Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
Tarix : 18-11-2022, 18:56
44 günlük müharibədə ölən ermənilərin yeni sayı - Senator şok rəqəm açıqladı


44 günlük müharibədə ölən ermənilərin yeni sayı - Senator şok rəqəm açıqladı

Noyabrın 16-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Robert Menendezin rəhbərliyi ilə Qafqaz üzrə dinləmələr keçirilib. Dinləmələr zamanı ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş məsləhətçisi Filip Riker çıxış edib. Senatın komitə rəhbəri, ermənipərəst Robert Menendez məruzəçilərə regiondakı vəziyyət, eləcə də 44 günlük müharibə və onun nəticələri ilə bağlı bəzi kəskin suallar verməklə onları dolayısı ilə qısnamaya məruz qoyub. Senator Menendezin sualları daha çox anti-Azərbaycan xarakterli olub. O, məruzəçilərdən Ermənistanın xeyrinə istədiyi cavabları ala bilmədiyinə görə bu dinləməni indiyə qədər keçirdiyi “ən pis dinləmələrdən biri" adlandırıb. "Ancaq bu, mənə nəyisə başa düşməyə imkan verdi. Onlardan biri odur ki, ABŞ Azərbaycanı dəstəkləyir", - deyə ermənipərəst senator vurğulayıb. O, Azərbaycana qarşı bəzi kəskin ittihamlar da səsləndirib. Qeyd edək ki, Robert Menendez məruzəçilərlə polemika apararkən 44 günlük müharibə ilə bağlı bir maraqlı fakt da üzə çıxıb. Ermənipərəst senator deyib ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsində 6500 erməni hərbçi öldürülüb. Bu, Ermənistanın itkilərinə dair rəsmi şəxsin dilindən səslənən ilk belə böyük rəqəmdir. Çünki İrəvan rəsmiləri, o cümlədən baş nazir Nikoil Paşinyan indiyə kimi ermənilərin 44 günlük müharibədəki itkilərindən danışarkən həmişə 3900-4000 rəqəmini səsləndiriblər. Xatırladaq ki, Robert Menendez ABŞ Konqresindəki erməni lobbisinin üzvüdür və ermənipərəst həmkarlarının anti-Azərbaycan və antitürk siyasətini dəfələrlə dəstəkləyib. Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri kimi o, erməni lobbisinin maraqlarını ABŞ-da yeritmək, o cümlədən Azərbaycanın ünvanına qeyri-konstruktiv tənqid səsləndirmək, “Ermənistanın və Qarabağ ermənilərinin qanunsuz blokadaya alınması“ ilə bağlı Türkiyə və Azərbaycanın ünvanına sağlam təfəkkürə zidd olan ittiham səsləndirmək üçün çox iş görüb.



Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!