Onun alimliyi vətəndaşlığından doğan alimlik idi .....                        “Turan yolu-Zəngəzurum” əsərinin təqdimatı olub - FOTO .....                        Ulu Öndər Abşeron Rayonunda anıldı .....                        Ermənistan KTMT-nin tamhüquqlu üzvü olaraq qalır - Zaxarova .....                        Bu şəxslərə də elektron qaydada pensiya təyin olunacaq - Nazirlik .....                        Naxçıvan Dövlət Universiteti barədə yeni qərar .....                        İlham Əliyev fərman imzaladı .....                        Kəlbəcərdə həlak olan hərbçimiz bu rayondandır .....                        Prezident əmək pensiyaları ilə bağlı qanunu təsdiqlədi .....                       
Tarix : 5-04-2024, 16:58
Brüssel görüşünün nəticəsi açıqlandı


Brüssel görüşünün nəticəsi açıqlandı

Brüsseldə Ermənistana maliyyə və informasiya dəstəyinin veriləcəyi açıqlandı. ABŞ dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrell mətbuat qarşısında çıxışlarında Ermənistana təhlükəsizlik təminatı və ya hərbi yardım veriləcəyi barədə heç nə demədilər.
Siyasi ekspert Elxan Şahinoğlu Bressel görüşünün gedişindən yayılan rəsmi məlumatı şərh edib.
“Ermənistana təhlükəsizlik təminatı və ya hərbi yardım veriləcəyi barədə açıqlama olmadı. Mümkündür ki, bu mövzu qapalı dairədə müzakirə olunub, hərbi yardımın indiki mərhələdə açıqlanması lazım bilinməyib. ABŞ və Avropa İttifaqı rəsmiləri Brüsseldə Qarabağ ermənilərinə maliyyə ayıracaqlarını bildirdilər. Bu maliyyənin Qarabağ ermənilərinin Ermənistan cəmiyyətinə inteqrasiya və yerləşməsi üçün ayrılacağı vurğulandı. Elə bizə də o lazımdır ki, Qarabağ erməniləri Ermənistanda qalıb yaşasınlar, çünki onlar geri dönüb Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlər. Vaşinqton və Brüssel ermənilərin Qarabağa qayıtmayacağı reallığını qəbul edib”.
E.Şahinoğlu bildirib ki, ABŞ və Avropa İttifaqı Brüssel görüşü vasitəsilə Ermənistanı himayəsi altına aldığını elan etdi.
“Brüssel görüşünün əsas nəticəsi budur. Vaşinqton və Brüssel faktiki bəyan etdilər ki, Nikol Paşinyanın hakimiyyətini Rusiyanın təzyiqlərindən qorumağa hazırdılar. Ancaq Vaşinqtonun və Brüsselin Ermənistana ayırmağa planlaşdırdıqları maliyyə böyük deyil. Bu, Ermənistanı Rusiyanın iqtisadi təzyiqlərindən qorumaq üçün kifayət etməyəcək. Rusiya Ermənistana satdığı qazın qiymətini artırarsa və ya ümumiyyətlə kəsərsə İrəvanın bu vəziyyətdən neçə çıxacağı bəlli deyil".
Ekspert təəssüflə qeyd edib ki, Entoni Blinken və digərləri Brüsseldəki ortaq açıqlamalarında Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması vacibliyi barədə heç nə demədilər.
"Onlar Paşinyanın “sülh kəsişməsi” ideyasına dəstək verdiklərini söylədikləri halda Azərbaycan Prezidenti İlham Əliyevin daha geniş “Qafqaz evi” ideyasına münasibət bildirmədilər. Ursula fon der Leyen onu da söylədi ki, Ermənistanın Qara dəniz sualtı kabel vasitəsilə Avropaya təmiz enerji nəqlində maraqlıdırlar. “Biz Ermənistanın “yaşıl enerji” istehsalına və Gürcüstanla daha yaxşı əlaqələnməsinə dəstək verəcəyik” – deyən Avropa İttifaqı rəsmisi bu mövzuda danışarkən layihənin əsas iştirakçısının Azərbaycan olduğunu söyləmədi. Halbuki, Avropaya yaşıl enerjinin nəqli ideyası Azərbaycana məxsusdur və Qara dənizin dibi ilə sualtı kabel çəkiləcək. Ermənistanın bu layihəyə qoşulması üçün mütləq şəkildə Azərbaycanla sülh sazişi imzalaması lazımdır, əks halda Qara dənizin dibi ilə ikinci sualtı kəmər çəkiləcək”.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!