyasının deputatları “Hayastan” müxalifət blokundan olan həmkarları, “Daşnaksütyun” Partiyasının üzvü Qeqam Manukyanın bəyanat və müraciətləri ilə razılaşmayıblar. Qeqam Manukyan baş nazir Nikol Paşinyanın əvvəllər səsləndirdiyi bir sıra tezislərin qəbuledilməzliyini vurğulayıb.
“Biz bir sənəd imzalamaq istəyirik, ona görə çoxları bizi tənqid etməyə, söyməyə və satqın adlandırmağa başlayacaq. Xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gəlsə belə, biz yenə də razı qalacağıq və minnətdar olacağıq. Xüsusən də bunun nəticəsində 29,8 min kvadrat kilometr əraziyə malik Ermənistan Respublikası davamlı sülh və təhlükəsizlik tapacaqsa. Mən çox açıq deyirəm: bunu təmin edəcəkqərarı imzalayacağam. Və mənə sonradan nə olacağı maraqlı deyil. Mənə maraqlıdır ki, Ermənistan Respublikasının taleyi nə olacaq”, – Paşinyan bir gün əvvəl parlamentin tribunasından bildirmişdi. Bu bəyanata cavab olaraq minlərlə vətəndaş parlamentin yaxınlığında kortəbii aksiyaya başlayıb. Sonra Milli Təhlükəsizlik Xidməti medianı günahlandırıb. Bildirlib ki, media hökumət başçısının sözlərini təhrif edib. G.Manukyanın çıxışı zamanı zaldakı qışqırıq və nida səsləri ona mane olub. Deputatlar Vaaqn Aleksanyan, Kristin Poqosyan və Hasmik Akopyan daha çox fərqləniblər. Erməni deputatlar bir-birlərini təhqir ediblər. Hakim partiyadan olan parlament sədrinin müavini Akop Arşakyan məsələyə müdaxilə etmək məcburiyyətində qalıb. O, 30 dəqiqəlik fasilə elan edib.



Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!