Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                        Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB .....                        Aprel qələbəsinin 10-cu ili... .....                        Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi .....                        Zelenski Trampın elçiləri ilə videozənglə danışdı .....                        Siyəzəndə dəm qazı faciəsi: qadın hamamda öldü .....                        Sarkisyanın partiyası seçkidə iştirak etməyəcək .....                        Xamenei: "Ölkənin siyasəti dəyişməzdir" .....                       
Tarix : 14-09-2023, 15:08
Hindistan Ermənistana təhlükəli silahlar yolladı


Hindistan Ermənistana təhlükəli silahlar yolladı

Hindistan avqust ayında Ermənistana altı ədəd 155 mm-lik ATAGS artilleriya sistemi təhvil verib.
Bu barədə "Indian Defense Research Wing" nəşri yazıb.
Nəşrin məlumatına görə, artilleriya sistemlərini istehsal edən "Bharat Forge" şirkətinin icraçı direktoru məlumatı təsdiq edib.
Müqavilə növbəti üç il ərzində əlavə 84 haubitsanın mərhələli şəkildə çatdırılmasını nəzərdə tutur. Sövdələşmənin dəyəri 155 milyon dollardır. O da bildirilir ki, Hindistan sifarişləri vaxtından əvvəl çatdırmağı planlaşdırır.
Məqalədə iddia edilir ki, Ermənistan ordusu artilleriya sistemlərini sifariş verməzdən əvvəl Hindistan ordusunun Poxran poliqonunda onları sınaqdan keçirib. Sınaqlar iki ay davam edib.
Artilleriya sistemini Hindistanın “Bharat Forge Ltd” şirkətinin törəməsi olan “Kalyani Strategic Systems Ltd” istehsal edir. Yedəkdə daşınan qurğular 48 km-lik hədəfi vura bilir.
Qeyd edək ki, bundan əvvəl mətbuatda Hindistanın Ermənistana “Pinaka” reaktiv yaylım atəş sistemləri tədarük edəcəyi barədə məlumatlar yayılıb. Vətən müharibəsindən əvvəl isə Ermənistan bu ölkədən Ermənistan Hindistandan “Swathi” atəş yeri aşkarlama radarları alıb.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!