Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                       
Tarix : 14-01-2024, 17:14
Tavyanı Çinin ayrılmaz hissəsi hesab edirik - Qazaxıstan XİN


Tavyanı Çinin ayrılmaz hissəsi hesab edirik - Qazaxıstan XİN

Qazaxıstan “vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir və Tayvanı Çin ərazisinin ayrılmaz hissəsi hesab edir.
Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin şərhində qeyd olunub.
“Tayvanda keçirilmiş seçkilərlə əlaqədar Qazaxıstan Respublikası “vahid Çin” prinsipini qətiyyətlə dəstəklədiyini bir daha bəyan edir və təsdiq edir ki, Çin Xalq Respublikası hökuməti bütün Çini təmsil edən yeganə qanuni hökumətdir, Tayvan isə Çin ərazisinin ayrılmaz hissəsidir”, – Mərkəzi Asiya ölkəsinin xarici siyasət idarəsi qeyd edib.
“Biz Çin Xalq Respublikası hökumətinin ölkənin sülh yolu ilə birləşməsinə nail olmaq üçün səylərini dəstəkləyirik”, – XİN əlavə edib.
Xatırladaq ki, yanvarın 13-də Tayvanda keçirilmiş “prezident və parlament seçkiləri” keçirilib. Adanın yeni lideri postuna mübarizədə Demokratik Tərəqqi Partiyasının nümayəndəsi Lay Sinde qalib olub. 2020-ci ildən ölkəsinin vitse-prezidenti olmuş Sinde səslərin 40,05 %-ni toplayıb.
Rəsmi Pekin Tayvan məsələsinin Çinin daxili işi olduğunu və adanın onu parçası olduğunu xatırladıb.
Fransa Çin Respublikası – Tayvanda keçirilmiş seçkilərin nəticələrini alqışlayıb və “vahid Çin” prinsipi əsasında ada ilə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.
Azərbaycan XİN “vahid Çin” siyasətini dəstəkləyərək Tayvandakı seçkiləri tanımadığını açıqlayıb.
Daha öncə “The Economist” Çinin seçkiqabağı Tayvan əhalisinin ABŞ-nin onların ən böyük təhdidi olduğunu düşünməsini istəməsinə dair məqalə dərc etmişdi.
Tayvan (və ya Çin Respublikası) suverenliyi 14 dövlət tərəfindən qəbul edilən qismən tanınan dövlətdir. Formal olaraq Çin Respublikası 1911-ci ildə yaradılıb, lakin faktiki olaraq bu dövlət Tayvan adasında 1950-ci illərin əvvəllərindən mövcuddur. Belə ki, Çində vətəndaş müharibəsindən sonra Pekində hakimiyyətdən endirilən Qomindan Partiyasının tərəfdarları ora qaçıblar. Həmin dönəm ABŞ Çin Xalq Respublikasını tanımayaraq ancaq Tayvandakı hökuməti legitim hesab edirdi.
1970-ci illərin əvvəllərinə qədər Çini BMT-də faktiki təmsil edən Tayvan olub. Lakin ABŞ-nin o dönəmki Prezidenti Riçard Niksonun Çinə səfərindən və ABŞ-Çin münasibətlərinin yaxşılaşmasından sonra ABŞ kommunist Çinin beynəlxalq hüququn subyekti olması ilə razılaşıb.
Buna baxmayaraq, ABŞ rəsmi olaraq Tayvanla möhkəm iqtisadi və siyasi, o cümlədən müdafiə sahəsində sıx əlaqələr saxlayır.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!