Nazirliyin Media və kommunikasiya şöbəsi ləğv edilib .....                        Ağdaşda 28 yaşlı qadın itkin düşüb .....                        Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik açıqladı .....                        Kuryer işləyən azərbaycanlı güllələnərək öldürüldü .....                        Rusiyanın daha bir generalı ölüb .....                        Qənirə Paşayeva mükafatı qalibə təqdim olundu .....                        Tehran “İranı Daş dövrünə qaytaracağıq” deyən Trampa cavab verdi .....                        Türkiyə 11 gəmisini Hörmüzdən çıxara bilmir .....                        Türkiyə İranı kölgədə qoyacaq ballistik raketlər hazırlayır .....                       
Tarix : 21-11-2023, 12:53
ABŞ Ukraynaya artilleriya mərmilərinin tədarükünü 30% azaldıb - SƏBƏB


ABŞ Ukraynaya artilleriya mərmilərinin tədarükünü 30% azaldıb - SƏBƏB

İsrail və HƏMAS arasında müharibə başlayandan sonra ABŞ-dan Ukraynaya artilleriya mərmilərinin tədarükü 30% azalıb.
Bunu "ABC News" adı açıqlanmayan ukraynalı rəsmiyə istinadən yayıb.
Bununla belə, telekanalın ABŞ Müdafiə Nazirliyindəki həmsöhbəti bildirib ki, sursatın həcminin azalması Qəzza zolağındakı döyüşlərlə qətiyyən bağlı deyil. Qeyd edilib ki, 155 mm-lik artilleriya mərmiləri, ehtimal ki, Ukrayna üçün ən mühüm rollardan birini oynayır.
"Onlar bizə dedilər ki, bu, öhdəliklərə təsir etməyəcək, amma təsir etdi", - telekanal ukraynalı məmurun sözlərindən sitat gətirib.
Bu məlumatı şərh edən ABŞ Müdafiə Nazirliyinin adı açıqlanmayan yüksək rütbəli rəsmisi deyib ki, sursatların azaldılmasının Qəzza zolağında baş verənlərlə qətiyyən heç bir əlaqəsi yoxdur. O, Ukraynaya hərbi yardımın ayrılması ilə bağlı prezidentin fərmanlarının HƏMAS-ın İsrail ərazisinə hücumundan əvvəl hazırlanmağa başladığını izah edib: “Buna görə də Qəzza zolağında baş verənlərlə Ukraynada baş verənlər arasında heç bir əlaqə yoxdur”.
Ukrayna və İsrailə yardımın maliyyələşdirilməsi, eləcə də ABŞ-ın cənub sərhədinin mühafizəsi üçün vəsaitin ayrılması məsələləri noyabrın 17-də qəbul edilmiş müvəqqəti büdcədən ayrıca nəzərdən keçirilir. Əvvəllər Ağ Ev bu məqsədlər üçün 106 milyard dollar (o cümlədən, Ukraynaya 61 milyard dollardan çox) ayırmağı planlaşdırırdı.
Noyabrın 20-də ABŞ-ın müdafiə naziri Lloyd Ostin Kiyevə səfər edib. Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən sonra Ostin Ukraynaya əlavə 100 milyon dollarlıq hərbi yardım paketinin ayrıldığını açıqlayıb. Bu paketə tank əleyhinə silahlar və hava hücumundan müdafiə sistemləri üçün raketlər daxildir.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!